ŞİDDƏTLƏNMƏK

f. Şiddəti, gücü, qüvvəsi, təsiri daha da artmaq, güclənmək; daha da sərtləşmək, qızışmaq. Axşamdan yağan yağış səhərə yaxın daha da şiddətləndi.
[Qəhrəman:] Atəş getdikcə şiddətlənir və vəziyyətin ciddiliyini andırırdı. H.Nəzərli.
Hava getdikcə şiddətlənən küləyin vıyıltısı ilə və dənizin səslərinə qarışan quş səsləri ilə dolurdu. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞİDDƏTLƏNMƏK ŞİDDƏTLƏNMƏK, GÜCLƏNMƏK, QÜVVƏTLƏNMƏK, ŞƏRTLƏNMƏK (müxtəlif mənalarda)
  • ŞİDDƏTLƏNMƏK güclənmək — qüvvətlənmək
  • ŞİDDƏTLƏNMƏK azğınlaşmaq — coşmaq — qızmaq
  • ŞİDDƏTLƏNMƏK çətinləşmək — ağırlaşmaq
  • ŞİDDƏTLƏNMƏK sərtləşmək — bərkimək
  • ŞİDDƏTLƏNMƏK çoxalmaq — artmaq

Antonimlər (əks mənalı sözlər)

  • ŞİDDƏTLƏNMƏK ŞİDDƏTLƏNMƏK – ZƏİFLƏMƏK Külək şiddətləndi (İ.Şıxlı); Qan dövranı zəifləyir (M.Hüseyn)
ŞİDDƏTLƏNMƏ
ŞİDDƏTLİ

Digər lüğətlərdə

киво́к на нога́х пихто́вник похме́льный правдолю́бие фо́кус четырёхуго́льный в о́бщем и целом де ду́дки невы́годно отро́дье статисти́ческий ува́листый сусло хрупать dispiteous dual-track outercoat skeleton name stilliform thermophysics дробный подошва типология