ŞİKAYƏT

is. [ ər. ]
1. Öz halından və ya başına gələn bir dərd və acıdan ah-zar etmə; məmnuniyyətsizliyini izhar etmə; giley.
İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir.
Ata-anasını görcək qız həyatından şikayətə başlardı. H.Sarabski.
Bu nə şikayətdir, bu nə nalədir? B.Vahabzadə.

□ Şikayət etmək (eləmək) – narazılığını, məmnunsuzluğunu bildirmək, gileylənmək, ah-zar etmək. Xəstəliyindən şikayət etmək.
– Şikayət eyləmə, biganədən səfa gəlməz; Nə gəlsə başına, ey xəstə, aşinadəndir. S.Ə.Şirvani.
[Mirzağa] hər zaman şikayət edər, keçmiş günləri xatırlar, onların geri qayıtmasını arzu edərdi. S.Hüseyn.

2. Birinin haqsızlığı və düzgün olmayan hərəkəti barəsində rəsmi şəkildə verilən məlumat, ərizə.
[Qasıməli:] Xala, qlava Xudayar bəyin şikayətinə görə oğlun Vəliqulunu tutub atdı dama. C.Məmmədquluzadə.

□ Şikayət etmək1) birinin özü barəsində edilən haqsızlıq haqqında rəsmi məlumat vermək.
Kimin İskəndər bəyin əlindən hökumətə şikayət etməyə cürəti vardı? Ə.Haqverdiyev;

2) şikayətlənmək.
Birindən şikayət edəsən əgər; Danışmağa qoymaz, sözünü kəsər. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞİKAYƏT 1. ŞİKAYƏT Dedi: “Şairlərdən şikayətim var: Mənim çox qəribə hekayətim var” (M.Rahim); GİLEY Mənim günahım çox, sənin gileyin, Onların nəhayət zamanı
  • ŞİKAYƏT giley
  • ŞİKAYƏT ahü-nalə — sızıltı
ŞİKARİ
ŞİKAYƏTCİL
OBASTAN VİKİ
Şikayət
Şikayət — üçüncü şəxsin hərəkətlərindən kiməsə narazılıq ifadə edilməsi. Şikayət (hüquq) — dövlət orqanının səlahiyyətli şəxsinə kiminsə pozulmuş qanuni hüquqlarının bərpa edilməsi haqqında yazılı müraciəti.
Şikayət (dəqiqləşdirmə)
Şikayət — üçüncü şəxsin hərəkətlərindən kiməsə narazılıq ifadə edilməsi. Şikayət (hüquq) — dövlət orqanının səlahiyyətli şəxsinə kiminsə pozulmuş qanuni hüquqlarının bərpa edilməsi haqqında yazılı müraciəti.
Şikayət (hüquq)
== Şikayətin verilməsi qaydası == Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər.
Şikayətçi (film, 1986)
Şikayətçi, Kamal Sunalın 1986-cı ildə çəkildiyi filmdir. Filmi rejissor Zəki Öktən çəkmiş, ssenarisini isə Umur Buqay yazmışdır. == Məzmun == Bir kənddə iki qonşunun arasında olan dartışma filmin əsas məzmununu təşkil edir. Hər iki qonşu bir-birini məhkəməyə verir, lakin bu məhkəmə prosesi düz 7 il davam edir. Filmdə məhkəmələrin ləng işləməsi məsələsi əks etdirilir və kinematoqrafik dillə tənqid edilir. == Film haqqında == Ekranlara 1987-ci ildə buraxılmışdır.

Digər lüğətlərdə

всеизве́стный мо́псик некробио́з опуска́ть поддра́знивать поноро́вка смики́тить сусе́к пости́чь прибодри́ть слова́рь страхова́ние branchial fly-bane frontlet kilometre pullus solar technology subfreezing tempon toil-worn transgressor vasal земство надрезывать