ŞİL

\[fars.\] прил., сущ. набут, шулу, члахъ, шанкӀал, гъил (кӀвач, гъил-кӀвач) галачир; ** şil olmuş, şil olasan! шулу (шанкӀал) хьайиди, шулу (шанкӀал) хьуй! (вун).
ŞİKVƏ
ŞİL-KÜT:
OBASTAN VİKİ
Dörte Şiltz
Dörte Şiltz (21 dekabr 1976) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Dörte Şiltz Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Eqon Şile
Eqon Şile (alm. Egon Schiele‎; 12 iyun 1890[…] – 31 oktyabr 1918[…], Vyana, Avstriya-Macarıstan) — Avstriya rəssamı. == Həyatı == Eqon Şile 12 iyun 1890-cı ildə anadan olmuşdu. Ekspressionist Eqon Şile XX əsrin məşhur rəssamı olub. O da seksual təsvirlərlə xeyli məşhurluq qazanıb. Bildirilir ki, o, 17 yaşlı modellə birlikdə həbs olunub. Şile erotikaya baş vuran ilk rəssamlardan biri olub. Eqon Şile 31 oktyabr 1918-ci ildə Vyanada vəfat edib.
Fridrix Şiller
İohan Xristof Fridrix fon Şiller (alm. Johann Christoph Friedrich von Schiller‎; 10 noyabr 1759[…], Marbax-am-Nekkar[d], Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası[…] – 9 may 1805[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Müqəddəs Roma imperiyası) — alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi. Ömrünün son illərində Yohann Volfqanq Göte ilə çox məhsuldar, lakin bir qədər mürəkkəb dostluq münasibəti qurur. Bu yaradıcılıq münasibətləri iki dahi ədibin öz estetik dünya görüşlərıni müzakirə və mübadilə etməsinə, Hötenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına imkan yaradır. Bu ədəbi-fəlsəfi münasibətlər sonralar alman ədəbiyyatında Veymar klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Höte ilə birgə estetik dünya görüşlərinə düşmən kəsilmiş filosoflara cavab olaraq "Yadlar" ("Die Xenien") adlı qısa, lakin çox kəskin satirik poemalar məcmuəsini yazır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Şiller 1759-cu il noyabrın 10-da Almaniyanın Marbax şəhərində hərbi feldşer İohan Qaspar Şillerin (1723–1796) ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri yoxsulluq içində keçmiş, bununla belə kənd məktəbində təhsil ala bilmişdir. Bilik və istedadı ilə 1783-cü ildə Vürtenberq hersoqunun diqqətini cəlb edən Şiller nüfuzlu hərbi akademiyaya daxil olmaq imkanı əldə edir.
Gərd-i Şilan (Soyuqbulaq)
Gərd-i Şilan (fars. گردشيلان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (33 ailə).
Keniya şillinqi
Keniya şillinqi — Keniyanın milli pul vahididir. Bir Keniya şillinqi 100 sentə bərabərdir. Pul vahididin beynəlxalq işarəsi — KES-dir. Mübadilədə 1966-cı ilin 14 sentyabrından istifadə olunur.Hal-hazırda pul dövriyyəsində 2003-cü ildə buraxılmağa başlanmış 50, 100, 200, 500 və 1000 nominallı Keniya şillinqinə, 50 sent və 1, 5, 10, 20, 40 nominallı Keniya şillinqinə rast gəlmək olar. == Əsginaslar == Dövriyyədə müxtəlif buraxılış illərinin 50, 100, 200, 500 və 1000 nominallı əsginaslarını görmək olar. Köhnə buraxılış illərinin əsginasları da ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür. == Valyuta məzənnəsi rejimi == == İstinadlar == == Xarici keçidlər == "Банкноты и монеты Кении на сайте Центрального банка" (ingilis). 2012-03-14 tarixində orijinalından arxivləşdirilib. "Фотографии кенийских монет". 2012-03-14 tarixində orijinalından arxivləşdirilib.
Mattia De Şiliyo
Mattia De Şiliyo — İtaliyalı peşəkar futbolçu. Cinah müdafiəçisi kimi çıxış edir. İtaliya milli komandasının üzvudur. == Karyerası == "Milan" klubunun yetirməsi olan Mattia, klubun gənclər sistemində bir neçə mövsüm keçirdikdən sonra 2011-ci ildə "Milan"ın əsas heyətində peşəkar debüt etdi və sonradan sağ və ya sol cinah müdafiəçisi kimi oynaya bilərək, iki dəfə "Supercoppa Italiana" titulunu qazanır. O,20 iyul 2017-ci ildə 12 milyon avroya "Yuventus" klubuna transfer edilir. O, klubla ilk mövsümündə "qızıl dubl" edir, ardınca daha iki ardıcıl A Seriyası çempionluğu titulunu və İtaliya Superkubokunu qazanıb. Milli komanda səviyyəsində Mattia De Şiliyo 2013-cü ilin martında böyük komandada debüt etdi və o, 2013 FIFA Konfederasiyalar Kuboku (burada bürünc medal qazandı), 2014 FIFA Dünya Kuboku və UEFA Avro 2016 üçün İtaliya milli komandasına dəvət edilir.
Osisanq Şilton
Osisanq Şilton (23 fevral 1996) — Palaulu üzgüçü. Osisanq Şilton Palaunu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Osisanq Şilton birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:46.60 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 32-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Pavel Lvoviç Şillinq
Pavel Lvoviç Şillinq(alm. Paul Schilling von Cannstatt‎) - (5 aprel 1786, Ravel (İndiki Tallin)- 25 iyul 1837) — diplomat, şərqşünas. == Həyatı == Pavel Lvoviç Şillinq 5 aprel 1786-cı ildə Raveldə (İndiki Tallin) anadan olmuşdur. O, 1812-1814-ci müharibə zamanı döyüşlərdə iştirak etmişdir. O, Sumy 3-cü alayının kapitanı idi. 1814-ci ildə "İgidliyə görə" Hərbi Merit yazısı ilə Sankt Vladimir ordeni və qılınc ilə təltif edilmişdir. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir == Fəaliyyəti == O, 21 oktyabr 1832-ci ildə Sankt-Peterburqdakı mənzilində kəşf etdiyi teleqraf aparatını quraşdırmışdır. Şillinq qədim çin və tibet əlyazmalarını toplamaqla, Asiya xalqlarının tarixi və dilləri üzərində tədqiqatlar aparmaqla da məşğul olmuşdur. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Pavel Şillinq
Pavel Lvoviç Şillinq(alm. Paul Schilling von Cannstatt‎) - (5 aprel 1786, Ravel (İndiki Tallin)- 25 iyul 1837) — diplomat, şərqşünas. == Həyatı == Pavel Lvoviç Şillinq 5 aprel 1786-cı ildə Raveldə (İndiki Tallin) anadan olmuşdur. O, 1812-1814-ci müharibə zamanı döyüşlərdə iştirak etmişdir. O, Sumy 3-cü alayının kapitanı idi. 1814-ci ildə "İgidliyə görə" Hərbi Merit yazısı ilə Sankt Vladimir ordeni və qılınc ilə təltif edilmişdir. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir == Fəaliyyəti == O, 21 oktyabr 1832-ci ildə Sankt-Peterburqdakı mənzilində kəşf etdiyi teleqraf aparatını quraşdırmışdır. Şillinq qədim çin və tibet əlyazmalarını toplamaqla, Asiya xalqlarının tarixi və dilləri üzərində tədqiqatlar aparmaqla da məşğul olmuşdur. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Piter Şilton
Piter Lesli Şilton (18 sentyabr 1949, Lester; ing. Peter Leslie Shilton) - məşhur ingilis futbol qapıçı.
Robert Şiller
Robert Şiller (ing. Robert James Shiller; d. 29 mart 1946) — amerikalı iqtisadçı. 2013-cü ildə aktiv varlıq qiymətlərinin emprik analizi mövzusundakı tədqiqatlarına görə Lars Piter Hansen və Eqini Fema ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həmçinin bax == İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı == Xarici keçidlər == Robert Şiller haqqında faktlar. Robert Şillerin şəkilləri. Robert Şillerin müsahibəsi. Robert Şillerin İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.
Təzə Şilyan
Təzə Şilyan — Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 2931 nəfərdir. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrin sonlarında Göyçay çayının keçmiş yatağında salınmışdır. Oykonim təzə və Şilyan sözlərindən ibarət olub, “yeni Şilyan, təzə salınmış Şilyan” mənasındadır. == Din == Kənddə Təzə Şilyan kənd məscidi dini icması fəaliyyət göstərir. == Xarici keçidlər == Şilyan: özü, sözü, çeşmənin gözü.
Yuxarı Şilyan
Yuxarı Şilyan — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 4378 nəfərdir. == Toponimikası == Keçmişdə Şirvan düzündə mövcud olan Şil­yan adlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək üçün onları Yuxarı Şilyan, Göyərçin Şilyan, Müsüslü Şilyan, Orta Şilyan (Düyü Şilyan da adlanırdı) və s. kimi adlandırmışdılar. Oykonimin birinci kompo­nenti coğrafi mövqeyi bildirir, ikinci kom­ponent isə türkdilli şilyan tayfasının adını əks etdirir. == Həmçinin bax == Ucar rayonu Şirvan düzü == Xarici keçidlər == Şilyan: özü, sözü, çeşmənin gözü.
ZSU-23-4 Şilka
23 mm-lik ZSU-23-4 “Şilka” zenit-raket kompleksi (rusca:Зенитная Самоходная Установка; ЗСУ-23-4 «Ши́лка») yüngül zirehlə və radar sistemi ilə təchiz edilmiş olan SSRİ istehsalı özüyeriyən zenit-raket kompleksidir. 1960-cı illərdə ZSU-57-2 özüyeriyən zenit-raket komplekslərinin yerini alması üçün yaradılmış və adını Rusiyada axan Şilka çayından götürmüşdür. 4 ədəd 23 mm çapında AZP-23 “Amur” kiçik ölçülü avtomatik topa sahibdir. İstehsalçı: SSRİ İstehsalçı fima: MMZ (Mıtişçi adına Maşın Zavodu) Tip: Özüyeriyən zenit-raket kompleksi İstehsal tarixi: 1964 – 1982 Xidmətə giriş ili: 1965 – günümüzə Ekipaj: 4 nəfər İstehsal sayı: 6500 ədəd == Ölçüləri == Ağırlığı: 21 tonUzunluğu: 6.535 mmEni: 3.125 mmHündürlüyü: 2.576-3.572 mmKlirens: 0.4 m == Müdafiə == Zireh qalınlığı: 9.2–15 mm qalınlıqda yayılmış polad Tüstü bombaları == Performans == Dalış dərinliyi: 1 m Xəndək keçmə: 2.5 m Divar dağıtmaq: 0.7 m Qalxma dərəcəsi: 30º Motor: V-6R dizel, sıralı altı silindr, 4 gedişatlı havasız inyeksiya sistemli su ilə soyudulan 20 litrlik dizel At gücü: 280 at gücüGüc nisbəti: 14.7 at gücü/ton Yanacaq çəninin tutumu: 520 litrlMənzili: 450 kmDayandırılması (Asqı tipi): hidravlik amortizatorlu fərdi burulma bar Maksimal sürət: 50 km/saat (şosedə), 30 km/saat (yolsuzluq şəraitində)Gediş məsafəsi: 450 km (şosedə), 300 km (yolsuzluq şəraitində) Yanacaq çəninin tutumu: 520 litr 100 km məsafədə yanacaq sərfiyyatı: 80 litr (şosedə), 130 litr (yolsuzluq şəraitində) == Silahlanma == 4 ədəd 23 mm çapında AZP-23 “Amur” kiçik ölçülü avtomatik top Kalibr: 23x152 mm Lülənin qalxma bucağı: -4º... +85º Üfüqi tuşlama bucağı: 360º Mərminin çıxış sürəti: 980–1000 m/s Atış tezliyi: 3400-4000 atış/dəqiqədə Hədəfi məhvetmə hündürlüyü: 0.5–2 km Hədəfi məhvetmə uzaqlığı: 0.2–2.5 km Atəş məsafəsi: 3 km Mərmi sayı: 2000 ədəd Mərmi növü: zirehdələn-yandırıcı-izburaxan (БЗТ), qəlpəli-fuqaslı-yandırıcı (ОФЗ), qəlpəli-fuqaslı-yandırıcı-izburaxan (ОФЗТ), – 8 ədəd 72 mm çapında 9K38 “İgla” daşına bilən yer-hava tipli zenit-raket kompleksi Kalibr: 72 mm Uzunluğu: 1680 mm Raketin ağırlığı: 10.6 kq Döyüş başlığının çəkisi: 1.3 kq Döyüş başlığı: Qəlpəli-fuqaslı İdarəetmə sistemi: Spekt infraqırmızı görüntüləmə (İİR) Raketin başlanğıc sürəti: 570 m/s Uçuş hündürlüyü: 3 km Atəş məsafəsi: 6 km Hədəfin sürəti: 320–360 metr/saniyə Hədəfi məhvetmə hündürlüyü: 0.10–3.5 km Hədəfi məhvetmə uzaqlığı: 5 km Raket 6 saniyədə konteynerə yerləşdirilə və sistem 13 saniyədə növbəti atışa hazır ola bilər.
Şeyx İbrahim Şiləvari
Şeyx İbrahim Şiləvari — 1757-ci ildə Lənkəranın Şiləvar kəndində anadan olmuşdur. İlk təhsilini Lənkəran şəhərindəki mollaxanalardan birində almışdır. Ona məxsus olan və hazırda Lənkəran rayonunun Şilvar kəndində saxlanılan ona məxsus "Qurani-Kərimi"n səhifələri ətrafındakı əlyazmalarının oxunması nəticəsində məüyyən edilmişdir ki, bu şəxs İraqın Nəcəf şəhərində yüksək dini təhsil almışdır. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar qoşunlarının Talış xanlığına hücumları zamanı Talış xanı Mir Mustafa xan tərəfindən vuruşmuş şilavarlılardan ibarət hərbi dəstəyə rəhbərlik etmişdir. İbrahim Şiləvariyə Qacarlar gedəndən sonra kəndin şimalında xan tərəfindən təqribən 50-60 hektarlı torpaq sahəsi bağışlanmışdır. El arasında indi də bu ərziyə "İbrahim-məzə" deyilir.Sovet dövründə əlyazamları və əsərləri itmiş, bir qismi isə dövlət orqanları tərəfindən ələ keçirilmişdir. 1852-ci ildə 95 yaşında vəfat etmişdir.
Şila krallığı
Şila krallığı- (Koreya: 신라; Hanja: 新羅) Koreyanın cənubunda yerləşmişdir və e.ə. 57-ci ildən 935-ci ilə qədər mövcud olmuşdur. Şila Park ailəsindən Hyokqose tərəfindən qurulan Koreya sülaləsi olmuşdur. 586-ci il Qyoncu Gim (Kim) (김, 金) qəbiləsi, 232 il Miryan Bak (Park) (박, 朴) qəbiləsi və 172 il Volsyon Seok (석, 昔) qəbiləsi tərəfindən idarə olunmuşdur. == Tarixi == Şila krallığının tarixi 3 hissəyə bölünür : Erkən dövr(e.ə.57-b.e.654) Orta dövr(654-780) Son dövr(780-995) === Güclənməsi === Park tayfası Seok tayfası tərəfindən edilən qəsdə qədər üç nəsil Şilanı idarə etmişdir. Seok tayfasından olan ilk hökmdar Talhaenın vaxtında Kim tayfasından olan Kim Aljinin qızıl qutudan Hoqonq (Şilanın baş naziri) tərəfindən tapıldığı iddia edilir. Seok və Park tayfaları arasında müharibə baş verir və daha sonra Kim tayfası digər iki tayfanın əlindən hakimiyyəti alır. Şila krallığının son illərinə qədər Kim tayfası hakimiyyəti əlində saxlayır, digər iki tayfa isə dövlətinin idarə edilməsində iştirak edirlər. Şilanın sonuncu kralı Gyeongsun Kim tayfasının üzvü idi. === Koreyanın birləşməsi === Vll əsrdə Bekçe krallığı, Qaya və Goguryeo krallığını birləşdirmə düşüncəsiylə ön plana çıxmışdır.
Şilan
Şilan (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Gərd-i Şilan (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.
Şilan (Talış)
Şilan (fars. شيلان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 198 nəfər yaşayır (45 ailə).
Şilanabad (Soyuqbulaq)
Şilanabad (fars. شيلان اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 161 nəfər yaşayır (34 ailə).
Şilim
Şilim — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 388 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçıları görə, oykonim talış dilindəki sillim (dənizin döyəclədiyi yer) sözünün təhrifə uğramış formasıdır. Yaşayış məntəqəsi ləpədöyəndə yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Şilka çayı
Şilka — Rusiyanın Zabaykal diyarı ərazisindən axan bir çay. Amur çayının sol qolu. == Coğrafiyası == Onon və İnqoda çaylarının birləşməsi ilə meydana gəlir. Şimaldakı Şilkinski və Amazarski silsilələri ilə cənubda Borşçovoçnı silsiləsi arasındakı vadidə axır Demək olar ki, bütün uzunluğu boyu dağlıq bir xüsusiyyətə malikdir və davamlı zəncirvari uzanan və yalnız ara-sıra dar keşidlər əmələ gətirən dağların arasındakı vadidə axır. Çay yatağının yüksək sahilləri var; dibi daş və qayalıqlardan ibarətdir. Üst hissədə astana və şəlalələr var. Şilkanın uzunluğu (Onon və İnqodanın birləşməsindən Arqun ilə birləşənədək) 560 km-dir; İnqoda ilə uzunluğu 1210 km, Onon ilə birlikdə 1455 km. Hövzənin sahəsi 206 min km²-dir. Əsas qollar: Nerça, Quenqa, Çornaya (sol). Şilka çayı arqun çayı ilə birləşərək amuer çayını əmələ gətirir.
Şillalı (Üskü)
Şillalı (fars. شللو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 200 nəfər yaşayır (59 ailə).
Şilpa Şetti
Şilpa Şetti Kundra (8 iyun 1975, Manqalur, Karnataka) Hindistanlı aktrisa, kinorejisor, kino prodüseri, rəqqasə, yazıçı, iş adamı və əsasən hind filmlərində çəkilmiş keçmiş modeldir. Şetti iki Filmfare Mükafatı nominasiyası qazanmış “Baazigar” (1993) trillerində debüt etmişdir. Bunun ardınca ikili rol oynadığı Main Khiladi Tu Anari (1994) adlı döyüş-komediya janrındakı filmdə baş rolda oynamışdır.
Şiləvəngə (Yardımlı)
Şiləvəngə — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şiləvəngə kənd camaatı Cəlilabad rayonundakı Şiləvəngə kənd camaatı ilə qohumdur. Əski zamanlarda Cəlilabaddaki kənd qışlaq və Yardımlıdakı kənd yaylaq kimi istifadə olunurdu. İranın Germi bölgəsində də 6 kənd əhalisi (Salala, Daşdibi, Geygal, Qarabulağ, İlxanlar və Təzəkənd) Şiləvəngədən köçmədirlər və özlərini şiləvəngəli kimi tanıdırlar.[mənbə göstərin]Oykonim talış dilinəki şilə (çuxur, çökək) və vəngə (yer) komponentlərindən düzəlib, "çuxur yer" və ya şilə (çubuqla hörülmüş bənd), məkan bildirən vən sözündən və -gə şəkilçisindən ibarət olub, "çubuqla hörülmüş bənd olan yer" kimi izah olunur. Yaşayış məntəqəsi həqiqətən də əkin sahələrini suvarmaq üçün bənd çəkilmiş çökək ərazidə yerləşir.
Şiləvəngə bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə

домечта́ть откры́ться первобы́тность перека́тчица зажи́мщик ка́рканье моря́чка навида́ться обезли́чивание подура́чить правофланго́вый тере́ться бузан роб agnomen calico bush cartaceous civet cat counterpreparation mace renew retch stripteaser пуганый сибаритка