ŞİT

sif.
1. Duz qatılmamış, duzsuz. Şit pendir. Şit kərə.
[Mahmud:] Bir kətəyə bax, şit yağı da basıblar arasına, adamın ağzının suyu axır. Ə.Haqverdiyev.

// Duzu az, lazımınca duzlanmamış. Şit xörək.
2. məc. Danışığı, hərəkətləri yüngül, qeyriciddi, bayağı; duzsuz. Şit adam.
– Zeynalın şit hərəkəti bitməyirdi. A.Şaiq.
[Qumru] Bünyada şit görünən bir tərzdə gülümsünüb dedi. Ə.Əbülhəsən.

// məc. Dəcəl, sırtıq, üzlü, həyasız, şuluqçu.
Bizim şit uşaqlar və başqasına istehza etməkdən zövq alan adamlarla işimiz yoxdur. M.İbrahimov.

// Çox maraqsız, duzsuz, ət tökən. Şit söhbətlər. Şit zarafat.
◊ Şit çıxmaq – yerinə düşməmək; yersiz, münasibətsiz, qeyri-ciddi görünmək.
Yox, çoban, bu tutmadı, – deyə, Alı güldü, – budəfəki məsələn şit çıxdı. Ə.Əbülhəsən.

Şiti çıxmaq1) həddindən artıq bayağı görünmək, yersiz olmaq, həddini aşmaq, ifrata varmaq;
2) həddindən artıq çox olmaq, görünmək.
Şitini (şitini-şorunu) çıxartmaq – öz hərəkətində hədd-hüdud bilməmək, həddini aşmaq, ağ eləmək, ifrata varmaq. Lap şitini çıxartdıq.

Синонимы

  • ŞİT şit bax 1. duzsuz; 2. şıltaq
  • ŞİT kərə — duzsuz (yağ)
  • ŞİT yüngül — qeyri-ciddi — dəmdəməki

Омонимы

  • ŞİT ŞİT I sif. Duzsuz. Şit yağ. ŞİT II sif. Yüngül. Bu isə şit sözləri olan mahnıların yaranmasına gətirib çıxarır

Антонимы

  • ŞİT ŞİT – CİDDİ Kələntərin üzündə daha şit bir təbəssüm oynadı (M.İbrahimov); Yox. Boş söhbət deyil, çox ciddi söhbətdir (M
ŞİŞTƏPƏ
ŞİT-ŞİT
OBASTAN VİKİ
Meir Şitrit
Meir Şeerit (ivr. ‏מאיר שטרית‏‎; 10 oktyabr 1948) — İsrailli siyasətçi. 1981–1988-ci illər arasında Likud partiyasından olub, Knessetin üzvü və 1992-ci ildən 2005-ci ilə qədər isə Kadima partiyasının üzvü olub. O, 2012-ci ildə Hatnuaha qatılanadək Kadimanın Knesset üzvü olaraq qaldı; 2015-ci ilə qədər bu vəzifədə çalışdı. Ayrıca bir sıra nazir vəzifələrini tutdu; Daxili İşlər Naziri, Mənzil və Tikinti Naziri, Maliyyə Naziri, Ədliyyə naziri, Nəqliyyat və Təhsil, Mədəniyyət və İdman Naziri. 2014-cü ildə də İsrail prezidentliyinə namizəd idi.
Şitake
Şiitake (Lentinula edodes) Şərqi Asiyada yerli olan və bir çox Asiya ölkələrində becərilən və istehlak olunan yeməli göbələk. Bəzi ənənəvi tibb formalarında bir dərman göbələk kimi hesab olunur.
Şitalakşa (çay)
Şitalakşa (benq. শীতলক্ষ্যা নদী; Shitalokkha Nodi) — Brahmaputranın bir qoludur. Başlanğıcının bir hissəsi Banar çayı kimi də tanınır. Çay 110 kilometr (68 mil) uzunluğundadır və təxminən 300 metr (980 ft) uzunluğunda hissəsi Narayanqang yaxınlığından keçir. Çay Narsinqdi ilə sərhədi təşkil edərək Qazipur bölgəsindən axır və sonra Narayanqang rayonunun ərazisindən keçir. Çayın maksimal dərinliyi 70 fut (21 m), orta dərinliyi isə 33 fut (10 m)-dir. Van den Brokun xəritəsində çay Barrempooter (Brahmaputra) qərbə axan Lekki adlı çay kimi qeyd edilmişdir. Van den Brokun dövründə (1660) Şitalakşa böyük və sürətlə axan çay idi. XIX əsrin əvvəllərinə qədər belə idi. Bununla yanaşı, Van den Broukun xəritəsinin düzgünlüyünə dair bəzi qeydlər də var.
Şitov (Çaypara)
Şitov (fars. شطو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (16 ailə).
Şitskvara
Şitskvara (gürc. შიცკვარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 200 m hündürlüktə, Suxumidən 20 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 10.

Значение слова в других словарях

дарови́тость зарази́тельно манси́ец нево́ля плаче́вно подка́пываться поча́точный болтоло́гия ква́шение околева́ть переполза́ть стреми́ть упроще́нческий genetrix Honiara jettage mellow rag-paper wegotism глиптика заграбастать многоугольник наличность натурщица подметальщик