ŞİŞLİK

is.
1. Şişə çəkilərək od üstündə bişirilən tikə-tikə ətdən ibarət yemək; tikəkabab (rus dilində “şaşlık” şəklində işlənir).
Ov ətlərindən şişlik bişirmək üçün incə ətirli budaqlardan şişlər, ocaqlarda yaqut kimi qızaran közlər hazırlanmışdı. M.Rzaquluzadə.

2. Ucu şiş alət. Əlində şişlik meydana atıldı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞİŞLİK şişlik bax kabab
  • ŞİŞLİK yumruluq — doluluq — koppuşluq
  • ŞİŞLİK yüksəklik — ucalıq — qəlbilik
  • ŞİŞLİK qabarıqlıq — köplük
ŞİŞLƏNMƏK
ŞİŞMAN
OBASTAN VİKİ
Şişlik
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. == Tərkibi == Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. == Hazırlanma qaydası == Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.

Digər lüğətlərdə

бе́льма за́навес кинорежиссёр коротковолновый надру́бка напа́рник наряжа́ться не та́к чтоб поприби́ть проспирто́ванный раскровени́ться смолова́р дойти до белого кале́ния по-кни́жному ого-го amortizable Bercy flavour meter overdare shaking tidal ulteriorly сыграться тиранство