ŞLAM

is. [ alm. ] Qiymətli hissələrindən istifadə etmək üçün xırdalanan filiz və ya kömür.
ŞLAQBÁUM
ŞLANQ
OBASTAN VİKİ
Şlam
Şlam - dərinlik buruq qazmaları zamanı quyuların dibində və divarlarında süxurların pozulması nəticəsində yaranan dispers hissəciklərin su ilə qarışdırılmış kütləsidir. == Buruq şlamlar == Şlamlar adətən yerin səthində buruqlardakı qazma baltalarının və başqa hissələrinin yerin üstündə su ilə yuyulduğu zaman toplanır ki, bunlara da buruq şlamları deyilir. Bundan başqa filiz saflaşdırma,əlvan və qara metallurgiya müəssisə və zavodlarında əsas məhsul istehsalı zamanı küllü miqdarda şlamlı tullantılar da əmələ gəlir. Həmin şlam kütləsinin həcmi bir neçə on mln kub.m-ə qədər olur. Gəncə alüminium zavodunun və Sumqayıt boru-prakat zavodunun ətrafında toplanan şlamlı tullantılar buna misal ola bilər. == Şlam töküntüləri == Filizin çıxarılması, saflaşdırılması və emalı zamanı maye halında olan tullantılardır.
Qırmızı şlam
Qırmızı şlam Qırmızı şlam boksitlərdən Bayer üsulu ilə alüminium –oksid alınması prosesinin qalığıdır. Müxtəlif məlumatlara əsasən təkcə MDB ölkələrində 100-150 milyon ton qırmızı şlam toplanıb qalmışdır. Bu tullantılar alüminum istehsalı zavodlarının yaxınlığında cox böyük ərazini tutur və potensial təhlükə mənbəyidir. Buna misal kimi 2010-cu ildə Macarıstanda qırmızı şlamla bağlı baş verən ekoloji fəlakəti göstərmək olar. Bu zaman 1,1 milyon kubmetr həcmində zəhərli maddələr ətraf mühitə dağılmış, insan itgisi olmuşdur. Bu səbəbdən zavod 472 milyon avro cərimə edilmişdir. Azərbaycanda da (Gəncə şəhəri) bu cür şlam 60 hektara qədər ərazinin tutur və burada 12 milyon ton alunit, 20 milyon ton boksit tullantısı toplanmışdır.Bu ərazinin torpaq qatı ilə örtülməsinə baxmayaraq , yenə təhlükə mənbəyi olaraq qalır. Ədəbiyyat materiallarının analizi göstərir ki, qırmızı şlamın emalının həm piro-, həm də hidrometallurgiya üsulları ilə işlənməsi təklif olunur. Pirometallurgiya texnologiyaları qırmızı şlamdakı dəmir tərkibli komponentlərin maqnitlənən hissəsinin, qeyri-maqnit hissədən ayrılmasına əsaslanır və cox yüksək temperaturda aparılır. Bu üsul enerji daşıyıcılarının qiymətlərinin cox yüksək olması baxımından perspektivli sayılmır.
Mazutlu-bitumlu şlam
Mazutlu-bitumlu şlam - neftin neftayrıma zavodlarında ilkin emal zamanı, yəni xam neftin termiki fraksiyalaşdırılmamışdan əvvəl asılı mexaniki hissəciklərdən təmizlənməsi üçün gilli qranulometrik tərkibə malik absorbentlərdən istifadə edilir. Həmin absorbentlər neftin tərkibində olan xırda hissəciklərlə birləşərək böyük həcmdə tullantıya çevrilirlər ki, onlarda öz növbəsində neftlə hopmuş olurlar. Onlar tullantı halında şlamxanada toplanmaqlla netfli birləşmələrlə zənginləşmişlər. Tullantılar fiziki-kimyəvi və fotokimyəvi proseslər nəticəsində müəyyən dövr ərzində mazut, sonra isə bitum halına keçirlər. Bina misal olaraq Zığ yaşayış sahəsininn yaxınlığındalı mazutlu-bitumlu şlamxananı göstərmək olar.

Digər lüğətlərdə

вспа́рывание ключ кре́стница навы́кнуть перевиса́ть поме́щицкий фрезеро́вщик бланширова́ть вертика́ль возни́кнуть выме́шиваться мама́шин ни в зуб толкну́ть отма́стка прут развороши́ть ловкий biography Klondike manage offensive parkin reluctance yolked перистальтика