şorbalıq
şorçörəyi
OBASTAN VİKİ
Şorca
ErmənistandaŞorca (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonuna aid bir kənd. Aşağı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Yuxarı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd.
Aşağı Şorca
Aşağı Şorca — Göyçə mahalında kənd. == Tarixi == Aşağı Şorca toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Bəzi tarixçilər Şorca toponiminin şoran yer mənasını bildirdiyini söyləyir. Ancaq Göyçədə yaşayanlar bilirlər ki, Göyçədə mövcud olmuş Şorca kəndlərindən heç birində şoran torpaqlar olmamışdır. Ona görə də bu fərziyyə inandırıcı görsənmir. Aşağı Şorca rayon mərkəzindən 12 km şərqdə yerləşir. Yuxarı Şorca, Daşkənd kəndi, Sarıyaqub, Qaraqoyunlu kəndləri ve Kəlbəcər rayonu ilə həmsərhəd olub. Kəndin 2757 ha torpaq sahəsi olub ki, bunun 570 ha Yellidərə dövlət sapalaq torpağı, 1250 ha biçənək sahəsidir. Əhalisi isə 1800 nəfərə yaxın olub. 1988-ci ilə qədər isə sovxozda 22 yük maşını, 1 avtobus, 3 “UAZ”, 1 “Moskviç”, 1 ekskvator, 4 kombayn, əlavə müxtəlif texnika, 6 min xırdabuynuzlu heyvan, 550 baş iribuynuzlu mal, əhalidə isə 8 minə yaxın xırdabuynuzlu, 1000-dən artıq iribuynuzlu heyvan olub.
Yuxarı Şorca
Yuxarı Şorca — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Yuxarı Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Kəndin digər adları Tatar Şorcası, Başkeyti, Şorcalı Keyti olmuşdur. İ.Şopenin əsərində Baş Keyti adı formasında qeyd edilmişdir. Kəndin ilkin adı məhz Baş keyti olmuşdur. XIX əsrin 80-cı illərində kəndin adı artıq Şorca formasında öz əksini tapmışdır. Rayonun ərazisindəki Aşağı Keyti, Təzə (Yeni) Keyti kəndi XIX əsrin 80-cı illərində Şorcalı, XX əsrin əvəllərində Aşağı Şorca kəndi adlarıdırıldıqdan sonra, Şorca kəndi də Yuxarı Şorca adlandırılmışdır. Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Toponim fərqləndirici əlamət bildirən yuxarı sözünün və "duzluq, şoranlıq" mənasında işlənən şor sözünə sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin artırılması ilə düzəlib. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Şorca (Bükan)
Şorca (fars. ‎‎‎شورجه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (6 ailə).
Şorca (Göyçə)
Şorca — Göyçə mahalıda Çəmbərək rayonuna aid bir kənddir. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri). Hazırda Geğarkunik marzında (vilayət) yerləşir. == Tarixi == Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 13 km cənub-şərqdə Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılmışdır. Kəndin adı erməni mənbələrində Şor Əli, Şorjalı, rus mənbələrində Şorcalı (Şordjalu) formalarında qeyd edilmişdir. Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı -lı şəkilçsi sonralar ixtisar edilmiş və sənədlərdə Şorca kimi rəsmiləşmişdi.
Şorca (Xudabəndə)
Şorca (fars. شورجا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (45 ailə).
Şorca Allahamanlı (Çaroymaq)
Şorca Allahamanlı (fars. شورجه اله امانلو‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (3 ailə).
Şorca Torağay (Məlikan)
Şorca Torağay (fars. شورجه طوراغاي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (65 ailə).
Şorca-i Hüseynabad (Çaypara)
Şorca-i Hüseynabad (fars. ‎شورجه حسين اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şorca-i Qasım (Miyanə)
Şorca-i Qasım (fars. شورجه قاسم‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Şorca-i İmamcümə (Çaroymaq)
Şorca-i İmamcümə (fars. شورجه امام جمعه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (22 ailə).
Şorcabarıq (Qoşaçay)
Şorcabarıq (fars. شورجه باروق‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (41 ailə).
Şorcakürd (Qoşaçay)
Şorcakürd (fars. شورجه كرد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır (83 ailə).
альтерна́т изма́зывание изоля́ция изруга́ться ка́менщик насту́рция прииска́тельница раско́л выпа́рхивание излага́ться консигна́тор оподле́ть словоуказа́тель ста́рка клокот миндер рытор cockeyed bob faddist pasteboard spur гидрофон кроликовод овцематка острогать