ştamb
ştamp
OBASTAN VİKİ
Rudolf Ştammler
Rudolf Ştammler (alm. Karl Eduard Julius Theodor Rudolf Stammler‎,19 fevral 1856[…], Alsfeld, Hessen – 25 aprel 1938[…], Verniqerode, Saksoniya-Anhalt) — Almaniya iqtisadçısı. == Həyatı == === Fəaliyyəti === R. Ştammlerin əsas əsəri "Təsərrüfat və hüquq"dur (1896-cı il), burada o sosial məktəbin fəlsəfi və metodoloji prinsiplərini dürüst ifadə etmişdir. Ştolsman "Sosial kateqoriyalar" (1896-cı il), "Xalq təsərrüfatında məqsəd" (1909-cu il), "Xalq təsərrüfatı fəlsəfəsinin əsasları" (1925-ci il) əsərlərində həm də bu təlimin nəzəri – metodoloji əsaslarını inkişaf etdirmişdir. Sosial məktəbdə A. Ammonun "Siyasi iqtisadın predmeti və əsas anlayışları" (1911-ci il), "Xalqın rifahı haqqında təlimin əsasları" (1926-cı il), F. Oppengeymerin "Xalis və siyasi iqtisadın nəzəriyyəsi" (1902-ci il), "Sosial məsələ" (1912-ci il), "Kapital olan dəyər və mənfəət" (1922-ci il), F. Petrinin "Marksın dəyər nəzəriyyəsinin sosial məzmunu" (1916-cı il), K. Dilin "Nəzəri və siyasi iqtisad (1916-cı il), "Kapitalizmin hüquqi əsasları" (1929-cu il) əsərləri mühüm yer tutur. Sosial məktəb yeni tarix məktəbinin varisi olub, onun nümayəndələrinin arxasınca iqtisadi həyatın müəyyənedici amilləri kimi hüquqi və etik normaları nəzərdən keçirirdi, lakin yeni tarix məktəbindən fərqli olaraq, sosial məktəbin tərəfdarları göstərirdilər ki, iqtisadi münasibətlər müəyyən sosial məzmuna malikdir ki, bu münasibətlərin arxasında insanlar arasında ictimai münasibətlər durur və əsasını iqtisadi hadisələrin təhlilinə sosial yanaşma təşkil edən iqtisadi nəzəriyyə yaratmağa cəhd edirdilər. Bu məktəbin metodologiyası formanın məzmun üzərində üstünlüyünün qəbul edilməsinə əsaslanırdı. Ştammler göstərirdi ki, insanlar üzərində əlaqələri məhz hüquq müəyyən edir, Dil isə qeyd edirdi ki, elmi tədqiqatın predmeti yalnız hüquqi iqtisadiyyatdır və sosial həyatda səbəb-nəticə yox, hüquqi qanun hökmranlıq edir. Ştammler hesab edirdi ki, iqtisadi hadisələrdə formanı və məzmunu fərqləndirmək lazımdır: məzmun insanların ictimai əmək bölgüsünə əsaslanan birgə fəaliyyətin, forma isə hüququn, dövlətin, qanunların köməyi ilə həyata keçirilən xarici tənzimlənmədir və sosial təsərrüfat yalnız forma ilə ölçülür. Sosial məktəb iqtisadi qanunun mümkünlüyünü inkar etməklə çıxış etdi.

Digər lüğətlərdə

-ак- глади́льщик заплёвывать комли́стый мона́рший монопо́льно отда́ние преве́нция протеста́нтский утверди́ться антиобще́ственный настла́ть несвя́занный нота́ция поте́нция расклёшить рыбоперераба́тывающий Congo dray hatstand self-destructive tacit воск прятаться трензель