ŞUMAL

sif.
1. Hündür, düz, sərrast. Şumal çinar. Şumal ağac.
– Tikildi divarlar, şumal dirəklər. M.Müşfiq.
[Yunis:] Bu taxta qurudur, şumaldır. Mir Cəlal.

2. məc. Ucaboy, boy-buxunlu, təndürüst, qədd-qamətli. Şumal oğlan. Şumal qız. – Aşağı tərəfdə samovarın yanında ev xanımı oturmuşdu.
İrigözlü, uzunkirpikli şumal bir qız çay fincanları(nı) düzməkdə idi. Çəmənzəminli.
Heybət qabaqdakı qıvrımsaçlı, qarayanız, şumal oğlana müraciət elədi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞUMAL şumal bax 1. uca 1; 2. ucaboy(lu)
  • ŞUMAL qamətli — boylu-buxunlu
  • ŞUMAL uca — hündür
  • ŞUMAL düz — sərrast

Antonimlər (əks mənalı sözlər)

  • ŞUMAL ŞUMAL – KƏLƏ-KÖTÜR Bu şumal pöhrəni; bir vurğa qələm elədi; və qürurla dedi (R.Rza); Bu taxta kələ-kötürdür

Etimologiya

  • ŞUMAL Mənbələrdə şımar kəlməsi var, feildir, “hamar olmaq” kimi açıqlanıb. Şım sözü var və “hamar” kimi izah olunub
ŞUM₂
ŞUMALTI

Digər lüğətlərdə

...сло́жный бракоде́льство засты́лый моле́бен мощь негрито́с подъезжа́ть разното́нно сиротли́вость скопа́ суесло́вие брезе́нтовый обви́слый перезабываться проволочи́ть самодержа́вный субси́дия тита́новый мельтенить blood-poisoning cembalo dangle-dolly fishnet transiency миропомазание