ŞURİŞ

is. [ fars. ] Qarışıqlıq, qarğaşalıq, iğtişaş, şuluqluq.
Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat keçib Qarabağ vilayətinə, İbrahim xanın təhti-himayəsinə gediblər. F.Köçərli.
[Mozalan bəy:] Ay Allah, İranın bu şuriş vaxtında, görəsən, başıma nə müsibətlər gələcək… Ə.Haqverdiyev.

□ Şuriş düşmək – qarışıqlıq, qarğaşalıq düşmək, iğtişaş qalxmaq, ara qarışmaq.
Kənddə şuriş düşdü. C.Məmmədquluzadə.
[Vəzir:] Sus! Öylə söz demə, yoxsa camaat xəbərdar olsa, haman dəm şuriş düşər. Ü.Hacıbəyov.

Şuriş salmaq1) qarışıqlıq salmaq, qarğaşalıq salmaq, aranı qarışdırmaq, iğtişaş salmaq, şuluqluq törətmək.
Müdir [Qurban Mərəndini] vətənpərəstlik hisslərini itirməkdə və şuriş salmaqda ittiham etdi. M.İbrahimov;

2) səs-küy salmaq, gurultu salmaq.
Gəlin, indi nəğməni başdan çalaq; Dağa, daşa, səhraya şuriş salaq. A.Səhhət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞURİŞ şuriş bax 1. şuluqluq 1; 2. qiyam
ŞURF
ŞURUP

Digər lüğətlərdə

анони́мно гру́ппа исполко́мовец исторга́ть поварска́я суесло́вие у́стерса лоскут мы́слиться прики́нутый простила́ть пустозво́нить та́лый cockling electoral roll German Ocean half-hour hatchet face Nizhni Tagil polymer spotted академичность блат девятьсот психиатр