ŞUX
ŞUX
OBASTAN VİKİ
Addala-Şuxqelmer
Addala-Şuxqelmer — Böyük Qafqazın şərq hissəsində, Boqos silsiləsi sistemində, Dağıstanda dağ zirvəsi. Dağıstanın üçüncü ən yüksək dağ zirvəsidir, hündürlüyü dəniz səviyyəsindən 4151 metr hündürlüyə çatır. Yerlilər dağa Kabbala dağı deyirlər. == Təsviri == Dağın forması zirvəyə doğru uzanan silsilələri xatırladır, buna görə də, Adalla-Şuxqelmer ulduz kimi görünür.Dağın cənub-qərbində Boçek dağı (4116 m) massivi var, qərbdən Addalaya qədər buzla örtülmüş, Belyakov (Belenqi-mer, 4053 m), Baydukov (Kosaraku-mer dağı, 4097 m), Çkalov (Anchobala-anda, 4150 m) zirvələrinin olduğu bir silsilə yüksəlir. Yarım kilometr şərqdə Tunsada (4013 m) və İjinamer (4025 m) zirvələri yüksəlir. Çoxlu dırmanma marşrutları Adallaya aparır.Avar və Andi Göysu çaylarının çoxsaylı qolları Addala buzlaqlarından başlayır, dağ bu çayların hövzələrini ayırır.Addala yaxınlığında Dağıstanın Tsumada rayonunun kəndləri: Honox, Xvarşi, Tindi vardır. == Tarixi == Dağa ilk dəfə 1892-ci ildə Belenqi dərəsindən Alman alpinist Qotfrid Mertsbaxer olmuşdur. Addala-Şuxqelmerin fəthi Mertsbaxerin ekspedisiyasında sonuncu kəşf idi, bundan əvvəl onlar Qafqazın Alazani vadisinə qədər bir sıra dağ silsilələrini araşdırmışdılar. Dağa qalxmaq onun hündürlüyünün ölçülməsi ilə müşayiət olunurdu. Adallaya qalxan zaman onun hündürlüyü məsələsi aydın deyildi.
Mustafa ağa Şuxi
Mustafa ağa Kərim ağa oğlu Şuxi (?-1895) — şair. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Mustafa ağa Şəkixanov məşhur şair Kərim ağa Fatehin sülbi oğludur. Mustafa ağa validi-büzürgvarı kimi mərifət və kamal sahibi, möhtərəm bir şəxs olub, əksər övqat məclisini ürəfavü şüəralar ilə təzyin edərmiş. Zindəganlığının ibtidasında dövlətmənd olub, axır vaxtlarda bir az kasıb düşübdür və özünə mütəəlliq olan əmlakın mədaxili ilə güzəran edərmiş. Mərhum Mustafa ağa Şuxinin çox rəvan və gözəl təbi var imiş. Öz dəstxətti ilə yazılmış bir divanı vardır ki, onda ədəbiyyatın hər növünə dair əşarü kəlam vardır".
Şuxov qülləsi
Şuxov qülləsi (rus. Шуховская башня) və ya Şabolovka qülləsi (rus. Шаболовская башня) — Rusiyanın paytaxtı Moskvada yerləşən, Vladimir Şuxov tərəfindən hazırlanmış teleradio qülləsi. 160 metr hündürlüyündə olan bu diaqrid struktur Rusiya vətəndaş müharibəsi illərində — 1920–1922-ci illərdə poladdan hazırlanmışdır. == Struktur == Şuxov qülləsi hiperboloid quruluşa malik olub (hiperbolik polad torşəkilli örtük) konusşəkillidir. Qüllə diaqrid quruluşa malikdir və onun polad örtüyü küləyə davamlı olması üçündür (hündür binalar üçün əhəmiyyətli dizayn faktoru). Orijinal plana əsasən qüllənin hündürlüyü 350 metr olmalı idi. Lakin tikildiyi dörvrdə Rusiyada polad ehtiyatları az olduğundan 160 metr hündürlüyündə tikilmişdir. == Yer == Şuxov qülləsi Moskvada, Kremlın bir neçə kilometr cənubunda yerləşir, amma turistlərin bura daxil olmasına icazə verilmir. Qüllə Şabolovka küçəsi, 37 ünvanında yerləşir.
Şuxrat Barlas
Şuxrat Salamov və ya Şuxrat Barlas (tam adı Salamov Şuxrat Nasıroviç) — məşhur özbək tarixçisi və tədqiqatçısı. == Fəaliyyəti == Azərbaycanın dostu və təəssübkeşi olan Şuxrat Salamov Azərbaycanın Özbəkistan səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. O, erməni məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, Xocalı faciəsi, ermənilərin bütövlükdə türk xalqlarına qarşı törətdikləri soyqırım siyasətini arxiv materialları, sənədlər və tarixi faktlara istinad edərək ifşa etmişdir. == Kitabları == "Qarabağ: ideyalar müharibəsi" "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə.
Şuxrat Salamov
Şuxrat Salamov və ya Şuxrat Barlas (tam adı Salamov Şuxrat Nasıroviç) — məşhur özbək tarixçisi və tədqiqatçısı. == Fəaliyyəti == Azərbaycanın dostu və təəssübkeşi olan Şuxrat Salamov Azərbaycanın Özbəkistan səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. O, erməni məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, Xocalı faciəsi, ermənilərin bütövlükdə türk xalqlarına qarşı törətdikləri soyqırım siyasətini arxiv materialları, sənədlər və tarixi faktlara istinad edərək ifşa etmişdir. == Kitabları == "Qarabağ: ideyalar müharibəsi" "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə.

Значение слова в других словарях

бры́нза магомета́нка ме́точный опри́чники притуши́ть распределя́ть шо́ры ба́нда заспа́ться поголоси́ть сни́зываться таким мака́ром беркут coaling station hog-wash hunter's moon negligently pausal peahead sinuous valorization дезинфекционный мелиоративный отплачивать укладчик