şvart

şvart (dəniz.)
şvablar
şvartov
OBASTAN VİKİ
Aaron Şvarts
Aron Şvarts (ing. Aaron Swartz; 8 noyabr 1986, Haylend-Park[d], İllinoys – 11 yanvar 2013, Bruklin, Nyu-York ştatı) — proqramçı, yazıçı. 2009-cu ildə Amerikan federal məhkəmələrinə aid PACER bazasında olan və pul qarşılığı satılan təxminən 18 milyon sənədi və 2011-ci ildə JSTOR'dan 4 milyona yaxın məqaləni kompüterinə endirib xalqa açıq hala gətirmiş və bundan ötəri "məlumat quldurluğu" və "qeyri-qanuni fayl endirmə" kimi ağır cinayətlərdən haqqında 13 dəfə iddia açılmışdı. Dünyanın qabaqcıl ictimai paylaşma saytlarından Reddit'in qurucularından olan Swartz Brooklyn, New Yorkdakı evində 11 yanvar 2013-cü il özünü asaraq 26 yaşında həyatına son verdi. Ölümündən əvvəl 1 milyon dollar pul və 35 il həbs cəzasına məhkum edilməsi gözlənilirdi.
Arnold Şvartsenegger
Arnold Alois Şvartsenegger (alm. Arnold Schwarzenegger‎; 30 iyul 1947[…], Tal[d], Müttəfiqlər tərəfindən işğal olunmuş Avstriya) — Avstriya mənşəli ABŞ aktyoru, bodibilder və ABŞ-nin Kaliforniya ştatının keçmiş (38-ci) qubernatoru. == Həyatı == Arnold Alois Şvartsenegger (almanca Arnold Alois Schwarzenegger) 30 iyul 1947-ci ildə Avstriyanın Qrats şəhəri yaxınlığında yerləşən Tal kəndində anadan olub. Polis zabiti olan atası Qustav, 1938-ci ildən Nasional-Sosialist partiyasının üzvü idi. Atası Qustav oğlunu futbolçu kimi görmək istəyirdi. Arnold isə uşaqlıqdan bəri ağırlıq qaldırma ilə məşğul olurdu. 1965-ci ildə Arnoldu hərbi xidmətə çağırırlar. Elə həmin ildə o bodibildinq üzrə "Mister Avropa" yarışmasında iştirak etmək üçün özbaşına hərbi hissəni tərk edir və həmin yarışmada iştirak edərək qalib gəlir. İki il sonra isə, o dünyanın ən gənc "Mister Olimpiya" titulunu qazanmış idmançı olur. Sonradan o bu titulu daha 4 dəfə əldə edir.
Aron Şvarts
Aron Şvarts (ing. Aaron Swartz; 8 noyabr 1986, Haylend-Park[d], İllinoys – 11 yanvar 2013, Bruklin, Nyu-York ştatı) — proqramçı, yazıçı. 2009-cu ildə Amerikan federal məhkəmələrinə aid PACER bazasında olan və pul qarşılığı satılan təxminən 18 milyon sənədi və 2011-ci ildə JSTOR'dan 4 milyona yaxın məqaləni kompüterinə endirib xalqa açıq hala gətirmiş və bundan ötəri "məlumat quldurluğu" və "qeyri-qanuni fayl endirmə" kimi ağır cinayətlərdən haqqında 13 dəfə iddia açılmışdı. Dünyanın qabaqcıl ictimai paylaşma saytlarından Reddit'in qurucularından olan Swartz Brooklyn, New Yorkdakı evində 11 yanvar 2013-cü il özünü asaraq 26 yaşında həyatına son verdi. Ölümündən əvvəl 1 milyon dollar pul və 35 il həbs cəzasına məhkum edilməsi gözlənilirdi.
Norman Şvartskopf
Norman Şvartskopf (ing. Norman Schwarzkopf 22 avqust 1934 - 27 dekabr 2012) - 1991-ci ildə İraqın Küveyti işğal etməsindən sonra bu ölkəyə qarşı keçirilən hərbi əməliyyata rəhbərlik etmiş amerikalı general. 1934-cü il təvəllüdlü Norman Şvartskopf Vyetnam müharibəsinin veteranıdır. 1990-91-ci illərdəki Körfəz müharibəsi zamanı Səddam Hüseynin qoşunlarının Küveytdən çıxarılması ilə nəticələnən “Səhrada fırtına” və "Səhranın qılıncı" adı verilən hərbi əməliyyatlara rəhbərlik edib. Müharibədən sonra o, ABŞ-nin ən yüksək dövlət mükafatlarından olan Azadlıq Prezident Medalı ilə təltif edilib. Norman Şvartskopf 2012-ci il dekabrın 27-də 78 yaşında vəfat edib.
Stanislav Şvarts
Stanislav Şvarts (1 aprel 1919 və ya 1919, Dnepr – 12 may 1976 və ya 1976, Sverdlovsk) — Sovet zooloqu və ekoloqu, SSRİ Elmlər Akademiyasının akademiki (1970), əhalinin və təkamül ekologiyasının rusdilli qanadının banilərindən biridir. 1 aprel 1919-cu ildə Yekaterinoslavda anadan olub. 1937-ci ildə Stanislav Şvarts müəllimləri D. Kaşkarov və P. Terentyev olduğu Leninqrad Universitetinin biologiya fakültəsinə daxil olur. Müharibə vaxtı könüllü olaraq cəbhəyə yollanır. 1942-ci ildə tərxis olunmadan sonra universiteti bitirib aspiranturaya daxil olur. 1946-cı ildə namizədlik dissertasiyasını müdafiə edir. 1946-cı ildən Sverdlovskda Heyvan populyasiyası ekologiyası laboratoriyasının təşkilatçısı və rəhbəri (1952-ci ildən). 1954-cü ildən elmlər doktoru, 1966-cı ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1970-ci ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olur. 1955–1976-cı illərdə fəaliyyətlərinə müasir bir istiqamət vermiş SSRİ Elmlər Akademiyası Bitki və Heyvan Ekologiyası İnstitutunun direktoru olur. Stanislav Şvarts heyvan populyasiyalarının vəziyyətini müəyyənləşdirmək və inkişafının proqnozlaşdırılması üçün morfofizioloji göstəricilər metodunu, təbiətdəki təkamül prosesinin ekoloji mexanizmləri haqqında yeni fikirləri, heyvan populyasiyalarında böyümə və inkişaf sürətinin metabolik tənzimlənməsini inkişaf etdirmiş, heyvan populyasiyası ekologiyasının inkişafına mühüm töhfə vermişdir.
Lev Şvartsman
Lev Leonidoviç Şvartsman (rus. Шварцман, Лев Леонидович) - SSRİ Silahlı Qüvvələrinin yəhudi əsilli polkovniki, SSRİ Xalq Daxili İşlər Komissarlığının zabiti. Şvartsman Böyük təmizləmə və Qızıl Orduda 1941-ci il repressiyası kimi dövrlərdə məhkumlardan aldığı saxta etiraflar və həmin etirafları əldə etmək üçün tətbiq etdiyi işgəncə metodları ilə məşhurluq qazanıb. Şəxsən işgəncə verdiyi şəxslər arasında sovet-rus yazıçı, jurnalist və dramaturq İsaak Babel, Sovet İttifaqı Marşalı Vasili Blyuxer və dövrünün tanınmış . Teatr rejissoru Vsevolod Meyerhold olmuşdur. O, General-polkovnik hərbi rütbəli İspaniyada vətəndaş müharibəsi zamanı hərbi müşavir vəzifəsində çalışmış Qriqori Şternnin 1941-ci il dindirimələri zamanı işgəncə əsnasında sağ gözünü çıxarmışdır. Bəzi təxminlərə görə Şvartsman 200-dən çox müxtəlif rütbəli zabitə şəxsən, saatlarla işgəncə verib. 1951-ci ilin 13 iyul tarixində yəhudi dövləti yaratmaq ittihamı ilə həbs edilmiş və həkimlərin işi çərçivəsində günahlandırılmışdır. Aparılan dindirmələr zamanı yəhudi millətçisi olduğunu və yüksək rütbəli zabitlərə birlikdə anti-sovet təşkilatına mənsub olduğunu etiraf etmişdir. İosif Stalinin ölümündən sonra həkimlərin işi ittihamlarının saxta və qurama olduğu ortaya çıxır, xüsusi xidmət orqanları üzərindəki hakimiyyətini yenidən ələ keçirən Lavrenti Beriya Şvartsmana işgəncə altında yalan ifadələr verdiyini etiraf etməsi müqabilində yalnız yəhudi millətçisi olmaqla ittiham olunmağı təklif etmişdir.