ŞÖBƏ
ŞÖHRƏT
OBASTAN VİKİ
"Şöhrət" ordeni
Şöhrət ordeni (Azərbaycan) — Azərbaycanın dövlət təltifi
Şöhrət Abbasov
Şöhrət Salihoviç Abbasov (özb. Shuhrat Abbosov; 16 yanvar 1931, Kokand – 25 aprel 2018, Daşkənd) — Özbəkistan kinorejissoru, ssenaristi, pedaqoqu. SSRİ xalq artisti (1981). == Həyatı == Şöhrət Salihoviç Abbasov 16 yanvar 1931-ci ildə Özbəkistanın Kokand şəhərində anadan olub.1949-cu ildə Daşkənd tibb texnikumunu bitirib.1954-cü ildə A. N. Ostrovski adına dövlət teatr sənəti institutunu tamamlayıb. 1958-ci ildə "Mosfilm"də ali rejissor kursunu keçib. 1954–1956-cı illərdə Yangiyolda M. Uyğur adına Daşkənd vilayəti musiqili-dram teatrının baş rejissoru vəzifəsində çalışmışdı. 1958-ci ildən 1991-ci ilədək — "Özbəkfilm" kinostudiyasında rejissor, 1982–1986-cı illərdə isə direktor kimi işləmişdi.
Şöhrət Abdulrəhmanov
Şöhrət Böyükbəy oğlu Abdulrəhmanov (14 fevral 1991; Hacıqabul rayonu, Azərbaycan SSR — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şöhrət Abdulrəhmanov 1991-ci il fevralın 14-də Hacıqabul rayonunun Şorbaçı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Şöhrət Abdulrəhmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şöhrət Abdulrəhmanov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Abdulrəhmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Abdulrəhmanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şöhrət Cabbarov
Şöhrət Əli oğlu Cabbarov (28 aprel 1995; Ölcələr, İmişli rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şöhrət Cabbarov 28 aprel 1995-ci ildə İmişli rayonunun Ölcələr kəndində dünyaya göz açmışdır. Orta təhsilini İmişli rayon Ölcələr kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Əvvəlcə, müddətli həqiqi hərbi xidmət qulluqçusu olan Şöhrət hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Şöhrət Cabbarov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şöhrət Cabbarov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şöhrət Cəlilov
Şöhrət Cəfər oğlu Cəlilov (11 yanvar 1998, Gəncəli, Xaçmaz rayonu – 24 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şöhrət Cəfər oğlu Cəlilov 11 yanvar 1998-ci ildə Xaçmaz rayonu Gəncəli kəndində anadan olub. == Hərbi xidməti == Şöhrət Cəlilov İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 24 oktyabrda Xocavənd rayonunun Zoğalbulaq və Düdükçü kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şöhrət Həsənov
Şöhrət Usub oğlu Həsənov (d. 23 dekabr 1944, Xocalı rayonu, Azərbaycan SSR, SSRİ – ö. 25 fevral 1992, Xocalı rayonu, Azərbaycan) — "İgidliyə görə" medalı ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Şöhrət Həsənov uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Xocalı soyqırımı baş verən zaman rayon icra hakimiyyəti başçısının birinci müavini olub. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === === Ölümü === O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə son nəfəsinə və son gülləsinədək vuruşdu. Avtomat silahının darağında olan 30 güllənin hamısı artıq qurtarmışdı. O, insanların sağ-salamat çayı keçməsinə kömək edib, sonra isə erməni snayperinə tuş gəlib, iki ayağından vuruldu. Onu işgəncə verərək öldürüblər. Əvvəlcə sağ qolunu və sağ qıçını kəsiblər, sonra sağ gözünü çıxarıblar və bu cür işgəncələri davam etdirərək onu qətlə yetiriblər.Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.
Şöhrət Mikayılov
Şöhrət İkram oğlu Mikayılov (26 fevral 2002; Zərgərli, Qəbələ rayonu, Azərbaycan — 31 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şöhrət Mikayılov 26 fevral 2002-ci ildə Qəbələ rayonunun Zərgərli kəndində İkram Mikayılovun ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Qəbələ rayon Nic qəsəbə 4 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Şöhrət Mikayılov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Şöhrət Mikayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şöhrət Mikayılov 31 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qəbələ rayonunda dəfn edilmişdir.
Şöhrət Məmmədov
Şöhrət Elçin oğlu Məmmədov (1 iyul 1995, Fərəhli, Qazax rayonu) — azərbaycanlı müğənni, bəstəkar. == Həyatı və karyerası == Şöhrət Məmmədov 1 iyul 1995-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2001–2009-cu illərdə Fərəhli kəndində Kamran Kərimov adına orta məktəbində təhsil almışdır. 2009-cu ildə Qazax rayonu Səməd Vurğun adına 2 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi akademiyasının 1-ci kursuna daxil olmuşdur, peşekar hərb təhsilini aldıqdan sonra 2016-cı ildə həmin akademiyanın məzunu olmuş, leytenant kimi ilkin hərbi rütbə ilə hərbi xidmətinə davam etmişdir. 2018-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi sıralarından ayrılmış və xidmətini dayandırmaq qərarına gəlmişdir. Uşaq yaşlarından musiqiyə böyük həvəsi olan Şöhrət Məmmədov hərbi xidmətindən ayrılandan sonra musiqi karyerasına başlamışdır. İlk mahnısının sözləri və bəstəsi özünə aid olan "Ay Ömrüm" mahnısı olmuşdur və bu mahnı ilə də qısa müddət ərzində böyük bir kütlənin sevgisini, marağını qazanmışdır. "Ay Ömrüm" mahnısı ilə musiqi sahəsində böyük maraq yaratmış Şöhrət Məmmədov bundan sonra da bir neçə hitlər ərsəyə gətirmiş və öz tamaşaçı kütləsini toplamışdır. Sənətçinin karyerasında "Öpüm Nəfəsindən" adlı mahnısı ilə milyonların sevgisini qazanmışdır.
Şöhrət Qasımov
Şöhrət Şakir oğlu Qasımov (16 avqust 1992; Gədəbəy rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Tibb xidməti rəisi, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şöhrət Qasımov 16 avqust 1992-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. İlk təhsilini 1998-ci ildə Sumqayıt şəhəri 18 saylı tam orta məktəbdə alan Şöhrət 2009-cu ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil olmuşdur. === Ailəsi === 2016-cı ildə Türkan Qasımzadə ilə ailə həyatı qurub. Murad və İlayda adlı 2 övladı yadigar qalıb. == Hərbi xidməti == Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Müdafiə Nazirliyinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlamışdır. 3 ay sonra Tərtər rayonunun ön xətdə yerləşən hərbi hissəsində xidmətini davam etdirmişdir. Hərbi tibb qulluqçusu olmuş və qısa zamanda tibb xidməti baş leytenantı rütbəsinə yüksəlmişdir. 2018-ci ildə Şöhrət Qasımova baş leytenant rütbəsi verilmişdir.
Şöhrət Vəkilov
Şöhrət Musa oğlu Vəkilov (8 may 1957, Qazax) — azərbaycanlı maliyyəçi, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviri, Baş Dövlət Vergi Müfəttişliyinin rəisi (1994-1999), Azərbaycan Respublikası maliyyə nazirinin müavini (1992-1994). == Həyatı == Şöhrət Musa oğlu Vəkilov 8 may 1957-ci ildə Azərbaycan SSR Qazax şəhərində doğulmuşdur. İlk təhsilini Qazax şəhər 4 saylı orta məktəbdə təhsil almışdır. İlk təhsil aldığı 4 saylı məktəb səkkizillik olduğu üçün 9/10-cu sinifləri 1 saylı Qazax orta məktəbində başa vurub. 1974-1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsində təhsil alıb. 1978-1980-ci illərdə Rusiya SFSR-də həqiqi-hərbi xidmət keçib. === Ailəsi === Vəkilovlar ailəsinin üzvüdür. == Fəaliyyəti == Ali təhsilini başa vurduqdan sonra Gəncə şəhər Maliyyə İdarəsində inspektor vəzifəsində çalışıb. Hərbi xidmətdən qayıtdıqdan sonra isə Bakıya gələrək Maliyyə Nazirliyində əmək fəaliyyətini davam etdirib. Ardınca Dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı, şöbə müdiri kimi çalışıb.
Şöhrət ordeni
Şöhrət ordeni (Azərbaycan) — Azərbaycanın dövlət təltifi
"Şöhrət" ordeni (Azərbaycan)
"Şöhrət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri. == Statusu == 1. Azərbaycan Respublikasının "Şöhrət" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə; sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə; sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə. 2. "Şöhrət" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şərəf" ordenindən sonra taxılır. == Təsviri == "Şöhrət" ordeni aypara şəklində, milli ornamentlərlə haşiyələnmiş dəfnə çələngləri içərisində təsvir olunmuş, şüaları yuxarıya səpələnən günəş kompozisiyasından ibarətdir. Kompozisiya qızıl suyuna çəkilmiş gümüşdəndir, üzəri mavi mina ilə örtülmüşdür, qabarit ölçüləri 32 mm x 38 mm-dir. Şüaları qövs şəklində kəsən və dəfnə budaqlarının yuxarı uclarını birləşdirən qızılı rəngli lentin üzərində "Şöhrət" sözü yazılmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur. Orden paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçüdə göy-ağ çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Şöhrət-fəza xanım
Şöhrət-fəza xanım (d. 1829 - ö. 1895) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı. == Həyatı == Əslən şimali Qafqaz əsilli olan Şöhrət-fəza xanım 1829-cu ildə Soçidə dünyaya gəldi. Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ almadan öncə təqdim edildiyi bilinir. Cütlüyün Tövhidə və Fatimə İsmayıl adlı 2 qızı dünyaya gəldi. İsmayıl Paşanın Misir hakimi təyin edilməsinin ardından Şöhrət-fəza xanım paşanın ilk xanımı olması səbəbilə "Birinci Şahzadə" ünvanı aldı. İsmayıl Paşanın vəzifədən alındığı 1879-cu ilədək bu ünvanı daşıyan Şöhrət-fəza xanım Misirdə Böyük xanım olaraq anılmağa başlandı. Qərb mədəniyyətinin Misirdə geniş vüsət aldığı illərdə o, Osmanlı motivli geyimlər geyinirdi.
Şöhrət Xiyabanı (Qroznı)
Şöhrət Xiyabanı və ya Axmat Kadırov adına Şöhrət Memorial Kompleksi — Qroznı şəhərində Böyük Vətən müharibəsində Qələbəyə, eləcə də Çeçenistan Respublikasının ilk Prezidenti Əhməd Kadırova həsr olunmuş xatirə abidəsi. Kompleks Qroznının mərkəzində, Mayakovski küçəsində yerləşir. Memorialda muzey, park və bir sıra abidələr var. Memorialın sahəsi 5 hektardır, Rusiyada Sovet xalqının Böyük Vətən müharibəsində Qələbəsinin xatirəsinə tikilmiş üçüncü ən böyük obyektdir. Bayram günlərində kompleks 15 min nəfəri qəbul edə bilir. == Tarixi == Memorial kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanılıb və təxminən 6 aya yaxın davam edib. Kompleksin təntənəli açılışı 2010-cu il mayın 8-də Qələbənin 65-ci ildönümü ərəfəsində olmuşdur. == Kompleksin memarlıq ansamblı == === Muzey === Memorial kompleksdə əsas yeri Əhməd Hacı Kadırov Muzeyinin iki mərtəbəli binası tutur. İnteryerin zənginliyi və gözəlliyi baxımından muzey dünya memarlığının məşhur abidələri ilə rəqabət apara bilər. Muzeyin mərkəzi zalında bədii pannonun yaradılması üçün mərmər İspaniyadan, ən yüksək standart-999 qızılla örtülmüş çilçıraq İrandan gətirilib.
Şöhrət ordeni (Azərbaycan)
"Şöhrət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri. == Statusu == 1. Azərbaycan Respublikasının "Şöhrət" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə; sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə; sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə. 2. "Şöhrət" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şərəf" ordenindən sonra taxılır. == Təsviri == "Şöhrət" ordeni aypara şəklində, milli ornamentlərlə haşiyələnmiş dəfnə çələngləri içərisində təsvir olunmuş, şüaları yuxarıya səpələnən günəş kompozisiyasından ibarətdir. Kompozisiya qızıl suyuna çəkilmiş gümüşdəndir, üzəri mavi mina ilə örtülmüşdür, qabarit ölçüləri 32 mm x 38 mm-dir. Şüaları qövs şəklində kəsən və dəfnə budaqlarının yuxarı uclarını birləşdirən qızılı rəngli lentin üzərində "Şöhrət" sözü yazılmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur. Orden paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçüdə göy-ağ çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Şöhrət xiyabanı (Hollivud)
Hollivudun "Şöhrət xiyabanı" (ing. Hollywood Walk of Fame) — Hollivud bulvarında və Vayn küçəsinin üç məhəlləsində küçənin hər iki trotuarı boyunca 15 məhəllədə yerləşən əyləncə sənayesinin nailiyyətlərinin daimi və ictimai abidəsi kimi çıxış edir. 2500-dən çox beşbucaqlı mis Ulduz trotuarın 6 futluq (1,8 m) plitələrində həkk edilmişdir. Burada aktyorlar, musiqiçilər, prodüserlər, musiqi və teatr turppalarının rəhbərlərinin, real və uydurulmuş personajların əyləncə və incəsənət sənayesinə verdikləri töhvələrinə görə ulduzları həkk olunmuşdur. "Şöhrət xiyabanını" Hollivud ticarət palatası idarə eləyir, Hollywood Historic Trust isə onu maliyyələşdirir. Aparılan tədqiqatlara görə, hər il Hollivudda yerləşən "Şöhrət xiyabanına" 10 milyondan çox insan baş çəkir. Bu həmçinin turizmin inkişafında çox böyük rol oynayır. == Təsviri == Hər monument mərcan-çəhrayı rəngdə olan beşbucaqlı ulduzdan ibarətdir. Ulduzun yuxarı hissəsində misdən çap hərfləri ilə yazılmış laureatın adı göstərilir. Ulduzun aşağı hissəsində dairəvi mis emblem laureatın hansı sənət üzrə töhfə aldğını göstərir.
Sambek yüksəkliyi şöhrət memorialı
Sambek yüksəkliyi şöhrət memorialı — Rostov vilayəti Neklinnovski rayonu Sambek qəsəbəsindən bir qədər aralıda yerləşən memorial abidə kompleksi. Kompleks 130 və 416 atıcı diviziyalarının Taqanroqun alınmasındakı xidmətlərinə görə qoyulmuşdur. Bu diviziyalar fəxri "Taqanroq diviziyası" adın layiq görülmüşlər. == Abidə == Abidə kompleksinin müəllifi bakılı heykəltaraş Elcan Seyfulla oğlu Şamilov və rostovlu V. İ. və İ. V. Qriqor. Abidə kəndin ətrafında ən hündür nöqtədə, vaxtı mövcid olan səngərlərin yerində, pulemyotların yerləşdirildiyi ərazidə ucaldılmışdır. Abidə iki beton lövhədən ibarətdir. Mərkəzdə ayrılmış abidə iki hissədən ibarətdir. Bu isə Taqanroqun azad olunmasında iştirak etmiş iki atıcı diviziyanı tərənnüm edir. Bu abidə bütün Rostov vilayəti ərazisində ən böyük memorial abidədir. == Tarix == Abidə 7 may 1980-ci ildə Azərbaycan SSR MK baş katibi Heydər Əliyev başda olmaqla Azərbaycandan gəlmiş nümayəndə heyətinin iştirakı ilə açılmışdır.
Şöhrət Vəkilov (dövlət xadimi)
Şöhrət Musa oğlu Vəkilov (8 may 1957, Qazax) — azərbaycanlı maliyyəçi, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviri, Baş Dövlət Vergi Müfəttişliyinin rəisi (1994-1999), Azərbaycan Respublikası maliyyə nazirinin müavini (1992-1994). == Həyatı == Şöhrət Musa oğlu Vəkilov 8 may 1957-ci ildə Azərbaycan SSR Qazax şəhərində doğulmuşdur. İlk təhsilini Qazax şəhər 4 saylı orta məktəbdə təhsil almışdır. İlk təhsil aldığı 4 saylı məktəb səkkizillik olduğu üçün 9/10-cu sinifləri 1 saylı Qazax orta məktəbində başa vurub. 1974-1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsində təhsil alıb. 1978-1980-ci illərdə Rusiya SFSR-də həqiqi-hərbi xidmət keçib. === Ailəsi === Vəkilovlar ailəsinin üzvüdür. == Fəaliyyəti == Ali təhsilini başa vurduqdan sonra Gəncə şəhər Maliyyə İdarəsində inspektor vəzifəsində çalışıb. Hərbi xidmətdən qayıtdıqdan sonra isə Bakıya gələrək Maliyyə Nazirliyində əmək fəaliyyətini davam etdirib. Ardınca Dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı, şöbə müdiri kimi çalışıb.
"Şöhrət" ordeni ilə təltif edilənlərin siyahısı
== 1994 == Kərim Əli oğlu Kərimov — 31.03.1994 İlyas Məhəmməd oğlu Əfəndiyev — 24.05.1994 Qurban Abasqulu oğlu Abasov — 16.06.1994 Hüseyn Məmmədəli oğlu İbrahimov — 27.06.1994 İsmayıl Qəhrəman oğlu Şıxlinski (İsmayıl Şıxlı) — 04.07.1994 Şeyxülislam Hacı Allahşükür Paşazadə — 26.08.1994 == 1995 == İmam Daşdəmir oğlu Mustafayev — 24.02.1995 Nazim Qalib oğlu Hüseynov — 05.03.1995 Qəmər Hacı Ağa qızı Almaszadə — 27.03.1995 Sona Hənifə qızı Tağıyeva — 29.04.1995 Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov — 13.05.1995 Ələkbər Əmir oğlu Məmmədov — 25.05.1995 Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) — 26.06.1995 Amaliya Əliş qızı Pənahova — 08.07.1995 Ramazan Həmzət oğlu Xəlilov — 16.09.1995 Məhərrəmov Məlik Məlik oğlu — 28.09.1995 Aslanov Səyavuş Məmmədağa oğlu — 09.12.1995 Babayеv Nəbi Ələkbər oğlu — 17.12.1995 Vəkilov Yusif Səməd oğlu — 19.12.1995 Adıgözəlov Mehrac Oruc oğlu - 21.12.1995 == 1996 == Sofiya Həsən qızı Hüseynova — 06.05.1996. Maral Yusif qızı Rəhmanzadə — 22.07.1996. Mark Aleksandroviç Dalin — 20.04.1996. Qabil Allahverdi oğlu İmamverdiyev — 16.08.1996. == 1997 == Müslüm Məhəmməd oğlu Maqomayev — 17.08.1997 Lidiya Xudat qızı Rəsulova — 13.09.1997 Hüseyn Abbas oğlu Abbaszadə — 22.11.1997 Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli) — 05.12.1997 Rauf Canbaxış oğlu Abdullayev — 06.12.1997 Emin Sabit oğlu Mahmudov (Emin Sabitoğlu) — 12.12.1997 Cəmil Bahadur oğlu Quliyev — 17.12.1997 Fərhad Şəmsi oğlu Bədəlbəyli — 26.12.1997 Qədir Çərkəz oğlu Rüstəmov — 14.02.1997. Lütfi Şahbaz oğlu Məmmədbəyov — 13.03.1997. Eldar Yunis оğlu Salayev — 31.01.1997. == 1998 == Terri Adams — 23.01.1998 Arif İmran oğlu Babayev — 19.02.1998 Muxtar Hüseyn oğlu Dadaşov — 19.02.1998 Böyükağa Məşədi oğlu Mirzəzadə — 20.02.1998 Zəhra Tahir qızı Quliyeva — 07.03.1998 Həsənağa Səttar oğlu Turabov — 24.03.1998 Hacıbaba Ağarza oğlu Bağırov — 11.06.1998 Hacı Dadaş oğlu Xanməmmədov — 14.06.1998 Elbəy Mirzə Həsən oğlu Rzaquliyev — 19.06.1998 Rasim Əhməd oğlu Balayev — 07.08.1998 Kamal Abdulla Şaiq oğlu Talıbzadə — 13.08.1998 İbrahim Səfər oğlu Səfərov — 27.08.1998 Böyükkişi Ağa oğlu Ağayev — 09.09.1998 Firəngiz Yusif qızı Əhmədova — 22.09.1998 Həsən (Əbülhəsən) Ağaməmməd oğlu Məmmədov — 21.11.1998 Rasim Mirqasım oğlu Ocaqov — 21.11.1998 Gülxar İbrahim qızı Həsənova — 09.12.1998 Kamran Əsəd oğlu Hüseynov — 15.12.1998 Məzahir Həmid oğlu Abasov — 15.12.1998 Tükəzban Məhərrəm qızı İsmayılova — 21.12.1998 Abdulla İbrahim oğlu Muxtarov — 23.12.1998 == 1999 == Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov — 04.02.1999 Yaqub Mikayıl oğlu Mahmudov — 13.02.1999 Süleyman Əyyub oğlu Ələsgərov — 21.02.1999 Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə — 27.02.1999 İqrar Həbib oğlu Əliyev — 13.03.1999 Zahid Hamil oğlu Şöyübov — 22.10.1999 Kamil Nəcəf oğlu Nəcəfzadə — 28.12.1999 == 2000 == Mariya Nikolayevna Kojevnikova — 06.01.2000 Cənnət Əlibəy qızı Səlimova — 17.01.2000 Zəlimxan Yusif oğlu Yaqubov — 17.01.2000 Budaq Əbdüləli oğlu Budaqov — 22.01.2000 Elbay Ənvər oğlu Qasımzadə — 2000 Abbasquliyev Əhməd Əlibala oğlu — 17.06.2000 Abbasov Bəybala Xutkar oğlu — 17.06.2000 Dəmirov İsrafil Adış oğlu — 17.06.2000 Əliyev Aqil Əlirza oğlu — 17.06.2000 Əliyev Nəriman Cəmil oğlu — 17.06.2000 Əmiraslanov Əhliman Tapdıq oğlu — 17.06.2000 İmanverdiyev Südeyf Bəşir oğlu — 17.06.2000 İsazadə Həsən Musa oğlu — 17.06.2000 Qəhrəmanov Qəhrəman Mehdiqulu oğlu — 17.06.2000 Heydərov Musa Feyzulla oğlu — 14.12.2000 == 2001 == Nərimanbəyov Vidadi Yaqub-Fərman oğlu — Nuriyev Höccət Kamaləddin oğlu - 20.08.2001 == 2002 == Əfəndiyev Şaiq Kərim oğlu — 05.11.2002 Dilbazov Əsəd Kamil ağa oğlu - 12.06.2002 Əfəndiyev Zamit Şakir oğlu — 05.11.2002 Əhmədov Tağı Məhəmməd oğlu — 05.11.2002 Ələkbərov Fuad Ağamusa oğlu — 05.11.2002 Əliyev Nəcəf İbrahimxəlil oğlu — 05.11.2002 Həşimov Böyükağa Həsənqulu oğlu — 05.11.2002 Qaflanov Qulam Yaralı oğlu — 05.11.2002 Qurbanov Kamil Mikayıl oğlu — 05.11.2002 Məmmədov Firudin Ağaday oğlu — 05.11.2002 Musayev Zeynaləbdin Mustafa oğlu — 05.11.2002 Yusifov Cəfər İsa oğlu — 05.11.2002 Zeynalov Akif Mehdi oğlu — 05.11.2002 == 2004 == Hidayət Xuduş oğlu Orucov — 03.09.2004. == 2005 == Hacıbala Müseyib oğlu Sadıqov - 21.03.2005 Eminov Akif Seyfulla oğlu Nəcəfov Nəcəf Adil oğlu (ölümündən sonra) — 21.07.2005 Abbasov Vaqif Məhərrəm oğlu — 14.12.2005 Bünyadov Teymur Əmiraslan oğlu — 14.12.2005 Calalov Qərib İsaq oğlu — 14.12.2005 Əhmədov Mubariz Məcid oğlu — 14.12.2005 Əzizov İbrahim Vahab oğlu — 14.12.2005 Fərzəliyev Vaqif Məcid oğlu — 14.12.2005 Həsənov Arif Həsən oğlu — 14.12.2005 İsmayılzadə Arif Cəfər oğlu — 14.12.2005 Məcidov Əjdər Əkbər oğlu — 14.12.2005 Məhərrəmova Rəhilə Cavad qızı — 14.12.2005 Məmmədyarov Məhərrəm Əli oğlu — 14.12.2005 Mustafayev Həmid Veysəl oğlu — 14.12.2005 Rüstəmov Vasif Rüstəm oğlu — 14.12.2005 Rüstəmov Yavuz İsmayıl oğlu — 14.12.2005 Salmanov Məmməd Əhəd oğlu — 14.12.2005 Tağıyev Bahadur Hüseyn oğlu — 14.12.2005 Yolçiyev Yaqub Yamin oğlu — 14.12.2005 == 2007 == Səfərov Səttar İsmayıl oğlu — 16.07.2007 Sərvər Soltan oğlu Qəniyev— 4.10.2007 == 2008 == Əli Şamil oğlu Həsənov Əhmədov Faiq Həsən oğlu — 24.11.2008 == 2009 == Yaqubov Məmməd Haqverdi oğlu — 30 oktyabr 2009. Ziya Məmmədiyyə oğlu Yusifzadə —30 oktyabr 2009 Məhərrəmov Abel Məmmədəli oğlu — 30.10.2009 Babazadə Vasif Məmmədağa oğlu — 30.10.2009 Əhmədli Cəmil Teymur oğlu — 30.10.2009 Əliyev İsmayıl Əhmədəli oğlu — 30.10.2009 Əliyeva Rəfiqə Əlirza qızı — 30.10.2009 Göyçaylı Şövqi Yusifziya oğlu — 30.10.2009 Hacıyev Aqil Cəfər oğlu — 30.10.2009 Hacıyev Tofiq İsmayıl oğlu — 30.10.2009 Qasımov Nemət Abbasəli oğlu — 30.10.2009 Namazov Qara Mustafa oğlu — 30.10.2009 Nəcəfov İsmət Məhəmməd oğlu — 30.10.2009 Rüstəmov İzzət Əşrəf oğlu — 30.10.2009 Vəliyev Tofiq Talış oğlu — 30.10.2009 == 2010 == Məlikqasımov Zirəddin Məşədi oğlu — Abbasov Məmməd Əhməd oğlu - 12.10.2010 == 2011 == Qasımov Süleyman Mehrəli oğlu — 11.09.2011 Abdullayev Bəhruz Musa oğlu — 26.09.2011 Həsənov Əli Pənah oğlu — 26.09.2011 Hüseynov Telman Əlihüseyn oğlu — 26.09.2011 Əbdülhəlimov Hikmət Əhməd oğlu - 02.12.2011 5.Gulmemmedov Dadash Mustacab oqlu-21.02.2011 1348nomreli Serancam == 2012 == Səfa Abbas oğlu Mirzəyev — 11.05.2012 Qurbanov Rəhman Əlisgəndər oğlu — 19.09.2012 Məmmədov Səfixan Rüstəm oğlu — 19.09.2012 Böyükağa Hacıyev — 11.12.2012 Bahar Muradova Əli Əliyev - 7.11.2012 Bayram Heydərov == 2013 == Kamil Cəlil oğlu Cəlilov — 1.02.2013 Rəhim Nurməmməd oğlu Rəhimov — 14.03.2013 Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) — 01.04.2013 Cavanşir Hümmət oğlu Paşazadə — 11.04.2013 Gülçöhrə Hüseyn qızı Məmmədova — 11.04.2013 Boris Yusifoviç Simanduyev — 12.04.2013 Urxan Kazım oğlu Ələkbərov — 25.04.2013 Ataxan Əvəz oğlu Paşayev — 29.04.2013 İzmaylov Rafiq Burcəli oğlu — 29.05.2013 Zərbəliyev Tahir Semenoviç — 29.05.2013 Asim Nazim oğlu Mollazadə — 07.06.2013 Muradov Yaşar Əlibala oğlu — 19.09.2013 == 2014 == Robert Baqratoviç Mobili — 27.08.2014.
Hünər və Şöhrət Yolu ilə (1981)
== Məzmun == Filmdə Serqo Orconikidze adına Qırmızı Bayraq ordenli və Suvorov ordenli 77-ci Simferopol atıcı diviziyasının keçdiyi şanlı döyüş yolundan, Böyük Vətən müharibəsi illərində Azərbaycan oğullarının göstərdikləri şücaətdən və diviziya veteranlarından bəhs edilir. Filmdə Ə.Qarayev, Cəmşid Naxçıvanski, Q.Vəzirov, M.Veysov haqqında ətraflı məlumat verilir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Vyaçeslav Mixaylov Ssenari müəllifi: Rafiq Zeynalov Operator: Ələsgər Ələkbərov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 333.
Şöhrət Əliyev
Şöhrət Cambulat oğlu Əliyev (30 oktyabr 1999, Gəncə – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şöhrət Əliyev 1999-cu ilin oktyabr ayının 30-u Gəncə şəhərində anadan olub. 3 qardaşdan ibarət olan ailənin ortancıl oğlu olub. Gəncə şəhər Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəbdə təhsil almış, sonradan Məşədi Əzizbəyov adına 15 saylı tam orta məktəbdə təhsilini davam etdirmiş və 2015-ci ildə məzun olmuşdur. 2018-ci ilin yanvar ayının 8-i hərbi xidmətə yollanan Şöhrət, 2019-cu ilin iyul ayında hərbi xidmətini başa vurmuşdur. == Ailəsi == Anası — Aygün Zeynalova Qardaşı- Həzrət Əliyev Qardaşı — Sadiq Əliyev == Hərbi xidməti == 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq yazılaraq, döyüşlərə yollanıb. 8 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidin cənazəsi 16 noyabr tarixində ailəsinə təhvil verilərək, 17 noyabr tarixində doğulduğu Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.
Şöhrət xiyabanı
Şöhrət Xiyabanı (Qroznı)
Şöhrət Şabanov (əsgər)
Şöhrət Şabanov —— () —— Azərbaycanlı şəhid. == Həyatı == Şöhrət Şabanov 1968-ci il aprelin 29-da Gəncə şəhərində anadan olmuşdur. Qeyrətli, vətənpərvər bir gənc idi. 1985-ci ildə 37 saylı orta məktəbi bitirmişdir. 1986-1988-ci illərdə Qazaxıstanda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Xalça-mahud Kombinatında mühafizəçi işləmişdir. O, uşaqlıqdan idmanın boks növü ilə məşğul olmuşdur. Görkəmli məşqçi Çingiz Pirverdiyevin tələbəsi olmuş, Beynəlxalq yarışlarda iştirak etmiş, müxtəlif medallarla, fəxri fərmanlarla təltif edilmişdir. 1990-cı il noyabr ayının 24-də ailə həyatı qurmuş, 1992-ci il oktyabr ayının 12-də Tural adında oğlu dünyaya gəlmişdir. == Hərbi xidmət == 1992-ci il dekabr ayının 10-da Kəpəz Rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.
Şöhrət (film seriyası)
Şöhrət (Hanqıl: 더 글로리) — Kim Eun-sook tərəfindən yazılmış və Netflix üçün Ahn Gil-ho tərəfindən idarə olunan Cənubi Koreya yayımlanan televiziya serialıdır. Song Hye-kyo, Lee Do-hyun, Lim Ji-yeon, Yeom Hye-ran, Park Sung-hoon və Jung Sung-il ansamblın heyətini tamamlayırlar. Birinci hissə 30 dekabr 2022-ci ildə buraxıldı, ikinci hissə isə 10 mart 2023-cü ildə premyerası oldu, həm tənqidi bəyənmə, həm də tamaşaçıların uğuru. O , 59-cu Baeksang İncəsənət Mükafatında səkkiz nominasiya qazandı və üç qalib oldu — Ən Yaxşı Dram, Song Hye-kyo üçün ən yaxşı aktrisa və Lim Ji-yeon üçün ən yaxşı köməkçi qadın rolu oldu.
Şöhrət yumruğu (film, 1991)
Şöhrətin yumruğu (ing. Fist of Glory) — 1991-ci ildə Co Mari Avellana tərəfindən çəkilən döyüş filmi janrlı ABŞ filmidir. == Məzmun == Vyetnam müharibəsi ABŞ ordusunun məğlubiyyəti ilə başa çatır. Bu səbəbdən ABŞ ordusunun əsgərləri buranı tərk edirlər. Lakin Ceyms Li qanlı rinqdə vuruşmağı davam etdirir. Dostu Reynoldsu mafiya qrupundan xilas etmək üçün onunla rinqdə görüşməyə məcbur olur... == Rollarda == == Xarici keçidlər == Şöhrətin yumruğu — Internet Movie Database saytında.
Döyüş Şöhrətli Varislər (1974)
== Məzmun == Film Bakıdakı ixtisaslaşdırılmış Cəmşid Naxçıvanski Adına 2 Saylı Hərbi Məktəbdən, bu məktəbdə təhsil alan gələcək zabitlərin necə hazırlanmalarından danışılır. Filmdə deyilir ki, burada ilk buraxılış 1973-cü il iyulun 12-də olub. Məktəbdə Azərbaycanın hər yerindən şagirdlər oxuyur, onlar hərbi işi öyrənirlər. Burada təcrübəli müəllimlər dərs deyirlər. Tez-tez müharibə veteranları ilə görüşlər keçirilir.
Döyüş şöhrətli varislər (film, 1974)
== Məzmun == Film Bakıdakı ixtisaslaşdırılmış Cəmşid Naxçıvanski Adına 2 Saylı Hərbi Məktəbdən, bu məktəbdə təhsil alan gələcək zabitlərin necə hazırlanmalarından danışılır. Filmdə deyilir ki, burada ilk buraxılış 1973-cü il iyulun 12-də olub. Məktəbdə Azərbaycanın hər yerindən şagirdlər oxuyur, onlar hərbi işi öyrənirlər. Burada təcrübəli müəllimlər dərs deyirlər. Tez-tez müharibə veteranları ilə görüşlər keçirilir.
Hünər və şöhrət yolu ilə (film, 1981)
== Məzmun == Filmdə Serqo Orconikidze adına Qırmızı Bayraq ordenli və Suvorov ordenli 77-ci Simferopol atıcı diviziyasının keçdiyi şanlı döyüş yolundan, Böyük Vətən müharibəsi illərində Azərbaycan oğullarının göstərdikləri şücaətdən və diviziya veteranlarından bəhs edilir. Filmdə Ə.Qarayev, Cəmşid Naxçıvanski, Q.Vəzirov, M.Veysov haqqında ətraflı məlumat verilir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Vyaçeslav Mixaylov Ssenari müəllifi: Rafiq Zeynalov Operator: Ələsgər Ələkbərov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 333.
Milli Qadın Şöhrəti Zalı
ABŞ Milli Qadın Şöhrəti Zalı (ing. National Women's Hall of Fame) — ABŞ qadınları üçün ölkədə ən əhəmiyyətli seçki institutu. 1969-cu ildə yaradılıb. == Üzvləri == Anna Dadli Ella Fitscerald Eleanora Ruzvelt Hillari Klinton Qreys Mürrey Hopper Luiza Mey Alkott Marqaret Burk Vayt Qarriet Tabmen Opra Uinfri == Xarici keçidlər == Brief biographies of the women who will next be inducted National Women's Hall of Fame in Seneca Falls "Complete List of inductees". Official website. 2012-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
Ruslan Şöhrətoğlu
İsmayılov Ruslan Şöhrət oğlu — Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. == Həyatı == Ruslan İsmayılov 12 dekabr 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsinə, rejissor Cənnət Səlimovanın kursuna daxil olaraq 2002-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə həmin ali məktəbin magistraturasını da fərqlənmə diplomu ilə başa vurub. 2004-2005-ci ilərdə hərbi xidmətdə olub. 1998-2003-cü illərdə Azərbaycan Dövlət Pantomim Teatrında aktyor vəzivəsində çalışıb. 2003-2012-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrıında aktyor və rejissor kimi fəaliyyət göstərib. 2007-ci ildə British Councilun "Forum teatr"ının iştirakçısı olub. 2012-2014-ci ilərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor işləyib. 2014-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti üzrə dərs deyir.

Digər lüğətlərdə

алгебраи́ческий двойня́та демаркацио́нный нескладно́й нумизма́тка переразви́ть расхлёбывать сурьма́ взволнова́ть догола́ запа́ривать па́мпа стричь, подстричь под маши́нку berg corn cake encyclopaedial intitulation make believe reheater shop tour shuffle in suspensor tragicalness нитка обязательство