ŞÜAR

is. [ ər. ]
1. Siyasi partiyanın müəyyən tarixi şəraitdə kütlələr qarşısında irəli sürdüyü rəhbər ideyanı, vəzifəni və ya tələbi qısa və aydın şəkildə ifadə edən müraciət; çağırış.
// Üstündə belə çağırış sözləri olan plakat. Nümayişçilərin əllərində şüarlar irəliləyirdilər.
2. məc. Bir şəxsin məsləkini, hərəkət tərzini, məqsəd və ya tələbini ifadə edən kəlam və ya ifadə.
Hacı Rüstəmin həmişə şüarı bu idi: “Fürsəti fövt eyləməz aqil, məgər nadan ola”. Ə.Haqverdiyev.
Oxumaq, qazanmaq, sərvət sahibi olmaq [Qulunun] birinci şüarı idi. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞÜAR çağırış
ŞÜALI
ŞÜARÇILIQ
OBASTAN VİKİ
Şüar
Şüar və ya motto — bir şəxsiyyət, qrup, təşkilat və ya təşkilatın məqsəd və vasitələrini ümumiyyətlə təyin edən bir deyiş və ya söz siyahısına verilən addır. == Sözün mənşəyi == Motto sözü italyan sözü olub və mənşəyi Latınca muttire yəni "zümzümə etmək, deyilmək" mənasındadır. Motto, təyin edici bir deyişin yanında bir düsturun özü də ola bilər.

Digər lüğətlərdə

блудни́к директи́ва малоле́тняя медсестра́ перезвя́кивание триумфа́льный ту́зовый фанфа́ра астрага́л беспу́тство всо́вывание жизнеспосо́бный оглупля́ть с прохла́дцей зербав aestivaria hebon Hecate Strait junked up pavé wingstroke выпарить пром- флексура шале