1. Bir şeyin gerçək olub-olmadığını kəsdirə bilməmək, şübhə etmək, şəkk etmək, inanmamaq.
Seyid Əhməd mədaxili az görüb yoldaşından şübhələndi…
Mehriban şübhələnməyə başladı.
Vahid və Rübabəni tanıyanlar arasında elə adam yox idi ki, bu iki cavanın evlənəcəyinə şübhələnsin.
2. Gümanı getmək, güman etmək, zənn etmək. Dağda dərviş gəzdiyini ömründə xəbər verən yox idi.
Mən bundan şübhələndim.
Məhərrəm onun başqa bir aləmdən gəlmiş fövqəladə insan olduğuna şübhələnirdi.