ŞÜBHƏSİZ

1. ŞÜBHƏSİZ [Gəray:] Beləliklə o tabe olsa bizə; Şübhəsiz baş əyər hər əmrimizə (A.Şaiq); BİGÜMAN (kl.əd.) Hansı qəmli könlü kim, sən edər olsan şadiman; O sənə, əlbəttə ki, bədguluq eylər bigüman (M.P.Vaqif); BİLAŞÜBHƏ (köhn.) ...bir para insana əziyyət yetirən mığmığa, milçəklər və sair həşərat olmasa idi, bilaşübhə onların təmamisi indiyə kimi oturaq olmuşdu (F.Köçərli); BİŞƏK, BİŞÜBHƏ Molla Qafar: Bişək, bişübhə elədir (S.Rəhimov); ŞƏKSİZ Tərəkəmələr: Şəksiz şəyatin yığnağına rast gəliblər (M.F.Axundzadə); MÜTLƏQ (bax).

2. ŞÜBHƏSİZ (ara söz kimi) [Koba:] Hə.. yerində dedi, şübhəsiz, Xanlar; Bütün mədənlərdə nizamsızlıq var (S.Vurğun); ƏLBƏTTƏ Şah rəiyyətsiz ola, əlbəttə, şövkətdən düşər (S.Ə.Şirvani); TƏBİİ.

ŞÜBHƏLİ
ŞÜCAƏT

Digər lüğətlərdə

ашкена́зи короткова́то пине́тка русифици́роваться вот такие пироги́ ле́со... праворадика́льный приса́сываться со́хлый сяжки сям тёща Bulgaria crimmer parthenogenesis psycho- reel off stigmata wine-vaults worry along контактный креветка легкоатлетический ориенталист ристалище