ŞÜCAƏT

is. [ ər. ] İgidlik, rəşadət, cəsarət, cəngavərlik, qoçaqlıq, bahadırlıq, mərdlik.
Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi.
[Vəzir:] Leyla, bu nə halətdir? Sən hara, Harun hara.
Harun şücaət və cəsarətdə ad qazanmış bir pəhləvandır. Ü.Hacıbəyov.

□ Şücaət göstərmək – hünər göstərmək, igidlik, qoçaqlıq eləmək.
[Toğrul:] Eh, çox böyük şücaət göstərmişsən. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞÜCAƏT şücaət bax hünər, igidlik, cəsarət
  • ŞÜCAƏT cəsarət — qoçaqlıq — mərdlik — igidlik — mətanət — qeyrət — qəhrəmanlıq

Antonimlər (əks mənalı sözlər)

  • ŞÜCAƏT ŞÜCAƏT – QORXAQLIQ Əbədi şöhrətə yetirdi səni; Cəsarət, şücaət, kamal, ay Maral! (B.Vahabzadə); Vuruşda ehmallıq yaramaz, balaca qorxaqlıq və ya süstl
ŞÜBHƏSİZ
ŞÜCAƏTLİ
OBASTAN VİKİ
"Şücaətə görə" medalı
"Şücaətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == Təltif edən orqan == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır. == Medalın ümumi təsviri == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca "ŞÜCAƏTƏ GÖRƏ" sözləri yazılmışdır. Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir. Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir. Bütün yazılar və elementlər relyeflidir.
“Əmək şücaətinə görə”
"Əmək igidliyinə görə" medalı — SSRİ Ali Sovetinin 27 dekabr 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı

Digər lüğətlərdə

безве́тренный зана́чить пога́ныш пропе́рчить ре́чка та́чка угнета́ть чепи́ги штраба́ вта́птывать неугаси́мость подзыва́ть пасека процесс шаерш caryopsides competitioner garden-stuff infra- Ltd playroom proficiently simious проходка шкварки