ŞÜMŞAD

is. [ fars. ]
1. Cürbəcür alətlər, ev əşyalari və s. hazırlanan çox möhkəm oduncaqlı həmişəyaşıl ağac.
2. Müqayisələrdə işlənir.
Könül mayil olub siyah telinə; Nazik barmağına, şümşad əlinə. Aşıq Ələsgər.
Bir az müddət keçəndən sonra qız şümşad əlini yaxasına uzadıb saata baxıb və yerindən tez durub getdi. N.Nərimanov.
Hamıdan irəlidə dayanmış nazik əndamlı, qarabirçək, şümşad qamətli gəlin Xəlilin salamını almağa macal tapmadı. M.Hüseyn.

Этимология

  • ŞÜMŞAD Farscadır, ağac (palma ağacı) adıdır. Bizdə şəmşad (“boylu-buxunlu” deməkdir) şəklində oğlan adı kimi işlədilir
ŞÜMƏRƏK
ŞÜMUL
OBASTAN VİKİ
Şümşad
Şümşad (lat. Buxus) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinə aid bitki cinsi. Şümşad cinsinə daxil olan nümayəndələr həmişəyaşıl kol, yaxud ağacdır. Gec böyüyür. Hündürlüyü 2–12 m, bəzən hətta 15 m olur. Latınca adı yunanca buxe - sıx, bərk sözündən götürülüb ki, bu da oduncağının sıx və möhkəm olmasına görədir. == Yayılması == 3 böyük yayılma ərazisi var: Afrika - Ekvatorial Afrika dan cənubda və Madaqaskar adasındakı meşə və meşə-çöl sahəsi Mərkəzi Amerika - Meksikanın şimal hissəsi və Kubanın cənubuna tərəf olan tropik və subtropik zonalarda Avrasiya - Britaniya adalarından Cənubi Avropa, Kiçik və Ön Asiya, Zaqafqaziya, Çindən Yaponiya və Sumatra adalarına qədər olan ərazi.Azərbaycanda əsasən Lənkəran, Astara və Lerik rayonları ərazisində geniş yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kolxida şümşadı (Buxus colchica Pojark.) Hirkan həmişəyaşıl şümşadı (Buxus sempervirens subsp.
Xırdayarpaq şümşad
Xırdayarpaq şümşad == Təbii yayılması == Yaponiyada təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 6-8 m olan yığcam çətirli koldur.Cavan zoğları çılpaqdır və dördtillidir.Yarpaqları 0,5-2 sm uzunluğunda,0,3-1,2 sm enində,tərs yumurtavari və ya neştərşəkillidir,dəyirmi və ya oyuq təpəli olub,qaidəsi pazvaridir.Oturaq çiçəklərdən ibarət çiçək qrupu budaqların ucunda yerləşmışdir.Erkək çiçəklərinin uzunluğu dişi çiçəklərin uzunluğuna bərabərdir.Kolun bölünməsi və qələm vasitəsilə çoxaldılır. == Ekologiyası == Quru və yarımrütubətli subtropik rayonlarda normal böyüyüb inkişaf edir. == Azərbaycanda yayılması == Zaqatalada,Şəkidə,Gəncədə park və bağlarda rast gəlinir. == İstifadəsi == Canlı çəpər yaradılmasında,bordür salınmasında istifadə edilir. == İstinadlar == Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Həmişəyaşıl şümşad
Həmişəyaşıl şümşad (lat. Buxus sempervirens) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinin şümşad cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Əlcəzairdə, Şimali və Şərqi İspaniyada, Cənubi və Mərkəzi Fransada, İsveçrədə və Kiçik Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == 6-10 m hündürlüyə çatan ağac və ya koldur. Qabığı bozumtul-sarı, hamar, yaşlı gövdələrdə isə xırda çatlıdır. Yarpaqların hər iki tərəfi tükcüklü, 1,5-3 sm uzunluğunda, 0,5-1,0 sm enində olub, uzunsov yumurtavari, ellipsvari, rombvari və ya dəyirmi formalıdır. Üst tərəfdən tünd-yaşıl, parlaq, altdan çox açıq rəngli və qısa saplaqlıdır. Mart ayında çiçəkləyir. Çiçəkləri qoltuq çiçək qrupunda yerləşmişdir. Dişicik çiçək qrupunda təkdir, bəzi hallarda inkişaf etmir.
Adi və ya həmişəyaşıl şümşad
Hirkan şümşadı
Hirkan həmişəyaşıl şümşadı (lat. Buxus sempervirens subsp. hyrcana) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinin şümşad cinsinin həmişəyaşıl şümşad növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə sıx budaqlı bir kol bitkisidir. Bəzən 6-10 m-ədək hündürlüyə çatan ağac şəklini alır. Gövdəsinin qabığı nazik, açıq bozumtul-sarı, hamar olub, qoca ağaclarda xırda çatlıdır. Çoxbudaqlı, sıxçətirli olub, cavan zoğlar dördüzlüdür. Bitkinin cavan zoğları yaşıl rəngdə olub, 4 guşəli, azca tüklüdür.
Kolxida şümşadı
Kolxida şümşadı (lat. Buxus colchica) — şümşadkimilər fəsiləsinin şümşad cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Qlobal IUCN Statusu: NT == Təbii yayılması == Kolxida şümşadı Gürcüstan, Rusiya, Azərbaycan və Türkiyə üçün endemikdir. Azərbaycanda Böyük Qafqazın qərb (Zaqatala rayonunun Tala kəndi) və şərq hissələrində (Qəbələ rayonunun Vəndam kəndi) yayılmışdır. == Botaniki təsviri == Həmişəyaşıl koldur, bəzən isə 10–12 m (180 m-ə qədər) boya malik ağacdır. Zoğları yaşıl və dördkünclüdür. Yarpaqları adətən ellipsivari olub, 10–30 mm uzunluğunda, 5–18 mm enində, dərivari, estdən tend yaşıl, parlaq, saplağı qısa və tükcüklüdür, qaidəsi pazvari və ya dairəvi, ucu oyuqludur. Çiçək qrupu oturandır. Meyvəsi dərili, yumurtavari-kürəvi qutucuqdur.
Şümşadkimilər
Şümşadkimilər (lat. Buxaceae) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Şümşadyarpaq akasiya
Şümşadyarpaq akasiya (lat. Acacia buxifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Şümşadyarpaq zirinc
Şümşadyarpaq zirinc (lat. Berberis microphylla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Amerikada, Argentina, Çili və Magellan boğazından Maldivə qədər yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan, həmişəyaşıl, qonur, tükcüklü zoğları olan yığcam koldur. Çoxsaylı zoğları və enli, şaxələnmiş çətiri olan iynəli koldur. Kök sistemi möhkəmdir, köçürülməni yaxşı keçirir. Yarpaqları sadə iri, qırmızımtıl-yaşıl, ellipsvari, yumurtavari formalı, ucu biz, kənarları xırdadişli bütöv olub, uzunluğu 5 sm-dəkdir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. İynələrin uzunluğu 1,5 sm-dəkdir. Çiçəkləri sarı-narıncı, 1-2 ədəd yığılmış, uzunluğu 2,5 sm-dək olan çiçək saplaqlarında yerləşir.
Şümşadçiçəklilər
Şümşadçiçəklilər (lat. Buxales) — bitkilər aləminə aid bitki dəstəsi. == Fəsilə və cinsləri == Şümşadçiçəklilər sırasına 2 fəsilə daxildir:: Buxaceae Dumort. nom. cons. (Didymelaceae Leandri də daxil olmaqla) Buxus L. – boxwood Pachysandra Michx.
Hirkan həmişəyaşıl şümşadı
Hirkan həmişəyaşıl şümşadı (lat. Buxus sempervirens subsp. hyrcana) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinin şümşad cinsinin həmişəyaşıl şümşad növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə sıx budaqlı bir kol bitkisidir. Bəzən 6-10 m-ədək hündürlüyə çatan ağac şəklini alır. Gövdəsinin qabığı nazik, açıq bozumtul-sarı, hamar olub, qoca ağaclarda xırda çatlıdır. Çoxbudaqlı, sıxçətirli olub, cavan zoğlar dördüzlüdür. Bitkinin cavan zoğları yaşıl rəngdə olub, 4 guşəli, azca tüklüdür.

Значение слова в других словарях

во́все не дождеви́к до́люшка ла́пник ополосну́ться перека́тка подурне́вший размундирова́ться эякули́ровать кно́почка мистра́ль обще́ственник подмочи́ть полумгла́ сырная седми́ца кряква crookback osteo- pike-perch resiliency service module вразрез нагоняй снести ум