ŞÜURLU

sif. Şüuru olan, anlaqlı, dərrakəli, düşüncəli, fəhmli, qanacaqlı. Şüurlu tələbə. Şüurlu uşaq.
[Süleyman:] Xeyr, bəy, Əsgər çox gözəl oğlandır, çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. Ü.Hacıbəyov.

// Şüurun inkişafı ilə, şüurla bağlı olan. Şüurlu yaş. Şüurlu həyat. Şüurlu sevgi. Ömrünün şüurlu dövrü.
// Hər hansı bir görüşə, prinsipə istinad edən. Şüurlu ateist. Şüurlu materialist.
// Zərf mənasında. Ağılla düşünərək, fikirləşərək. İşə şüurlu yanaşmaq.
// Qəsdən, qərəzlə, bilə-bilə edilən. Şüurlu hərəkət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞÜURLU ŞÜURLU [Süleyman:] Çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır (Ü.Hacıbəyov); DƏRRAKƏLİ Uşaq Leonardo: Axı, insanlar ağıllıdır, dərrakəlidir (R
  • ŞÜURLU düşüncəli — dərrakəli — ağıllı — anlaqlı — qanacaqlı

Antonimlər (əks mənalı sözlər)

  • ŞÜURLU ŞÜURLU – AXMAQ Mən uşaqlıqda şüurlu idim (M.Talıbov); Axmaq kimi sən nə danışırsan (A.Məmmədrza)
ŞÜURLANMAQ
ŞÜURLULUQ

Digər lüğətlərdə

ба́рски второстепе́нный ни два́ ни полтора́ подвира́ть практи́чески проплести́сь скла́дывальщик сопе́ть видеофрагме́нт заводне́ние неуме́стный отдыша́ться па́пство солитер abatable death's-head monkey tricks mother country regardant Skoplje tarnish боком замашки подписание старорежимный