ŞIQ

[ fr. chic] dan. Zahiri bəzək, zinət, dəbdəbə, cah-calal.
// Gözəl, zərif, moda ilə, süslü, qəşəng.
Ortaboylu, şıq qiyafəli bu oğlan heç kəsə diqqət etməyərək yalnız parada baxırdı. M.S.Ordubadi.
O vaxt Əhməd də … gimnaziya tələbəsi idi, həm də Əhməd şıq gəzən tələbələrdən idi. T.Ş.Simurq.
[Musanın nəvəsi] öz şəhərinə qayıdanda o qədər şıq, o qədər zərif geyinmişdi ki, hamının gözü bunda idi. Qantəmir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞIQ zinət — bəzək — dəbdəbə — modabaz
  • ŞIQ qəşəng — gözəl — zərif
ŞIK
ŞIQQ
OBASTAN VİKİ
Şıqqıldaq böcəklər
Şıqqıldaq böcəklər (lat. Elateridae) == Quruluşu == Azərbaycanda şıqqılad böcəklər fəsiləsinin bir çox cinsləri və növləri yaşayır. Kənd təsərrüfatı bitkiləri üçün şıqqıldaq böcəklərin yetkin fərdləri qorxulu deyildir. Ancaq onların torpaqda yaşayan məftil qurdları adlanan sürfələri müxtəlif bitkilərin toxum və cücərtilərinə, kök sisteminə böyük zərər vurur. Böcəklərin bədəni uzunsov və bir qədərdə yastıdır. Onların qabaq kürəciyinin dal künclərindən axıra doğru yönəlmiş ucları şiş bir cüt çıxıntı vardır. Ayaqları qısa, pəncələri 5 buğumludur. Böcəklərin qabaq döşündə alt tərəfdən barmaq şəkilli kiçik çıxıntı orta döşdə isə çökəkcik vardır. Onlar arxası üstə düşdükdə bu çıxıntını çökəkciyin içinə salıb, böcək əyilir və tullanaraq üzü üstə düşür. Bu zaman ön döşün çıxıntısı orta döşün çüxuruna burulur və şıqqıltıya bənzər səs alınır ki, böcəyin adı da buradan götürülmüşdür.

Digər lüğətlərdə

израсхо́довать коле́нчатый многосторо́нний раздраже́ние усто́йчивость фразеологи́чность воевать, сражаться с ветряны́ми мельницами нашто́пать полнить прия́ть стлать студи́ец штамп косоворотка amperometer hermaphrodite nested дожинать залоговый когда-либо колоться косматить космоплаватель перешибать самодействующий