ŞIXƏLİ

Şeyx Alı, Şeyx Əli; müqəddəs Əli.
ŞIXƏDDİN
ŞIXƏMİR
OBASTAN VİKİ
Şıxəli Dadaşov
Şixəli Dadaşov (tam adı: Dadaşov Şixəli Ələsgər oğlu;10 (23) yanvar 1913, Bakı – 1995, Aşqabad) — neftçi, SSRİ dövlət mükafatı laueratı == Həyatı və təhsili == Dadaşov Şixəli Ələsgər oğlu 10 yanvar 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyətinə === Əmək fəaliyyətinə 1934-cü ildə Bakıda "Əzizbəyovneft"in qazıma kontorunda başlamışdır. 1942-ci ildə Türkmənistan SSR-in neft sənayesində çalışmışdır. 1942-48-ci illərdə "Türkmənneft" tresti qazıma kontorunun baş mühəndisi, 1948-60-cı illərdə "Türkmənneft" birliyinin rəis müavini, 1960-76-cı illərdə rəisi olmuşdur. 1976-78-ci illərdə "Türkmənneft" istehsalat birliyinin baş direktoru vəzifəsində işləmişdir.
Şıxəli Qurbanov
Şıxəli Qurban oğlu Qurbanov (16 avqust 1925, Bakı – 24 may 1967, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Ş. Qurbanov Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan Ali Sovet İttifaqına deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. == Həyatı == Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulmuşdur. == Ölümü == Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.
Adil Şıxəliyev
Adil Həmdulla oğlu Şıxəliyev (12 aprel 1946, Quba) — Azərbaycanın qobelençi rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2021). == Həyatı == Şıxəliyev Adil Həmdulla oğlu 12 aprel, 1946-cı ildə Quba şəhərində anadan olmuşdur. O, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Adil Şıxəliyev 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, beynəlxalq dekorativ tətbiqi sənət simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Rəssam "Fəryad", "Odlar yurdu", "Səhər nəğməsi" qobelenlərin müəllifidir. Adil Şıxəliyevin əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.
Elvin Şıxəliyev
Elvin Sarvan oğlu Şıxəliyev (6 iyun 1995, Əli-Bayramlı – 14 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Elvin Şıxəliyev 6 iyun 1995-ci ildə Şirvan şəhərində anadan olmuşdur. == Hərbi xidməti == 2013-cü ildə Şirvan Şəhər SHXÇDX-in çağırışı ilə həqiqi hərbi xidmətə yollanmışdır.Xidməti zamanı göstərdiyi şücaətə görə 4 dəfə tərifnamə elə təltif olunmuşdur.Manqa komandiri kursunu bitirib 2015-ci ildə isə hərbi xidmətini bitirmişdir. Elvin Şıxəliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Füzuli,Xocavənd, Cəbrayıl və Hadrut uğrunda gedən döyüşlərdə şücaət göstərmiş və həlak olmuşdur. Elvin Şıxəliyev oktyabrın 14-də Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elxan Şıxəliyev
Elxan İsmayıl oğlu Şıxəliyev (21 iyul 1951, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Elxan Şıxəliyev 21 iyul 1951-ci ildə Bakıda anadan olub. 1961-1971-ci ildə Asəf Zeynallı adına Musiqi kollecində, 1971-1976-cı illərdə isə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. 1973-cü ildə 10 nəfərdən ibarət "Aşıqlar" qrupu dövlət vokal instrumental ansamblını yaradıb. Qrup 1973-cü ildə Bakıda keçirilən festivalda Respublikadan 100-ə yazın qrup arasında birinci yerə layiq görülüb. Bu, Aşıqlar qrupunun iştirak etdiyi ilk festival olub. 1979-1980-cı illərdə Rəşid Behbudov ilə bərabər Mahnı Teatrında çalışıb, 1989-cu ilədək bir çox konsert proqramlarında bərabər çıxış ediblər. Qrup Azərbaycan musiqi dünyasında dördüncü peşəkar qrup olmuşdur. 1989-cu ildə qrup dağıldı, 1997-ci ildə isə yenidən bərpa olundu. 2001 və 2002-ci illərdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxışları olub.
Elşən Şıxəliyev
Elşən Şıxəliyev — şəhid. == Həyatı == Şıxəliyev Elşən Nadir oğlu 15.08.1973-ci ildə Masallı rayonu Mollaoba kəndində anadan olmuşdur. 30.09.1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə həlak olmuşdur. Boradigah qəsəbəsində Xatirə abidəsində fəxri şəkili vurulmuşdur.
Emil Şıxəlizadə
Emil Şahin oğlu Şıxəlizadə (10 mart 1998; Gərmətük, Lənkəran rayonu, Azərbaycan – 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emil Şıxəliyev 10 mart 1998-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Gərmətük qəsəbə tam orta məktəbində başa vurub. == Hərbi xidməti == Emil Şıxəliyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Emil Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərin birində savaşaraq həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Faiq Şıxəliyev
Fariz Şıxəliyev
Fariz Şahverdi oğlu Şıxaliyev (10 dekabr 1987; Xabarovsk, Sovet Sosialist Respublikaları İttifaqı — 27 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fariz Şıxaliyev 1987-ci il dekabrın 10-da Sovet Sosialist Respublikaları İttifaqının Xabarovsk vilayətində anadan olub. 1994-2004-cü illərdə A.A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbində, 2006-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb. Ailəli idi. Bir oğul övladı yadigar qaldı. == Hərbi xidməti == Fariz Şıxaliyev 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsi altında xidmətə başlayıb. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətini davam etdirirdi. Fariz Şıxaliyev 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlər zamanı Talış yüksəkliyi istiqamətində savaşıb. Azərbaycan Ordusunun giziri olan Fariz Şıxaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fariz Şıxaliyev oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Həmzə Şıxəliyev
Həmzə Mirələm oğlu Şıxəliyev (3 sentyabr 1915, Kələxan, Lerik rayonu – 2009, Kələxan, Lerik rayonu) — Kapitan, 412-ci Diviziya, rota komandiri. == Həyatı == Həmzə Şıxəliyev 1915-ci ildə Lerik rayonunun Kələxan kəndində anadan olan Həmzə Şıxəliyev 1934-cü ildə orta məktəbi bitirib müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1935–41-ci illərdə Çayrud və Lerik kənd sovetlərində katib, kənd sovetinin sədri vəzifəsində çalışmışdır. === Müharibə illərində döyüş yolu === 1941-ci ildə ordu sıralarına çağırılan H. Şıxəliyev sıravi əsgərdən kapitan rütbəsinə qədər yüksəlmişdir. HƏMZƏ ŞIXƏLİYEV Böyük vətən müharibəsində Qafqazdan Berlinədək ön cəbhədə vuruşmuş, müharibəni kapitan rütbəsində başa vurmuşdur.Odessa, Kişinyov, Minsk Varşavanın alınmasına görə qırmızı ulduz, 1 və 2ci dərəcəli vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir. Seçmə döyüşçülərdən ibarət 5ci Zərbə ordusu sıralarında rota komandiri Həmzə Şıxəliyev Berlinin alınmasındakı igidliyinə görə sovetlərin ən yuksək ordeni lenin ordeni ilə təltif edilib. Qələbədən sonra Berlində sahə komendantı kimi fəaliyyət göstərib. === Müharibədən sonrakı həyatı === 1945–47-ci illərdə Şərqi Almaniyada komendant vəzifəsində çalışmışdır. 1947 ci ildən O öz xahişi ilə ordudan tərxis edilmiş doğulub böyüdüyü lerik rayonuna qayıtmışdır.1947-ci ildə boya-baş çatdığı rayona qayıdaraq müxtəlif məsul vəzifələrdə çalışmış, 1955-ci ildə kolxoz sədri seçilən H. Şıxəliyev yarım əsrə yaxın təsərrüfat rəhbəri işləmişdir. Müstəqillik illərində də rayonun ictimai işlərində fəallığı ilə seçilmişdir.
Mehdi Şıxəliyev
Mehti Yalçın oğlu Şıxəliyev (16 fevral 1996, Meyniman, Hacıqabul rayonu – 7 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehti Şıxəliyev 1996-cı il fevralın 16-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. == Hərbi xidməti == Mehti Şıxəliyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun kiçik giziri olan Mehti Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehti Şıxəliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehti Şıxəliyev
Mehti Yalçın oğlu Şıxəliyev (16 fevral 1996, Meyniman, Hacıqabul rayonu – 7 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehti Şıxəliyev 1996-cı il fevralın 16-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. == Hərbi xidməti == Mehti Şıxəliyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun kiçik giziri olan Mehti Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehti Şıxəliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Şıxəlizadə
Nicat Şıxəlizadə (d. 12 oktyabr 1988, Şərur, Azərbaycan) — Azərbaycanlı cüdoçu. Nicat Şıxəlizadə 2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində baş tutan Dünya Çempionatında bürünc medal qazanıb. O, həmçinin 2015-ci ildə Böyük Dəbilqə turnirinin, 2012, 2014 və 2015-ci illərdə isə IJF Qran-Pri turnirinin çempionu olub. == Həyatı == Nicat Şıxəlizadə 12 oktyabr 1988-ci ildə Şərur şəhərində anadan olub. Nicat Şıxəlizadə 4-cü sinifdə təhsil alanda, ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Burada ailəsi Nicat Şıxəlizadəni Respublika Olimpiya İdman Liseyinin, gimnastika bölməsinə yazdırdı. Amma Nicat Şıxəlizadə gimnastikanı sevmədiyi üçün, məşqlərə == Karyerası == 2004-cü ildə Nicat Şıxəlizadə Rotterdam şəhərində, 17 yaşlı cüdoçular arasında Avropa Çempionatının qızıl medalını qazandı. Növbəti il o, Tbilisi şəhərində Dünya Kubokunun qalibi oldu. Elə həmin ilə Nicat Şıxəlizadə karyerasının ən yadda qalan uğurunu qazandı.
Nurəddin Şıxəliyev
Nurəddin Əfrəddin oğlu Şıxəliyev (29 dekabr 1998, Qızılağac, Salyan rayonu – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == İlk illəri == Nurəddin Əfrəddin oğlu Şıxəliyev 29 dekabr 1998-ci il tarixində Azərbaycanın Salyan rayonunda yerləşən Qızılağac kəndində anadan olmuşdur. == Hərbi xidməti == Nurəddin Şıxalıyev 2020-ci ilin sentyabr ayının 21-də Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarına qoşulmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nurəddin Şıxalıyev müharibə boyunca ön cəbhədə vuruşmuş, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, döyüşlərdə yaralanmış, buna rəğmən digər yaralı əsgərlərə yardım etmişdir. Nurəddin Şıxalıyev noyabrın 6-da, 23 yaşında Şuşa yaxınlıqlarında həlak olmuşdur. O, noyabrın 7-də dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurəddin Şıxəliyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nəriman Şıxəliyev
Nəriman Səttar oğlu Şıxəliyev (14 oktyabr 1934, Bakı – 3 fevral 2022, Bakı) — Azərbaycan operatoru, rejissor, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1981). == Həyatı == Nəriman Məşədi Səttar oğlu Şıxəliyev 1934-cü ilin 14 oktyabrında Bakıda anadan olmuşdur. 1956-cı ildən Azərbaycan Dövlət Televiziya Komitəsi yaranan gündən burada kinooperator kimi fəaliyyət göstərmişdir. Uzun illər Ekran yaradıcılıq birliyində çoxlu televiziya filmləri çəkmişdir. Azərbaycan Dövlət Televiziyasının kinooperatoru Nəriman Şıxəliyev bu gün də doğma televiziyada fəaliyyətini davam etdirir. O, Proqram Direktorluğunun efirqabağı komissiyasının üzvüdür. Əmək veteranı olan Nəriman Şıxəliyev milli televiziyanın inkişafındakı böyük xidmətlərinə görə 30 dekabr 1981-ci ildə "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adına, 4 noyabr 2006-cı ildə isə "Tərəqqi" medalına layiq görülmüşdür. == Filmoqrafiya == 1915-ci il erməni saxtakarlığının başlanğıcı (film, 2009) Afurca nağılı (film, 2007) Ağasadıq Gəraybəyli (film, 1974) Akademik Validə Tutayuq (film, 2008) Almas Yıldırım (film, 2004) Alovlardan keçən ömür (film, 2005) Atəşgah (film, 2001) Azərbaycan kauçuku (film, 1977) Azərbaycan narı (film, 1978) Badamlı (film, 1974) Bakı toyları (film, 2007) Bal arısı (film, 2000) Balerinanın yaranması (film, 1972) Balıq günü (film, 1983) Bəşir Səfəroğlu (film, 1969) Bir az da Bahar bayramı (film, 1979) Bizi dağlarda axtarın (film, 1976) Bu, Səttar Bəhlulzadədir (film, 1969) Cümhuriyyət generalları (film, 2006) Çalır Bəhram Mansurov (film, 1971) Çingiz Sadıqov (film, 2006) Dağlı çörəyi (film, 2007) Daşları dindirən alim (film, 2001) Dənizdə addımlayanlar (film, 2002) Dostluq dili (film, 1959) Elmi mərkəz (film, 1975) Əhməd Bakıxanov (film, 2003) Ən gənc (film, 1987) General (film, 1970) Göylər sonsuz bir dənizdir (film, 1995) Günəş ardınca, sağlamlıq ardınca (film, 1971) Xalq nəğməkarı (film, 1963) Xəzərdə möcüzə (film, 1961) Xınalıq etüdləri (film, 1974) İki ömür (film, 2000) İki Xəzər (film, 1975) İliç buxtası (film, 1974) İlk traktorçu haqqında hekayə (film, 1973) İncəsənət veteranı (film, 1966) İyirmi ildən sonra (film, 1963) Kirov Azərbaycanda (film, 1976) Koroğlu (film, 2003) Qayıdış (film, 1992) Qeyri-adi dəniz (film, 1975) Qədim Gəncə (film, 2003) Qədim Şəmkir (film, 2003) Qəmbər Hüseynli (film, 2007) Qızıl gül olmayaydı... (film, 1965) Qudyalçay (film, 2001) Marş (film, 1982) Məbədlər diyarı (film, 2005) Mədəniyyət salnaməsi (film, 2001-2004) Mən Muğana vurğunam (film, 1986) Mənim Mingəçevirim (film, 1967) Mir Teymur (film, 2003) Mirzə Fətəli Axundov Adına Kitabxana (film, 2003) Moskvada Azərbaycan Ongünlüyü (film, 1959) Mücadilə (film, 2006) Naxçıvan (film, 1967) Nəbatət bağı (film, 2001) Nəhəngin ilk addımları (film, 1976) Nəriman Əliyev (film, 2005) Odlu məmləkət (film, 1998) Oqtay Ağayev. Ötən günlər (film, 2004) Poladın mahnıları (film, 1982) Reportaj haqqında reportaj (film, 1964) Rəfibəylilər (film, 2009) Rəssam Ponomaryov (film, 2004) Rəşid Behbudov (film, 1975) Sarı çiçək (film, 1983) Seyid Nigari (film, 2004) Səməd Vurğun (film, 1958) Sənə sevinc bağışlayım (film, 1978) Sirkin yeni mənzili (film, 1967) Söz uşaqlara verilir (film, 1998) Şamama (film, 1973) Tarixin şahidləri (film, 2003) Usta Vaqif (film, 2006) Ürək nəğməsi (film, 1989) Üzeyir Hacıbəyov (film, 1965) Ver sözə ehya ki...
Oqtay Şıxəliyev
Oqtay Yusif oğlu Şıxəliyev (3 sentyabr 1931, Bakı – 31 yanvar 2012, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (1992). == Həyatı == Oqtay Şıxəliyev 3 sentyabr 1931-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu il Bakı 1 saylı orta məktəbə daxil olub. 8-ci sinfi bitirdikdən sonra 1947-ci il Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşdur. 1952-ci ildə rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinə daxil olmuşdur. Leninqrad şəhərində təhsil alarkən 1955-ci ildən kiçik yaradıcılıq işləri ilə sərgilərdə iştirak edib. 1958-ci ildə Ali Rəssamlıq Məktəbini bitirərək Bakıya qayıdır, Respublika Gənclər festivalının qalibiolur. Elə əsl yaradıcılıq fəaliyyətinə bu ildən başlayır. Sərgilərdə nümayiş olunan ilk işlərində O. Şıxəliyev özünü istedadlı və ruhən milli sənətkar kimi təqdim edir. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü olur.
Ramin Şıxəliyev
Ramin Tofiq oğlu Şıxəliyev — Azərbaycan aktyoru. == Həyatı == Ramin Şıxəliyev 1979-cu il iyul ayının 12-də Lerik rayonunun Kələxan kəndində anadan olub. 1997-ci ildə Kələxan kənd orta məktəbini və Lerik rayon yeddiillik incəsənət məktəbini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino sənəti fakultəsini dram kino aktyoru ixtisası üzrə bitirib. Həmin il universitetin sənətşünaslıq fakultəsinin teatrşünaslıq ixtisası üzrə magistr pilləsinə qəbul olunmuşdur. == Fəaliyyəti == Təhsil illərindən "İlham" Miniatür Teatrına dəvət almış və beş il o teatrda aktyor vəzifəsində çalışmışdır. 2003-cü ildən Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlardan biri kimi fəaliyyət göstərib. 2012-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. Bir çox dövlət tədbirlərində və əyləncəli verilişlərdə çıxış edib. == Mükafatları == 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Soltan Şıxəliyev
Soltan Şixəliyev (tam adı:Şixəliyev Soltan Hümbət oğlu;22 sentyabr 1904, Göyçay qəzası – 1972, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, Kürdəmir rayon İcraiyyə Komitəsinin sədri == Həyatı və təhsili == 22 sentyabr 1904-cü ildə Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. Qusar polkunda siyasi rəhbər kimi xidmət etmişdir. Hərbi xidməti bitirdikdən sonra Azəriittifaqın Gəncə şəhərində təsis etdiyi mühasibat məktəbinə oxumağa göndərilmişdir. Leninqradda ali təhsil almışdır. === Vəfatı === 17 noyabr 1972-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Təhsilini başa vurduqdan sonra Kürdəmir rayon Kooperativlər İttifaqının baş mühasibi təyin olunmuşdur. İlk kəndli kooperativinin fəal təşkilatçılarından biri olMmuşdur. Bir il ərzində 100 nəfərdən çox kəndli kooperativinə üzv cəlb etmişdir. Rayon mərkəzində və bir çox kəndlərdə kəndli kooperativləri açmışdır.
Tələt Şıxəliyev
Tələt Ağalar oğlu Şıxəliyev (1 yanvar 1928, Digah, Lənkəran qəzası – 1 iyul 1987, Bakı) — Azərbaycan SSR əməkdar rəssamı (1982). == Həyatı == Şıxəliyev Tələt Ağalar oğlu 1 may 1928-ci ildə hazırkı Masallı rayonunun Digah kəndində anadan olmuşdur. O, Talışxanovlar nəslinin nümayəndəsidir. 1951-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, daha sonra isə təhsilini 1961-ci ildə bitirdiyi Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişdir. 1962-ci ildən artıq əsərləri respublika və xarici sərgilərdə nümayiş olunan Tələt Şıxəliyev "Abşeron məktəbi" kimi tanınan istedadlı gənc rəssamlardan ibarət "Abşeron qrupu"nun ən istedadlı üzvlərindən birinə çevrilmişdi.Rəssam 1987-ci ildə, 59 yaşında vəfat etmişdir. T.Şıxəliyev qısa, lakin olduqca məhsuldar yaradıcılıq yolu keçmişdir.. == Yaradıcılığı == İlk fərdi sərgisi 1976-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir. Rəssam 1972-ci ildə öz dəsti xəttini tapır, o palitrasında qızılı sarı və dinamik yaxmalardan (mazok) istifadə etmişdi.Yaradıclığında daha çox portret janrına müraciət edən rəssamın hər bir obrazı fərdi xüsusiyyəti, həyata baxışı, əhval-ruhiyyəsi ilə seçilir. Bu baxımdan O. Babiçevanın portreti, M. Bayraməlibəyovanın portreti, "Ailə" və s. əsərləri onun yaradıcılığı üçün xarekterikdir.Uşaq mövzusu rəsssamın yaradıcılığında xüsusi yer tutur.
Vaqif Şıxəliyev
Vaqif Məmməd oğlu Şıxəliyev (6 sentyabr 1978, Şəki) — Azərbaycan müğənnisi, Abşeron rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri == Həyatı == Vaqif Şıxəliyev 1978-ci il sentyabr ayının 6-da Şəki şəhərində anadan olmuşdur. 1985–1994-cü illərdə Şəki şəhəri 5 saylı orta məktəbdə, eyni zamanda 1989–1994-cü illərdə Şəki şəhəri 2 saylı uşaq musiqi məktəbinin Xanəndəlik sinfində təhsil almışdır.1994–1997-ci illərdə Bakı şəhəri Bülbül adına orta ixtisas Musiqi Məktəbinin Xanəndəlik sinfində Xalq artisti Əlibaba Məmmədovdan dərs almışdır. 1997–2001]]-ci illərdə Bakı Musiqi Akademiyasının Xanəndəlik fakültəsində Xalq artisti Arif Babayevdən təhsil almışdır. Musiqi Akademiyasında təhsil aldığı 1997–2001-ci illərdə Əməkdar artist Teymur Əmrahdan klassik mahnı janrı üzrə vokal dərsləri almışdır.1999–2005-ci illərdə Mirzəağa Əliyev adına Mədəniyyət Evində xalq çalğı alətləri ansamblının rəhbəri, 2005–2014-cü illərdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 1-ci dərəcəli vokalist artist, 2014–2015-ci illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsində klub metodisti vəzifələrində çalışmışdır. 2016-cı ildən Abşeron rayon Mədəniyyət Mərkəzində bədii rəhbər vəzifəsində fəaliyyət göstərir. === Ailəsi === Atası Şıxəliyev Məmməd Fərrux oğlu 1956-cı ildə Şəki şəhərində anadan olmuşdur. Uzun illər Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında səhnə maşinisti vəzifəsində çalışmışdır. 2012-ci ildə dünyasını dəyişib. Anası Abdullayeva Zinyət Ziyəddin qızı 1953-cü ildə Şəki şəhərində anadan olmuşdur. Evdar qadındır.
Xanoğlan Şıxəliyev
Zahid bəy Şıxəlibəyov
Zahid bəy Cümüşd oğlu Şıxəlibəyov — ADR orusunun podporuçiki. == Həyatı == Ali-ibtidai təhsil alıb. 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan Hərbiyyə məktəbini bitirib. Musavat zabiti olduğuna görə şübhəli şəxs kimi 1930-cu ildə Salyan qazarmasında xidmət edərkən həbs edilib. Sürgündə vəfat edib. 1897-ci il oktyabrın altısında kəndli ailəsində anadan olub.
Şakir Şıxəliyev
Şakir Şıxəliyev (19 noyabr 1990, Bakı) — Azərbaycanı təmsil edən idman gimnastı. == Karyerası == Şakir Şıxəliyev dəfələrlə Dünya və Avropa Çempionatlarında çıxış eləsə də, ciddi uğurlara imza ata bilmədi. Şakir Şıxəliyev 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Şakir Şıxəliyev bu idman növü üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Şakir Şıxəliyev ümumi nəticədə təsnifat mərhələsini 80.364 balla 40-cı pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi. Ayrı-ayrı alətlərdə də Şakir Şıxəliyev final mərhələsinə vəsiqə qazana bilmədi.
Şıxəliyev
Şıxəliyev — Azərbaycan soyadı. Elşən Şıxəliyev (d. 1974) — Azərbaycan aktyorı. Elşən Şıxəliyev (şəhid) (1973—1992) — Qarabağ müharibəsinin iştirakçı. Nəriman Şıxəliyev (d. 1934) — Azərbaycan operatoru və rejissoru. Oqtay Şıxəliyev (1931—2012) — Azərbaycan Respublikasının xalq rəssamı. Şakir Şıxəliyev (d. 1990) — azərbaycanlı idman gimnastı.
Ədhəm Şıxəlibəyli
Şıxəlibəyli Ədhəm Şahlarbəy oğlu (30 aprel 1911, Bico, Şamaxı qəzası – 1996, Bakı) — geologiya-mineralogiya elmləri doktoru (1965), professor, AMEA-nın həqiqi üzvü (1983). == Həyatı == Ədhəm Şıxəlibəyli 1911-ci ildə Şamaxı qəzasının Bico kəndində (indiki Ağsu rayonu) anadan olmuşdur. 1937-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.Ədhəm Şıxəlibəyli 1947-ci ildə "Boyük Qafqazın cənub yamacının Azərbaycan hissəsinin geoloji quruluşu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1965-ci ildə "Kiçik Qafqazın şərq hissəsinin geoloji quruluşu və tektonik inkişaf tarixi (Azərbaycan)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 1968-ci ildə Azərbaycan EA müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir. == Əmək fəaliyyəti == Ədhəm Şıxəlibəyli 1954-cü ildən etibarən Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərmişdir. Uzun müddət Geologiya və Geofizika İnstitutunun Geotektonika, stratiqrafiya və litologiya şöbəsinə rəhbərlik etmiş Ədhəm Şıxəlibəyli, həmçinin 1969–1971-ci illərdə Əlcəzairdə neft-qaz yataqlarının axtarışını aparan Sovet geoloqlar qrupuna da başçılıq etmişdir.Akademik 1992-ci ildən ömrünün sonuna qədər Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti vəzifəsində çıxış etmişdir. O, AEA-nın Yer haqqında Elmlər Bölməsinin akademik-katibinin müavini vəzifəsini icra etmişdir.Ədhəm Şıxəlibəyli SSRİ EA Geologiya, geofizika, geokimya və dağ elmləri şöbəsinin müəssisələrarası tektonik komissiyasının üzvü olmuşdur. Eyni zamanda BDU-nun Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsinin elmi-texniki şuralarının üzvü seçilmişdir. Həmçinin Azərbaycan Sovet Ensiklopediyası Redaksiya Şurasının üzvü olmuşdur. Habelə, professor Azərbaycan Milli Elmlər Akademiyasının "Xəbərlər" jurnalı Yer Elmləri seriyasının baş redaktorunun müavini vəzifəsini icra etmişdir.
бе́женка впи́тывать клинопи́сный необита́емость обезу́мевшая ожи́ть па́лочный подрыва́ние приводи́ть проклева́ться стомиллио́нный такси́ст соста́риться точи́ться ча́йничать князек attitude expiable Four Horsemen of the Apocalypse Lombardic saturate tooth ax Treasury Statement vavasor трёхосный