ŞƏBİH

is. [ ər. ]
1. klas. Bənzər, oxşar. Şəbihi yoxdur.
2. din. Keçmişdə: məhərrəm ayında aşura günü şiələrin göstərdikləri Kərbəla hadisələrinə həsr olunmuş faciəli tamaşa, mərasim. Camaat dörd ətrafda oturardı, şəbih göstərərdilər.
Bu şəbihlər teatr tamaşalarını xatırladırdı. H.Sarabski.
[Ağa:] Nəbiqulu məsləhət gördü ki, onunla birləşib Dəcəlləbadın meydanında şəbih çıxardaq. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞƏBİH şəbih bax tamaşa
ŞƏBXUN
ŞƏBİHGƏRDAN
OBASTAN VİKİ
Şəbih
Şəbih — meydan tamaşalarının bir növüdür. "Şəbih" sözünün tərcüməsi "oxşar, bənzər" deməkdir. Şəbih həm formaca, həm də mənaca dini xarakter daşıyır və bir misteriya tamaşası olaraq Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Bu teatrın özünəməxsus dramaturgiyası və teatr poetikası vardır ki, burada əsas münaqişə xətti Xəlifə Əlinin oğlu Hüseynin və ona qarşı fitnə-fəsadlar hazırlayan Yezidin tərəfdarları arasında gedən mübarizə əsasında inkişaf edir. Tarixdə "Kərbəla müsibəti" adı ilə yadda qalan bu qətliam (72 nəfər Hüseynin yaxınları) islam tarixində ibrət dərsi olaraq bu gün də belə unudulmur. VIII əsrdən üzübəri şiələr peyğəmbərin nəvəsi Hüseynə ağılar deyib ağlayır, təziyələr keçirirlər. == Tarixi == XV əsrdən etibarən Azərbaycanda geniş qeyd olunan şəbih tamaşaları məhərrəmlik ritualının tərkib hissəsidir. Şəbih bir sıra ərəb ölkələrində, eləcə də "Əhli-beyt"ə bağlılığı ilə seçilən və şiələrin sıx yaşadığı Azərbaycan, İran, Əfqanıstan, Türkiyə və Hindistanda geniş keçirilmişdi. Şəbih sadəcə mərasimdən ibarət olmayan otuzdan artıq müxtəlif məzmunlu və janrlı tamaşanın ümumi adıdır. Onları birləşdirən əsas cəhət isə Kərbəlanın timsalında zalıma, zülmə qarşı Allahın zəfərini, İslamın təntənəsini əks etdirməsidir.

Digər lüğətlərdə

в почёте вы́жить го́рший копу́н моторваго́нный оброни́ть остренько переве́рчивать похозя́йствовать правове́рный расхлопота́ться зау́живать земля́цкий отколупну́ть поуро́чно саблезубый тигр CB cigar-holder flox heath pea incarcerate patriarchism planify иглообразный мученица