ŞƏFFAF

sif. [ ər. ] Baxdıqda o biri tərəfi görünən, işığı asanlıqla buraxan, içindən keçirən. Şəffaf şüşə. Şəffaf cisim.
// məc. Aydın, tərtəmiz, dumduru. Şəffaf göy. Şəffaf su.
– O yerdə kim, göyün üzü şəffafdır; Çeşmələri qayət sərindir, safdır. A.Səhhət.
Yuyundun, darandın, qarlar kimi saf; Tellərin sığallı, gözlərin şəffaf. Ə.Cavad.
Qış gecəsinin şəffaf havasında mayakın işığı çox yaxşı görünürdü. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞƏFFAF aydın — açıq
  • ŞƏFFAF dumduru — tərtəmiz — saf
  • ŞƏFFAF ŞƏFFAF Hava sakit... Dəniz şəffaf... Səhər dilbər...; Al günəşin şəfəqləri düşür suya (S.Vurğun); ALNA (məc

Antonimlər (əks mənalı sözlər)

  • ŞƏFFAF ŞƏFFAF – BULANLIQ Bu gecələrin birində; ayrılan yolumuz kimi; şəffaf buz kimi (R.Rza); Üfüqlər boz; elə bil ki, bir bulanlıq gölə düşüb günəş (R
ŞƏFƏQLİ
ŞƏFFAFLAŞDIRMA
OBASTAN VİKİ
Şəffaf çömçəxul
Şəffaf çömçəxul (lat. Benthophilus ctenolepidus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Orta və Cənubi Xəzər regionunda yayılmışdır. Uzunluqları 38—65 mm, çəkisi isə 1,2 - 6,7 q arasında dəyişir. Xəzər dənizi: Abşeron yarımadasından Astaranın cənubuna qədərki sahil ərazisi.
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası — 10 dekabr 2014-cü ildə qəbul edilmiş və 18 oktyabr 2017-ci ildə qüvvəyə minmiş, tərəflər arasında beynəlxalq müqavilələr əsasında İnvestor-Dövlət Arbitrajı Kontekstində Şəffaflığa dair Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası qaydalarını, cavabdehin bildirişinin dərc olunmasını təmin edir. Eyni zamanda, konvensiya ticarət sirrini təşkil edən və ya nəşri qanunların icrasına müdaxilə edəcək və ya beynəlxalq müqaviləyə əsasən yayımlanmaqdan qorunan və ya cavabdeh tərəfindən təqdim edildiyi gizli məlumatların dərc edilməsini nəzərdə tutmur. Milli qanuna uyğun olaraq, ya da qanuna və ya arbitrajın bu məlumatların açıqlanması baxımından uyğun hesab etdiyi qaydalara uyğun olaraq. Konvensiya UNCITRAL veb saytında.

Digər lüğətlərdə