ŞƏHİD

ə. bir məslək, bir əqidə, bir din uğrunda həlak olan. Şəhidi-eşq eşq şəhidi.

ŞƏHİ
ŞƏHİQ
OBASTAN VİKİ
Habil Həsənov (şəhid)
Hafis Qasımov (şəhid)
Hafiz Şükürov (şəhid)
Hüseyn Həsənov (şəhid)
Hüseyn Rzayev (şəhid)
Hüseyn Əliyev (şəhid)
Həsən Quliyev (şəhid)
Kamal Məmmədov (şəhid)
Kamil Rzayev (şəhid)
Mahir Hüseynov (şəhid)
Mahir Quliyev (şəhid)
Maqsud Məmmədov (şəhid)
Mehman Alıyev (Şəhid)
Şəhid
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. == İslam dinində şəhidlər == İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə). Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
Şəhid (dəqiqləşdirmə)
Şəhid — Yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən canını fəda edən şəxs.
Şəhid Behişti
Məhəmməd Behişti (23.10.1928 İsfahan - 28.6.1981 Tehran) - Ayətullah. == Həyatı == Şəhid Seyid Məhəmməd Behişti 1928-ci il oktyabrın 23-də İsfahanın Lumban məhəlləsində anadan olub. Atası İsfahan ruhanilərindən və imam-camaat idi. Anası isə tanınmış alim və müctəhid Ayətullah Hacı Mir Məhəmməd Sadiq Xatunabadinin qızı idi. == Təhsili == Seyid Məhəmməd 1942-ci ildə 14 yaşında orta təhsilini yarımçıq qoyaraq İsfahan elmi hövzəsində dini təhsil almağa başlayır. O, dini hövzəsində səkkiz ildə oxumalı olduğu dərsləri dörd ildə başa çatdıraraq, 1946-cı ildə, yəni 18 yaşında təhsilini davam etdirmək üçün Qum elmi hövzəsinə yollanır. Höccətiyyə mədrəsəsinin kiçik və sadə hücrələrinin birində məskunlaşan Seyid Məhəmməd tezliklə Şəhid Mütəhhəri və Seyid Musa Sədr kimi tələbələrlə tanış olur. O, dini dərslərin birinci mərhələsini altı ayda təkmilləşdirdikdən sonra 1947-ci ildə ali fiqh və üsul dərslərində, o cümlədən Şəhid Mütəhhəri ilə birlikdə İmam Xomeyninin fiqh və üsul dərslərində iştirak etməyə başladı. Həmçinin o, gənc tələbələrə də dərs deyirdi. Seyid Məhəmməd orta təhsilini yarımçıq buraxıb dini dərsləri öyrənməsinə baxmayaraq dini dərslərlə yanaşı, yarımçıq qoyduğu dərsləri də davam etdirməyə başladı.
Şəhid arzuları
Şəhid arzuları — Şəhidlərə həsr edilmiş mahnı. Mahnının sözləri və bəstəsi gitara ifaçısı və müğənni Çingiz Mustafayevə məxsusdur. O, bu mahnını 2014-cü ildə baş vermiş Azərbaycan-Ermənistan atışması zamanı şəhid olmuş Azərbaycan əsgərlərinə həsr etmişdir. Müğənni mahnını ifa edərək sosial şəbəkədəki səhifəsində paylaşmışdır.
Əş-Şəhid
Əş-Şəhid (ər. الشهيد) — Allahın adlarından biri.
Şəhid Sani
Şeyx Zeynuddin ibn Əli Amili (ərəb. زين الدين بن علي الجبعي العاملي‎; 1506 – 1558) — "Şəhidi Sani" ("İkinci şəhid") ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Amili 911-ci hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəbə (جبع) kəndində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra yüksək səviyyəli elmləri öyrənmək üçün müxtəlif yerlərə səfər etmişdir. O, digər islam məzhəblərinin fiqhi barəsində də kamil biliyə malik olmuşdur, Konstantinopolda sair məzhəblərin fiqhindən dərs demişdir. Şəhid Sani Məkkədə tutularaq Osmanlı hökumətinin mərkəzinə aparılanda 965 və ya 966-cı (h.q.) ildə yol əsnasında şəhid edilmişdir. == Həyatı == İmamiyyə alimlərindən bir neçəsi "şəhid" ləqəbi ilə tanınır və sıralanır. Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Əli Şami Amili 911-ci hicri qəməri ili şəvval ayının 13-də Livanın Cəbəl-Amil məntəqəsinin kəndlərindən biri olan Cəbə’də elm və təqva ailəsində dünyaya gəlmişdir. == Ailəsi == Atası “Nurəddin Əli” Cəbəl Amil alimlərindən olmuşdur. Onun altıncı əcdadı (Saleh) Əllamə Hillinin tələbəsi olub. Görünür, o, əslən Tus şəhərinə mənsub olub.
Şəhid Əvvəl
Şəhid Əvvəl — (ərəb. الشيخ شمس الدين أبو عبد الله محمد بن جمال الدين مكي العاملي المعروف بالشهيد الأول‎; 1334, Cizzin, Əl-Cənub mühafəzəsi[d] – 1385, Dəməşq, Məmlük dövləti) Şəhid Əvvəl (birinci şəhid) ləqəbi ilə tanınan Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü hicri qəməri ilində Livanın Cəbəl Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə dünyaya gəlmişdir. Onun fiqh elmində ən mühüm kitabı “əl-Lümət əl-Diməşqiyyə” kitabıdır ki, onun haqqında çoxlu şərhlər yazılmışdır. == Həyatı == Şəhid Əvvəl (birinci şəhid) adı ilə məşhur olan Əbu Əbdillah Şəmsəddin Məhəmməd ibn Məkki Amili Cizzini 734-cü ildə Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cizzin adlı yerdə elm və təqva ailəsində dünyaya gəlmişdir. Atası zəmanəsinin böyük alimlərindən biri olmuşdur. Öz zamanında "Fəqihlər fəqihi" və "İmam əl-Əzəm" kimi məşhur olmuşdur. O, hicri 8-ci əsrdə imamiyyənin məşhur fəqihlərindəndir. == Təhsili == Şəhid Əvvəl hövzə dərslərinin bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm kəsb etmək üçün müxtəlif islam məntəqələrinə, o cümlədən Hillə, Bağdad, Dəməşq, Məkkə, Mədinə, Beytul-Müqəddəs, Əl-Xəlil, Misir və sair yerlərə hicrət etmiş, böyük alimlər ilə görüşüb söhbət aparmışdır. Əlbəttə, o zaman Hillə şəhəri islam elmlərini öyrənmək üçün xüsusi məqama malik olduğundan, orada daha artıq qalmışdır. == Müəllimləri == Şəhid Əvvəl böyük və görkəmli alimlərdən elm öyrənmişdir.
Mehdi Məhərrəmov (şəhid)
Mehdi Məmmədov (şəhid)
Mehman Əliyev (şəhid)
Mirzə Əbülhəsən Şəhid
Mirzə Əbülhəsən Kərbəlayı Kazım oğlu Şəhid – şair, qazı. == Həyatı == Mirzə Əbülhəsən Şəhid 1829-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Merdinli obasındandır. İbtidai təhsilini molla yanında almışdı. Bir müddət sərraclıq etmişdi. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şuşa məscidinin axundu, sonra Cavanşir qəzasının qazısı olmuşdu. Şair idi. Şəhid təxəllüsü ilə klassik üslubda şeir yazırdı. Mirzə Əbülhəsən Şəhid 1884-cü ildə vəfat edib.
Müzəffər Həsənov (şəhid)
Gəncə Şəhidlər Xiyabanı
Gəncə Şəhidlər Xiyabanı — Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. == Tarixi == Gəncənin 4 saylı qəbiristanlığında yerləşir. 2012-ci ilə qədər Gəncə şəhəri Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda 468 şəhid verib və 367 şəhid burda dəfn olunub. Xiyabanın 1000 kvadratmetrə yaxın ərazisində Gəncə şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksinin hündürlüyü 18 metrdir 2020-ci il əvvəində Şəhidlər Xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının (Ənvər Arazov, Elbrus Allahverdiyev, Şahlar Hüseynov, İqor Makeyev, Pərviz Səmədov) və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var.
Gəncə Şəhidlər Xiyabanında dəfn olunanlar
Gəncə Şəhidlər Xiyabanı — Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. == Tarixi == Gəncənin 4 saylı qəbiristanlığında yerləşir. 2012-ci ilə qədər Gəncə şəhəri Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda 468 şəhid verib və 367 şəhid burda dəfn olunub. Xiyabanın 1000 kvadratmetrə yaxın ərazisində Gəncə şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksinin hündürlüyü 18 metrdir 2020-ci il əvvəində Şəhidlər Xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının (Ənvər Arazov, Elbrus Allahverdiyev, Şahlar Hüseynov, İqor Makeyev, Pərviz Səmədov) və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var.
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə — Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə == Tarixi == Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlib. Nuru Paşa Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 döyüşçüsü Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. == Məlumat == 2022-ci il 26 iyunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, qardaş ölkənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yanğın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər. Abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki baş konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. Yeddi metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.
Hacıqabul Şəhidlər Xiyabanı
Hacıqabul Şəhidlər Xiyabanı — Hacıqabul şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Hacıqabul şəhərində yaradılıb.
Heymarket şəhidlər abidəsi
Heymarket Şəhidlər Abidəsi — İllinoys ştatının Forest Parkdakı Meşə Ev Qəbiristanlığında yerləşən dəfn abidəsi və heykəltaraşlıq abidəsidir. == Haqqında == Heymarket işi, məhkəmə və edamlardan sonra Avqust Spies , Adolf Fişer , George Engel , Louis Linq və Albert Parsons Alman Valdheim qəbiristanlığında dəfn edildi (sonralar Meşə Evi Qəbiristanlığı ilə birləşdirildi). Pionerlərə Yardım və Dəstək Dərnəyi cənazə abidəsinə abunə təşkil etdi. 1893-cü ildə Waldheim-də heykəltaraş Albert Weinert tərəfindən Heymarket Şəhidlər Abidəsi ucaldıldı. Oyulmuş üçbucaqlı daşla örtülmüş 4.8 metr hündürlüyündə qranit şaftdan ibarətdir. Burada iki pilləli altlıq var, o da postamenti və monumental Ədalət fiqurunu dəstəkləyir, hər ikisi həlak olmuş fəhlənin cəsədinin keşiyində dayanan qadın kimi təsvir edilmişdir. Bir əlində dəfnə çələngi tutur. İkinci pillənin zirvəsində dayanmaq, xurma yarpaqlarından bürüncdən hazırlanmış bir tərtibatdır. Postamentin üzərindəki yazıda edam ili olan "1887-ci il" yazılıb. Həmçinin, asılaraq edam edilməzdən əvvəl yazılan Spes-ə aid edilən ilk addımla bağlı bir sitat var: "Gün gələcək ki, bizim susqunluğumuz sizin bu gün boğduğunuz səslərdən daha güclü olacaq".
II Şəhidlər Xiyabanı
II Şəhidlər Xiyabanı (rəsmi adı: 2 saylı Şəhidlər Xiyabanı) — 2018-ci ildə əsası qoyulan və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında və bərpa edilməsində xüsusi xidmətlərinə görə şəhid olan Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının dəfn olunduğu xiyabandır. Məzarlıq 2 saylı Fəxri Xiyabanın ərazisində yerləşir. == Tarixi == II Şəhidlər Xiyabanı Yasamal rayonunun ərazisində, Maşın Bazarı və Yasamal qəbiristanlığının "Qurd Qapısı" adlandırılan hissəsinin arasında yerləşir. 2019-cu ilin avqust ayında sosial mediada şəhər ərazisində yeni qəbiristanlığın salındığı iddia edilən video yayıldı. Videoda özünü qəbiristanlıq işçisi olaraq təqdim edən bir nəfər buranın növbəti illərdə baş verməsi gözlənilən müharibə zamanı şəhid olanların dəfn olunacağı Şəhidlər Xiyabanının olacağını bildirdi. Xiyaban üç bölmədən ibarətdir və ümumi olaraq 630 qəbir var. Uzun müddət ərzində həmin ərazi barədə ictimaiyyətə rəsmi məlumat verilmədi. 2020-ci ilin 12–16 iyulunda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8-i zabit olmaqla 12 hərbi qulluqçusu şəhid oldu. Şəhid olanlardan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-də II Şəhidlər Xiyabanında dəfn olundu. Dəfn mərasimi ictimaiyyətə qapalı oldu.
Kamal Məmmədov (20 Yanvar şəhidi)
Mehman Məmmədov (20 Yanvar şəhidi)
Millət Əliyev (şəhid müəllim)
Mingəçevir Şəhidlər Xiyabanı
Mingəçevir Şəhidlər Xiyabanı — Mingəçevir şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Mingəçevir şəhərində yaradılıb.
Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunanlar
Mingəçevir Şəhidlər Xiyabanı — Mingəçevir şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Mingəçevir şəhərində yaradılıb.
Mirhəşim Seyidov (20 Yanvar şəhidi)

Digər lüğətlərdə