ŞƏHADƏT
ŞƏHVƏT
OBASTAN VİKİ
Şəhla
Şəhla (ərəb. شهلاء‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Şəhla (ad)
Şəhla (ərəb. شهلاء‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Şəhla Ağapur
Şəhla Ağapur və ya Şəhla Ağapur-Benakohell (1976, Tehran) — Almaniyada yaşayan azərbaycanlı rəssam, yazıçı və qalereya direktoru. O, həmçinin yazıçılıq və şairlikdən əlavə heykəltaraşlıqla da məşğuldur. == Həyatı == Şəhla Ağapur Tehran şəhərində azərbaycanlı ailədə anadan olmuşdur. O, erkən yaşlarından incəsənət və ədəbiyyatla maraqlanmağa başlamışdır. O, həmçinin jurnalistika ilə də məşğul olmuşdur. İran İslam inqilabından sonra Ayandegan qəzetində çalışmışdır. Dissident jurnalist fəaliyyətinə görə İrandan Almaniyaya miqrasiya etməyə əcbur olmuşdur. Berlinə köçdükdən sonra sərbəst iş formasında çalışmış və Almaniyada və başqa ölkələrdə öz əsərləri nümayiş etdirilən sərgilər təşkil etmişdir. and other countries. 2003-cü ildə Berlin İncəsənət Universitetində İncəsənət ixtisası üzrə magistr təhsilini başa vurmuşdur.
Şəhla Bürcəliyeva
Əmirli Şəhla Yapon qızı - Kinoşünas, Radio-Televiziya redaktoru. == Həyatı == Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994-1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Daha sonra 1997-2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub. Daha sonra Şəhla Əmirli 2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-mediya" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub. 2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir.
Şəhla Gündüz
Şəhla Gündüz qızı Abbasova-Mövsumova (12 noyabr 1957-ci il) Bakı şəhəri ,şair-publisist. "Mikayıl Müşviq" və "Xan qızı Natavan" mükafatları laureatı. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdcüsü, müəllim. == Həyatı == 1957-ci il 12 noyabr tarixində Bakı şəhərində yazıçı-jurnalist, ictimai xadim,Azərbaycan nasiri, dramaturq Şəmsəddin Abbasov -un ilk nəvəsi olaraq dünyaya gəlmişdir. Atası yazıçı-jurnalist, rəssam və məşhur kino aktyoru Gündüz Abbasov , anası Respublikanın Əməkdar Artisti Ofeliya Məmmədzadə -dir. 1973-cü ildə Bakı şəhəri 190 №li tam orta məktəbi, 1978-ci ildə isə o zamankı Azərbaycan Dövlət Universitetinin "Filologiya" fakultəsini əla qiymətlərlə bitirmişdir. Ailəlidir, 2 oğlu, 5 nəvəsi var. == Yaradıcılığı == Uzun illər müəllim işləmiş Şəhla Gündüz, eyni zamanda, yaradıcılıqla da məşğul olmuş, neçə-neçə şeiri, məqaləsi,hekayəsi müxtəlif qəzet və jurnallarda dərc edilmiş, ekran və efirdən səslənmiş, sözlərinə mahnılar bəstələnmişdir. Şəxsi layihəsi əsasında yaratdığı özünün də mətnmüəllifi, aparıcısı və rejissoru olduğu "VƏTƏN DƏRSİ" adlı, tarixi-bədii-musiqili tədbirlər artıq iyirmi ildir ki, Azərbaycan məktəbliləri,müəllimləri və ziyalıları tərəfindən böyük maraq və alqışla qarşılanır. "QANAD" və "PÖHRƏ" məktəbli teatrları isə Şəhla Gündüzün fəaliyyətində xüsusi yer tutur.
Şəhla Hümbətova
Şəhla Knyaz qızı Hümbətova (XX əsr, Dmanisi, Kvemo-Kartli) — Azərbaycan vəkili. == Həyatı == 2013-cü ildən Azərbaycanda vəkil kimi fəaliyyət göstərir.2019-cu il noyabrın 28-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. 2019-cu il dekabrın 19-da Şəhla Hümbətova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ifadə verməkdən imtina edib.2020-ci il martın 4-də ABŞ-nin Dövlət Katibi Mayk Pompeo Dövlət Departamentində Şəhla Hümbətovanı Beynəlxalq Cəsarətli Qadınlar mükafatına layiq görülüb.
Şəhla Nağıyeva
Şəhla Bədir qızı Nağıyeva — Azərbaycan Dillər Universietinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru. == Həyatı == Şəhla Nağıyeva 1960-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuşdur. 1978-1982-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitunda təhsul almış və tələbəlik illərində poeziya və tərcümə ilə yaxından maraqlanmışdır. 1997-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda namizədlik dissertsiyasını müdafiə etmişdir. 2006-2011-ci illərdə Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dosenti olmuşdur. 2011-ci ildən ADU-nun Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professorudur. ABŞ Dövlət Departamentinin ali məktəb müəllimləri üçün təşkil etdiyi Fulbrayt proqramının qalibi kimi 2003-2004-cü tədris ilində Şimali Karolina ştatındakı Şərqi Karolina Universitetində 6 ay və 2010-2011-ci tədris ilində Vircinya ştatındakı Corc Meyson Universitetində 4 ay bədii tərcümə problemləri üzrə tədqiqat aparmışdır. Jurnalist Müsəllim Həsənovla evlidir, 3 övladı var. == İctimai-Elmi Fəaliyyəti == 2004-cü ildən etibarən Şəhla Nağıyeva "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədridir. www.
Şəhla Riyahi
Şəhla Riyahi (fars. شهلا ریاحی‎ Şəhla Riyaḥī; 7 fevral 1927, Tehran – 31 dekabr 2019, Tehran) — iranlı aktrisa və ilk iranlı rejissor qadın. 110 dəqiqəlik "Mərcan" (1956) filmin müəllifidir.
Şəhla İbrahimova
Şəhla İbrahim qızı İbrahimova (d. 2 noyabr 1961, Bakı) — professor, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş konsertmeysteri, Bakı Musiqi Akademiyasının "Simli alətlər" kafedrasının müdiri, Azərbaycan Respublikasının xalq artisti (2005). == Həyatı == Şəhla İbrahimova 2 noyabr 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969–1980-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1980–1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, 1995–1997-ci illərdə isə Bakı Musiqi Akademiyasının aspirantura şöbəsində təhsil almışdır. == Fəaliyyəti == Şəhla İbrahimova 1983-cü ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində çalışır. 1997-ci ildən isə bu orkestrin baş konsertmeysteridir. 1997-ci ildən Bakı Musiqi Akademiyasının "Kamera ansamblı" və "Simli alətlər" kafedrasında işləyir. Hazırda "Simli alətlər" kafedrasının müdiri və professorudur.Şəhla İbrahimova Bakı Musiqi Akademiyasının Elmi Şurasının üzvüdür. O, "Orkestr repertuarı" adlı proqramın, "Skripka üçün orkestr çətinlikləri" adlı dərs vəsaitinin və bir sıra elmi-metodiki vəsaitlərin müəllifidir.
Şəhla İsmayılova
İsmayılova Şəhla Əli qızı (Şəhla Əliqızı) (26 fevral 1980, Tovuz, Azərbaycan) — Azərbaycan teatr aktrisası. == Həyatı == Şəhla Əliqızı 26 fevral 1980-cı ildə Tovuz rayonunda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir.Xalq artisti Cənnət Səlimovanın tələbəsidir. Həmçinin Elmira Məlikova və Vaqif İbrahimoğlundan dərs alıb.O, aktrisa kimi 02.12.2002-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlamışdır.Bir çox dövlət tədbirlərinə aparıcısı və həmçinin 2003-cü ildə İnnaqurasiya mərasimindən sonra Hökumət evinin qabağında təşkil edilmiş konsert proqramının aparıcısı olub. == Mükafatları == 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şəhla Əliqızı
İsmayılova Şəhla Əli qızı (Şəhla Əliqızı) (26 fevral 1980, Tovuz, Azərbaycan) — Azərbaycan teatr aktrisası. == Həyatı == Şəhla Əliqızı 26 fevral 1980-cı ildə Tovuz rayonunda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir.Xalq artisti Cənnət Səlimovanın tələbəsidir. Həmçinin Elmira Məlikova və Vaqif İbrahimoğlundan dərs alıb.O, aktrisa kimi 02.12.2002-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlamışdır.Bir çox dövlət tədbirlərinə aparıcısı və həmçinin 2003-cü ildə İnnaqurasiya mərasimindən sonra Hökumət evinin qabağında təşkil edilmiş konsert proqramının aparıcısı olub. == Mükafatları == 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şəhla Əmirli
Əmirli Şəhla Yapon qızı - Kinoşünas, Radio-Televiziya redaktoru. == Həyatı == Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994-1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Daha sonra 1997-2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub. Daha sonra Şəhla Əmirli 2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-mediya" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub. 2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir.
Şəhla Səmədova
Şəhla Səmədova (11 dekabr 1959, Bakı, Azərbaycan) (tam adı: Şəhla Tofiq qızı Səmədova) — azərbaycanlı hüquqşünas, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini (2014 - 2019), Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri (2019 - h/h.). == Həyatı == Şəhla Səmədova 1967-1977-ci illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə təhsil almış, ali təhsilini 1978-1984-ci illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində tamamlamışdır. == Ailəsi == Ailəlidir və 2 övladı var. == Tədqiqat sahəsi == Cinayət hüququ Transmilli cinayət hüququ Müqayisəli cinayət hüququ Müsəlman cinayət hüququ == Əmək fəaliyyəti == Şəhla Səmədova 2011 - 2014-cü illərdə Hüquq fakültəsinin Qiyabi şöbə üzrə dekan müavini, 2014 - 2019-cu illərdə Hüquq fakültəsinin Elmi işlər üzrə dekan müavini vəzifələrində çalışmışdır. O, 2019-cu ildən etibarən Cinayət hüququ və kriminologiya kafedrasının müdiri vəzifəsində çalışır. == Pedaqoji fəaliyyəti == Şəhla Səmədova 2001-2004-cü illərdə BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasında müəllimi (fənlər: “Beynəlxalq ümumi hüquq”, “Beynəlxalq cinayət hüququ”, “Müqayisəli hüquqşünaslıq”) kimi fəaliyyət göstərmişdir. O, 2004-cü ildən indiyənək, BDU-nun Hüquq fakültəsinnin Cinayət hüququ və kriminologiya kafedrasında baş müəllim, dosent, professor (fənlər: “Cinayət hüququ. Xüsusi hissə”, “Şəxsiyyət əleyhinə cinayətlər (hüquqi klinika) ”, “Cinayət hüququnda cəzanın nəzəri problemləri”, “Transmilli cinayət hüququnun nəzəri və praktiki problemləri”, “Transmilli cinayət hüququnda cəzanın nəzəri problemləri”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırılması ilə mübarizə”) olaraq fəaliyyət göstərir. == Elmi fəaliyyəti == Şəhla Səmədova 17.01.2004-cü ildə “Azərbaycan Respublikasının cinayət hüququnda cinayətlərin təsnifatı: problemlər və təkliflər” mövzusunda namizədlik dissertasiyasının müdafiəsini etmişdir. O, 01.04.2015-ci ildə “Cinayətlərin kateqoriyalarının cinayət məsuliyyətinin diferensiasiyasında və sanksiyaların qurulmasında rolu və əhəmiyyəti” adlı doktorluq dissertasiyasının müdafiəsini etmişdir.
Şəhla İsmayıl
== Həyatı == Şəhla İsmayıl 1976-cı ildə Bakı şəhərində anadan olub. İxtisasca ingilis dili filologiyası üzrə magistr təhsilli filoloqdur. 2005-ci ildə Birləşmiş Krallığın "İnsan Hüquqları, Demokratiya və Yaxşı İdarəçilik" mövzusunda Con Smit təqaüd proqramının Azərbaycandan olan ilk məzunlarındandır. 2011-ci ildə ABŞ-də yerləşən Avrasiya Fondunun "Avrasiyanın Gənc Liderləri" təqaüd proqramının Azərbaycan üzrə ilk mükafatçısıdır. Şəhla İsmayıl azərbaycan, rus və ingilis dillərində sərbəst danışır və yazır. Ailəlidir. İki övladı var. === Karyerası === Şəhla İsmayıl, 1998-ci ildən qadınların cəmiyyətdə rolunun artırılması ilə bağlı fəaliyyət göstərir.O, 20 ildən artıqdır ki, gender bərabərliyi və qadın hüquqları sahəsində fəal şəkildə çalışır. İngiltərə (2005), ABŞ (2011), Belçika (2014) və Fransada (2018) həyata keçirilən təqaüd proqramlarının iştirakçısı olmuş Şəhla İsmayıl, dünyanın 50-dən artıq şəhərində məruzəçi qismində çıxış etmişdir.O, 2002-ci ildən etibarən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədrivə 2005-ci ildən başlayaraq Azərbaycanda Norveç İnsan Hüquqları Fondunun müvəkkilidir. Şəhla İsmayıl, həmçinin 2010-cu ildən biznes layihələri ilə də məşğul olmağa başlamışdır.
Hacı Şəhla məscidi
Hacı Şəhla məscidi — Bakının Balaxanı qəsəbəsində yerləşən XIV əsr memarlıq abidəsi. Məscidin giriş qapısı üzərindəki kitabədə onun 1385-1386-cı illərdə Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinin sifarişi ilə Ustad memar Arif bin ustad Musa Cibal tərəfindən inşa edildiyi göstərilmişdir. == Tarixi == Hacı Şəhla məscidi Balaxanı qəsəbəsinin qəbiristanlınğında hündür bir təpənin üzərində tikilmişdir. Giriş qapısının üstündə vaxtilə iki sətirlik kitabə olub ki, onun mətni belədir:"Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Yeddi yüz səksən yeddinci il (787-1385/86)”. Bu kitabədən bir az solda, qapı çərçivəsindən bir az aralı ərəbcə bir kitabə də olub ki, bu da imarəti tikən ustaların adını bildirir. İki sətirlik bu kitabə belə oxunub: “Ustad Arif bin ustad Musa Cibalın işidir”. Üzərində olan kitabələrdə məscid imarət adlandırılıb. == Memarlıq xüsusiyyətləri == Binanın tərəflərinin ölçülməsi zamanı, eyni tipli divarların uçuş hissələrinin kifayət qədər fərqli nəticələr verdiyi məlum olmuşdur. XV əsr abidələrində bu cür qeyri-dəqiqlik nadir hallarda rast gəlinir.
Həbib Əbu Şəhla
Həbib Əbu Şəhla (ərəb. حبيب أبو شهلا‎; 1902, Beyrut – 22 mart 1957, Beyrut) — Livanlı siyasətçi, 1943-cü ildə ədliyyə naziri və 1946–1947-ci illərdə Livan Milli Məclisinin sədri.

Digər lüğətlərdə

боя́рщина встрева́ть го́рестный ихтиа́ндр пересма́ливать пру́сский дополни́тельные цвета зев опосре́дование щебнево́й barge-pole colonel-in-chief declare off Haverfordwest hitparade icky krone lability mezzanine Teddy tramper vigogne безумие взвешенный соление