Həmədan şəhristanı
Həmədan şəhristanı (fars. شهرستان همدان) — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. Mərkəzi Həmədan şəhəridir. Tərkibinə həmçinin Curəqan, Məryanəc və Qəhavənd şəhərləri də daxildir.
== Ərazi ==
2011-ci ilədək şəhristanın ərazisi keçmiş Famənin bəxşinin ərazisi ilə birlikdə 3675 km² idi. Hazırda 1362 km² ərazisi olan keçmiş Famənin bəxşi Həmədan şəhristanından ayrılmış və ayrıca şəhristan olmuşdur. Bu səbəbdən Həmədan şəhristanının ərazisi azalaraq 2313 km² təşkil etməkdədir.
== Əhali ==
Rəsmi olaraq Həmədan şəhristanının əhalisini 2006-cı ilin siyahıyaalınmasına əsasən 585,642 nəfər təşkil edirdi; siyahıya alınma zamanı şəhristanın ümumi əhalisi 626,183 nəfər təşkil etmişdir, ancaq 2011-ci ildə Həmədan şəhristanının Famənin bəxşi ayrılaraq yeni Famənin şəhristanına çevrilmişdir, 2006-cı ildə s.a. zamanı keçmiş Famənin bəxşində 40,541 nəfər qeydə alınmışdı. Bu səbəbdən Həmədan şəhristanının indiki sərhədləri çərçivəsində 2006-cı il s.a.