ŞƏHR
ŞƏHRİYARLIQ
OBASTAN VİKİ
Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə türk olan şair. == Həyatı == Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam edirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişabura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. == Yaradıcılığı == Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Böyük Şəhriyar
Böyük Şəhriyar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Arazdan axan arxın kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim böyük fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 30-cu illərində kənd Şəhriyar-Mets adlandırılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Nalbandyan (erməni şairi) qoyulmuşdur. == Əhalisi == 1828–1830-cu illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və gəlmə ermənilər yerləşdirilmişdir.
Kiçik Şəhriyar
Kiçik Şəhriyar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə, Araz çayından axan arxın sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim kiçik fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Nor Artaqes qoyulmuşdur.
Məhəmmədhüseyin Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə türk olan şair. == Həyatı == Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam edirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişabura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. == Yaradıcılığı == Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Məhəmmədhüseyn Şəhriyar

Məmmədhüseyn Şəhriyar

Şəhriyar (Göygöl)
Şəhriyar (əvvəlki adı: Mirzik) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Mirzik kənd inzibati-ərazi vahidi tərkibindəki Mirzik kəndi Şəhriyar kəndi, Mirzik kənd inzibati-ərazi vahidi Şəhriyar kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == == Toponimikası == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1074 nəfər əhali yaşayır.
Şəhriyar (Masallı)
Şəhriyar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 45 nəfərdir. == Toponimiyası == Kəndin adı çox güman ki, Biləsuvar şəhərindən 9 km aralı erkən orta əsr abidəsi Şəhriyar yaşayış yerinin adı ilə bağlı yaranmışdır.
Şəhriyar (Ordubad)
Şəhriyar (əvvəlki adı: Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ordubad qəsəbəsi Şəhriyar qəsəbəsi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Ordubad rayonunun Şəhriyar qəsəbəsinin 0,3 min nəfər əhalisi vardır.
Şəhriyar (Sabirabad)
Şəhriyar (əvvəlki adı: Aleksandrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Aleksandrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Aleksandrovka kəndi Şəhriyar kəndi, Aleksandrovka kənd inzibati ərazi dairəsi Şəhriyar kənd inzibati ərazi dairəsi adlandırılmışdır.
Şəhriyar (ad)
Şəhriyar — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Şəhriyar Məmmədyarov — Azərbaycan qrossmeysteri. Şəhriyar Sədiq Əfşar — ABŞ azərbaycanlılarından olan fizik Şəhriyar Cəfərov — Xoreoqraf Şəhriyar Məcidzadə — Etatist qəzetinin təsisçisi, Milli Fikir Mərkəzinin sədri.Bu təxəllüsü olan tanınmış insanlar Məhəmmədhüseyn Şəhriyar — Azərbaycan və İran şairi. Şəhriyar Şirvani — XIX əsr Azərbaycan şairi.
Şəhriyar (dəqiqləşdirmə)
ŞəhərlərŞəhriyar (şəhər) Şəhriyar (Tehran ostanı)QəsəbələrŞəhriyar (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda qəsəbə.KəndlərŞəhriyar (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Şəhriyar (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Şəhriyar (Ordubad) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Şəhriyar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Şəhriyar (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Böyük Şəhriyar — Ermənistanda kənd.
Şəhriyar (Şamaxı)
Şəhriyar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şəhriyar qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Şəhriyar qəsəbəsi Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Şəhriyar qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == Kənd 1931-ci ildə Lenin adına sovxoz adı ilə yaranmışdır. == İqtisadiyyatı == Həmin ildən təsərrüfatda sürətlə üzümçülük inkişaf etmişdir. Üzümlüklərin ümumi sahəsi 2422 ha. çatdırılmışdır. Dünya şöhrətli "Mədrəsə", "Şirvanşahı", "Şamaxı mərəndisi", "Qara mərəndi", "Qızılı mərəndi" sortları bu torpaqda yaranmışdır. Sovxozun üçümçülərindən 4 nəfərinə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, 18 nəfəri isə Lenin ordeni ilə təltif olunmuşlar. Yerli üzüm sortlarından hazırlanan "Kaqor", "Şamaxı" şərabları 2 dəfə ümumdünya və ümumittifaq sərgilərinin qızıl, 3 dəfə gümüş medalına layiq görülmüzdür.
Şəhriyar (Şərur)
Şəhriyar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun eyniadlı i.ə.v. də kənd . Şəhriyar çayının sahilindədir. Bütün hallarda Şəhriyar şəxs adıdır.
Şəhriyar (şəhər)
Şəhriyar (fars. شهریار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanında tikilən yeni şəhər. Şəhərin tikinti sahəsi Təbriz—Əhər yolunun 5 kilometrliyində yerləşir. Şəhər əhalisinin tikintinin yekunlaşdırılmasından sonra 170,000 nəfərdən ibarət olacağı, şəhər ərazisinin isə 1,500 hektarı əhatə edəcəyi gözlənilir. Şəhərsalma layihəsinin reallaşdırılması üçün İranın İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Şirkəti Cihad Xanəsaziyi Azərbaycani Şərqi" (Şərqi Azərbaycan Cihad Tikinti Şirkəti) tərəfindən 13,000 milyard rial sərmayə ayrılıb. Şəhriyar şəhəri, özəl sektor tərəfindən Cihad Tikinti Şirkəti ilə əməkdaşlıqda inşa ediləcək ilk şəhərdir. Sözügedən şirkət, şəhərsalma layihəsinin icrası üçün təxminən 1,500 hektar ərazi əldə edib. Yeni salınacaq şəhərdə torpaq sahələrinin bir hissəsi birbaşa dövlətə məxsus olacaq. Şəhriyar şəhərinin tikinti planı 4 mərhələdən ibarətdir. Şəhərdə 60,000 yaşayış sahəsinin (villa və mənzilin) tikilməsi planlaşdırılır.
Şəhriyar Abbasov
Şəhriyar Abbasov (14 dekabr 1981, Qaradağlı, Xocavənd rayonu) — Azərbaycanlı MMA döyüşçüsü, "Azerbaijan Fight Club" klubun prezidenti, MMA idman növləri üzrə MMA Vitse-Prezidenti, həmçinin GEFC Qarışıq Təkbətək Döyüşlər Beynəlxalq Liqasının Vitse-Prezidentidir. == Həyatı == 1981-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində anadan olmuş idmançı uşağlığı doğulduğu kənddə keçirən idmançı sonralar atasının işi ilə əlaqədar Rusiyanın Saratov şəhərinə köçmüş və bir müddət orada yaşamışdır.1989-cu ildə Bakıya köçən Abbasovlar ailə başçısını itirdikdən sonra ailəyə başçılığı məhz Şəhriyar Abbasov etmişdir.10 yaşından Bəxtiyar Məmmədovun rəhbərliyi altında cüdo ilə məşğul olmağa başlamışdır. Şəhriyar Abbasov cüdo və sambo üzrə idman ustası, pankration üzrə beynəlxalq dərəcəli idman ustası, cüdo və sambo üzrə Azərbaycan üzrə çempionu pankration üzrə Avropa çempionatının finalçısı (2007), pankration üzrə Asiya açıq çempionatının çempionu, pankration üzrə dünya çempionu (2008), döyüş sambosu üzrə dünya çempionu (2011), döyüş sambosu üzrə dünya çempionudur (2011). 25 qarşılaşmada 1 dəfə məğlub olmuşdur. MMA siyahısında bu qədər şərəfli əmək yoluna baxmayaraq, Şəhriyar Abbasov 10 aprel tarixdə Moskvada keçirilən M-1 Selection Eastern Europe 2010 qarışıq təkbətək döyüşləri üzrə Şərqi Avropa Çempionatının ikinci mərhələsində alternativ döyüş üzrə debüt etmişdir. Turnir çərçivəsində Azərbaycan idmançısı Anapa komandasını təmsil edən İşhan Zakaryana qalib gəlmişdir. 2010-cu ilin avqustunda idmançı 84 kq çəki dərəcəsində dünya səviyyəli "M-1 FIGHTER" unikal idman realiti-şousunun çəkilişlərində iştirak etmişdir. Layihə çərçivəsində Şəhriyar Abbasov bir neçə reytinq döyüşü keçirmiş və böyük üstünlüklə finala qədər gələ bilmişdir. Finalda Azərbaycan idmançısı Rostovun "Legion" idman klubunun təmsilçisi Ruslan Xasxan üzərində qələbə çalmış və 84 kq-a qədər çəki dərəcəsində "M-1 FIGHTER" layihəsinin absolyut çempionu olmuşdur.
Şəhriyar Abdullayev
Şəhriyar Kamil oğlu Abdullayev (2 mart 1987; Tərtər rayon Cəmilli kəndi, Azərbaycan SSR — 13 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhriyar Abdullayev 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Abdullayev oktyabrın 13-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Daşkəsən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhriyar Atababayev
Xpert (tam adı: Şəhriyar Zahid oğlu Atababayev; 30 sentyabr 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı repçi.2019-cu ildən "Xpert" ləqəbi ilə yanaşı XXXpert ləqəbindən də istifadə edir. == Həyatı == Şəhriyar Zahid oğlu Atababayev 30 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin bakalavr, 2012-ci ildə isə magistraturasına daxil olmuş və oranı bitirmişdir. Ailəlidir və Məryəm adlı qızı var. == Fəaliyyəti == === Erkən illəri === === 2009-cu illər === 2009-cu ildə A4 ləqəbli repçi ilə tanış olmuşdur. A4-ün köməyi və digər iki repçinin iştirakı ilə "OD, ForMat" adlı ilk musiqi parçasını ərsəyə gətirib. İlk vaxtlarda replərinin sözləri türkcə olmuşdur. Daha sonra Naqan, SertOzan, A4 adlı repçilərin iştirakı ilə bir neçə musiqi parçası daha yazmışdır. === 2010-cu illər === 2010-cu ildə fars əsilli bir sıra repçilərin Azərbaycan repində yazdıqları diss-cavab xarakterli DissPersia adlı musiqi parçasını ərsəyə gətirib. Bu Xpertin Azərbaycan dilində yazdığı ilk musiqi parçası olmuşdur.
Şəhriyar Ağagülov
Şəhriyar Etibar oğlu Ağagülov (20 dekabr 1977; Quba, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik, "Azərbaycan Bayrağı" ordeni kovaleri. == Həyatı == Şəhriyar Ağagülov 20 dekabr 1977 - ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. Alpan kənd orta məktəbini əla qiymətlərlə bitirib. Hələ orta məktəbdə oxuyan zaman hərbçi olmağı qarşısına məqsəd qoyub. Bu sənəti seçməkdə atasının da tövsiyəsi əhəmiyyətli rol oynayıb. 1995 - ci ildə sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verir və həmin il də qəbul olub və 1999 - cu ildə məktəbi əla qiymətlərlə bitirərək zabit kimi xidmətə başlayır. Şəhriyarın Eldəniz adlı qardaşı Birinci Qarabağ müharibəsində Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və 1996-cı ildə haqq dünyasına qovuşub. Kiçik qardaşı Elşən Ağagülov isə qəhrəmanlıqda ondan heç geri qalmır. Azərbaycan Ordusununun zabitidir. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovniki olan Şəhriyar Ağagülov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı ilk gündən sona qədər döyüşlərin komandanlarından biri olub.
Şəhriyar Ağamalıyev
Şəhriyar Əvəz oğlu Ağamalıyev (28 sentyabr 1989; Hacıqabul, Azərbaycan SSR — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhriyar Ağamalıyev 1989-cu il sentyabrın 28-də Hacıqabul şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Ağamalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Şəhriyar Ağamalıyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Ağamalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şəhriyar Ağamalıyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Şəhriyar Cəfərov
Şəhriyar Cəfərov (1986, Bakı) — baletmeyster, rəqqas, "Rəqs sultanları" qrupunun bədii rəhbəri. == Həyatı == Şəhriyar Aydın oğlu Cəfərov 1976-cı ildə Bakı şəhərində anadan olub. 1984-1986-cı illərdə Moskva şəhərində məşhur çeçen rəqqası,SSRİ-nin balet artisti, xoreoqraf,SSRİ Xalq Artisti Mahmud Esambayevin rəqs məktəbində təhsil alıb və Mahmud Esambayevin Azərbaycanda yeganə tələbəsi olmuşdur.1986-1994-cü illərdə Bakı Xoreoqrafiya məktəbində balet artisti ixtisası üzrə təhsil almışdır. Oranı bitirdikdən sonra 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil almışdır. Daha sonra 2003-2007-ci illərdə isə ikinci təhsil olaraq xoreoqraf-baletmeyster ixtisası üzrə təhsil almışdır. İstanbuldan qayıtdıqdan sonra 2003-2010 A.N.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasında klassik rəqs fənni üzrə dərs deyib. Daha sonra bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.2013-cü ildən 2019-cu ilə kimi Müdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər Evində məşqçi xoreoqraf-pedaqoq kimi çalışmışdır. 2020-ci ildən etibarən İstanbulda yaşayır, xoreoqraf kimi çalışır. 1993-cü ildən 1999-cu ilə kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində balet solisti kimi çalışmışdır.İşlədiyi illər ərzində aşağdakı balet və opera tamaşalarında ifa etmişdir. .Pero və Çin kuklası-P.Çaykovski ("Şelkunçik" balet) .Təlxək-P.Çaykovski("Qu gölü" baleti.) .
Şəhriyar Hacıyev
Şəhriyar Şahlar oğlu Hacıyev (2 avqust 1999, Novoivanovka, Gədəbəy rayonu – 26 oktyabr 2020, Ballıqaya, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhriyar Hacıyev 2 avqust 1999-cu il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olub. 2005-2016-cı illərdə Abşeron rayonu, Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə həqiqi hərbi xidməti başa vurub. == Hərbi xidməti == Şəhriyar Hacıyev İkinci Qarabağ müharibəsində torpaqların işğaldan azad olunmasında igidlik göstərərək Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 26 oktyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsi döyüşlərində qəhrəmancasına Şəhid olub.Şəhriyar Hacıyevin atası Şahlar Hacıyev I Qarabağ müharibəsində iştirak edib, yaralanıb. Şəhriyar atasının yaralandığı yerdə, Ballıqayada şəhidlik zirvəsinə yüksəlib. Novoivanovka kənd qəbirstanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şəhriyar Həbibi
Şəhriyar Vidadi oğlu Həbibi (d. 19 yanvar 1993; Osaküçə, Lənkəran rayonu – ö. 6 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Şəhriyar Həbibi 19 yanvar 1993-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olmuşdur. Kənd orta məktəbdə orta təhsil almışdır. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. == Hərbi xidməti == 2016-cı ildə hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, noyabrın 6-da Qubadlının azad edilməsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həbibi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həbibi ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhriyar Həmizəyev
Şəhriyar Elman oğlu Həmizəyev (1 mart 2001; Yevlax, Azərbaycan — 29 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhriyar Həmizəyev 1 mart 2001-ci ildə Yevlax şəhərində Elman Həmizəyevin ailəsində anadan olmuşdur. Əslən Kəlbəcərdəndir. 2008-2018-ci illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Şəhriyar Həmizəyev 2019-cu ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Şəhriyar Həmizəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şəhriyar Həmizəyev 29 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Şəhriyar Mirişli
Şəhriyar Bəxtiyar oğlu Mirişli (d. 1 mart 2002; Biləsuvar rayonu — ö. 23 oktyabr 2020; Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Şəhriyar Mirişli 1 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Şəhriyar Mirişli 2020-ci ildə hərbi xidmətə başlamışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və Laçın rayonu uğrunda gedəb döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Şəhriyar Mirişli 23 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Mirişli "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Məhəmməd Hüseyn Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə türk olan şair. == Həyatı == Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam edirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişabura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. == Yaradıcılığı == Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Məhəmmədhüseyn Şəhriyarın ev muzeyi
Məhəmmədhüseyn Şəhriyarın ev muzeyi — Məhəmmədhüseyn Şəhriyarın ömrünün son 19 ilini keçirdiyi ev. Burada böyük şairdən yadigar qalan əşyalar, hətta vaxtı ilə geyindiyi ayaqqabı, istifadə etdiyi əl çantası və digər əşyalar saxlanılır. == Haqqında == Ustad Şəhriyarın evi Təbrizdə Maksudiyyə Şəhr bölgəsində yerləşir. Şair ömrünün son 19 ilini bu evdə keçirib. Evi 1988-ci ildə şairin ölümündən sonra Təbriz bələdiyyəsi alıb və muzeyə çevirib. Muzeydə 500-dən artıq eksponat mövcuddur. Burada onun əlyazmaları, ondan yadigar qalan əşyalar, hətta vaxtı ilə geyindiyi ayaqqabı, istifadə etdiyi əl çantası və digər əşyaları saxlanılır. Şəhriyarın ev muzeyində Bakıdan gətirilən tara da rast gəlmək mümkündür.
Oqtay Şəhriyarlı
Oqtay Şəhriyarlı — Azərbaycanlı şair-publisist. == Həyatı == 13 mart 1959-cu ildə Azərbaycan Respublikasının Masallı rayonunun Şəhriyar kəndində anadan olub. İlk şeri 1974-cü ildə Masallı rayonunda çıxan "Çağırış" qəzetində çapdan çıxıb. 1976-1978-ci illərdə Sumqayıt şəhərində çıxan "Sosialist Sumqayıtı" qəzetində ştatdankənar müxbir kimi fəaliyyət göstərib. İstehsalatda çalışan insanlar daima O.Şəhriyarlının mövzusu olardı. 1974-cü ildən indiki dövrə qədər müxtəlif mətbuat orqanlarında şerləri çapdan çıxır. 2003-cü ildən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Bakı şöbəsinin üzvüdür. Hal-hazırda "Bütövlük" ictimai-siyasi hüquq qəzetinin xüsusi müxbiridir. "Şəhriyarda səkkiz ocaq" kitabı çapa hazırlanır. Ailəlidir, iki oğul,iki qiz atasıdır.
Rəhim Şəhriyari
Rəhim Şəhriyari — məşhur azərbaycanlı muğənni və Araz musiqi qrupunun qurucusudur. 1970-ci ildə Şənbi-Qazanda anadan olmuşdur.Müxtəlif musiqi üslublarında oxuyan Rəhim Şəhriyari pop və muğam ritmlərini bir yerdə də ifa edir. İranda populyarlıq qazanmış bir çox musiqinin müəllifidir. == Araz musiqi qrupu == Araz qrupu İran azərbaycanlılarından ibarətdir. Qrup 1996-cı ildə Rəhim Şəhriyari tərəfindən yaradılmışdır.Azərbaycan pop musiqisi, Azərbaycan folklor musiqisi və xalq musiqisinin ifası ilə məşğuldurlar. Qrup Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Astara, Kərəc və Bəhmən də konsertlər vermişdir. Həmçinin, ABŞ, Kanada və Avropada da Araz qrupu tərəfindən konsertlər verilmişdir. Canada and Europe. == ABŞ-də konsert == 2016-cı ildə Novruz bayramı münasibətilə ABŞ-də orada yaşayan İran azərbaycanlıları üçün silsilə konsertlər vermişdir. Konsertlərini Los-Anceles Kaliforniya Universitetində, San-Dieoqo Müasir İncəsənət Muzeyində, Tomas Ceferson İctimai Birliyi Mərkəzində, Turlock İctimai Birliyi Teatrında vermişdir.
Seyid Məhəmməd Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə türk olan şair. == Həyatı == Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam edirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişabura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. == Yaradıcılığı == Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
İmam-i şəhriyari Mahmud Əfəndi
İmam-i şəhriyari və ya İmam-i sultani Mahmud Əfəndi (Konstantinopol – 3 may 1718, Fateh) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == Mahmud Əfəndi İstanbulda dünyaya gəlmişdir. Doğum tarixi bilinməsə də, Topxanalı Əhməd ağanın oğlu olduğu məlumdur. Mədrəsə təhsilini bitirdikdən sonra gözəl səsi olması səbəbilə əvvəlcə dövrün şeyxülislamı Ankaralı Mehmed Əmin Əfəndinin, ardından sədrəzəm Mərzifonlu Mustafa Paşanın imamı oldu. Daha sonra şeyxülislam Əli Əfəndinin dərslərinə qatıldı və 1682-ci ilin martında Sultan Mehmeddən alınan xüsusi icazəylə dini təhsilini tamamlamasıyla bağlı mülazimət (diplom) aldı. 1683-cü ildə İkinci Vyana mühasirəsinə qatıldı və daha sonra 1689-cu ilin iyulunda müdərris olaraq mədrəsələrdə dərs verməyə başladı. Bir çox mədrəsələrdə dərs dedikdən sonra 1695-ci ildə Sultan Mustafanın ikinci imamlığına gətirildi. Məhz bu səbəblə bəzi mənbələrdə imam-i şəhriyari və ya imam-i sultani ləqəbi ilə anılır. Uzun müddət davam edən müdərrislik həyatının ardından 1700-cü ilin yanvarında Yenişəhər qazısı təyin edildi. Sultana yaxınlığı səbəbilə dəyərli mülklərlə təltif edilsə də, ertəsi il vəzifədən alındı.
Şəhid Şəhriyar Abdullayev
Şəhriyar Kamil oğlu Abdullayev (2 mart 1987; Tərtər rayon Cəmilli kəndi, Azərbaycan SSR — 13 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhriyar Abdullayev 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Abdullayev oktyabrın 13-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Daşkəsən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhriyar (Tehran ostanı)
Şəhriyar (fars. شهریار‎) — İranın Tehran ostanında yerləşən şəhər.

Digər lüğətlərdə

амидопири́н роговико́вый свечно́й уготовля́ться акт го́лый король подкрои́ть подмы́ть политика большой дуби́нки припада́ть смыслово́й кабра contagium crank downplay overstride panda car parachutist singly копка молодцеватость разгораться разъедаться услуга эликсир