ŞƏKİB

dözümlü, dözən, səbirli, səbir eyləyən.
ŞƏKİ
ŞƏKİBƏ
OBASTAN VİKİ
Məcid ağa Şəkibəyov
Məcid ağa Şəkibəyov — Azərbaycanın el qəhrəmanı. == Həyatı == Məcid ağa Şəkibəyov XIX əsrin sonlarında (1880) indiki Gədəbəy rayonunda anadan olmuşdur. Tiflisdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Ömrünün sonlarınacan Gədəbəy rayonunun Novoivanovka kəndində çar naçalniki vəzifəsində işləmişdir. Öz ana dilindən başqa rus, gürcü və erməni dillərini mükəmməl öyrənmişdir. == Fəaliyyəti və ölümü == 1918-ci ildə azğın erməni daşnaklarına qarşı amansız mübarizə aparan silahlı dəstənin öncüllərindən olmuş, Göyçə mahalının "Pənbək" adlanan ərazisində, "Burcalı" dağının ətəklərində və Tovuz Rayonunun məşhur "Xınna" dərəsində erməni paşası Andronikin qoşunlarının bir hissəsini — üç yüz nəfərlik silahlını məhv etmişdir. Şura hökumətinin Azərbaycanda bərqərar olmasından sonra, bütün varlı-hallı ağalar, bəylər kimi Məcid ağaya və mənsub olduğu Yaqublu nəslinin bütün insanlarına qarşı da ciddi təzyiqlərə başlanmışdır. Könüllü olaraq, hökumətə təslim olmaq istəməyən ağa, möhkəm silahlanmış öz kiçik dəstəsilə dağlara çəkilmiş, etibarlı yerdə gizlənərək, Şura hökumətinin silahlı qoşunuyla qeyri-bərabər olmayan savaşa başlamışdır. Bu mübarizədə də çoxlu sayda bolşevik əsgərlərini məhv etmişdir. 1929-cu ilin dekabrında başlayan bu amansız mübarizə, 1930-cu ilin mart ayının əvvəllərinəcən davam etmişdir.
Şəkibəyovlar
Şəkibəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. XVIII-ci əsrin sonu XIX-cu əsrin əvvəllərində Zaqafqaziyada Rusiyanın hərbi-siyasi fəaliyyəti nəticəsində çoxsaylı dəyişikliklər meydana çıxmağa başladı. Azərbaycanın xanlıqlardan ibarət olması vahid bir qüvvə kimi rus işğalına qarşı uğurlu mübarizəni faktiki olaraq mümkünsüz etdi, həm də ermənilərin xəyanətkarlığı və gürcülərlə bağlanan “Georgiyevsk traktatı”ümumilikdə regionda hərbi balansı rusların və xristian qüvvələrinin xeyrinə dəyişdi. Buna görə də elə XIX-cu əsrin ilk illərindən gürcü çarı II İrakli vəziyyətdən istifadə edərək Qazax-Borçalı ellərinə qarşı amansız hücumlar təşkil etməyə başladı. Bu hadisədən sonra həmin torpaqlarda qərarlaşan aborigen türk tayfaları Azərbaycanın müxtəlif hissələrində məskunlaşmaq məcburiyyətində qaldılar, köç edən tayfaların sırasında kəsəmənlilər və s. tayfaların adı da var idi. Tarixi mənbələrdən məlum olur ki, Qazax mahalından köç edən tayfalardan birinə mənsub olan Yaqub ağa o zamanlar Gəncə xanlığı ilə Qarabağ xanlığı arasında yerləşən və bir yanı isə Göyçə mahalına söykənən el arasında “Şah Talası” kimi tanınan ərazidə məskən salır, günümüzdə bu ərazi Gədəbəy rayonunun ərazisinə aiddir və Kiçik Qafqaz dağları ilə tamamlanır. XIX-cu əsrdən etibarən Yaqub ağanın nəsil-şəcərəsi Yaqublular kimi tanınmağa başlayır, Yaqublular o Yaqublular idi ki, sonralar Azərbaycanın bu bir parçasında qəhrəmanlıq tarixinin şanlı səhifələrini yazacaqlardı, bu nəsil, o nəsil idi ki, Əsgər ağa, Qara Musa, Məcid ağa, Qurd İsmayıl kimi tarixi şəxsiyyətləri yaradacaqdı və erməni-türk, eləcə də bolşevik rejiminə qarşı mübarizənin avanqardına çevriləcəkdilər.Məşhur antisovet qaçağı Məcid ağa Şəkibəyov isə tək qaldığı qayada tüfənginin üstünə “Məcidi Məcid vurdu” yazaraq son gülləsini də ürəyinə vuraraq son nəfəsini də azad insan kimi verir. Novruz bayramına az qalırdı. 8 mart 1930-cu il idi...
Mustafa ağa Şəkibəyov
== Tarix == Çar Rusiyasının 1873-cü il əhalinin kameral siyahıya almasına görə Qazaxın Ayrım kəndində Yaqublu nəslindən olan ağaların da adları qeyd olunmuşdur. Bunlardan biri Yaqub ağa Mustafa ağa oğlu və onun ailə üzvləridir. 1886-cı il əhalinin kameral siyahıya almasına əsasən isə Yaqub ağanın və ailəsinin artıq Gədəbəy rayonunun Yaqublu və Qaramurad kəndində məskunlaşdığı görünür. Yaqub ağanın ailə tərkibində onun oğulları Şamil ağa- 17 yaş, Mustafa ağa-7 yaş, Qəşəm ağa-2 yaş olduğu qeyd olunmuşdur. == Həyatı == Yaqublu nəslinin görkəmli nümayəndələrindən biri Mustafa ağa Yaqub ağa oğlu Şəkibəyov tarixi sənədlərə əsasən 1870-ci ildə Gədəbəy rayonunda doğulmuşdur. Bəy nəslindən olan Mustafa ağa Şəkibəyov zəngin mülkədar olmuş, ömrünü milli hökumətin dəstəklənməsinə, erməni daşnakları və Qırmızı Orduya qarşı mübarizəyə həsr etmişdir. == Fəaliyyəti == Mustafa ağa Şəkibəyov Gədəbəyin Şəkərbəy kəndinin ağası olub. O, Məcid ağa Şəkibəyovun atası Məmməd ağanın və Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyovun əmisi nəvəsidir. Erməni-müsəlman savaşında və antisovet qaçaq hərəkatında iştirak edib. Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov, Məcid ağa Məmməd ağa oğlu Şəkibəyov, Mustafa ağa Yaqub ağa oğlu Şəkibəyov, Niftalı ağa Əsgər ağa oğlu Sadıxov, Cəbrayıl ağa Əsgər ağa oğlu Sadıxov, Cəbrayıl və Kərəm Söyün oğulları, Məşədi Mehralı, Qara Musa, Axund Zeynal, Abram Kandaurov, Miskinlidən Abuzər Axundov, Salman İmanquliyev, Alnavatdan Əsgər Qara oğlu, İlyas Əliyev, Arıqırandan İsmayıl Məmmədov və digərləri ermənilərə və yeni quruluşun haqsızlıqlarına qarşı Attıxdərə, Daryurd, Kiçik Qaramurad, Çətindərə, Şahtalası, 1918-ci ildə erməni daşnaklarına qarşı mübarizənin, 1920-ci ilin dekabrında və 1921-ci ilin yanvarında Xınnada baş verən silahlı üsyanların təşkilatçısı və iştirakçısı olmuşlar.
Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov
Əsgər ağa Şəkibəyov — Azərbaycanın el qəhrəmanı == Tarix == Çar Rusiyasının 1873-cü il əhalinin kameral siyahıya almasına görə Qazaxın Ayrım kəndində Yaqublu nəslindən olan ağaların da adları qeyd olunmuşdur. Bunlardan biri Məşədi Sadıx ağa Yaqub ağa oğlu və onun ailə üzvləridir. Məşədi Sadıx ağanın ailə tərkibində onun oğulları Məmməd ağa- 41 yaş, Hüseyn ağa-37 yaş, Ələkbər ağa-29 yaş, Əsgər ağa-25 yaş olduğu qeyd olunmuşdur. 1886-cı il əhalinin kameral siyahıya almasına əsasən isə Məşədi Sadıx ağanın və ailəsinin artıq Gədəbəy rayonunun Yaqublu kəndində məskunlaşdığı görünür. Daha sonradan bu ailənin nümayəndələri Gədəbəy rayonunun Şah Talasında yurd salmışdır. == Həyatı == Yaqublu nəslinin görkəmli nümayəndələrindən biri Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov tarixi sənədlərə əsasən 1840-cı ildə doğulmuşdur. Bəy nəslindən olan Əsgər ağa zəngin mülkədar olmuş, ömrünü müsavatçı olaraq milli hökumətin dəstəklənməsinə, erməni daşnakları və Qırmızı Orduya qarşı mübarizəyə həsr etmişdir. == Fəaliyyəti == Xüsusən XX əsrin əvvəllərində Göyçəətrafı ərazilərdə məskunlaşan daşnaklar Gədəbəylə Şəmkirin sərhəd aralığında yığcam yaşayan ermənilərin vasitəçiliyi ilə gəlmə ruslarla "iş birliyinə" qoşularaq daha da fəallaşmışdılar. Müsəlman kəndlərinə basqınların, mal-qara talançılığının sayı artmışdı, erməni quldurları kəndləri yandırır, viranə qoyur, qadın və uşaqlar qaçqın düşürdülər… Qarət edilən kəndlilərin biri Gəncə qubernatorluğuna və ya Qəzanın Zəyəm Birliyinə şikayət edəndə məmurlar ermənilərin tərəfini saxlayırdılar. Məmməd ağa və Əsgər ağa Şəkibəyov qardaşları yaşadıqları Şahtalasını erməni basqınlarından qorumağa çalışırdılar.

Digər lüğətlərdə

запа́рхивать помпо́нчик прошко́лить пчела́ стру́жечный цепля́ние ши́пинг вше́стеро палеомагнети́зм перетренирова́ться пригоди́ться разбо́рка мотовяз Brown Power dismission fish sticks gladful high polymer mortality table quantity production timeo Danaos et dona ferentes непостижимость полшага рол сдёрнуть