Bəhruz Şəkuri
Şəkuri Bəhruz Qulamhüseyn oğlu (5 mart 1930, Astara, Gilan ostanı – 19 may 2014, Bakı) — görkəmli torpaqşünas-aqrokimyaçı alim, coğrafiya elmləri doktoru, professor.
== Həyatı ==
05 mart 1930-cu ildə İran İslam Respublikasının Astara şəhərində anadan olmuş, orta təhsilini Həkim Nizami adına məktəbi bitirmişdir. B.Q. Şəkuri 1957-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
İranin Astara şəhərində,atasının məzarinin yanında dəfn edilmişdir.
== Mükafatları ==
19 yanvar 1996-cı ildə Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri akademiki seçilmişdir;
Почетный профессор Ардебильского Исламского частного Университета ИРИ.
oktyabr 2000-ci ildə Nyu-York Elmlər Akademiyasının aktiv üzvü seçilmişdir.
== Elmi fəaliyyəti ==
1957-1958-ci illərdə Rostov vilayətində kənd təsərrüfatı istehsalı müəssisində baş aqronom vəzifəsində çalışmışdır.
1958-ci ildə B.Q. Şəkuri Rostov Dövlət Universitetinin “Torpaqşunaslıq” Kafedrası nəzdində aspiranturaya daxil olub “regionun qara torpaqlarının geokimyası” mövzusunda işləmiş və
1962-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiəyə etmiş və kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır.
Təhsilini qurtardıqdan sonra Azərbaycan Elmlər Akademiyasının “Torpaqşünaslıq və aqrokimya” İnstitutunun sərəncamına göndərilmişdir.
1962-1964-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bakı Torpaq Ekspedisiyasının Aqrokimya Xidmətinə rəhbərlik etmişdir. Bu illərdə B.Q. Şəkurinin rəhbərliyi və şəxsi iştirakı ilə Azərbaycanda irimiqyaslı aqrokimyəvi tədqiqatın birinci turu başa çatmışdır.