ŞƏM

ŞƏM’

ə. 1) içinə fitil qoyulmuş piyli maddələrdən hazırlanan və yananda əriyən silindrik çıraq; 2) bal mumu. Şəm’i-qəm qəmləndirən şam, qəm şamı; şəm’i-xavər Şərq şamı (Günəş nəzərdə tutulur); şəm’i-şəbistan gecə şamı (Ay nəzərdə tutulur); şəm’i-vüsal vüsal şamı.

ŞƏLL
ŞƏMAİL
OBASTAN VİKİ
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi
102 saylı Samux-Şəmkir seçki dairəsi
102 saylı Samux–Şəmkir seçki dairəsi
2016-17 Şəmkir FK mövsümü
== Heyəti ==
98 saylı Şəmkir şəhər seçki dairəsi
99 saylı Şəmkir kənd seçki dairəsi
Adi şəmayı
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Alman lüteran kilsəsi (Şəmkir)
Alman lüteran kilsəsi — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == 1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib. Hazırda isə tikili təmir edilmiş və abidə kimi qorunur..
Atabəy (Şəmkir)
Atabəy – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Atabəy kəndi Çənlibel kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Atabəy kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd 1924-cu ildə Atabəy yeri adlanan ərazidə salınmışdır. Burada keçmışdə Atabəy adlı kənd olmuşdur. Xalq etimologiyasına görə, Atabəy, İəkərbəy və Gədəbəy adlı uc qardaş olmuşdur. Onların hər birinin adı bir-birinə yaxın olan uc yaşayış məntəqəsindən birinə verilmışdır. Oykonim Azərbaycanda XII-XIII əsrlərdə fəaliyyət göstərən Eldəgizlər və ya Atabəylər sülaləsinin nümayəndələrindən birinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, Məhəmməd Cahan Pəhləvanın oğlu Atabəy Əbubəkr (1191-1210) 1203-cu ildə Şəmkir yaxınlığındakı döyüşdə müttəfiqlərə (gürcü çariçası Tamara, Şirvanşah I Axsitan və düŞmənlər tərəfə keçmış qardaşı Əmirmiran) məğlub olaraq qaçmağa məcbur oldu. Gəncə Əmirmiranın əlinə kecdi. Atabəy qədim Azərbaycan dilində "qəyyum" deməkdir.
Atabəy Şəmsəddin Eldəniz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az.-əbcəd شمس الدین الدنیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; bilinmir – oktyabr 1175, Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi.Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir.Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir. Həmin gündən Şəmsəddin Eldəniz "Böyük Atabəy" adlanır. Onun böyük oğlu Məhəmməd Cahan Pəhləvan əmirlərin böyüyü (əmir hacib), kiçik oğlu Qızıl Arslan isə, ordunun ali baş komandanı təyin edilir. Eldəniz özünün bütün əmirlərini mühüm dövlət vəzifələrinə təyin etdirir.
Aydın Şəmizadə
Aydın Əşrəf oğlu Şəmizadə (krımtat. Aydın Eşref oğlu Şemi-zade, Айдын Эшреф огълу Шемьи-заде; 1 sentyabr 1933, Simferopol – 17 oktyabr 2020, Moskva) — Krım tatar, Ukrayna, Rusiya ictimai xadimi, yazıçısı və alimi. Aydın Şəmizadə fizika-riyaziyyat elmləri doktoru olub. Məşhur Krım tatarları və SSRİ şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist və ictimai xadim Əşrəf Şəmizadənin oğludur. 1990-cı illərdə Aydın Şəmizadə Krım tatarların siyasi hüquqları uğrunda aktiv fəaliyyətlə məşğul olmuşdur. == Həyatı == Krım tatar yazıçısı Əşrəf Şəmizadənin və sənətçi Səidə Bodaninskayanın ailəsində anadan olub. Aydın Şəmizadənin ilk uşaqlıq illəri Krımda keeçib. Atası Əşrəf Şəmizadə 1937-ci ildə represiyalara uğrayan ziyalılardan olub, lakin buna baxmayaraq, ailəyə toxunulmayıb və onlar Simferopolda qalıb, lakin Böyük Vətən müharibəsi illərində 18–20 may 1944-cü il tarixləri aralığında Krımdan Krım tatarlarının deportasiyası həyata keçiriləndə bu Şəmizadə ailəsinə də toxunub. Şəmizadənin ana babası məşhur inqilabçı və V. Leninin silahdaşı Əli Bodaninski olmasına baxmayaraq SSRi rəhbərliyi Krım tatarlarının sürgünü zamanı heç kəsə güzəştə getmədiyi kimi, onlara da güzəşt olunmayıb. Aydın Şəmizadə 1944-cü ildə ailəsi ilə birlikdə Özbəkistana sürgün edilib.
Ayn Şəms Universiteti
Ayn Şəms Universiteti— Ayn Şəms Universiteti Misirin üçüncü ən qədim universitetidir. 1950-ci ilin iyulunda İbrahim Paşa adı altında əsası qoyulmuşdur. Misir universitetlərinin missiyasını həyata keçirmək və ali təhsilə artan tələbi ehtiva etmək üçün Qahirə (əvvəllər Birinci Faud) və İskəndəriyyə (əvvəllər Birinci Faruk) Universitetləri ilə əməkdaşlıq etmişdir. Ayn Şəms universiteti ən nüfuzlu Ərəb universitetlərindən biri hesab edilir. == Tarixi == 23 iyul 1952-ci il inqlabından sonra Misir universitetlərinin adlarının ölkə tarixi və əlamətdar günləri ilə əlaqədar olması təkilifi irəli sürüldü. 21 fevral 1954-cü ildə universitetin adı dəyişdirilərək, Heliopolis Universiteti adlandırıldı. Elə həmin il, universitetin adı indiki, yəni Ayn Şəms adı ilə əvəz edildi. Ayn Şəms “Heliopolis” və yaxud tarixin ən qədim universiteti olan “On” kəliməsinin Ərəb dilinə tərcüməsidir. “On” Universitetinin əsası təxminən 5000 il bundan öncə qoyulmuşdur. Çox məşhur universitet idi, xüsusilə, astronomiya, həndəsə və tibb elmlərində bilik və elm qalası hesab olunurdu.
Azad Şəmsiyev
Azad Şəmsiyev (tam adı: Azad Əhməd oğlu Şəmşiyev; 7 may 1916, Şuşa – 21 oktyabr 1967, Bakı) — Neft və qaz quyuları qazılması sahəsində alim, texnika elmləri doktoru, professor, Böyük Vətən Müharibəsi iştirakçısı (1941–1945), AzETNÇİ, Azərbaycan Elmlər Akademiyasında böyük elmi işçi, Azərbaycan EA DNQYPİ-da "Dağ süxurlarının mexanikası" laboratoriya rəhbəri. == Həyatı == Azad Əhməd oğlu Şəmşiyev 7 may 1916-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur. 1941-ci ildə Neft və qaz quyularının qazılması ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirib. 1961–1967-ci illərdə Azərbaycan EA DNQYPİ-da "Dağ süxurlarının mexanikası" laboratoriyasının rəhbəri kimi çalışmışdır. Azad Şəmsiyev neft ve qaz quyularının qazılması, dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir. Azad Şəmşiyev 21 oktyabr 1967-ci ildə Bakı şəhərində vəfat edib. == Əmək fəaliyyəti == Azad Şəmsiyev Kirov-da neftə trestində qazıma ustası köməkçisi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945–1949-cu illərdə Avstriya -nın Vena şəhərində Sovet neft idarəsində böyük mühəndis, şirkətin direktoru işləmişdir.
Azər Şəmilov
Azər Elyas oğlu Şəmilov (13 avqust 1971, Qapanlı, Mirbəşir rayonu – 14 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı və hərbi tibb qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1978–1986-cı illərdə Soyulan kənd tam orta məktəbində, 1986–1988-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsil alıb. 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == 1988–1990-cı illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşıb. Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Azər Şəmilov oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub.
Aşıq Hüseyn Şəmkirli
Aşıq Hüseyn Şəmkirli (1811, Şəmkir – 1891) — aşıq, şair. == Həyatı == Aşıq Hüseyn Şəmkirli 1811-ci ildə Şəmkirin Qapanlı kəndində anadan olmuşdur. Daha sonradan köçərək Qaracəmirli kəndində məskunlaşmışdır. == Yaradıcılığı == Aşıq Hüseyn mollalara zidd getməyi və "Dinmə ver" adlı şeiri və "Reyhan" nağılı ilə məşhurdur. Mollalar haqqında olan şeirlərini və "Reyhan" nağılını Çardaxlıdan olan erməni Aşıq Avakın dilindən Vəli Xuluflu qeyd alarak folklor nümunəsi kimi yaymışdır. "Dinmə ver" şeirini çar hakimiyyəti dövründə kəndlilərdən, yoxsullardan haqsız yerə yığılan vergiləri tənqid edən əsər olmuşdur. Lakin bu şeirin sözləri günümüzə qədər çatmamışdır. Aşıq Hüseynin azərbaycanlı şagirdlərindən başqa bir neçə də erməni şagirdləri olmuşdur: Çardaxlı Aşıq Mikiş, Aşı Avak vs. Aşıq Mikiş bütün ömrüncə Aşıq Hüseyndən aynlmayıb onun ilə gəzərmiş. Erməni və azərbaycanlı aşıqlar arasında Aşıq Hüseyni Mikişdən başqa yaxşı bilən yox idi.
Aşıq Şəmşir
Aşıq Şəmşir (əsl adı: Şəmşir Qurban oğlu Qocayev; 15 mart 1893, Dəmirçidam, Cavanşir qəzası – 10 fevral 1980, Kəlbəcər rayonu) — Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). == Həyatı == Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla — Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Bayram Şəmmədov
Bayram Şəmmədov (d. 20 mart 1996) — Azərbaycanlı uşu sandaçı. Bayram Şəmmədov, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Bayram Şəmmədov 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 65 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Bayram Şəmmədov, 1/4 final mərhələsində İordaniya idmançısı Yazeed Həsənain üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə Türkiyə idmançısı Əli Ay üzərində 2:0 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Foroud Zəfəriyə 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Bayramlı (Şəmkir)
Bayramlı (əvvəlki adları: Qıraq Bayramlı (?-1930); Kolxozkənd (1930 - 29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Kolxozkənd kəndi Bayramlı kəndi adlandırılmışdır. == Tarixi == Kəndin keçmiş adı Qıraq Bayramlıdır. Kəndi XIX əsrdə Tovuz rayonundan köçürülmüş ailələr Kür çayının qırağında saldığına görə belə adlandırmışlar. Kənd 1929-1930-cu illərdə Kürün qırağından indiki əraziyə köçmüşdür. Kollektivləşmə ilə əlaqədar 1930-cu ildə Kolxozkənd adlandırılan yaşayış məntəqəsinin əvvəlki adı 1992-ci ildən bərpa edilmişdir. Etnotoponimdir. 1917-1933-cü illərdə bu oykonimlər Bayramlılar, Bayraməlilər, Bayramlar variantlarında da qeydə alınmışdır. Türkmənistanın Marı vilayətində Bayraməli adlı şəhər var.Kənddə həmcinin XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları yerləşir. Bu tarixi abidələr Bayramli kəndinin qədim tarixə malik olduğunu sübut edir.
Bayramlı bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Daşbulaq (Şəmkir)
Daşbulaq (əvvəlki adları: Dağ İrmaşlı; Dağ Daşbulaq) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Daşbulaq kəndi İrmaşlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Daşbulaq kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin ilk, əsl adı olan Dağ İrmaşlı, kənd ərazisinin irmaşlı tayfasına mənsub olmasından belə adlanmışdı; addakı "Dağ" hissəsi onun yaxınlıqda yerləşən İrmaşlı kəndindən fərqləndirmək üçün qoyulmuşdur və bu kəndin dağlıq ərazidə yerləşdiyini əks etdirirdi. Sonralar kəndin adı yaxınlıqda yerləşən Daşbulaq bulağının adıyla Dağ Daşbulaq və nəhayət sadəcə Daşbulaq olaraq dəyişdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kəndin yaxınlığında İrmaşlı Alban Kilsəsinin qalıqları yerləşir. == Coğrafiyası və iqlimi == Kənd dağ ətəyində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisi 591 nəfərdir (2009). == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Daşbulaq bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Düyərli (Şəmkir)
Düyərli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Zəyəm çayının (Kurun qolu) sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim oğuzların düyər tayfasının adını əks etdirir. Səlcuq oğuzlarının yürüşlərində fəal iştirak etmiş düyərlərin adı Türkiyə və Türkmənistan toponimiyasında da əks olunmuşdur. == Əhalisi == Kənd əhalisi 7920 nəfərdir ki, onunda 3956 nəfəri kişi, 4964 nəfəri isə qadınlar təşkil edir. === Etimologiyası === Düyərli adının mənşəyi Ağqoyunlu kondefederasiyasına aid olan Döger/Döyer tayfalarından gəlir. Azərbaycan türkçəsində g-y səsləri arasında keçid çox yayılıb, igirmi-iyirmi sözündə olduğu kimi. Düyərli sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan birinə görə "dü" iki, "ər" isə mərd, igid mənalarında işlənir.
Düzqışlaq (Şəmkir)
Düzqışlaq – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2006-cı il tarixli 217-IIIQ saylı qərarı ilə Təzəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndinin bir hissəsi Düzqışlaq kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. == Əhalisi == Kənd əhalisi 2093 nəfərdir ki, onunda 1016 nəfəri kişi, 1077 nəfəri isə qadınlar təşkil edir.
Dədə Şəmşir (film, 2002)
== Məzmun == Film kəlbəcərli məşhur aşıq Aşıq Şəmşirə həsr edilmişdir.
Dəllər (Şəmkir)
Dəllər — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Şəmkir rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində Şəhər tipli qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Tərs Dəllər (Tərsçayın sahilində yerləşdiyinə görə) olmuşdur. 15 mart 1973-cü ildə Dəllərə şəhər tipli qəsəbə statusu verilmişdi. == Toponimikası == Oykonim özündə qədim türk tayfalarından olan telelərin adını əks etdirir. Telelər VII-VII əsrlərdə tokuz-oğuz adı ilə də adlanmışlar. Qıpçaqların və xəzərlərin tərkibində Azərbaycana gəlmiş telelər dəlilər/dəllər variantında bir çox coğrafi adlarda öz izlərini saxlamışlar. == Əhalisi == Qəsəbənin əhalisi 4.859 nəfər təşkil edir.[mənbə göstərin] == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

Digər lüğətlərdə

амикошо́нство назю́зиться про запа́с разда́ться размани́ть сабе́и фанфарониа́да хря́снуться вокали́зм лавры Герострата несвоевре́менность правове́д пу́ня турпа́н чирка copper-faced fissiparous ticket-porter авторский местный неповинный овчина пессимизм сотенный трудолюбие