ŞƏRT

is. [ ər. ]
1. Bir şeyin var olması, həyata keçməsi üçün lazım olan amillər; əsas, zəmin. Fiziki hazırlıq uçuş üçün əsas şərtdir. İcranın yoxlanması müvəffəqiyyətin mühüm şərtidir.
– Yalnız qabaqcıl fikirlərlə yaşamaq azdır, bu fikirləri yüksək bədii şəkildə əks etdirmək də sənət əsəri üçün zəruri şərtdir. M.İbrahimov.

2. Bir-birilə saziş bağlayan tərəflərdən hər hansı birinin irəli sürdüyü tələb və ya təklif.
[Məmmədbağır] axırda Əsməri tapıb onunla evləndi, çünki Əsmər onun istədiyi şərtlərə tamamilə uyğun idi. S.Hüseyn.

□ Şərt etmək (qılmaq, kəsmək) – əvvəlcədən razılaşmaq, uzlaşmaq, sözü bir etmək, kəsdirmək.
Aqibət şərt qıldı iki təbib; Hərə bir zəhr eyləsin tərtib. S.Ə.Şirvani.
[Zakirov Nisə xanıma:] Nisə, evdən çıxanda səninlə söz danışdıq, şərt kəsdik. Ə.Məmmədxanlı.

3. Müqavilənin, tərəflərin bu və ya digər öhdəliyini müəyyənləşdirən maddəsi.
□ Şərt bağlamaq – bir şey haqqında razılığa gələrək yazılı və ya şifahi şəkildə qarşılıqlı öhdəlik götürmək.
4. İki və ya bir neçə şəxs arasında saziş, uzlaşma, bağlaşma, şərtləşmə. Şərtə görə o, işi dünən qurtarmalı idi.
□ Şərt bağlamaq – müqavilə (saziş) bağlamaq, şərtləşmək.
Sizin yanınızda şərt bağladıq biz; Boyun qaçırmadıq öz vədimizdən… S.Vurğun.

◊ Şərti şumda kəsmək – sonradan mübahisə, anlaşılmazlıq olmasın deyə, bir şey haqqında qabaqcadan razılığa gəlmək, əvvəlcədən razılaşmaq, şərtləşmək, qərarlaşmaq.
Dəstəyə təzə adamlar gələndə Şamil əvvəlcədən şərti şumda kəsərdi. M.Hüseyn.
[Allahqulu:] Kənddə belə məsəl çəkərlər ki, “şərti şumda kəsək, xırmanda yaba qapmayaq”. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞƏRT 1. ŞƏRT (bir-biri ilə saziş bağlayan tərəflərdən hər hansı birinin irəli sürdüyü tələb, təklif) [Səlim bəy:] Lakin təslim şərtindən bir şey yazmır (S
  • ŞƏRT müqavilə — razılıq — sözləşmə — əhd
ŞƏRMSİZ
ŞƏRT-ŞÜRUT
OBASTAN VİKİ
Kafi şərt
Kafi şərt - Verilmiş hökmün alındığı hər hansı şərt. Kafi şərt zəruri olmaya da bilər. Kafi şərt zəruri şərtlə yanaşı riyaziyyatın çox mühüm anlayışlarından biridir. Riyaziyyatın çox teoremləri "zəruri" və "kafi" dir terminləri ilə ifadə olunur. Müəyyən bir hökmün doğruluğu üçün bir və ya bir - neçə kafi şərt söyləmək olar. Məsələn, qabarıq dördbucaqlının paraleloqram olması üçün aşağıdakı şərtlərin hər biri kafidir. 1) İstənilən iki tərəfin bir-birinə bərabər və paralel olması; 2) Qarşı tərəflərin cüt-cüt bərabər olması; 3) Dördbucaqlının simmetriya mərkəzinin olması və s. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Şərt budaq cümləsi
Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab olur. Şərt budaq cümləsinin əsas qrammatik göstəricisi -sa, -sə şəkilçisidir. Bundan başqa, budaq cümlə baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə də bağlana bilər. Əlaqə vasitələrinin hər ikisi də bir yerdə işlənə bilər, təkcə -sa, -sə şəkilçisi də işlənə bilər. Bu halda baş cümlə budaq cümlədən sonra gəlir. Məs: Əgər qoca yıxılıb ölsə, bütün miras oğlana qalacaq. Hərgah Ataş bu kişi ilə yaxınlaşsa, çox şey öyrənəcəkdi. Boyum uca olsa idi, mən də səninlə arxada oturardım. Madam ki bu fikrə gələcəkdiniz, mənim təklifimi rədd etməməliydiniz.
IF deyimi (şərt deyimi)
IF deyimi (şərt deyimi)-( en. - IF statement - ru. условный оператор ~ tr.koşul deyimi)– Bul ifadəsi doğru olduqda proqramın müəyyən blokunun yerinə yetirildiyi idarəedici deyim. Şərt deyimi çox zaman aşağıdakı formada olur: IF <şərt> THEN <operand>, burada <şərt> – Bul ifadəsi, <operand> isə <şərt> doğru olduqda yerinə yetirilən operanddır. Proqramlaşdırma dillərinin əksəriyyətində vacib olmayan ELSE açar sözü var ki, o da yalnız <şərt> yalan olduqda yerinə yetirilən operandı təyin edir. Aşağıda Java dilində IF deyiminə sadə bir nümunə verilib: if (price == 0) { System.out.println (“Price can’t be equal to zero!”); } Bu misal isə daha praktikdir: if (hours <= 40) { pay = hours * wage; System.out.println(“No overtime hours”); } else { overtime = hours – 40; pay = wage*40 + 1.5*wage*overtime; System.out.println(“Overtime paid”); } C, C++, Java və C# dillərində tez-tez if (x == 5) əvəzinə if (x = 5) kimi, yaxud buna bənzər yanlış yazılışlara rast gəlinir. Burada x = 5 yazılışı x dəyişəninə 5 qiymətinin mənimsədilməsini göstərir. Doğrudur, bəzi kompilyatorlar IF deyiminin içərisinə komanda qoyulmasına “etirazını bildirəcək”, ancaq bu, C dilində qaydalara uyğundur (və əgər mənimsədilən qiymət sıfır deyilsə, şərt həmişə doğru olacaq). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bədii şərtilik
Bədii şərtilik — Ədəbiyyat və incəsənətdə həyatı obrazlı əksetdirmə üsulu. Bədii təsvir prinsipi olmaqla, obrazın təsvir edilən obyektlə bütünlüklə eyni olmamasıdır. Bədii şərtilik anlayışı tarixən dəyişkəndir; məsələn, Homerin mifoloji obrazları öz dövrünə görə həyati olduqları halda, klassisizm ədəbiyyatında sırf şərtidir. Bədii ədəbiyyatda şərtilik, əsasən, bədii təsvir vasitələrinə, obraza və zamana münasibətdə təzahür edir. Dünya ədəbiyyatında İohann Volfqanq Hötenin "Faust", Frans Kafkanın "Çevrilmə", rus ədəbiyyatında Nikolay Vasilyeviç Qoqolun "Burun", Mixail Afanasyeviç Bulqakovun "Usta və Marqarita" əsərləri, Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin "İblis", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" pyesləri, Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı", Yusif Səmədoğlunun "Qətl günü", Elçinin "Ağ dəvə", Mövlud Süleymanlının "Köç" romanları və s. bədii şərtilik prinsipləri əsasında yazılmışdır. Azərbaycan təsviri sənətində də bədii şərtilik ünsürlərinə təsadüf edilir (Rasim Babayev, Mircavad Mircavadov, Cahid Camal və başqalarının yaradıcılığı). Bədii şərtiliyə təmsil, elmi fantastika və s. janrlar daha çox meyil edir. Ədəbiyyat və incəsənətdə bədii şərtiliyin üslub səviyyəsinə qalxması mifologiya və folklordan geniş istifadə olunması ilə bağlıdır.
İslamın beş şərti
İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة‎) Namaz (ərəb. الصلاة‎) Oruc (ərəb. الصوم‎) Həcc (ərəb. الحج‎) Zəkat (ərəb. الزكاة‎) == Kəlimeyi şəhadət == Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎) == Namaz == Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir.
Şərti məhkumetmə
Şərti məhkumetmə — cəza təyin edən məhkəmənin, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı təqdirdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarı

Digər lüğətlərdə

от стра́ха проце́живать распе́вный самозажимно́й слаща́во сши́вка электробу́р декоди́роваться молдава́нин радиопросве́чивание разъя́ть телевизио́нщик ява́нский богдыхан твор ameboid arrect cadet celebratory humpty Lilith marriage vows religioner single-celled лирик