ŞƏRƏF
ŞƏRƏF
OBASTAN VİKİ
"Şərəf" ordeni
"Şərəf" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 16 fevral 2007-ci ildə təsis edilmişdir. == Tarixi və statusu == "Şərəf" ordeni və onun statusu Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ saylı Qanunu ilə təsis edilmişdir.Əsasnaməyə əsasən orden Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə; Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə; İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə; Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.Azərbaycan Respublikasının "Şərəf" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Rəşadət" ordenindən sonra taxılır. == Təsviri == "Şərəf" ordeninin hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 726-IVQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərlə aşağıdakı formada verilmişdir: "Şərəf" ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən duzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan "Şərəf" sözü həkk olunmuşdur. Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur. Təltif dəstinə aşağıdakılar daxildir: Boyundan asmaq üçün kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə 27 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden; Paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden.
"Şərəf" ordeni (Azərbaycan)
"Şərəf" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 16 fevral 2007-ci ildə təsis edilmişdir. == Tarixi və statusu == "Şərəf" ordeni və onun statusu Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ saylı Qanunu ilə təsis edilmişdir.Əsasnaməyə əsasən orden Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə; Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə; İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə; Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.Azərbaycan Respublikasının "Şərəf" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Rəşadət" ordenindən sonra taxılır. == Təsviri == "Şərəf" ordeninin hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 726-IVQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərlə aşağıdakı formada verilmişdir: "Şərəf" ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən duzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan "Şərəf" sözü həkk olunmuşdur. Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur. Təltif dəstinə aşağıdakılar daxildir: Boyundan asmaq üçün kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə 27 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden; Paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden.
"Şərəf" ordeni (Rusiya)
Şərəf ordeni (rus. Орден Почёта) — Rusiya Federasiyasının dövlət mükafatıdır. == Ordeni ilə təltif edilmişdir == Rusiya prezidenti V. Putin və ordenlə təltif edilib - 2 qat Olimpiya çempionu Svetlana Xorkina. 8 iyun 2001-ci il Bax Şərəf Ordeninin Cəngavərləri İlk olaraq 1994-cü ildə 17-ci Qış Olimpiya Oyunlarının nəticələrinə görə mükafatlandırılan idmançılar və məşqçilər oldu.
"Şərəf" ordeni laureatları
== 2009 ==
"Şərəf Nişanı" ordeni
"Şərəf nişanı" ordeni (rus. Орден «Знак Почёта») — 25 noyabr 1935-ci ildə təsis olunmuş SSRİ ordeni.
FİBA şərəf zalı
Beynəlxalq Basketbol Federasiyasının (FİBA) şərəf zalı 2007-ci ildə İspaniyanın Alkobendas şəhərində açılmışdır. Şərəf zalının əsas vəzifəsi beynəlxalq basketbol tarixində xüsusi xidmətləri olan insanların fəaliyyətini əbədiləşdirməkdir. Müasir dövrdə Şərəf zalı 4 kateqoriya şəxslərin xidmətlərini əhatə edir: oyunçular, məşqçilər, hakimlər və məmurlar. Hər iki ildən bir Şərəf zalının üzvlüyünə yeni üzvlər qəbul olunur. ABŞ-nin hüdudlarından kənarda ilk basketbol muzeyinin yaradılması ideyası 1991-ci ildə məşhur ispan məşqçisi Pedro Fernandes tərəfindən irəli sürülmüşdür. 1999-cu ildə FİBA Şərəf zalı layihəsinin yaradılmasına dair layihə bu təşkilat tərəfindən təsdiq olunmuşdur. Şərəf zalının açılışı mərasimi 2007-ci ildə olmuş və FİBA-nın 75 illik yubileyinə həsr olunmuşdur. Şərəf zalının binası dörd mərtəbəlidir və 2000 kvadrat metrlik sahəni əhatə edir.
"Şərəf" ordeni ilə təltif edilənlər
== 2009 ==
Şərəf
Şərəf — sədaqət, ədalət, dürüstlük, alicənablıq kimi fərdi keyfiyyətləri qiymətləndirilməsi ilə bağlı kompleks etik və sosial mənaları. Şərəf müəyyən mədəni və ya sosial ənənələr, maddi səbəbləri və ya şəxsi ambisiyaları ilə həyat gətirdi nisbi anlayış kimi görülə bilər. Digər tərəfdən, şərəf ilk xas insan duyğusu, onun şəxsiyyətinin ayrılmaz hissəsi kimi qəbul edilir.Lüğət VI Dahl, bu bölgü əks etdirən şərəf müəyyən və bir "daxili mənəvi ləyaqət, cəsarət, dürüstlük, soul və yaxşı vicdan alicənablıq," və "şərti, dünyəvi, dünyəvi alicənablıq, tez-tez yalan, xəyali".
"Şərəf" ordeni ilə təltif edilənlərin siyahısı
== 2009 ==
Şərəf Rəşidov
Şərəf Rəşidoviç Rəşidov (özb. Sharof Rashidovich Rashidov; 24 oktyabr (6 noyabr) 1917, Cizak, Rusiya Türkistanı general-qubernatorluğu – 31 oktyabr 1983, Daşkənd) — Özbəkistanın partiya və dövlət xadimi, yazıçı, iki dəfə sosialist əməyi qəhrəmanı, 1959–1983-cü illərdə Özbəkistan KP MK-nın I katibi olmuşdur. == Həyatı == Şərəf Rəşid oğlu Rəşidov Özbəkistan Dövlət Universitetinin Filologiya fakultəsini bitirmişdir (1941). Səmərqənd şəhərində "Ленин йўли" qəzetinin redaktoru vəzifəsində işləmişdir.
Şərəf Taşlıova
Şərəf Taşlıova (d. 10 aprel 1938, Ərdahan – ö. 20 sentyabr 2014, Türkiyə) — Türkiyə aşığı. == Həyatı == Aşıq Şərəf Taşlıova 10 aprel 1938-ci ildə Ərdahanın Çıldır ilçəsinin Gülyüzü kəndində doğulmuşdur. Kiçik yaşlarda atası vəfat etmişdir. Atasını adı Hacı bəy, anasının adı isə Nərgiz xanımdır. 10 yaşı olanda Aşıq Şenniyin oğlu Aşıq Qasım onu toyda görmüş, səsini bəyənmiş və beləcə o aşıqlığa başlamışdır. 13 sentyabr 2014-cü ildə xəstələnmiş və 20 sentyabr 2014-cü il axşam saat 21:30-da Dışkapı Hastanesində vəfat etmişdir. Qarsda İnönü Prospekti üzərindəki "Aşıklıq heykəlləri"ndə heykəli ucaldılmışdır == Fəaliyyəti == Şərəf Taşlıova Türkiyənin məşhur aşığı olmaqla, YUNESCO-nun "Canlı insan xəzinəsi" titulunu qazanmış bir aşıqdır. 44 il Konya aşıqlar bayramına qatılmışdır.
Şərəf abidəsi
Şərəf abidəsi (türk. Onur Anıtı) — Türkiyənin Samsun şəhərininin İlkadım ilçəsindəki "Atatürk parkında yerləşən və şəhərin simvolu olan abidə. Mustafa Kamalın Samsuna gəldiyi hissəyə inşa edilən abidə İstiqlaliyyət müharibəsinin başlanğıcı sayılan bu hadisənin simvoludur. Abidənin heykəli Samsun qubernatoru Kazım paşa tərəfindən Samsun əhalisi adına Avstriya heykəltaraşı Heinriç Krippelə 1927-ci ildə sifariş edilmiş, həmin il 19 may tarixində qaydalara uyğun olaraq rəsmi təməlatma mərasimi keçirilmiş, 1928-ci ildə Vyana şəhərində başlayan heykəlin istehsal müddəti 1931-ci ildə sona çatdırılmış və heykəl 29 oktyabr 1931-ci il tarixində inşa edilmişdir. 15 yanvar 1932-ci il tarixində abidənin rəsmi açılış mərasimi keçirilərək respublika tarixinin on üçüncü abidəsi, Heinriç Krippelin isə Türkiyədəki inşa etdiyi dördüncü abidə olmuşdur. Tuncdan hazırlanmış heykəlin hündürlüyü – 4.75 metr (15.6 ft). Daş blok ayaqlığın hündürlüyü – 4.10 metr (13.5 ft). Bütün heykəlin ümumi hündürlüyü – 8.85 metr (29.0 ft). Heykəl üçün memar 37.000 ABŞ dollarına razılaşmış, lakin heykəltaraş Heinriç Krippelə 5.500 ABŞ dolları əlavə olaraq ödəniş edilmişdir. == İdeya, inşa və tikiliş müddəti == Samsunda Mustafa Kamala həsr edilmiş bir abidənin inşa edilməsi fikri Samsun qubernatoru Kazım paşa tərəfindən ortaya çıxmışdır.
Şərəf ordeni
"Şərəf" ordeni — Azərbaycan Respublikasının ordeni.
Şərəf Bəy (serial)
Şərəf bəy – 1 yanvar 2021-ci ildə Exxen adlı veb saytda yayımlanan serial. Onur Ünlü rejissor, Ali Atay isə ssenari məsləhətçisidir. Baş rollarda Haluk Bilginer, Songül Ödən, Ərtan Saban, Devrim Yaqut və Sərhad Qılıçdır.
Şərəf Nişanı ordeni
"Şərəf nişanı" ordeni (rus. Орден «Знак Почёта») — 25 noyabr 1935-ci ildə təsis olunmuş SSRİ ordeni.
Şərəf Xan Bitlisi
Şərəf xan ya da Şərəf xan ibn Şəmsəddin bəy bin Şərəf bəy Bidlisi (fars. شرف‌خان‎ ya da شرف‌خان بدلیسی; d. 1543 Qum - ö. 1599? Bitlis) — Bitlisin kürd əmiri. O, həm də tarixçi, yazıçı və şair olmuşdur. Şərəf xan yalnız fars dilində yazıb yaratmışdır. O, gənc yaşlarında Səfəvi sarayına göndərilmiş və orada təhsil almışdır. Şərəfnamənin müəllifidir. == Həyatı == Şərəf xan Bidlisi 25 fevral 1543-cü ildə Qum vilayətində Rojkan (Ruzəki) əşirətindən olan Əmir Şəmsəddinin ailəsində doğuldu.
Şərəf medalı (ABŞ)
Şərəf medalı (ing. Medal of Honor) — ABŞ-nin ən ali hərbi mükafatı. Medalın təltifedilmə səbəbi kimi "Birləşmiş Ştatların düşmənlərinə qarşı döyüşlərdə iştirak edərkən həyati təhlükə altında olan və vəzifə borcunu aşaraq görkəmli cəsarət və şücaətə görə; müxalif xarici qüvvələrlə qarşıdurma ilə bağlı hərbi əməliyyatlarda; və ya ABŞ-nin döyüşən tərəf olmadığı müxalif hərbi qüvvələrlə hərbi münaqişədə iştirak edən dost xarici qüvvələrlə xidmət" göstərilir. ABŞ ordusunun hər bir qoşun növü üçün fərqli medal dizaynı mövcuddur, lakin praktikada Dəniz piyadaları və Sahil mühafizəsi Hərbi Dəniz Qüvvələrinin dizaynından istifadə edir.
Şərəf xan Bidlisi
Şərəf xan ya da Şərəf xan ibn Şəmsəddin bəy bin Şərəf bəy Bidlisi (fars. شرف‌خان‎ ya da شرف‌خان بدلیسی; d. 1543 Qum - ö. 1599? Bitlis) — Bitlisin kürd əmiri. O, həm də tarixçi, yazıçı və şair olmuşdur. Şərəf xan yalnız fars dilində yazıb yaratmışdır. O, gənc yaşlarında Səfəvi sarayına göndərilmiş və orada təhsil almışdır. Şərəfnamənin müəllifidir. == Həyatı == Şərəf xan Bidlisi 25 fevral 1543-cü ildə Qum vilayətində Rojkan (Ruzəki) əşirətindən olan Əmir Şəmsəddinin ailəsində doğuldu.
Əbdürrəhman Şərəf Əfəndi
Əbdürrəhman Şərəf Əfəndi (1853 – 1925) — Türkiyə alimi. == Həyatı == Əbdürrəhman Şərəf Əfəndi 1835-ci ildə doğulmuşdur. 1909-cu ildə açılan Türk Tarix İnstitutuna rəhbər seçilmiş, ölənə qədər bu vəzifədə çalışmışdır. Millət vəkili olduğu zaman 1925-ci ildə Küraba xəstəxanasında vəfat etmişdir. == Əsərləri == Ümumi coğrafiya Osman Fəzləki tarixi Fəzləki dövlətinin tarixi Dünya coğrafiyası Statistika Elmi anlamaq Züvdə-tül-knas Osmanlı dövlətinin tarixi Tarixi-əsri-həzir == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.31–32.
Şərəf yolu (film, 1957)
Şərəf yolu (ing. Paths of Glory; türk. Zafer yolları; rus. Тропы славы) — Birinci dünya müharibəsi haqqında Münhendə Şlayshaym Sarayında çəkilmiş 1957-ci il Amerika istehsalı rejissoru Stenli Kubrik olan anti-müharibə filmi. == Film haqqında == Filmin əsaslanıb çəkildiyi Humphrey Cobbun eyniadlı Şərəf yolu (ing. Paths of Glory) adlı romanı 1935-ci ildə nəşr edilirək müəyyən bir uğur qazanır. Eyni ildə dramaturq Sidney Howard tərəfindən səhnəyə uyğunlaşdırılsa da, uğur qazana bilmir. Əsər 1957-ci ildə romanı uşaq vaxtı oxuyan rejissor Stenli Kubrik tərəfindən ekranlaşdırılır. Bunun üçün yazar Humphrey Cobbun həyat yoldaşından əsərin müəlliflik hüquqları alınır. Film real hadisələrə əsaslanır.
Türkiyə Respublikası Dövlət Şərəf medalı
Türkiyə Respublikası Dövlət Şərəf medalı — Nazirlər Şurasının təklifi və təsdiqi, Prezidentin sərəncamı ilə verilən qızıl örtüklü medal. Dövlət Şərəf medalı Türkiyə Respublikasının ən yüksək mülki medalıdır. == Medal necə verilir == Türkiyə Respublikasının inkişafı, ölkə və millətin bölünməz bütövlüyü, cəmiyyətin sülh, birlik və həmrəyliyi üçün daxildə və ya xaricdə müstəsna fədakarlıq, müvəffəqiyyət və faydalılıq göstərən türk və xarici şəxslərə verilən metal və qızıl örtüklü medaldır. Bu medal Nazirlər Şurasının təklifi və Prezidentin sərəncamı ilə verilir.Dövlət Şərəf medalı ilk olaraq 28 Fevral dövrünün Baş Qərargah rəisi general İsmayıl Haqqı Karadayıya verilib. 28 avqust 1998-ci ildə keçirilən mərasimdə dövrün 9-cu prezidenti Süleyman Dəmirəl medalı Karadayıya təqdim etdi. Dövlət “Şərəf” medalını alan ikinci şəxs isə 9-cu prezident Süleyman Dəmirəl olub. Süleyman Dəmirəlin medalı prezidentlikdən getdikdən bir ay sonra, 16 iyun 2000-ci ildə keçirilən mərasimdə onun varisi prezident Əhməd Necdət Sezər tərəfindən təqdim edilib. Dəmirəl medalı 2002-ci ildə Bülənd Ecevit hökumətinin təklifi ilə prezident Sezərin təklifi ilə alıb. Karadayıdan sonra medal səlahiyyət müddəti başa çatan general Hüseyn Kıvrıqoğluna verilib. General Hilmi Özkök Dövlət Şərəf medalı ilə təltif edilən Baş Qərargah rəisi olub.
100 illik şərəfli ömür (film, 2019)
100 illik şərəfli ömür — Hacı Zeynalabdin Tağıyev haqqında ekranlaşdırılan bədii-sənədli film. == Məzmun == Azərbaycan xalqının böyük oğlu, türk dünyasını iftixarı, nəcib əməlləri ilə zəngin bir insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin dərin və mənalı ömür yolunu əks etdirən "100 illik şərəfli ömür" bədii-sənədli filmdir. Filmdə əsas kadrların 30 faizini XX əsrin əvvəllərindəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. == Film haqqında == XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf edilmişdir. Ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünülür. Ssenarisi üzərində üç ildən çox çalışılmışdır. C. Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatlardan sənədli filmin 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Film əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub.
Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsə
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir. == Tarixi == Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. == Hazırda == Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir.
Milli Qadın Şərəfi Zalı
ABŞ Milli Qadın Şöhrəti Zalı (ing. National Women's Hall of Fame) — ABŞ qadınları üçün ölkədə ən əhəmiyyətli seçki institutu. 1969-cu ildə yaradılıb. == Üzvləri == Anna Dadli Ella Fitscerald Eleanora Ruzvelt Hillari Klinton Qreys Mürrey Hopper Luiza Mey Alkott Marqaret Burk Vayt Qarriet Tabmen Opra Uinfri == Xarici keçidlər == Brief biographies of the women who will next be inducted National Women's Hall of Fame in Seneca Falls "Complete List of inductees". Official website. 2012-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
Sadiq Şərəfkəndi
Sadiq Şərəfkəndi (Kürdcə: Sadiq Şerefkendî ; 11 - yanvar 1938 Bukan – 17 - sentyabr 1992 Berlin) kürd siyasi aktivist və İKDP - nin lideri idi . == Həyatı == Qərbi Azərbaycanın Bukan şəhristanında anadan olmuş , sonralar ailəsi ilə birgə Mahabad vilayətinə köçmüşdür . Ali təhsilini Tehranda alıb . Əbdül Rəhman Qasımlının ölümündən sonra partiya başçısı seçilib və qətlə yetirildiyi vaxtadək bu vəzifədə qalıb . İran tərəfindən gerçəkləşdirilən Mikonos restoranı sui - qəsdi zamanı həlak olub .
Zabit şərəfi (film, 2015)
4.1 şəhər motivləri kinoalmanaxı xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə aldığı beş qısametrajlı filmdən ibarətdir. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası və Adarifilms tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Gülzar Qurbanova, Cavanşir Hadıyev, Roman Şulqa, Əli Nəsib, Teymur Nadir, Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov, Zemfira Sadıqova, Əlibəy Məmmədli, Əbdül Mahmudov, Dilarə Kazımova, Rövşən Vəliyev, Azər Aydəmir, Əbdül Mahmudov və Aqil M. Quliyev ifa edirlər.
Şərəfxana
Şərəfxana və ya Şərabxana limanı — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,872 nəfər və 1,132 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Şərəfxanlı
Şərəfxanli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Şərəfxanlı kəndi Kəhrizli kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şərəfxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır.
Şərəfxanlı Məscidi
Şərəfxanlı məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Haqqında == Şərəfxanlı məscidi Şərəfxanlı nəslindən olan Məşədi Molla İbrahim tərəfindən 1915-ci ildə Şərəfxanlı məhəlləsində tikilmişdir. Məscid 4 otaqdan ibarətdir və günbəzlidir. 1920-ci il Gəncə üsyanında öldürülmüş beş nəfər Şərəfxanlı məhəlləsinin sakinini o zamanlar şəhər qəbristanlığında dəfn etmək mümkün olmadığı üçün məscidin həyətində dəfn ediblər. Sovet işğalından sonra məscid M.F.Axundov adına 7№-li natamam orta məktəbə çevrildi. Sonralar bu məktəb ictimai iaşə idarəsinin kulinariya məktəbi oldu. Binadan hazırda kitabxana və nikah evi kimi istifadə edilir.
Şərəfxanlı bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şərəfxanlı məhəlləsi
Şərəfxanlı məhəlləsi — Gəncə şəhərinin məhəllələrindən biri. "Gəncənin tarix yaddaşı" kitabının müəllifi Fərrux Əhmədova görə məhəllənin XIV ya da XVI əsrdə yaradıldığı ehtimal olunur. == Haqqında == Şərəfxanlı məhəlləsi Şəhristanın hüdudlarında salınıb. Şimaldan Şaxsöyən və Noraşen, qərbdən Quru qobu, Aşağı Qaraməmmədli, Tapqışlaq, cənubdan Qazaxlar, Şabanlı, Xan bağı, şərqdən isə Ozan və Qaramanlı məhəllələri ilə əhatələnib. Məhəllənin yaranması ilə bağlı bir neçə fərziyyə mövcuddur. Bəzi mənbələrə görə məhəllənin keçmiş sakinləri Teymurləngin qız nəvəsi, Çingiz törəməsi Şərəf xanın nəslindən olublar. Belə olduğu halda məhəllənin salınma tarixi XIV əsrə ola bilər. Başqa ehtimallara görə isə məhəllənin adı XVI əsrin ikinci yarısında Naxçıvan hakimi olmuş Şərəf xanın adı ilə bağlıdır. O, gəncəli İmamqulu xan Ziyadoğlu, irəvanlı Tomax Əliqulu xanla birlikdə osmanlı qoşunlarına qarşı mübarizə aparıb məğlub olmuşdu. Ehtimal ki, Naxçıvandakı mülkünü itirdikdən sonra Şərəf xan öz tirəsi ilə birlikdə Gəncədə məskən salmışdır.
Şərəfə
Şərəfə (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Şərəfə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Şərəfə (Germi)
Şərəfə (fars. شرفه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 174 nəfər yaşayır (31 ailə).
Şərəfə (Masallı)
Şərəfə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Şərəfə (Şərəf-abad) kəndində 54 evdə 202 nəfəri kişilər, 132 nəfəri isə qadınlar olmaqla 334 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Həmin tarixdə kənd dövlət xəzinəsinə məxsus idi.Şərəfə kənd inzibati ərazi dairəsi Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir. 2012-ci ilin sonuna olan məlumata əsasən bu ərazi dairəsinin sahəsi 1.121 hektar, əhalisi isə 3.962 nəfərdir.Şərəfəlilər Böyük Vətən müharıbəsində və Azərbaycanın bütövlüyü uğrunda Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşmuş, itkin və şəhidlər vermişdir. Hazırda kəndin əhalisi 2331 nəfərdir. == Toponimiyası == Keçmiş adı Şərəfabad olmuşdur. Şərəfə bu adın qısaldılmış formasıdır. Oykonim Şərəf (şəxs adı) və abad (kənd) komponentlərindən düzəlib, “Şərəfin kəndi” mənasındadır. Görünür, kəndi Şərəf adlı şəxs bina etmişdir.
Şərəfəddin Fəzlullah Qəzvini
Şərəfəddin Fəzlullah Qəzvini (v. 1339) — fars dilində yazılmış və İranın qədim tarixini əhatə edən "Muacəm fi azər mülük əl-Əcəm" əsərinin müəllifi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Boroujerdi, Mehrzad. Mirror For the Muslim Prince: Islam and the Theory of Statecraft (ingilis). Syracuse University Press. 2013. ISBN 978-0815632894. JSTOR 10.3366/j.ctt1j1w04g.
Şərəfəddin Hüseyn Sultani
Şərəfəddin Hüseyn Sultani (?-?) – XV əsr Azərbaycan xəttatı, Şamaxıda və Təbrizdə yaşamışdır. Şamaxıda Şirvanşah Fərrux Yəsarın (1462-1500) sarayında, sonralar isə Təbrizdə Ağqoyunlu hökmdarı SultanYaqubun (1478-90) kitabxanasında fəaliyyət göstərmiş, bir sıra bədii əsərlərin üzünü köçürmüşdür. Yusif Әmirin “Divan”ı (15 əsr, Ayasofiya kitabxanası, İstanbul), “Kəlilə və Dimnə” (1447, Sipəhsalar mədrəsəsi, Tehran), “Şamaxı antologiyası” (1468, Britaniya muzeyi, London), Hafizin və Kamal Xocəndinin şeirlərindən ibarət əlyazması (1473, Topqapı muzeyi, İstambul) ən yaxşı işlərindəndir.
Şərəfəddin Tusi
Şərəfəddin Müzəffər ibn Məhəmməd bin Müzəffər ət-Tusi (1135, Tus – 1213, Bağdad) — riyaziyyatçı və astronom. == Həyatı == Həyatına dair yetərli bilgi yoxdur. Nisbəsindən Xorasan bölgəsindəki Tus şəhərindən olduğu anlaşılır. Təbaqət kitablarında onunla ilgili olaraq verilən dağınıq və sınırlı bilgilərdən bir çox elm mərkəzini dolaşdığı, Mosul, Hələb və Dəməşqdə qaldığı, Həmədana da uğradığı öyrənilməkdədir. Onun riyaziyyat elmini yaxşı bildiyini və hikmət mövzusunda bilgi sahibi olduğunu söyləyən İbn əl-Kıfti, Hələbə gəldiyi sırada Əbül-Fəzl Bünyaminin (ö. 1207) ondan dərs aldığını bildirir. Bünyamin ondan hesab, astronomiya və digər əqli elmləri ox00umuşdur. İbn Əbu Usaybia da Əbül-Fəzl Müəyyidəddin Məhəmməd ibn Əbdülkərim əl-Mühəndis əl-Harisidən (ö. 1202) söz edərkən onun Dəməşqə gələn Tusidən çox faydalandığını, həndəsə və riyaziyyatda öz dönəmində Tusinin bənzərinin olmadığını söyləyir. Yenə İbn Əbu Usaybianın qeyd etdiyinə görə Tusi, Mosulda ikən Mühəzzəbəddin İbn əl-Hacib və Muvaffakuddin ibn Əbdülaziz onu görmək üçün gəlmişlərsə də, Tusi oradan ayrılıb Tusa getmişdi.
Şərəfəddin Əli Yəzdi
Şərəfəddin Əli Yəzdi (XV əsr, Yəzd – 1454, Yəzd) – tarixçi, Əmir Teymurun yürüşlərindən bəhs edən "Zəfərnamə" əsərinin müəllifi. Şərəfəddin Əli Yəzdi Yəzd şəhəri yaxınlığında anadan olmuşdur. Təvəllüd ili bilinmir. Vəfatı 1454-cü ildir. Bir müddət Heratda Sultan Şahruxun, sonra isə Farsda İbrahim sultanın yanında xidmət etmişdir. O, poeziya, fəlsəfə, astronomiya sahəsində geniş biliyə malik idi, "Şərəf" təxəllüsü ilə şeirlər yazırdı. Sultan Şahruğun göstərişi ilə isə Moğolustanın gənc xanı Yunus xanın müəllimi olub. Yunus xan 1428/1429-cu ildə Uluq bəyin yürüşləri zamanı əsir götürülmüşdür. Şərəfəddin Əli Yəzdi bir müddət Yəzddə Yunus xan ilə birlikdə yaşamış, onun təlim-tərbiyəsi ilə məşğul olmuş, öz biliyini onunla bölüşmüşdür. Yunus xan gələcəkdə Hindistanı fəth edəcək Zahir əd-din Məhəmməd Baburun ana babası oldu.

Digər lüğətlərdə

ана́лиз ворочать засребри́ться ископа́ть ко́йко-день лавиро́вка отвора́чивание притомля́ть пустяко́вщина фи́зика вре́зывание досмо́трщик зача́ливаться и не чешется кто-л кры́сий междугоро́дный пролечи́ть basse enlarge hypso- meretriciousness nymphosis röntgenology vicious circle Worcestershire sauce