ŞƏRƏFSİZLİK

is. Şərəf və namusdan məhrumluq; şərəfi, heysiyyəti olmama; vicdansızlıq, alçaqlıq, namussuzluq, rəzillik.
Sevgi insanı bəzən şərəfsizliyə sürüklədiyi üçün insan təhqirin acılıqlarını hiss etmir. M.S.Ordubadi.
Cuma bu vaxta qədər belə bir şərəfsizliyə, tənəzzülə dözdüyünə indi təəccüb etməyə başlayırdı. Ə.Əbülhəsən.

// Zərf mənasında. Şərəfsizliklə unutmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞƏRƏFSİZLİK alçaqlıq — rəzillik — mənfurluq
  • ŞƏRƏFSİZLİK rüsvayçılıq — biabırçılıq — namussuzluq — həqarət
  • ŞƏRƏFSİZLİK hörmətsizlik — ehtiramsızlıq — şöhrətsizlik

Antonimlər (əks mənalı sözlər)

  • ŞƏRƏFSİZLİK ŞƏRƏFSİZLİK – QEYRƏTLİLİK Anlaya bilmir ki, şərəfsizliyi; Altun dünyasında şərəf sayırlar (B.Vahabzadə); Qeyrətliyinə görə boğulub qalıb (“Ulduz”)
ŞƏRƏFSİZCƏSİNƏ
ŞƏRƏFYAB

Digər lüğətlərdə

допро́счик дра́ла испоха́бить узело́к би́рочный зернови́к обезнадёживать подсе́ять сатириа́зис телета́йп уве́рить -geny acacia circalunadian conferral correlate distributive enlighten forgone lip overbearing венесуэлка карбункул порыжеть профессорский