ŞƏT

(Gəncə)
mət. – Biyanı qaynadırdılar, şəti çıxırdı, onnan dərman qayırırdılar
ŞƏŞİD
ŞƏTƏ
OBASTAN VİKİ
Şəttül-Ərəb
Şəttül-Ərəb (ərəb. شط العرب‎, hərf. Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود‎, hərf. Ərvənd çayı) — Dəclə və Fərat çaylarının İran Körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
Şətəl qalası
Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır.
Şətt
Şətt (ərəb. شط‎, hərf. sahil) — geologiyada Afrikanın Məğrib regionunda ilin çox hissəsi quru qalan, lakin qışda bir qədər su alan duzlu göl. Bu, səthinin hündürlüyü su səviyyəsinin və kapilyar torpağın mövqeyi ilə idarə olunur. Şəttdə su səviyyəsi aşağı düşdükdə çöküntü deflyasiyası və su səviyyəsi yüksəldikdə çöküntü yığılması baş verir. Onlar dəyişkən sahillərdə, Atlas dağ silsiləsindən gələn yaz əriməsi ilə, həmçinin Böyük Səhrada ara-sıra yağış suları və ya Böyük Səhra artezian hövzəsi kimi yeraltı su mənbələri ilə əmələ gəlir. Sahara şəttləri nadir yağışlar zamanı fasilələrlə qidalanır. Onlar yüksək buxarlanma sürətinə məruz qalırlar, buna görə də duzlar sonda çöküntünün səthində toplanır. Əslində, şəttlər ildə illik buxarlanma dərəcələri çox vaxt illik yağıntının 20 qatını üstələyir. Bu duz yığılması, müqayisə edilə bilən dəyişkənliyə baxmayaraq, şəttlərin xüsusilə yüksək albedoya sahib olmasına səbəb ola bilər. Şəttlərdə evaporitlərin çökməsi üstünlük təşkil etdiyi halda, daha rütubətli iqlim dövrlərində palçıq təbəqələri şətt səthində çökə bilər.