ŞƏVƏ

is. [ fars. ]
1. Əqiq (qiymətli daş).
2. məc. Qara. Şəvə saç. Şəvə bığ.
[Zabit:] Yox, birdən-birə o şəvə gözlər açılıb adamın üzünə baxanda Günəş qabağında polad kimi şəfəqlənib, ox kimi insanın ürəyindən keçir. E.Sultanov.

□ Şəvə kimi – zil qara, qapqara.
[Məşədi İbad:] Mən saqqalıma həna qoydum, qoymadım, həmişə qapqara şəvə kimidir. Ü.Hacıbəyov.
[Nuriyyə:] [Leytenantın] səsini eşidib, ay işığında şəvə kimi parlayan iri, qara gözlərini görərkən diksindi. İ.Əfəndiyev.

// Qara rəngli iri, qiymətli muncuq; qara kəhrəba.
[Xanımın] ətəyində bir sıra əşrəfi, boynunda qızıllı şəvəsi vardı. Çəmənzəminli.

Синонимы

  • ŞƏVƏ şəvə bax 1. əqiq; 2. qara 1
  • ŞƏVƏ əqiq — daş (qiymətli)
  • ŞƏVƏ qapqara — tünd — tutqun

Омонимы

  • ŞƏVƏ ŞƏVƏ I is. Aqat, qiymətli qara daş. Fatmanı qapı qonşudan yığma qızıllarla bəzəmişdilər: araqçının qabağında qızıl pilək, boynunda mərcan, inci, qızıl

Антонимы

  • ŞƏVƏ ŞƏVƏ – AĞ Üzündə şəvə saqqalının xətti pozulmuş, çənəsindəki ağ tüklər çoxalmışdı (S.Qədirzadə)
ŞƏTRƏNC
ŞƏVƏL
OBASTAN VİKİ
Şəvərut
Şalıbulaq, Şahvarut, Uşakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şavarud kimi yazılır. Toponim fars dilində «qaya, möhkəm, bərk» mənasında işlənən şah sözündən və Azərbaycan dilində «möhkəmləndirilmiş kənd, qala» mənasında işlənən var sözünə -ud şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Relyef əsasında yaranmış mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Uşakert qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 96 nəfər, 1914 - cü il də 128 nəfər, 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur.

Значение слова в других словарях

вспых дипло́м копулиро́вка недопла́ченный пова́рня виногра́дарь вы́проситься конструктиви́зм лапла́ндец медресе́ наштукату́риться непристу́пный отрешённость перепека́ть секвести́ровать принада choirman counting-tube cross-purpose hailer mantling panic bolt quinquevirate wire-stitch перевод