ƏAZİM
ƏBA
OBASTAN VİKİ
"Əbədi məşəl" abidə kompleksi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədi ilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. == Abidənin yaradılması == Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. == Abidənin açılışı == Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
Abbas ibn Əbdülmüttəlib
Abbas ibn Əbdülmüttəlib (32/653-cü ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin əmisi. == Gənclik yaşları == Onu Əbül-Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərdən iki yaş böyük idi. Məhəmmədin anası vəfat etdikdən sonra onun atası Əbdülmüttəlib onu himayəsinə götürmüşdür. Beləliklə, Abbas Məhəmmədlə bir evdə böyümüşdür. Abbas ibn Əbdülmüttəlib hələ gəncliyindən ticarətlə məşğul olduğundan, kifayət qədər zəngin idi. O, qardaşları ilə birlikdə Kəbə evinə ziyarətə gələn zəvvarlara xidmət göstərib, Zəmzəm quyusundan onlara su ikram edirdilər. Bu işini o, İslamı qəbul etdikdən sonra da davam etmişdir. Vida həccində Məhəmməd peyğəmbər quyuya yaxınlaşıb, Abbasdan su istəmişdir. == İslam dövrü == Məhəmmədə peyğəmbərlik verildikdən sonra, Abbas ibn Əbdülmüttəlib İslamı qəbul etməsə də, ona qarşı mövqe də tutmamışdır.
Abbas ibn Əbdülmütəllib
Abbas ibn Əbdülmüttəlib (32/653-cü ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin əmisi. == Gənclik yaşları == Onu Əbül-Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərdən iki yaş böyük idi. Məhəmmədin anası vəfat etdikdən sonra onun atası Əbdülmüttəlib onu himayəsinə götürmüşdür. Beləliklə, Abbas Məhəmmədlə bir evdə böyümüşdür. Abbas ibn Əbdülmüttəlib hələ gəncliyindən ticarətlə məşğul olduğundan, kifayət qədər zəngin idi. O, qardaşları ilə birlikdə Kəbə evinə ziyarətə gələn zəvvarlara xidmət göstərib, Zəmzəm quyusundan onlara su ikram edirdilər. Bu işini o, İslamı qəbul etdikdən sonra da davam etmişdir. Vida həccində Məhəmməd peyğəmbər quyuya yaxınlaşıb, Abbasdan su istəmişdir. == İslam dövrü == Məhəmmədə peyğəmbərlik verildikdən sonra, Abbas ibn Əbdülmüttəlib İslamı qəbul etməsə də, ona qarşı mövqe də tutmamışdır.
Abdulla ibn Əbdülqədir Münşi
Abdulla ibn Əbdülqədir Münşi (malay dilində Abdullah bin Abdul Kadir Munshi) (1796–1854) — malay maarifçisi və yazıçısı. Sadəcə Abdullah munşi adı ilə də tanınır. Malayziyada müasir Malay ədəbiyyatının banisi hesab edilir. == Həyatı == 1796-cı ildə Malakkada anadan olub. Tacir oğludur. Mənşəcə ərəb, bir tərəfi də tamillidir. Britaniya imperiyasının dövlər xadimi, erudit-şərqşünas, Nusantra tarixi və mədəniyyəti üzrə mütəxəssis Tomas Stemford Rafflzın katibi olub. Abdulla ibn Əbdülqədir Münşi Xristian missionerlərə və hind sipahilərə malay dili tədris edib. O eyni zamanda Malayya barədə məlumat toplayan ingilis alimlərinə kömək edirdi. 1854-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində vəfat edib.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. == Kərbəla döyüşü == Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi:"Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm".Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü. Onun iyirmi beş yaşı var idi.
Abdullah bin Əbdüləziz Əl Səud
Abdullah bin Əbdüləziz Əl Səud (1 avqust 1924, Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı – 23 yanvar 2015[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanının 6-cı kralı, iki müqəddəs ocağın xadimi. == Həyatı == Abdullah bin Əbdüləziz Əl Səud 1924-cü ildə Ər-Riyadda anadan olmuşdu və kral nəslinin banisi Əbdüləziz Əl Səudun 42 oğlundan onuncusu idi. O, taxt-taca 2005-ci ildə gəlmiş, bundan əvvəl isə bir sıra dövlət vəzifələri tutmuşdu: Məkkə şəhərinin meri, Milli Qvardiyanın komandanı, Baş nazir olmuşdu. 2013-cü ildə varidatı 63,2 milyard dollar məbləğində qiymətləndirilən Abdullah dünyanın ən zəngin insanları arasında 8-ci, ən varlı monarxlar arasında isə 2-ci yeri tuturdu. 23 yanvar 2015-ci ildə vəfat etmişdir.
Abdullah bin Əbdüləziz əs-Səud
Abdullah bin Əbdüləziz Əl Səud (1 avqust 1924, Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı – 23 yanvar 2015[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanının 6-cı kralı, iki müqəddəs ocağın xadimi. == Həyatı == Abdullah bin Əbdüləziz Əl Səud 1924-cü ildə Ər-Riyadda anadan olmuşdu və kral nəslinin banisi Əbdüləziz Əl Səudun 42 oğlundan onuncusu idi. O, taxt-taca 2005-ci ildə gəlmiş, bundan əvvəl isə bir sıra dövlət vəzifələri tutmuşdu: Məkkə şəhərinin meri, Milli Qvardiyanın komandanı, Baş nazir olmuşdu. 2013-cü ildə varidatı 63,2 milyard dollar məbləğində qiymətləndirilən Abdullah dünyanın ən zəngin insanları arasında 8-ci, ən varlı monarxlar arasında isə 2-ci yeri tuturdu. 23 yanvar 2015-ci ildə vəfat etmişdir.
Abdullah ibn Ömər Əbu Vəhhab əl Kəlbi
Əbu Vəhhab Abdullah ibni Ümeyr Kəlbi — İmam Hüseynə qoşulub İslamı qəbul etmiş xristian gənc. Kərbəla şəhidlərindən biridir. O və onun ailəsi İmam Kərbəlaya yollanarkən o həzrətin karvanına qoşulmuşdu. Yeni evlənən (bəzi rəvayətlərə görə cəmi 17 gün idi ki evlənmişdi) gəncin şəhid olan zaman 25 yaşı var idi. Aşura günündə təkbətək döyüşlər zamanı şəhid oldu. Başının üstünə gələn anasını da rəhmsizliklə şəhid etdilər. Rəvayətə görə, anasının ondan daha tez iman gətirməsi onun İslamı qəbul etməsinə zəmin yaratmışdı. Əsasən anası idi ki, onun İmam Hüseynə qoşulmağa və döyüşə atılmağa təşviq edirdi. Aşura günündə Vəhəbin başını kəsib, anasının qarşısına atanda o dedi: - “Həmd o Allaha olsun ki, onun şəhid olması ilə Rəbbim və İmam yanında başım uca, gözüm isə aydın oldu. Allaha şəhadət verirəm ki, kilsələrdəki və atəşgahlardakı xristianlar, yəhudi və atəşpərəstlər sizdən yaxşıdır” Xarəzmi deyir ki, Şimr ibni Zil-Couşən öz nökərinə onu öldürməyi əmr etdi və o da Vəhəbinin anasının başından vurub onu qətlə yetirdi.
Abdullah ibn Əbdülmütəllib
Abdullah ibn Əbdülmütəllib (təq. 545, Məkkə – 570, Mədinə) — Məhəmməd peyğəmbərin atası. Abdullah atası Əbdülmüttəllibin sevimli oğlu olmuşdur. Rəvayətlərə görə Əbdülmüttəlib çoxlu oğlu olarsa, birini qurban verəcəyinə söz vermişdir. İllər sonra onun on oğul övladı dünyaya gəlmişdir. Buna görə də Əbdülmüttəlib verdiyi sözü tutmuş və övladlarından birini qurban verməyi qərara almışdır. Onun atdığı püşk oğlu Abdullaha düşmüşdür. Beləliklə, Əbdülmüttəlib sevimli oğlunu qurban verməli idi. Ancaq sonra, qüreyşlilərin təkidi ilə o öz fikrindən daşınmış, oğlunun yerinə 100 dəvəni qurban kəsmişdir.Daha sonralar Əbdülmüttəllib Abdullahı nüfuzlu ərəb qəbilələrindən birinə məxsus Əminə adlı bir qızla evləndirmişdir. Bu evlilikdən Məhəmməd dünyaya gəlmişdir.
Abutalıb Əbilov
Abutalıb Əbiloviç Əbilov (1920 – 2012, Mahaçqala) — Sovet və Rus tarixçisi, Dağıstan Dövlət Universitetinin qurucusu və ilk rektoru, RSFSR-in əməkdar elm xadimi, Rusiya Federasiyası Ali Məktəbinin əməkdar işçisi, professor, tarix elmləri doktoru. == Həyatı == Abutalıb Əbilov 1920-ci ildə Kürə dairəsi Ulluqataq kəndində (indiki Süleyman-Stalski rayonu) anadan olub. Atası Abil Qyukyuloviç Abilov çətin iqtisadi vəziyyətə görə ailəsini dolandırmaq üçün Bakının neft mədənlərində işləməyə məcbur olur. 1929-cu ildə atasının istəyi ilə Abutalıb məktəbə yollanır. 1936-cı ildə Uluqataq yeddiillik məktəbini bitirib və həmin il Dərbənd Kənd Təsərrüfatı Texnikumuna daxil olur. Mükəmməl akademik müvəffəqiyyət üçün müəllimlər şurasının qərarı ilə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına qəbul edildi. Ancaq Böyük Vətən müharibəsinin başlaması səbəbindən təhsilini bitirə bilmədiyi üçün Abutalıb Dağıstana qayıtdı və Süleyman Stalski adına Pedaqoji İnstituta daxil oldu. O, 1943-cü ildə institutu qiyabi olaraq tamamlayır. == Karyerası == 1943-cü ilin mayında Sov.İKP (b) Kasumkent rayon komitəsinin təbliğat və təşviqat şöbəsinə rəhbərlik etdi. 1944-cü ilin sentyabrında Komsomol rayon təbliğat və təşviqat komitəsinin katibi təyin edildi.
Amangildə (Əbyəlil)
Amangildə kəndi (başq. Амангилде) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Amangildə kənd sovetliyinə daxil olan kənd. == Əhali == 1 yanvar 2009-cu il məlimatına görə kənddə 779 nəfər yaşayır. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Abdulqazi kənd ərazisin milli tərkibi: başqırdlar — 100 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 25 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitoqorsk): 77 km. == Adının etimalogiyası == Kəndin adı Amangildə adı ilə bağlıdır. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Aymən ibn Əbdülrəhman
Aymən ibn Əbdülrəhman (‎ərəb. أيمن بن عبد الرحمان‎; 30 avqust 1966, Əlcəzair) — 30 iyun 2021-ci ildən Əlcəzayir Baş naziri və 23 iyun 2020-ci ildən isə Maliyyə Naziri vəzifələrini icra edən əlcəzairli siyasətçi. == Həyatı == İbn Əbdülrəhman 30 avqust 1966-cı ildə Əlcəzair şəhərində anadan olub. Milli İdarəetmə Məktəbini bitirib. == Fəaliyyəti == İbn Əbdülrəhman 2010-cu ilin martından 2020-ci ilin iyun ayına qədər Əlcəzair Bankında senzur vəzifəsində çalışıb. 2019-cu ilin iyun ayına qədər orada çalışdıqdan sonra 2019-cu ilin noyabrında Əlcəzair Bankına müdir təyin olundu.23 iyun 2020-ci ildə ibn Əbdülrəhman Maliyyə Naziri təyin edildi. 30 iyun 2021-ci ildə Baş nazir seçildi.10 iyul 2021-ci ildə ibn Əbdülrəhman COVID-19-a müsbət test etdi. Əlcəzair dövlət televiziyası onun yeddi gün karantində qalacağını, lakin vəzifələrini onlayn yerinə yetirməyə davam edəcəyini bildirib.
Ayğırbatkan (Əbyəlil)
Ayğırbatkan kəndi (başq. Айғырбатҡан) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Aksar kənd sovetliyinə daxil olan kənd. Adının mənası başqırd dilindən tərcümədə Ayğır batan mənasını verir. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ayğırbatkan kənd ərazisin milli tərkibi: başqırdlar — 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 5 km., kənd sovetliyindən (Askar): 5 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitoqorsk): 52 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Ayıuhaz (Əbyəlil)
Ayıuhaz kəndi (başq. Айыуһаҙ) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. == Tarixi == Kənd 1866-cı ildən sonra Tamıyan Volostu Akimbetov kəndinin sakinləri tərəfindən salınmışdır. 1891-ci ildə 46 evdə 242 nəfər yaşayırdı. Kənd təsərrüfatı, heyvandarlıqla məşğul olurdular. Bir məscid fəaliyyət göstərirdi. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ayıuhaz kənd ərazisin milli tərkibi: başqırdlar — 98 %. . == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 34 km., kənd sovetliyindən (Taşbulat): 4 km., ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 11 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Ayşə Sultan (II Əbdülhəmidin qızı)
Aişə Həmidə Sultan (31 oktyabr 1886, Konstantinopol – 11 avqust 1960, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Aişə Sultan 31 oktyabr 1886-cı ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli səkkizinci xanımı Müşfiqə Qadınəfəndidir. Onun doğum xəbərini eşidən atası Sultan Əbdülhəmid xəbəri verən Filurya kalfaya bahalı bir cəvahirat, doğuşda iştirak edən Əbəzadə Kamilə xanıma isə 300 lirə hədiyyə etdi. Özündən bir ay kiçik olan bacısı Şadiyə Sultanla birlikdə Ulduz sarayında mükəmməl təhsil aldı. Coğrafiya, tarix, din, Osmanlı türkcəsi ilə yanaşı, ərəbcə və farsca dərsləri də aldı. Hərəm xəzinədarlarından Dürrüyekta xanımdan (sonradan qardaşı Səlim Əfəndiylə evləndi) piano dərsləri aldı. 1908-ci ildə atasının istəyilə Fahri bəyin oğlu Əhməd Nami bəylə nişanlandı. Ancaq bir il sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi.
Ayşən Əbdüləzimova
Ayşən Əbdüləzimova — Azərbaycan qadın voleybol komandasının üzvü.
Azad Mövləna Əbul Kəlam
Əbul Kalam Qulam Muhiyuddin Əhməd bin Xeyrəddin Əl-Hüseyni Azad (ing. Abul Kalam Ghulam Muhiyuddin Ahmed bin Khairuddin Al-Hussaini Azad; 11 noyabr 1888, Məkkə, Hicaz vilayəti – 22 fevral 1958[…], Dehli) — Hindistan siyasi xadimi, alim. Milli Azadlıq Hərəkatı liderlərindən biri. Hindistan müsəlman birliyinin ardıcıl tərəfdarı. 1912-ci ildən Hindistan Milli Konqresinin üzvü, 1947-ci ildən maarif naziri olmuşdur. 1912–1914-cü illərdə Britaniya müstəmləkəçiləri əleyhinə təbliğat aparan "Əl-Hilal" qəzetini nəşr etmişdir. Urdu fəlsəfəsinə və ədəbiyyatı tarixinə, Quranın şərhinə dair əsərlərin müəllifidir. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Abul Kalam Azad at Encyclopædia Britannica APJ Abdul Kalam Scholarship Arxivləşdirilib 30 aprel 2019 at the Wayback Machine Azad's Careers – Roads taken and roads not taken – Lineages of the Present: Ideology and Politics in Contemporary South Asia By Aijaz Ahmad An Introduction to Abul Kalam Azad & collection of his quotes – Eminent Indian freedom fighters Vol2 Chapter 11 p. 310 By S. K. Sharma Abu'l Kalam Azad, Chapter 44, pp.
Ağa xan Əbdülməliki-Avşar
Ağa xan Əbdüsəməd xan oğlu Əbdülməliki-Avşar-(?-1928), İran hərbçisi, general-mayor. == Həyatı == Ağa xan Əbdüssəməd xan oğlu Urmiya şəhərində dünyaya pənah gətirmişdi. Aga xan Sərdar Marağa ordusunun komandanı olmuşdu. Baba xan Əbdüssəməd xan Əzimüssəltənə Sərdar (1928-ci ilin yayında xristian keşiş Davud tərəfindən öldürüldü. Sərdar, bəlkə də 1914-1915-ci ilin qışında Urmiyanın ruslar tərəfindən boşaldılması və Türk-Kürdlerin gəlişi sırasında, kürdlər tərəfindən yağmalanan xristian kəndlərinin olduğu bölgədə və şəhərdə nizam-intizamı qorumağa çalışan tək şəxsdi. == Ailəsi == Ağa xanın Sadıq xan, Baba xan adlı oğlanları vardı.
Ağa Əbülhəsən Nəqqaşbaşı Avşar
Ağa Əbülhəsən Allahverdi oğlu Nəqqaşbaşı Avşar(Urmiya – 1888) — Azərbaycan rəssamı. == Həyatı == Əbülhəsən Allahverdi oğlu Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" kitabında yazır: "Onun rəssamlıq əsərləri və rəngli peyzajlarını əmisi, məşhur rəssam Əliəşrəf Avşarın qələmdan və kitab üzərində çəkdiyi miniatur və rəsmlərindən ayırd etmək mümkün deyildir. Əziz xan Sərdar onun əsərlərini töhfə kimi Tehrandakı əyanlara göndərərdi. Onun qələmdan üzərində çəkdiyi rəsmlər hələ sağlığında əlli tümənə satılırdı. Əbülhəsən hicri qəməri 1306 (1888)-cı ildə vəfat etmişdir. ("Əl-məsair vəl-asar"-"Hünərlər və əsərlər") == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh.
Ağacan Əbiyev
Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü. == Həyatı == Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
Ağüz (Əbhər)
Ağüz (fars. اغور‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Əbhərrud bölgəsinin Əbhərrud qəsəbəsindən 45 km cənubda, dağlıq ərazidədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (73 ailə).
Aşağı Əbdürrəhmanlı
Aşağı Əbdürrəhmanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kəndin adı Orta əsrlərdə Qarabağda yaşamış Hacılı tayfasının Əbdürrəhmanlı tirəsinin adındandır. == Tarixi == Kənd 1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt olunub. 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum nəticəsində Aşağı Əbdürrəhmanlı kəndinin bir hissəsi işğaldan azad olunub. 2020-ci ilə qədər kənd cəbhə xəttinin yaxınlığında yerləşirdi. Buna görə burada tez-tez atəşkəs pozulurdu. 1999-cu ildə burada döyüş tapşırığını yerinə yetirərkən sonradan 2 dəfə Paralimpiya oyunları çempionu olmuş cüdoçu İlham Zəkiyev yaralanmışdı.3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tamamilə işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Çərəkənçayın sahilindədir. Kəndi əbdürəhmanlı nəslinə mənsub ailələr salmışlar. "Əbdürəhmanlı yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir.
Bab əl-Əbvab
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir.Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Rusiyanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir. Bu şəhər üçün "Dərbənd" adı ilk dəfə 7-ci əsrə aid mənbələrdə qeyd olunmuşdur.
Bahavar (Əbhər)
Biyavar (fars. بهاور‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (10 ailə).
Balaca Əbdürrəhmanov
Balaca Əbdürrəhmanov (Balaca İlyas oğlu Əbdürrəhmanov; 1922, İstibulaq – 22 yanvar 1977, Bakı) — sovet, azərbaycanlı alim-iqtisadçı, coğrafiyaçı; coğrafiya elmləri namizədi (1958), dosent; Azərbaycan SSR Elmlər Akademiyasının "Məhsuldar qüvvələrin yerləşdirilməsinin" şöbəsinin (1954) kiçik elmi sonra isə baş elmi işçisi (1961); Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Nəqliyyat-iqtisadi əlaqələr" şöbəsinin yaradıçısı və rəhbəri (1968); iqtisad elmləri doktoru (1971), professor. "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medal mükafatçısı (6 iyun 1945). "Doqquzuncu beşilliyin zərbəçisi" döş nişanı" ilə təltif olunmuşdur (29 aprel 1976). == Həyatı == Balaca Əbdürrəhmanov 1922-ci ildə Kəlbəcər rayonunun İstibulaq kəndində anadan olmuşdur. O, 1929-cu ildə Çaykənd də yerləşən 7 illik məktəbə daxil olmuşdur. 1941-ci ildə Kəlbəcər rayonun mədəni-maarif sahəsində bir sıra məsul vəzifələrdə çalışmışdır. Əvvəl Kəlbəcər rayonun mədəni-maarif şöbəsində inspektor, sonra isə mühasib. B. İ. Əbdürrəhmanov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə mükafatlandırılmışdır (6 iyun 1945). B. Əbdürrəhmanov 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinə qəbul olmuşdur və 1951-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Diplom işinin mövzusu: "Kəlbəcər rayonunun iqtisadi-coğrafi səciyyəsi" olmuşdur.
детализи́ровать межсортово́й непоси́льность па́узочка первопу́ток прихлёстка дегаза́ция завозно́й конфедера́тский натура́льный неудовлетворённость селенологи́ческий скажи пожа́луйста сострада́ющий то́лько и..., что aerophoto bifarious drunkometer juxtaposition laxness sailing-ship singularity stone-pit top-quality vulturous