ƏBCƏD

is. [ ər. ] köhn.
1. Qədim ərəb əlifbasında ilk dörd hərf. (hərfləri mexaniki olaraq əzbərləmək üçün işlədilirdi).
Bular gərək hələ “əbcəd”də hıqqana “qərəşət” də; Kitabi-elmi oxurlar rəvan bu boyda, bu boyda! M.Ə.Sabir.
Bu qayda ilə molla əbcəd, həvvəz, hütti ləfzlərini “təhlil” edib, mənə bunları hazırlamağı əmr etdi. T.Ş.Simurq.
Molla köməkçisi … Əvəz xəlfəni çağırıb dedi: – Apar, buna əbcəd, həvvəzi öyrət. C.Cəbrayılbəyli.

2. Ümumiyyətlə, keçmişdə “əlifba” mənasında işlənmişdir.
// məc. İbtidai bilik, savad.
□ Əbcəd hesabı – müəyyən bir tarixi və ya rəqəmi ərəb hərfləri vasitəsilə ifadə etmək üsulu.
Aşıqlıq elmində nədir pərgarın; Əbcəd hesabından varmı xəbərin? Şair Vəli.

ƏBALI
ƏBD
OBASTAN VİKİ
Əbcəd
Əbcəd hesabı – Türk, ərəb və fars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır.

Digər lüğətlərdə

антидо́ты ко́ваный корса́чий мохадже́ры нанести́сь нога́ припе́чка шерстоби́тничать завладе́ть зна́чит насме́шник плати́ть ути́ль чехо́нь ши́ва вежда ameerate dye-wood half board intertidal middlescence omnivore recheat snooty престижность