əbcəd
əbə
OBASTAN VİKİ
Əbd əs-Səməd
Şirazlı Əbd əs-Səməd (1500, Şiraz – 1593) — XVI əsr İran rəssamı. O, Hindistana köçmüş və Moğol miniatür ənənəsinin qurucu ustalarından biri olmuşdur. Beach, Milo Cleveland, Early Mughal painting, Harvard University Press, 1987, ISBN 0-674-22185-0, ISBN 978-0-674-22185-7 "Beach, Blair and Bloom": Beach, Milo Cleveland, updated by Blair, Sheila S. and Bloom, Jonathan, "Abd al Samad" in Oxford Art Online, restricted access, accessed 21 February 2011, (see for fuller bibliography). "Cambridge": Beach, Milo Cleveland, Mughal and Rajput painting, Part 1, Volume 3 of The New Cambridge History of India, Cambridge University Press, 1992, ISBN 0-521-40027-9, ISBN 978-0-521-40027-5 Brend, Barbara. "Another Career for Mirza Ali?" in Newman, Andrew J. (ed), Society and culture in the early modern Middle East: studies on Iran in the Safavid period, Volume 1998, Volume 46 of Islamic history and civilisation, BRILL, 2003, ISBN 90-04-12774-7, ISBN 978-90-04-12774-6 Crill, Rosemary, and Jariwala, Kapil.
Tərəfə ibn əl-Əbd
Tərəfə ibn əl-Əbd (təq. 543, Bəhreyn – təq. 569) — ərəb şairi. Tərəfə ibn əl-Əbd ərəblərin çox istedadlı şairlərindən biri olmuşdur. Belə ki, cəmi 26 il ömür sürməsinə baxmayaraq, ərəblərin fuhul şairlərindən sayıla bilər. Tərəfə əslən Bəkr ibn Vail qəbiləsindən idi. O, 600-cü ildə dünyaya gəlmişdir. Onun həyatı ağır keçmişdir. Belə ki, hələ uşaqkən, atası dünyasını dəyişmişdi. Qəbilə qanunlarına görə ailənin mülkiyyəti əmilərinin nəzarəti altına keçirilmişdi.
Şirazlı Əbd əs-Səməd
Şirazlı Əbd əs-Səməd (1500, Şiraz – 1593) — XVI əsr İran rəssamı. O, Hindistana köçmüş və Moğol miniatür ənənəsinin qurucu ustalarından biri olmuşdur. Beach, Milo Cleveland, Early Mughal painting, Harvard University Press, 1987, ISBN 0-674-22185-0, ISBN 978-0-674-22185-7 "Beach, Blair and Bloom": Beach, Milo Cleveland, updated by Blair, Sheila S. and Bloom, Jonathan, "Abd al Samad" in Oxford Art Online, restricted access, accessed 21 February 2011, (see for fuller bibliography). "Cambridge": Beach, Milo Cleveland, Mughal and Rajput painting, Part 1, Volume 3 of The New Cambridge History of India, Cambridge University Press, 1992, ISBN 0-521-40027-9, ISBN 978-0-521-40027-5 Brend, Barbara. "Another Career for Mirza Ali?" in Newman, Andrew J. (ed), Society and culture in the early modern Middle East: studies on Iran in the Safavid period, Volume 1998, Volume 46 of Islamic history and civilisation, BRILL, 2003, ISBN 90-04-12774-7, ISBN 978-90-04-12774-6 Crill, Rosemary, and Jariwala, Kapil.
Məhəmməd İsmayıl Əbd ən-Nəsiri
Məhəmməd İsmayıl Əbd ən-Nəsiri — (?-?) — Xəttat. Naxçıvan xəttatlıq məktəbinin nümayəndəsidir. Adı Ordubad şəhərindəki mədrəsə kompleksinin giriş qapısının baş tərəfində, göy kaşı üzərində sarı rənglə yazılmış kitabələr vasitəsilə elmi dövriyyəyə daxil edilmişdir. Hicri 1126 (1714) ildə yazılmış bu kitabələrin tarixinə əsasən məlum olur ki, öz peşəsinin mahir ustası olan, xəttatlıq sənətinin incəliklərinə yiyələnən Məhəmməd İsmayıl Əbd ən-Nəsiri 17 yüzilliyin 2 yarısı-18 yüzilliyin 1 yarısında yaşamışdır.
Əl-Cərrah ibn Əbd-ül-Lah əl-Həkəmi
Əbu Übəyda əl-Cərrah ibn Abdullah əl-Həkəmi(ərəb أبو عقبة الجراح بن عبد الله الحكمي) — Həkəmi tayfasından olan ərəb zadəganı və sərkərdəsi. 8-ci əsr ərzində o müxtəlif vaxtlarda Bəsrə, Sistan, Xorasan və Azərbaycanın valisi olmuşdur. Xəzər-ərəb müharibələrində ərəb qoşun sərkərdəsi. Xəzərlər tərəfindən 730-cu ildə Ərdəbil yaxınlığında döyüşdə öldürülmüşdür.
Əl-Cərrah ibn Əbd-ül-Lah əl Həkəmi

Elnur Əbdülov
Habil Əbdürrəhimli
Habil Qabil oğlu Əbdürrəhimli (26 sentyabr 1997; Sabirkənd, Şəmkir rayonu, Azərbaycan — 8 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Habil Əbdürrəhimli 1997-ci il sentyabrın 26-da Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub. 2003–2013-cü illərdə S. Rüstəmov adına Sabirkənd tam orta məktəbində təhsil alıb. 2014–2018-ci illərdə isə Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali hərbi təhsil alıb. == Hərbi xidməti == Habil Əbdürrəhimli 2018-ci ildən Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Habil Əbdürrəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Habil Əbdürrəhimli noyabrın 8-də Zəngilanın azad edilməsi zamanı Ağbənd istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbdürrəhimli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbdürrəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Hacı Seyid Əbdülhəmid
Hacı Seyid Əbdülhəmid (1795/96, Şəki — ?) — XIX əsr azərbaycanlı tarixçi. Uzun müddət Orta Şərq ölkələrini gəzib və vətənə qayıtdıqdan sonra qazı olub. Təqribən 40 il ərzində Hacı Seyid Əbdülhəmid şəriət məhkəməsinin başçısı vəzifəsini tutub. Onun XIX əsrin II yarısında Azərbaycan dilində yazılmış müxtəsər "Şəki xanları və onların nəsilləri" əsəri Şəkinin tarixinə həsr edilib. (XV əsrin əvvəlləri — XIX əsrin başlanğıcı) Əlyazma Salman Mümtaz tərəfindən tapılıb. Bu əsərdə Şəki xanlarının nəsil şəcərəsi, Gələrsən-görərsən və Kiş qalaları, İran işğalına qarşı şəkililərin mübarizəsi, xanlıqda daxili vəziyyət və s. haqqında məlumat verilib. Salnamənin dəqiq yazılma ili məlum deyil. Bakıda 1930-cu ildə çap edilib. == İstinadlar == == Ədəbiyyat == Һүсејнзадә Ә. XIX әсрин икинҹи јарысында Азәрбајҹан тарихшүнаслыҹы.
Hacı Əbdülfəttah Paşa
Hacı Əbdülfəttah Paşa (ö. 1702) — II Mustafa səltənətində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi. == Həyatı == Dərya bəylərindən olub, haqqında məlumat olduqca azdır. 1694-cü ildə İstanbul donanmasının rəisi oldu. 1701-ci ildə kaptan-ı dərya olsa da, bir il sonra səhhəti pisləşdi. Bu səbəblə 23 dekabr 1702-ci ildə vəzifədən alındı. Çox keçmədən Saaqız adası yaxınlığında vəfat etdi və orada dəfn olundu.
Hacı Əbdülqadir xan
Hacı Əbdülqadir xan — Şəki xanı. == Hakimiyyəti == 1770-ci ildə qardaşı Cəfər ağanın o vaxtkı Şəki xanı Məhəmmədhüseyn xan tərəfindən öldürülməsindən sonra başına bir dəstə yığıb, Qanıxçayın Kür çayına qovuşduğu yerdə - "Dardoqqaz" adlanan yarımadada, məskən salmış və Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəyə başlamışdı. Qarabağ xanı İbrahim xan və Gürcüstan hakimi Irakli xan da onun Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəsini dəstəkləyirdilər. Məhəmmədhüseyn xan Hacı Əbdülqadirin digər bir qardaşının oğlu idi, başqa sözlə, Hacı Əbdülqadir Məhəmmədhüseyn xanın doğma əmisi idi. Məhəmmədhüseyn xan öz oğlu Məhəmmədhəsən ağanı sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir Məhəmmədhəsən ağanı tutub, Məhəmmədhüseyn xanın düşməni olan Qarabağ xanı İbrahim xana yollayır ki onu öldürsün. İbrahim xan Məhəmmədhəsən ağanı öldürmür, gizlində saxlayır, lakin Hacı Əbdülqadirə xəbər göndərir ki guya onu artıq qətlə yetirilmişdir. 1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxa şəhərininə xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda gizlənirlər, "səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər.
Hacı Əbdülrəhim bəy Qulubəyov məscidi
Hacı Əbdülrəhim bəy Qulubəyov məscidi — Bakı şəhəri Yasamal rayonu, Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi) küçəsi 63 ünvanında yerləşmiş məscid. Məscid 1908-ci ildə tikilmişdir. 2016-cı ilə qədər Azərbaycanda rəsmi olaraq ölkə əhəmiyyətli abidə hesab olunmuşdur. 2016-cı ildə abidənin adı "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılmışdır. 11 aprel 2017-ci ildə məscid dövlət tərəfindən sökülüb. == İstinadlar == == Həmçinin bax == Sovetski == Xarici keçidlər == Sosial şöbə. ""Sovetski" milli mirasın ayrılmaz tərkib hissəsidir" ( (az.)). azadliq.info. 2014-04-08. 2017-02-16 tarixində arxivləşdirilib.
Hacı Əbdülrəhimbəy Qulubəyov məscidi

Hacı Əbdürrəhim Səmədov
Hacı Əbdürrəhim Səmədov - == Həyatı == Şamaxının maarifpərvər tacirlərindən biri idi. C.Məmmədquluzadə onu "məşhur və möhtərəm tacirlərimizdən" biri kimi qiymətləndirmisdir. M.Ə.Sabir ilə "Molla Nəsrəddin" jurnalı arasındakı isgüzar əlaqələrdə müəyyən rol oynamışdır.
Hacı Əbdürrəhim bəy Qulubəyov məscidi
Hacı Əbdülrəhim bəy Qulubəyov məscidi — Bakı şəhəri Yasamal rayonu, Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi) küçəsi 63 ünvanında yerləşmiş məscid. Məscid 1908-ci ildə tikilmişdir. 2016-cı ilə qədər Azərbaycanda rəsmi olaraq ölkə əhəmiyyətli abidə hesab olunmuşdur. 2016-cı ildə abidənin adı "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılmışdır. 11 aprel 2017-ci ildə məscid dövlət tərəfindən sökülüb. == İstinadlar == == Həmçinin bax == Sovetski == Xarici keçidlər == Sosial şöbə. ""Sovetski" milli mirasın ayrılmaz tərkib hissəsidir" ( (az.)). azadliq.info. 2014-04-08. 2017-02-16 tarixində arxivləşdirilib.
Hökümə Əbdürəhmanova
Hökümə Rasim qızı Əbdürəhmanova (21 may 1986, Bakı) — Aktrisa. Veriliş səsləndirən. A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının birinci dərəcəli artisti == Həyatı == Hökümə Əbdürəhimova 21 may 1986-cı ildə Bakı şəhərində anadan olub. 2005-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında dram artisti vəzifəsində işləyir. Həmin ili o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsinə daxil olub.
Hüsamzadə Əbdürrəhman Əfəndi
Hüsamzadə Əbdürrəhman Əfəndi (d. 1594 — ö. sentyabr 1670) — Osmanlı alimi, müdərrisi, qazısı və şeyxülislamı. == Həyatı == İstanbul qazısı Qoca Hüsam Əfəndinin oğlu olaraq 1594-cü ildə İstanbulda dünyaya gəlmişdir. Mədrəsə təhsilini tamamlayaraq Şeyxülislam Xocazadə Mehmed Əfəndidən məzun olmuş, daha sonra atasıyla birlikdə Misir, Qüds və Mədinəyə gedrək burada bir çox alimlərdən dərslər aldı. Anadoluya döndükdən sonra isə ard-arda Sahn-ı Səman, Aya Sofya və Süleymaniyyə mədrəsələrində müdərris olaraq çalışdı. Daha sonra 1640–1645-ci illərdə Hələb, Dəməşq və İstanbul qazılığına gətirildi. 1649-cu ildə Anadolu başqazılığına gətirilsə də, bir il sonra vəzifədən alındı və təqaüdə çıxarıldı. 1652-ci ildə Rumeli başqazılığına gətirildi, ancaq bir il sonra bu vəzifəsindən də azad edildi. İbşir Mustafa Paşanın üsyançıların tələbi ilə edamından sonra 11 may 1655 tarixində paşanın tərəfini tutan Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin yerinə şeyxülislam seçildi.
Hüseyn Əbdülhüseynov
Hüseyn Bəhmən oğlu Əbdülhüseynov — Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru,İkinci Dünya müharibəsinin iştirakçısı. == Həyatı == 1921-ci ildə Əbdülhüseynov Hüseyn Bəhmən oğlu Naxçıvanın Yuxarı daşarx kəndində anadan olmuşdur. === Vəfatı === 1979-cu il 2 avqust tarixində qəflətən vəfat etmişdir. Məzarı Yuxarı Daşarx kəndindədir. === Fəaliyyəti === 1970-1979-cu illərdə İşıqlı yollar qəzetinin baş redaktoru olmuşdur.
Hüseyn Əbdürrəhimov
Hüseyn Yəhya oğlu Əbdürrəhimov (20 aprel 1912, Nuxa – 20 may 1966, Nuxa) — Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Əbdürrəhimov Hüseyn Yəhya oğlu 1912-ci ildə Şəki (Nuxa) şəhərində anadan olub. Hələ kiçik yaşlarından yeyim olarkən yaxın qohumlarının himayəsində, Pansion məktəbdə oxuyaraq Sovet dövləti hesabına yaşayıb. 1922-ci ildə Nuxa şəhərində "Nümunə, Zəhmət, Təcrübə" məktəbinə daxil olub, həmin məktəbi 1930-cu tədris ilində başa vurub. 1933-cü ildə "Azərbaycan kənd təsərrüfatı inistitutu"-nun "aqronom" ixtisasını bitirib və həmin ildə də, əmək fəaliyyətinə başlayıb. 1934-cü ildən Nuxa rayon torpaq şöbəsində aqronom, 1941-ci ildən 1946-cı ilədək torpaq şöbəsində baş aqronom, 1946-cı il mart ayından 1947-ci ilin mayınadək Nuxa rayon "texniki, bitkilər" şöbəsinin müdiri, 1952-ci ilədək Nuxa rayon kənd təsərrüfatı şöbəsinin müdiri, 1952-ci il fevral ayından 1957-ci ilin yanvarına kimi Nuxa rayon İcra Komitəsinin sədiri, 1957-ci il mart ayından 1963-cü il aprel ayına kimi "MTS", "RTS" və Azərmexanikanın Nuxa şöbəsinin müdiri vəzifəsində çalışmış və həmin ilin avqust ayından Nuxa tütün idarəsində vəzifəsini davam etdirmişdir. 1929-cu ildən 1946-cı ilədək UİLKGİ-nın üzvü, 1939-cu ildən Sovet İKP-nın üzvü, 1946-cı ildən Şəhər Partiya Komitəsinin üzvü, 1954-cü ildən Azərbaycan KPMK-nin üzvü namizədi olmuş, yerli sovetlərə seçicilər üzrə ıı, ııı , ıv çağırışda rayon sovetinə deputat seçilmişdir. 1929-cu ildən Torpaq işləri Həmkarlar İttifaqının üzvü olub. Sovet ordusunda xidmət edib. Böyük vətən müharibəsi zamanı daşıdığı vəzifə ilə əlaqədar hərbi səfərvərliyə alınmayıb və məhkəməyə düşməyib.
II Yezid ibn Əbdülməlik
II Yezid ibn Əbdülməlik (684-724) — doqquzuncu Əməvi xəlifəsi == Həyatı == Ömər ibn Əbdüləziz vəfat etdikdən sonra II Yezid ibn Əbdülməlik taxt-taca yiyələnərək doqquzuncu Əməvi xəlifəsi olmuşdur. Onun xəlifəliyi dövründə İslam aləmi üçün dəyərli tarixi hadisə baş verməmişdir. Əksinə, bu dövrdə xəlifə Ömər ibn Əbdüləzizin həyata keçirdiyi islahatların üzərindən xətt çəkilmiş və Əməvilər sülaləsinin süqutunun əsası qoyulmuşdur. II Yezid ibn Əbdülməlik xəlifə seçildikdən sonra ilk işi Yezid ibn Mühəllibin qaldırdığı qiyamı yatırmaq olmuşdur. İbn Mühəllib Ömər ibn Əbdüləzizin xəlifəliyi zamanı Bəsrə valisi vəzifəsindən kənarlaşdırılaraq həbs edilmişdi. Ömər vəfat etdikdən sonra həbsxanadan qaçaraq ətrafına ordu toplamış, hakimiyyətə qarşı silahlı müqavimət təşkil etmişdir. Xəlifə ordusu ilə ilk döyüşdən qalib ayrılan Mühəllib Bəsrəni ələ keçirərək, xəlifəyə tabe olmadığını elan etmişdir. Bəsrə əhalisindən toplanan vergiləri ordusu arasında paylamış, bununla kifayətlənməyərək Əməvi sülaləsini Peyğəmbər (s) ailəsinin qatilləri elan edərək əhalini onlara qarşı cihada çağırmışdır. Onun özbaşınalığına son qoymaq məqsədilə II Yezid Suriyadakı ordunu Xorasan valisi Məsləmə ibn Əbdülməlikin başçılığı altında Bəsrəyə göndərmişdir. 720-ci ilin avqust ayında üz-üzə gələr ordu hissələri yeddi gün gözləmə mövqeyində olmuşlar.
II Əbdülhəmid
II Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد ثانی — Abdü’l-Ḥamīd-i sânî) (21 sentyabr 1842[…], Konstantinopol – 10 fevral 1918[…], Bəylərbəyi Sarayı, İstanbul vilayəti) — 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 21 sentyabr 1842-ci ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Tirimüjgan Sultan idi. 1847-ci ildə qardaşı Şahzadə Muradla birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 11 yaşında anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü Sultanın himayəsində böyümüşdür. Sarayda xüsusi müəllimlərdən dərs aldı. Osmanlı türkcəsi ilə yanaşı, fars, ərəb və fransız dillərini öyrəndi. Uşaqlığı ana sevgisindən məhrum, atasından uzaq keçmişdir. Taxt namizədliyindən olduqca uzaq olduğu üçün sarayda gözlərdən kənar həyat yaşadı. Dövlət işləriylə yaxından maraqlansa da, düşüncələrini heç kəslə paylaşmırdı.
II Əbdülmalik
II Əbdülməlik (Samani) — Samanilər sülaləsinin hökmdarı. II Əbdülmalik (Dərbənd əmiri) — Dərbənd əmiri.
II Əbdülmalik (Dərbənd əmiri)
II Əbdülmalik (Dərbənd – 10 mart 1043, Dərbənd) — Dərbənd əmiri. == Hakimiyyəti == 1034-cü ildə əmir olmuşdu. Lakin 9 fevral 1034-cü ildə rəislər tərəfindən devrilərək Əbu Mənsur Əli ibn Yezidə beyət etdilər, Şirvanşah vəziri Mənsur ibn Müsəddidi öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə 1035-ci ildə paytaxtı Yezidiyyəyə qayıtdı. Həmin ilin apreli Əbdülmalik geri qayıdaraq şəhəri ələ keçirdi, Şirvanşahı sülhə məcbur etdi və 1035-ci ilin dekabrında onun bacısı, Yəzidin qızı Şəmkuyə ilə evləndi. == Üsyan == Əmirin güclənməsini görən digər rəislər vəzir Səqlab ibn Məhəmmədin evinə hücum çəkdilər və onu bıçaqladılar. Həyatının təhlükədə olduğunu görən əmir Əbd ül-Malik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. 1038-ci ildə rəis Əli ibn Həsən onu devirməyə çalışsa da, saray çevrilişinin qarşısı alındı.
II Əbdülməcid
II Əbdülməcid və ya Əbdülməcid Əfəndi (osman. عبد المجيد افندی; türk. Abdülmecid Efendi) (29 may 1868, Beşiktaş, İstanbul ili – 23 avqust 1944[…], Paris) — Osmanlı sülaləsinin sürgündəki 2-ci rəisi, sülalənin 29-cu, Türkiyə Böyük Millət Məclisinin yeganə, İslamın 116-cı və son xəlifəsi (1922–1924); Osmanlı imperiyası tarixində sultan titulunu daşımayan yeganə xəlifə. Sultan Əbdüləzizin dördüncü oğlu olan Əbdülməcid Əfəndinin Osmanlı taxt-tacına sahib olmaq üçün demək olar ki, şansı yox idi: 1876-cı ildə V Murad devrildikdən sonra o, varislik iyerarxiyasında yalnız səkkizinci yeri tutmuşdu. 1912-ci ildə müstəqil Alban dövlətinin qurulmasına ümid bəsləyən albanlar Əbdülməcidə yeni dövlətin başçısı olmağı təklif etdilər. Albanlar bilirdilər ki, Əbdülməcid bütün şahzadələr arasında tərbiyəsi və təhsili yüksək olan, ən çox qərbləşən və avropalaşan şahzadə idi, lakin buna baxmayaraq, İtaliya albanların bu fikrinə qarşı çıxdı. Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də və ya 19-da TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi. 29 oktyabr 1923-cü ildə Osmanlı dövləti tam süqut etdiyinə və Türkiyə Respublikası onu əvəz etdiyinə görə daha xilafətə ehtiyac qalmadı. 1924-cü il martın 3-də 431 saylı qanun qəbul edildi və qüvvəyə mindi.
II Əbdülməlik
II Əbdülməlik (Samani) — Samanilər sülaləsinin hökmdarı. II Əbdülmalik (Dərbənd əmiri) — Dərbənd əmiri.
II Əbdülməlik (Samani)
Əbülfəvaris Əbdülməlik bin Nuh Samani (1004-cü ilin dekabrında vəfat edib) — Samanilər sülaləsinin hökmdarı. == Həyatı == II Nuhun oğludur. II Əbdülməlik, kiçik yaşından və dövlətinin son zamanlarını yaşamasından dolayı hökmdarlığı sırasında çox da təsirli ola bilməmişdir. II Mənsura güvənməyən Beytüzün və Faik adlı Samani sərkərdələri, 2 fevral 999-cu ildə qısa sürən səltənəti sırasında ölkədə yalnızca Mavəraünnəhrin bir bölümünə hakim ola bilən II Mənsurun yerinə taxta kiçik yaşda çıxan II Əbdülməliki çıxardılar. Samani taxtında Beytüzün və Faikin hegomon olması üzərinə hərəkətə keçən Mahmud, Beytüzün-Faik-Əbul-Qasım Simcuri birləşmiş qüvvətləriylə 16 may 999-cu ildə apardığı savaşı qazandı və Xorasana hakim olub, qardaşı Nəsrı buraya vali olaraq təyin etdi. Bu sırada Samanilərin zəif durumundan yararlanan Qaraxanlılar hökmdarı Samani dövlətini yıxdı. == Ədəbiyyat == C. E. Bosworth (1963). The Ghaznavids: Their Empire in Afghanistan and Eastern Iran 994–1040 Edinburgh University Press, Edinburgh. OCLC 3601436 R. N. Fyre (1975). The Cambridge History of Iran, Volume Four: From the Arab Invasion to the Saljuqs.
II Əbdülməlik Samani

II Əbdürrəhman
II Əbdürrəhman və ya Əbdürrəhman ibn Hakəm ibn Haşim ibn Əbdürrəhman (ərəb. عبد الرحمن الأوسط‎) (d. 792 - ö. 22 sentyabr 852) — 4-cü Kordova əmiri. == Həyatı == === İlk illəri === Əbdürrəhman ibn Hakəm 792-ci ildə Toledoda dünyaya gəldi. Atası Əndəlüs əmiri I Hakəm, anası isə onun xanımlarından Halavadır. Mükəmməl təhsil aldıqdan sonra gənc yaşlarından etibarən müxtəlif dövlət vəzifələrində xidmət etdi. Bu vəzifələrdən biri də 807-ci ildə Toledoda başlayan üsyanın yatırılması oldu. Şəhərə yeni təyin edilən vali Əmrus ibn Yusiflə birlikdə üsyanın qısa zamanda yatırılmasında mühüm rol oynayan Əbdürrəhman ibn Hakəm, daha sonra Tortosaya hücum edən frankların geri püskürdülməsiylə vəzifələndirildi (809). Bu uğurları səbəbilə atası tərəfindən vəliəhd elan edildi.
I Əbdülhəmid
I Əbdülhəmid (osm. عبد الحميد اول‎ — Əbdül-Həmid-i əvvəl) (20 mart 1725[…], Topqapı sarayı, Konstantinopol, Osmanlı imperiyası – 7 aprel 1789[…], Konstantinopol) — 27. Osmanlı sultanı və 106. İslam xəlifəsidir. III. Əhmədin oğlu və III. Mustafanın qardaşıdır. == Səltənəti == === Kiçik Qaynarca sülhü === Sultan I. Əbdülhəmid 1768–1774 Osmanlı-Rus Döyüşünün pis vəziyyətdə davam etdiyi bir dövrdə taxta keçdi. Ruslara qarşı qoyula bilməyəcəyini anlayan Osmanlı Dövləti, 21 iyul 1774 tarixində Kiçik Qaynarca sazişinə imza atdı. Bu müqaviləyə görə Krıma müstəqillik verildi. Ruslar Qara dənizdə ticarət edib, donanma saxlaya bilərdi, Balkanlarda Pravoslav topluluqların hüquqlarını qorumalı idilər. Osmanlı Dövləti, Rusiyaya döyüş təzminatı verəcək; ancaq Rusiya; Əflak, Boğdan, Bessarabiya və Aralıq dənizində işğal etdiyi adaları Osmanlı Dövlətinə geri verəcəkdi, lakin bu bölgələrdə Osmanlı Dövləti ümumi əfv elan edəcək, xalqa din və məzhəb azadlığı verəcək, xalqdan vergi almayacaq, istəyən istədiyi yerə köç edə biləcəkdi.
I Əbdülməcid
Sultan Əbdülməcid (Osmanlı türkcəsi: عبد المجيد اول — Abdülmecîd-i evvel; 25 aprel 1823, Konstantinopol – 25 iyun 1861[…], Konstantinopol) — 31-ci Osmanlı sultanı və 110-cu İslam xəlifəsi. Səltənəti dövründə Tənzimat fərmanı elan edilmiş, bu səbəblə Osmanlı tarixində Tənzimat padşahı olaraq anılır. Son 4 Osmanlı sultanının (Sultan Murad, Sultan Əbdülhəmid, Sultan Rəşad və Sultan Vahidəddin) atasıdır. == Həyatı == === İlk illəri və taxta çıxışı === 25 aprel 1823-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası II Mahmud, anası isə Bəzmialəm Sultandır. Təhsil və tərbiyəsinə önəm verilmiş, əsl Avropa şahzadələri kimi böyüdülmüşdür. Mükəmməl səviyyədə fransızca öyrəndi. 1836-cı ildə qardaşı Şahzadə Əbdüləzizlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Mərasim əsnasında bacısı Mihrimah Sultan da Mehmed Səid Paşayla nigahlanmışdır. 1 iyul 1839-cu ildə atası Sultan Mahmudun vəfatının ardından 17 yaşında taxta çıxdı.
I Əbdüləziz
Sultan Əbdüləziz (Osmanlı türkcəsi: عبد العزيز — Abdü’l-`Azīz) (8 fevral 1830, Bəylərbəyi Sarayı, Üsküdar – 4 iyun 1876[…], Feriye sarayı) — 32-ci Osmanlı sultanı və 111-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 7 fevralı 8 fevrala bağlayan gecə 1830-cu ildə Bəylərbəyi sarayında dünyaya gəlmişdir. Atası 30-cu Osmanlı sultanı II Mahmud, anası isə onun xanımlarından çərkəz əsilli Pərtəvniyal Sultan idi. 1836-cı ildə qardaşı Şahzadə Əbdülməcidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Mərasim əsnasında bacısı Mihrimah Sultan da Mehmed Səid Paşayla nigahlanmışdır. 9 yaşında atası uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyindən vəfat etmiş, böyük qardaşı Sultan Əbdülməcid taxta çıxmışdır. Qardaşının səltənətində vəliəhd olaraq olduqca sərbəst həyat yaşadı və mükəmməl təhsil aldı. Həsən Fəhmi Əfəndidən ərəb dili və ədəbiyyatı ilə yanaşı, dini təlimləri öyrəndi. Ney ifaçısı və bəstəkar Yusif Paşadan musiqi dərsləri aldı. Eyni zamanla idmanla da məşğul olan Əbdüləziz Əfəndi güləş və üzgüçülüklə maraqlanırdı.

Digər lüğətlərdə