ƏBDÜLKƏRƏM
ƏBDÜLQADİR
OBASTAN VİKİ
Əbdülkərim
Əbdülkərim — ad. Əbdülkərim bəy Məmmədov — xəttat. Əbdülkərim xan — Həştərxan xanlığının hakimi. Əbdülkərim Musəvi Ərdəbili — İran siyasətçisi və ayətullah. Əbdülkərim xan (Yarkənd xanı) — Yarkənd xanlığının hakimi. Əbdülkərim Buxari — Buxaralı səyyah və tarixçi. Əbdülkərim Əlizadə — Azərbaycan tarixçisi, şərqşünas, akademik Əbdülkərim Əfəndiyev – Göyçayın Potı kəndində yaşayıb. Əbdülkərim Qasım — İraqın 24-cü Əbdülkərim Mənzuri Xamnə — nasir, şair, tətqiqatçı, alim.DigərƏbdülkərim (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Hisar-i Əbdülkərim (Əbhər) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd.
Əbdülkərim (Baymak)
Əbdülkərim (başq. Әбделкәрим, rus. Абдулкаримово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Əbdülkərim kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 43 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 83 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Əbdülkərim Buxari
Əbdülkərim Buxari (?, Buxara-1830, İstanbul)—Buxaralı səyyah və tarixçi. == Həyatı == Həyatı haqqında geniş bilgi yoxdur. Ehtimalən 1760-cı ildı Buxarada doğulmuşdu. On altı yaşında ikən Kəşmirə getdi və Herat, Qəndəhar, Kabil, Pişavər, Müaffərabad yoluyla geri döndü. İkinci və uzun səyahətini 1789-cu ildə gerçəkləşdirdi; Qaşqar, Yarkənt, Tibet və Kəşmiri dolaşdı. 1799-cu ildə Buxaraya sığınan və səkkiz ay burada qalan Şah Mahmud Dürraniyə intisap etdi. 1804-cü ildə Rusiyaya gedən Buxara elçilik heyətində önəmsiz bir vəzifə aldı. Sankt-Peterburqda doqquz ay qaldıqdan sonra Moskva-Həştərxan yoluyla geri döndü. Dönüş sırasında Xivədə ikən Xivə xanının Buxaraya qarşı bir çapavul səfəri hazırlamaq üçün başladığı hazırlıqlara şahid oldu. Vəziyyəti Buxara əmiri Heydər xana bildirsə də, buna lazımi əhəmiyyət verilmədi.
Əbdülkərim Qasım
Əbdülkərim Qasım Məhəmməd Bəkr əl-Fədli əl-Zübeyiri (21 noyabr 1914, Bağdad, Bağdad vilayəti, Osmanlı imperiyası – 9 fevral 1963[…], Bağdad) — İraqın 24-cü baş naziri. == Həyatı == Əbülkərim Qasımın atası, Əsli şiə olan Məhəmməd Qasım bəy Bağdadda kiçik sahədə əkinçilik və fermerlik edirdi. 1 ci dünya müharibəsində həlak olan ata oğlunu görmədən vəfat etmişdi.12 yaşında ikən yoxluq içində olan Qasımın anası 4 uşağı ilə oradan köçür. 1931-ci ildə Qasım dövlət məscidində təhsil almağa başlayır. 3 ay sonra Şamiyyə məktəbində oxumağa başlayır. 3 il orda oxuyur, 1934-cü ildə isə təhsilini kollecdə davam etdirir. Kollecdə 7 il oxudqdan sonra bütün işlərini siyasətə yönəldir. 1951-ci ildə İngiltərədəki kursa gedir. İlanların sehrbazı kimi tanınan Qasım siyasətə olan sevgisini yarımçıq qoymur. Həmçinin Kürdüstan müharibəsi, iraq-anqlo müharibəsi,Ərəb-İsrail müharibəsində iştirak edən Qasımın hərbdə də böyük uğurları vardı.
Əbdülkərim xan
Əbdülkərim xan(tatar. Ğabdelkərim, Габделкәрим; ? — 1520)—Həştərxan xanlığının hakimi. == Həyatı == Əbdülkərim xan Əhməd xanın nəvəsidir.Böyük ordanın yardımı ilə Qasım xanı devirib hakimiyyətə yiyələndi. Bu ordanın tərəfində Krım xanlığı və Rusiya ilə müharibələr apardı. Böyük ordanın zəifləməsindən sonra müstəqil siyasət yürütməyə başladı.1498-ci ildə Seyid Məhəmməd xanın yürüşünü dəf etdi. Böyük ordanın süqutundan sonra Krım xanlığı və Noqay Ordasıına meyl etdi.
Əbdülkərim Əfəndiyev
Əfəndiyev Əbdülkərim Yusif əfəndi oğlu (1895, Ərəbşahverdi, Göyçay qəzası – 1934, Göyçay rayonu) – Göyçayın Potı kəndində yaşayıb. Atası Yusif əfəndi Musa əfəndi oğlu, anası Mələknisə Hacı Əbdürrəhman əfəndi qızıdır; öncə Göyçay 2 sinifli məktəbini (1906–1911), sonra Qori seminariyasını bitirib (1914) (burada ona F.B.Köçərli şəriətdən dərs keçib); öncə Göyçay 2 sinifli məktəbində (1916), sonra Sabunçu 1-ci kişi məktəbində müəllim (1917); Tiflis Müəllimlər İn-tu təbiiyyat-coğrafiya fak. girib (1917), ancaq ölkədəki siyasi çaxnaşmalar nəticəsində in-tu buraxaraq yenidən Sabunçuya qayıdaraq müəllimlik edib; 1918–1919-cu tədris ilində ailə işləriylə bağlı oradan çıxıb, ancaq Göyçay əvəzinə Ucara göndərilib; Göyçay rüşdiyyə (ali ibtidai) məktəbinin müəllimi (17.8.1919-dan); Göyçay XTŞ müdiri (1922).
Əbdülkərim Əlizadə
Əbdülkərim Əlizadə (11 yanvar 1906 – 3 dekabr 1979) — Azərbaycan tarixçisi, şərqşünas, akademik, 1944–1950-ci illərdə Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, Azərbaycan SSR EA-nın akademiki (1955), 1956-cı ildə Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik-katibi, 1958-ci ildə isə Şərqşünaslıq İnstitutunun direktoru, SSRİ Dövlət mükafatı laureatı (1980). == Həyatı == Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakı yaxınlığındakı Bilgəh kəndində anadan olmuşdur. Əbdülkərim Əlizadə 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirmişdir. 1935-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunda, 1936–1938 illərdə Leninqrad Şərq İnstitutunda, 1938–1939 illərdə Leninqrad Dövlət Universitetində işləmişdir.Əbdülkərim Əlizadə 1941–1963 illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər yarixi şöbəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) İctima elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. O, 1958–1963 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun ilk direktoru olmuşdur. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şöbəsinə rəhbərlik etmişdir.Əbdülkərim Əlizadə 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.Ona 1960-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir. O, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatına Laureatı adlarına layiq görülmüşdür.O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin üzvü idi. Əbdülkərim Əlizadə Varşavada, Münxendə, Moskvada, Ankarada, Tehranda keçirilmiş beynəlxalq konqreslərdə məruzə ilə çıxış etmişdir.O, "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif olunmuşdur.Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Əbdülkərim Əlizadənin əsasən Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrü tarixinin tədqiqatçısı idi. Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin "Şərəfnamə" hissəsinin elmi-tənqidi mətnlərini hazırladığı üçün 1948-ci ildə ona SSRİ Dövlət mükafatı verilmişdir.
Mehmed Əbdülkərim Əfəndi
Mehmed Əbdülkərim Əfəndi (26 iyun 1906, Konstantinopol – 3 avqust 1935 və ya 30 avqust 1935, Nyu-York, Nyu-York ştatı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin böyük oğlu Mehmed Səlim Əfəndinin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Əbdülkərim Əfəndi 1906-cı ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmidin böyük oğlu Mehmed Səlim Əfəndi, anası isə Nilüfər xanım idi. Qalatasaray litseyindən məzun olmuşdur. Hərb akademiyasında təhsil alarkən 1924-cü ildə çıxan qanunla bütün ailəsi ilə birlikdə sürgünə göndərildi. Əvvəlcə atasıyla birlikdə Livanın Cuniyə şəhərində məskunlaşdı. Burada xristian qonşularının qızı ilə bir-birini sevdilər. Qız dinini dəyişərək Nemət adını aldı və cütlük 1930-cu ildə evləndi. Buna baxmayaraq atası Səlim Əfəndi bu evliliyi qəbul etmədi.
Şeyx Əbdülkərim Zəncani
Şeyx Əbdülkərim Zəncani (1887-1968)—İslam alimi. == Həyatı == Şeyx Əbdülkərim Zəncani 1887-ci ildə Zəncanın Barıt kəndində dünyaya gəlib. Bəzi mənbələrdə isə onun Nəcəf şəhərində doğulduğu qeyd olunur. İbtidai dərs dövrlərində Tehrana gedərək təhsillə yanaşı İslam ümməti ilə bağlı siyasi və ictimai məsələlərlə də maraqlanır. 22 yaşında Nəcəfə yollanıb. O, Nəcəf şəhərində Ayətullah Seyid Məhəmmədkazım Yəzdi, Ayətullah Seyid Məhəmməd Firuzabadi kimi ustadlardan dərs alıb. Şeyx Əbdülkərim də digər alimlər kimi tez bir zamanda ictihad dərəcəsinə nail olur. Onun İslam fəlsəfəsi və ilahiyyət sahəsindəki zövqü, onun Şərq filosofu adı ilə tanınmasına səbəb olub. 37 yaşında olarkən onun şəriət risaləsi çap olub. Şeyx Əbdülkərim, vəhdət zəminində, həmçinin fəlsəfə və ilahiyyət sahəsinin inkişafı yönündə layiqli addımlar atıb.
Şeyx Əbdülkərim İrəvani
Şeyx Əbdülkərim İrəvani (?-1858) — İslam alimi, müctəhid. == Həyatı == Ayətullah Şeyx Əbdül-Kərim İrəvani XVIII əsrin axırlarında yaşayıb-yaratmış zahid və fəzilətli şiə müctəhidi və fəqihlərindən biridir. Alimin fəzilətindən və zöhdündən təkcə onu demək kifayətdir ki, o Kərbəla və Nəcəfi-Əşrəfdə mərcəiyyət məqamını qoyub İranın Qəzvin şəhərinə köçür, pərhizkarlıqla, dinə xidmətlə məşğul olur. O, XVIII əsrin axırlarında İrəvan şəhərində dünyaya göz açmış ərəb və fars dillərinin müqəddimatını, fiqhi və üsul bəhslərini orta səviyyədə əvvəlcə İrəvanda sonra isə Ərdəbil şəhərində oxumuşdur. daha sonra elmi və mənəvi cəhətdən kamala çatmaq üçün Kərbəlaya köçür və orada "Riyaziül-məsail" kitabının müəllifi Seyid Əli Təbatəbainin fiqh dərslərində iştirak edir. Fitri istedadına və elmi məharətinə görə bu ustadın seçilmiş şagirdlərindən hesab olunur və çox çəkmir ki, ictihad məqamına çatır. Alim özü buyurur: "Biz üç nəfər Seyyid Əli Təbətəbainin dərsində iştirak edirdik. Tələbələrin hamısından qabaqda biz idik. Biz üç nəfər mən, Mərhum Molla Şərifül-Üləma Mazandarani və Molla Əhməd Türk birlikdə bəhs edirdik." Hətta "Qisəsül-üləma"-nın müəllifinin nəql etdiyinə körə, İrəvani elmdə və bilikdə, zəmanəsinin ən elmli müctehidlərindən biri olan Şərifül-Üləmadan da üstün olub. Təəssüflər olsun ki, alimin həyatı haqqında "Rical" kitablarında bir şey yazılmayıb.
Əbdülkərim Musəvi Ərdəbili
Əbdülkərim Müsəvi Ərdəbili (28 yanvar 1926, Ərdəbil – 23 noyabr 2016, Tehran) — İran siyasətçisi və ayətullah. == Uşaqlıq dövrü == Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili hicri-qəməri 1344-cü il (mil.1926) rəcəb ayının 13-ü səhər vaxtı, Əmirəl-mö`mininin (ə) milad günündə Ərdəbil şəhərində yoxsul bir ruhani ailəsində dünyaya göz açdı. Onun babaları Azərbaycanın Ordubad rayonundan Ərdəbilə köçmüşdülər. Atası böyük ruhani mərhum Seyid Əbdürrəhim, anası təqvalı xanım, mərhumə Seyid Xədicə olmuşdur. Onların həmin vaxtadək səkkiz qız övladı vardı. Ailənin son övladı və yeganə oğlu olan ustad hicri qəməri 1346-cı ildə 2 yaşında ikən (qarın yatalağı xəstəliyinə yoluxmuş) anasını itirmiş və bacılarının qayğısı ilə böyümüşdür. Ustadın uşaqlıq dövrü ilə bağlı xatirələrindən biri onun həmin yaşlarda gördüyü bir yuxudur. Özü bu barədə belə buyurur: "Uşaq vaxtlarımda İmam Mehdinin (əc) ziyarətinə çox müştaq idim. İmamla görüş üçün kitablarda tövsiyə olunan bütün əməlləri yerinə yetirirdim. Çalışırdım ki, hətta müstəhəb əməlləri də tərk etməyim.
Əbdülkərim Mənzuri Xamnə
Əbdülkərim Mənzuri Xamnə — nasir, şair, tətqiqatçı, alim. 1308 günəş ilində Güney mahalının Xamnə şəhərində doğulub. İpdidai və orta təhsilini Xamnədə (Nisar məktəbində bitirir) . Həmin məktəbdə 15 il müəllim işləyir. Sonra Tehrana köçür öz ixtisası əsasında fəaliyyətini davam etdirir. Varlıq dərgisinin qurucu və təhrirə heyyətinin üzvü olur . O, bir çox kitabın müəllifi köçürəni və tərcüməçisi olur. 1) Türkcə- farsca danışıq 2) Azərbaycan nağılları 3) Aşıq Qurbani və Pəri xanım 4) Azərbaycan foklorunda tapmacalar 5) Məhəbbət nağılları 6) Məzəli əhvalat 7) Xamnənin tarix və coğrafiyya kitabı Bu kimi kitabların müəllifi.
Əbdülkərim bəy Məmmədov
Əbdülkərim bəy Məhəmməd ağa oğlu Məmmədov (1779 -?) — xəttat. == Həyatı == Əbdülkərim bəy Məhəmməd ağa oğlu 1779-cu ildə Şuşa şəhərinin Ağadədəli məhəlləsində doğulmuşdu. İbtidаi təhsilini mоllа yаnındа аlmışdı. Sоnrа mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirin yanında katib idi. Mirzə Əbdülkərim bəy mahir xəttat idi. Cəfərqulu xanın kitabxanası üçün kitab üzü köçürürdü. == Ailəsi == Mirzə Əbdülkərim bəy Hürü xanımla ailə qurmuşdu. Əbdüləzim bəy, Əbdürrəhim bəy, Məmi bəy, Məmmədəli bəy adlı oğlanları vardı.
Əbdülkərim əl-Küseyri
Əbülqasım Zeynülislam Əbdülkərim ibn Həvazin bin Əbdilməlik əl-Küşeyri (1 avqust 986, Ustuva[d], Xorasan[d], Abbasilər – 30 dekabr 1072, Nişapur, Xorasan[d], Abbasilər) — Mütəsəvvüf, kəlam, təfsir və hədis alimi. == Həyatı == == Əsərləri == 1. ər-Risalə*. Tasavvuf tarihinin ən önəmli kaynaklarından sayılan əsərdə Kuşeyri, tasavvufun təməli olan konuların Sünni akidəyə tam anlamıyla uyduğunu ortaya koyarak sufilərin Sünni çəvrələrdə uğradıkları ələştirilərə cəvap vərmək, ayrıca onların bu çərçəvə dışına çıkmalarını önləmək istəmiştir (). 2. ət-Taĥbir fit-təźkir. Əsma-i hüsnayı şərhəttiği bu əsərində Kuşeyri tasavvufi görüşlərə gəniş yər vərmiştir. Kitap bu alanda yazılan ilk tasavvufi şərh olup bu tür şərhlərə örnək olması bakımından önəmlidir (). 3. Tərtibüs-süluk fi ŧariķillah.
Hisar-i Əbdülkərim (Əbhər)
Hisar-i Əbdülkərim (fars. حصارعبدالكريم‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (16 ailə).
Oqtay Əfəndiyev (Əbdülkərim oğlu)
Oqtay Əfəndiyev (tarixçi) (1926—2013) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyev (riyaziyyatçı) (d. 1939) – Azərbaycan riyaziyyatçısı.
Əbdülkərim xan (Yarkənd xanı)
Əbdülkərim xan (1529, Yarkənd – 1591) — Yarkənd xanlığının hakimi. == Həyatı == Əbdürrəşid xanın 1559da ölümü üzərinə on üç oğullarından ikincisi olan Əbdülkərim xan, qardaşlarının dəstəyi ilə taxta çıxmışdır. Nə var ki, Əbdülkərim xan bütün səylərinə rəğmən ölkənin yenidən şəhər dəvlətləri halına gəlməsinə və birbiri ilə uğraşaraq həm məmləkətin, həm də xalqın zərər görməsinə əngəl olamamışdır. Ölkəsinin və xalqının bütünlüyünü yaratma ümidi ilə Qərbi Türkistanda yetişmiş böyük din alimlərindən Əhməd Qazani (Məhdum-i Əzəm)nin oğullarından Xoca İshaq Vəlini Şərqi Türkistana çağırmışdır. Xoca İshaq Vəli, bütün Şərqi Türkistanı dolaşaraq müsəlmanların qardaş olduğunu birbirlərinə yardım edərək ölkənin və insanların birlik və bərabərliyini qorumaları gərəkdiyini anlatmağa çalışmışdır. Xoca İshaq Vəli bu çalışmalarında bəzi yöndən uğurlu olmuş və ölkənin parçalanmaya getməsinə əngəl olmuşdur. Fəqət Xoca İshaq Vəlinin bu təsirləri ölkənin şərqi bölgələrinin hakimi olan Əbdüllətif xan (1614–1624) tərəfindən, Əbdülkərim xanın yerinə keçən oğulları Məhəmməd xan ilə Şücaəddin Əhməd xan və Abdulla xana hökmranlıq yönündən yarar qazandıracağı düşüncəsiylə Əhməd Qazani (Mahmud-i Əzəm)nin ilk xanımından olan böyük oğlu Xoca Kalan (Məhəmməd Əmin)ı Yarkəndə çağırması Şərqi Türkistanın yazğısına təsir edəcək hadisələrin inkişaf etməsinə səbəb olmuşdur. Çünki bu iki qardaş xocanın ölümündən sonra oğulları böyük bir çəkişməyə girərək ölkəyə fayda yerinə, zərər gətirmişdilər. Xoca İshaq Vəlinin oğulları İshaqiyyə və ya Karatağlık adıyla, qardaşı Xoca Kalanın oğulları da Afaqiyyə vəya Aktağlık adıyla ayrı görüşləri müdafiə edən iki dini qrup olaraq qırğın-qada savaşıma girmələri ölkəni yeni bir dönəmə sürükləmişdir ki, bu dönəmə "Xocalar dövrü" deyilmişdir. Ölkəni öz təsirində tutmaq üçün Xoca İshaq Vəlini Şərqi Türkistana yardıma çağıran Əbdülkərim xanın bu hərəkəti yalnız dini mövzularda deyil, eyni zamanda siyasi sahədə də hadisələrin sürətləhızla inkişaf etməsinə səbəb oldu.
Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubi
Hacı Əbdülkərim 1868-ci ildə Badikubənin Maştağa kəndində Hacı Əhməd bin Abbas bin Ağamirzə bin Şeyx İbrahim adlı bir şəxsin ailəsində dünyaya göz açmışdır. Onun əsil adı Ağamirzədir. Xorasana təhsil almağa gedərkən rus hökuməti sənəd vermədiyindən Əbdülkərim adlı bir şəxsin sənədləri ilə gedir və sonralar bu ad ilə də məşhur olur. Hacı Əbdülkərimin həyatı çox keşməkeşli olmuşdur. O, dünyaya gələndə birinin 27, digərinin isə 30 yaşı olan iki ögey qardaşı var idi. Kiçik yaşlarında onlardan olmazın əziyyətlər görmüşdü. Bunlardan başqa onun özündən 6 yaş böyük bir doğma qardaşı da var idi. 14 yaşında ikən atadan yetim qa-lan Ağamirzə doğma qardaşından da çox əziyyətlər görmüşdü. Qardaşı onun oxumağa olan böyük həvəsini nəzərə almadan maddi ehtiyaclarını aradan qaldırmaq üçün bağ-torpaq işlərilə məşğul olmağını tələb edərdi. Odur ki, Ağamirzə yaz aylarını işləyər, qışda hamı istirahət edəndə dərsə gedərdi.
Şahid Əbdülkərimov
Şahid Əbdülkərimov – Azərbaycan bəstəkarı, bir çox məşhur mahnının müəllifi. == Həyatı == 1956-cı ildə Şahid Nuxa (Şəki) şəhərindəki mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti Məmmədkəbir Hacıoğlunun rəhbərliyi ilə dram dərnəyində iştirak edirdi. Şahid 1957-ci ildə orta məktəbi bitirdikdən sonra 1959-1960-cı illərdə Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil almış və ümumdünya festivalının laureatı, həvəskar bəstəkar, xanəndə Qulu Əsgərov onun sevimli müəllimi və dostu olmuşdu. Təhsilini başa vurduqdan sonra Şahid Xırdalandakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlamışdı. O, 1961-1966-cı illərdə M.Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil almışdı. Tələbəlik illərində görkəmli bəstəkarımız Şəfiqə Axundova ilə sıx əlaqə saxlamışdır. Şahidin 100-dən artıq mahnısı var. Onun efirdə ilk səslənən mahnısı "Hanı bəs vəfan sənin" mahnısıdır. Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb. İlk ifaçısı xalq artisti İslam Rzayev olub.
африкани́стика вслепу́ю выве́шивать инвекти́ва кобе́ниться скупи́ться су́точные топшу́р холе́рный штормтра́п дли́нный кинг озагла́вливаться потенциа́л сейсмо́граф брамрея коус extreme unction fitting mediaevalist pinheaded recession strawberry tongue антракт бесхвостый