ƏBDÜLMƏMMƏD
ƏBDÜLRƏHMAN
OBASTAN VİKİ
Hacı Əbdülrəhim bəy Qulubəyov məscidi
Hacı Əbdülrəhim bəy Qulubəyov məscidi — Bakı şəhəri Yasamal rayonu, Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi) küçəsi 63 ünvanında yerləşmiş məscid. Məscid 1908-ci ildə tikilmişdir.2016-cı ilə qədər Azərbaycanda rəsmi olaraq ölkə əhəmiyyətli abidə hesab olunmuşdur.2016-cı ildə abidənin adı "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılmışdır.11 aprel 2017-ci ildə məscid dövlət tərəfindən sökülüb. == İstinadlar == == Həmçinin bax == Sovetski == Xarici keçidlər == Sosial şöbə. ""Sovetski" milli mirasın ayrılmaz tərkib hissəsidir" ( (az.)). azadliq.info. 2014-04-08. 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20. ""Sovetski"nin yeni layihəsində məscidlər yoxdur - FOTO-VİDEO" ( (az.)). islamazeri.
Hacı Əbdülrəhimbəy Qulubəyov məscidi
Hacı Əbdülrəhim bəy Qulubəyov məscidi — Bakı şəhəri Yasamal rayonu, Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi) küçəsi 63 ünvanında yerləşmiş məscid. Məscid 1908-ci ildə tikilmişdir.2016-cı ilə qədər Azərbaycanda rəsmi olaraq ölkə əhəmiyyətli abidə hesab olunmuşdur.2016-cı ildə abidənin adı "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılmışdır.11 aprel 2017-ci ildə məscid dövlət tərəfindən sökülüb. == İstinadlar == == Həmçinin bax == Sovetski == Xarici keçidlər == Sosial şöbə. ""Sovetski" milli mirasın ayrılmaz tərkib hissəsidir" ( (az.)). azadliq.info. 2014-04-08. 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20. ""Sovetski"nin yeni layihəsində məscidlər yoxdur - FOTO-VİDEO" ( (az.)). islamazeri.
Ramiz Əbdülrəhimov
Ramiz Həmid oğlu Əbdülrəhimov (29 iyun 1940, Bakı) — görkəmli Azərbaycan memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Beynəlxalq Memarlıq və İnşaat Akademiyasının Akademiki, Avropa Memar-Akustiklər və Beynəlxalq Ekologiya Akademiyasının akademiki, memarlıq doktoru, professor, Azərbaycan əməkdar ali məktəb işçisi, Azərbaycan Dövlət Mükafatı laureatı və Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsüdür. == Həyatı == Ramiz Əbdülrəhimov 29 iyun 1940-cı il Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbavcan Politexnik İnstitutunun inşaat fakültəsinin memarlıq ixtisasını bitirib. 1971-ci ildə texnika elmlər namizədi, 1996-cı ildə isə memarlıq doktoru dissertasiyalarını müdafiə edib. 1977-ci ildə dosent, 1985-ci ildə professor elmi adını alıb. Ramiz Əbdülrəhimov pedaqoq, layihəçi memar, elmi tədqiqatçıdır. Elmi tədqiqatları memarlıq fizikası, salonların akustikası, konstruksiyaların səs izolasiyası, səs-küy ilə mübarizə və mühitin ekologiyasıdır. Eyni zamanda memarlıq tarixi və abidələrin bərpa problemi ilə çalışır Onun həyat və yaradıcılığı ilə bağlı memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 2010-cu ildə hazırladığı "Memar Ramiz Əbdülrəhimov" adlı kitabının redaktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova onun haqqında bildirib: "Ramiz Əbdülrəhimov hələ sovet dövründən yaxşı tanınmışdır. O bu gün də memarlıq və inşaatın inkişafına töhfələr verir. Memarlıq üzrə elmi seminarın rəhbəri kimi gənc alimlərin formalaşmasında böyük zəhmət çəkir.
Tağı Əbdülrəhimov
Tağı İbrahim oğlu Əbdülrəhimov (mart 1907, Salyan, Cavad qəzası – 13 fevral 1983, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR su təsərrüfatı naziri (1951–1953, 1954–1965) və meliorasiya və su təsərrüfatı naziri (1965–1971), Azərbaycan SSR əməkdar irriqatoru (1971), "Stalin" mükafatı laureatı (1951). == Həyatı == Tağı İbrahim oğlu Əbdülrəhimov 1907-ci ildə Salyan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 14 yaşında, 1921-ci ildə başlamışdır. 1927–1931-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, Azərbaycan Su Təsərrüfatı İdarəsində çalışmışdır.Tağı Əbdülrəhimov 1931-ci ildə topoqrafiya-tədqiqat dəstəsinin rəhbəri olmuşdur. 1932-ci ildə Lənkərana işə göndərilmiş, 1933-cü ildən Salyanda suvarma qurğuları inşaatında, 1935-ci ildən isə yenidən Lənkəranda suvarma sistemləri idarəsində çalışmış, elə həmin ildən suvarma sistemləri idarəsinin rəisi işləmişdir. 1941-ci ildə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi təyin edilmişdir.1947-ci ildə Tağı Əbdülrəhimov Azərbaycan SSR su təsərrüfatı nazirinin müavini vəzifəsinə irəli çəkilmiş, 1951-ci ildən isə su təsərrüfatı naziri olmuşdur. Sonralar Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini və başqa məsul vəzifələrdə çalışmış, 1954-cü ildə yenidən su təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir. 1965-ci ildən isə Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri olmuşdur. Bu illər ərzində onun bilavasitə iştirakı ilə Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur–Dəvəçi kanalları, Bəhramtəpə su qovşağı, Ceyranbatan və Ağsu dəryaçaları, Baş Şirvan və Mil–Qarabağ kollektorları kimi iri qurğular tikilmişdir.Tağı Əbdülrəhimov 1971-ci ildə təqaüdə çıxaraq həyatının sonunadək pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda hidrotexnika və hidromeliorasiya işlərinin texnologiyası və təşkili kafedrasının dosenti işləmişdir.Tağı Əbdülrəhimov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, IV, VI və VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. O, 1954–1956-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1956–1961-ci illərdə Partiya Təftiş Komissiyasının üzvü, 1966-cı ildən isə yenidən Mərkəzi Komitə üzvlüyünə namizəd olmuşdur.
Əlövsət Əbdülrəhimov
Əlövsət İbrahim oğlu Əbdülrəhimov (dekabr 1912, Salyan, Cavad qəzası – dekabr 1986) — Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, inşaatçı-mühəndis və dövlət xadimi. == Həyatı == Əlövsət Əbdülrəhimov 1912-ci ildə fəhlə ailəsində olmuşdur. Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1934–1940-cı illərdə Azərneft Birliyinin mədənlərində, Azərbaycan Neft Layihə Trestində, Azərneft kombinatının tikinti şöbəsində mühəndis və baş mühəndis işləmişdir. 1940–1952-ci illərdə Azərbaycan Neft-Qaz Layihə Trestinin, Neft-Qaz Qurğuları Tikintisi Trestinin, Neft Layihə Trestinin, Neft Zavodları Tikintisi Trestinin müdiri, Azərneft Birliyinin rəis müavini olmuşdur. Əlövsət Əbdülrəhimov 1955–1960-cı illərdə Azərbaycan Dəniz Neft Qurğuları Tikintisi Trestində rəhbər vəzifədə çalışmış, Xalq Təsərrüfatı Şurası Tikinti İdarəsi 4 nömrəli trestinin müdiri olmuşdur. 1961-ci ildən isə Bakı Tunel Tikinti İdarəsinin rəisi olmuşdur. == Siyasi fəaliyyəti == Əlövsət Əbdülrəhimov 1952–1954-cü illərdə Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, sonra isə sədri vəzifələrində çalışmışdır. O, III, IV, VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. == Mənbə == Әбдүлрәһимов Әлөвсәт Ибраһим оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары.
баламу́тный долёживаться завербо́вывание затре́нькать изю́мина Мельпоме́на переосмысля́ться прираста́ние шинко́ванный заси́живаться корреспонди́ровать полага́ться праздношата́ние присовокупля́ться парва самовар туга aestheticism loxygen Orphic timing wham Геба инопланетный карбид