ƏBDÜLSƏLİM
ƏBDÜLVAHAB
OBASTAN VİKİ
Əbdülsəməd Məmmədyarov
Əbdülsəməd Məmmədyarov (tam adı: Əbdülsəməd Bağır oğlu Məmmədyarov; d.27.9.1889, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == Əbdülsəməd Məmmədyarov 1889-cu ildə sentyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. 1913-cü ildə Bakı orta inşaat-mexanika məktəbini bitirmiş, Xarkov Texnologiya İnstitutunun mexanika şöbəsində 4 il təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxmış, 1918-ci ildə vətənə qayıtmışdır. 1919-cu ildə müraciətinə əsasən, təhsilini davam etdirmək üçün Parlament tərəfindən yenidən Rusiyaya (Xarkov) göndərilməsi nəzərdə tutulmuşdu. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Zemfira Əbdülsəmədova
Zemfira Feyzulla qızı Əbdülsəmədova (15 mart 1961, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor və rejissor sənəti müəllimi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası. == Həyatı == Zemfira Əbdülsəmədova 15 mart 1961-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 70 və 250 nömrəli orta məktəblərdə təhsil almışdır. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "teatr və kino aktyorluğu" fakültəsini bitirib. 1982-ci ildə Şəki Dövlət Dram Teatrının truppasına daxil olur. Teatrda ilk rolu rejissor Hüseynağa Atakişiyevin qurluşunda olan Vilyam Şekspirin "Romeo və Cülyetta" əsərində Cülyetta obrazı olub. "Romeo və Cülyetta" tamaşası Rusiyanın Moskva və Tatarıstanın Kazan şəhərlərində Şekspir festivalında böyük uğurla nümayiş etdirilmişdir.1985-ci ildə Z. Əbdülsəmədova Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrında işə dəvət olunur. Burada ilk rolu Vaqif İbrahimoğlunun quruluşunda Fikrət Əmirovun "Gözünüz aydın" musiqili komediyasında tibb kapitanı "Gülər" obrazı olmuşdur. Daha sonra teatrda Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan kimi sənətkarlarla tamaşalarda oynayır.
Ədalət Əbdülsəmədov
Ədalət Əbdülsəmədov (tam adı: Ədalət Həsən oğlu Əbdülsəmədov; 17 yanvar 1966) — azərbaycanlı aktyor. == Həyatı == Ədalət Əbdülsəmədov 17 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Teatr və kino sənəti» fakültəsini bitirib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 1993-cü ildən Teatr Xadimləri İttifaqının üzvüdür. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. == Əsas rolları == Kral — ("Əriməyən ürək", O.Uald) Mirzə Cavad — ("Aydın", C.Cabbarlı) İbn Səlam — ("Leyli və Məcnun", M.Füzuli) Məcid — ("Dələduz", N.B.Vəzirov) İlya — ("Halallıq", V.Rasputin) Murtuz — ("Dağ tikirik", V.Səmədoğlu) Nəvə — ("Generalın son əmri", V.Səmədoğlu) Kişi — ("Qara qutu", F.Mustafa) Balay — ("Sultanqulu körpüsü", İ.Məlikzadə) Baba — ("Xoşbəxt gün", Ə.Əmirli) Bulat — ("Arvadımın əri", S.Xuqayev) Ulaq — ("Dünyanın axırı", R.Əlizadə) Ağamehdi — ("Qumm üzərində ev", R.İbrahimbəyov) Pinay — ("Bir az gəlirmisiz", Ə.Nesin) Saz yoxlayan — ("Öldür məni can-ciyər", Ə.Nesin) MİS rəisi — ("Su pərisi", F.Mustafa) Novruz bəy — ("Aydın", C.Cabbarlı) Kazak — ("Hekayəti-xırs-quldurbasan", M.F.Axundov) Həkim — ("Şelkunçik", E.T.A.Hofman) Polis — ("Oliver Tvistin macəraları", Ç.Dikkens) Valideyn — ("Mənim ağ göyərçinim", T.Vəliyeva) Əbdülqasım, Coqaş — ("Əcəl atı", V.Əlixanlı) Nəcəf — ("Mən səni sevirəm – M.S.S", Ə.Əmirli) Səftər müəllim — ("Buzovna kəndinin əhvalatları", Elçin) Hacı Qara — ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundzadə) Hacı Qara — ("Hacı Qara", M.F.Axundzadə) Çinar — ("Pələng ili", F.Mustafa) Polis — ("Buratinonun macəraları", A.Tolstoy) Ağabəşir — ("Sarıköynəklə Valehin nağılı", İ.Əfəndiyev) == Filmoqrafiya == Girov (film, 2005) İnterpapa (film, 2006) Qızlar (film, 2007) Qüdsi (film, 2007) Qaydasız döyüş (film, 2009) Komediya səhnəsi (veriliş, 2009) Səhərə inan...
агитацио́нность второкла́шка вы́мочиться досту́пность молока́нка насе́дочка по-клику́шески у́мма зажи́мный изрыгну́ть кап обалде́ть оспопривива́тельный отпря́дывать изгага corpuscular croppage Cyclop disserve duck-boards Jekyll-Hyde metif object computer unutterable литовец