ƏBDÜLVAHİD
ƏBDÜRRƏHİM
OBASTAN VİKİ
Mir Əbdürrəhim
Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biri. Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır. == Həyatı == Qüdsi Vənəndinin doğum və ölüm tarixləri bəlli deyil. Onun əsl adının bir mənbədə Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, ASE-də isə Mir Əbdürrəhim oduğu qeyd edilir. Ordubadın Vənənd kəndində doğulmuşdur. O şeirlərinin birində göz açdığı Vənənd kəndi haqqında yazır: Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şeirlərində Füzuli və Nəbati yaradıcılığının təsiri duyulur. Bir divanı qorunub saxlanmışdır.
Əbdürrəhim Hacızadə
Əbdürrəhim Məmmədiyyə oğlu Hacızadə — (16 fevral 1920, Nuxa qəzası, Gəncə quberniyası – 3 oktyabr 1991, Bakı) coğrafiya elmləri doktoru, professor, Azərbaycanın coğrafiya tarixində şərəfli yer tutan böyük simalardan biridir. Onun ən böyük elmi nailiyyətləri Azərbaycanda güclü iqtisadi coğrafi məktəb yaratması, ərazi-istehsal və ərazi-sənaye komplekslərinin ölkədə ən böyük tədqiqatçısı olması, ölkəmizi dünyaya tanıtması, yüksək ixtisaslı kadrlar hazırlaması olmuşdur. == Həyatı == Əbdürrəhim Hacızadə 16 fevral 1920-ci ildə Şəki rayonun İnçə kəndində məktəb müəllimi ailəsində anadan olmuşdur. Babası Hacı Əbdürrəhim xırda mülkədar olmasına baxmayaraq, Sovet hökumətinin qurulması ilə atası Məmmədiyə Hacızadə Rus məktəbində Azərbaycan dili müəllimi vəzifəsində çalışırdı. Anası Bəxti Kərim qızı İsmayılova İrəvan xanlarının nəslindən idi, və onun babası Ağa Hüseyn xan general-qubernator rütbəsində çar administrasiyası tərəfindən Nuxa mahalına başçı kimi göndərilmişdi. Orta təhsilini Şəkidə alan Ə.M.Hacızadə 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə qəbul olmuş və 1946-cı ildə həmin fakültəni bitirmişdir. 1941-ci ildə qardaşı Hüseyn ilə bərabər Qızıl Ordunun sıralarına çağırılmış və cəbhəyə yollanmışdı. 1946-cı ildə o, ali təhsilini başa vurmuş və 1953-cü ildə məşhur Şəkili tacir Düyüçü Cəfər nəslindən olan Şüküfə xanım Əbdürəhmanlı ilə ailə qurmuşdur. Bu nikahdan iki oğlu olmuşdur. == Elmi fəaliyyəti == Ə.M.Hacızadə 1950-ci ildə "Kəlbəcər-Laçın iqtisadi rayonunun iqtisadi-coğrafi səciyyəsi" mövzusunda namizədlik, 1971-ci ildə isə «Azərbaycanın sənaye kompleksi: onun inkişafı və ərazi təşkilinin coğrafi problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1959-cu ildə dosent, 1973-cü ildə isə professor elmi adına layiq görülmüşdür.
Əbdürrəhim Haqverdiyev
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (17 may 1870, Ağbulaq, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 11 dekabr 1933, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1929). Azərbaycan ədəbiyyatının klassiki hesab olunan Əbdürrəhim bəy Haqverdiyev Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, "Leyli və Məcnun" operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, "Molla Nəsrəddin" jurnalının yazarlarından biri olmuşdur. == Həyatı == Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa real məktəbində almışdır (1881–1890). Tiflis real məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri Universitetində təhsil almışdır (1891–1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan ittifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan ittifaq" (1899) Peterburqda nəşr edilmişdir. Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir.
Əbdürrəhim Heyit
Əbdürrəhim Heyit — uyğur aşıq. == Həyatı == Əbdürrəhim Heyitin soyadı ərəb dilindəki "ayt" (bayram) kəliməsindəndir. Bir müddət Çin Dövlət Konservatoriyasında dütar müəllimi işləmişdir. Çin hökuməti tərəfindən 2017-ci ildə həbs olunmuşdur. "Uçraşkanda" ("Qarşılaşınca") və "Atilar" ("Atalar") mahnılarına görə 8 il həbsə məhkum edilmişdir. Çin həbs düşərgəsində saxlanılmış və işgəncələrə məruz qalmışdır. Bu işgəncələrə dözməyərək 2019-cu ildə həbs düşərgəsində vəfat etdiyi iddia olunmuşdur. Amma həmin il fevralın 10-nu Çin dövlət KİV-ləri Heyitə bənzər birinin videosunu yayımlamışlar. Videoda danışan şəxs səhhətinin yaxşı olduğunu və milli qanunların pozulması ilə bağlı araşdırma mərhələsində olduğunu demişdir. İnsan hüquqları ilə bağlı uyğur layihəsi videonun həqiqətəuyğunluğunu şübhə altına almışdır.
Əbdürrəhim Karakoç
Əbdürrəhim Karakoç (7 aprel 1932, Əlbistan, Qəhrəmanmərəş ili – 7 iyun 2012, Ankara) — Türkiyə şairi, jurnalist. == Həyatı == Əbdürrəhim Karakoç 1932-ci ilin aprel ayında Qəhrəmanmaraş ilinin Ekinözü ilçəsində dünyaya gəlmişdir. Babası, atası və qardaşları da şair olduğu üçün kiçik yaşlarından şeirə maraq göstəmişdir. İlk yazdığı təxminən 2 kitab həcmində şeirlərini bəyənmədiyi üçün yandırmışdır. 1958-ci ildən etibarən yazdıqlarını "Həsənə məktublar" adı altında 1964-cü ildə 10 000 nüsxəylə çap etdirmişdir. Fədai Nəşriyyatında çap olunan bu kitab qısa zaman içində satıldığına görə yenidən 10 000 nüsxəylə nəşr olunmuşdur. 1958-ci ildə yaşadığı qəsəbənin bələdiyyəsində məsul mühasib işləməyə başlamışdır. 1981-ci ilin mart ayında təqaüdə çıxmışdır. Şeirlərinin əksəriyyəti mübariz ruhdadır. Həcvləri əsasən haqsızlıqların, demokratiya məsxərəsinin tənqidinə yönəlmişdir.
Əbdürrəhim Rəşidov
Əbdürrəhim İsmayıloviç Rəşidov (Krım tatarcası:Abduraim İsmail oğlu Reşidov, rusca:Абдраим Измайлович Решидов, 8 mart 1912, Orlovka[d] – 24 oktyabr 1984, Simferopol) – Sovet İttifaqı Hərbi Hava Qüvvələrinin İkinci Dünya müharibəsi zamanı 162-ci aviasiya alayının komandan müavini, Sovet İttifaqı Qəhrəmanı == Qəhrəmanlığı == Əbdürrəhim Rəşidov 1945-ci ildə Pe-2 döyüş təyyarəsində 166 hərbi tapşırığı yerinə yetirdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra O, ciddi formada Krım tatarlarının haqlarının müdafiəsi hərəkatına qatılmış və hökumət qarşısında and içmişdi ki, əgər onlar ona öz vətəninə geri dönməyə icazə verməsələr, ictimai formada özünü yandıracaqdır. == Həyatının erkən dövrü == Rəşidov 1912-ci ilin mart ayında Krım tatarı olan ailədə Krımın Mamaşay kəndində anadan olmuşdur. Cəmi 5 sinif bitirdikdən sonra Kaçın Hərbi Aviasiya Məktəbinin sexində işləməyə məcbur olmuşdur. 1932-ci ildə o, Simferopolda DOSAAF-ın uçuş məktəbini bitirmiş və 1933-cü ildə Qırmızı Orduya daxil olmuşdur. Bundan sonra təhsilini Luqansk Hərbi Aviasiya Məktəbində və Odessa Hərbi Aviasiya Məktəbində davam etdirmiş və 1934-cü ilin dekabrında təhsilini başa vurmuşdur. Təhsilini başa vurduqdan sonra Xarkov hərbi dairəsində yerləşən eskadrilyaya təyinat almışdır. 1938-ci ilin mayından 1940-cı ilin aprelinə qədər o, Sevastopolda xidmət etmiş, buradanda Odessa Yüksək Sürətli Bombardman Alayına köçürülmüşdür. Almaniya Barbarossa əməliyyatına başlayan zaman o, bu hərbi hissədə xidmət etməkdə idi. == İkinci Dünya müharibəsi == Almaniyanın hücumunun başlamasından qısa müddət sonra Rəşidov Cənub cəbhəsində müdafiə uçuşları etməyə başladı.
Əbdürrəhim Əfəndi
Əbdürrəhim Əfəndi (Adana – 6 fevral 1656) — Osmanlı müdərrisi və şeyxülislamı. == Həyatı == Doğum tarixi bilinməsə də, Adanada dünyaya gəldiyi məlumdur. İlk təhsilini aldıqdan sonra Xoca Sadəttin Əfəndinin kiçik oğlu və İstanbul qazısı Əbdüləziz Əfəndinin xidmətinə girdi. 1620–1624-cü illərdə Siyavuş Paşa, Hafiz Paşa və Mustafa Paşa mədrəsələrində, ardından Sahn-ı Səman, Aya Sofiya, Süleymaniyyə və Sultan Əhməd mədrəsələrində müdərris olaraq fəaliyyət göstərdi. Bir müddət sonra 1634-cü ildə Yenişəhər, 1638-ci ildə İstanbul,1641-ci ildə Anadolu başqazısı seçildi. Bir müddət Adana qazısı olaraq xidmət göstərdikdən sonra 1645-ci ildə Rumeli başqazısı seçildi. 2 il bu vəzifədə qaldıqdan sonra isə 25 aprel 1647-ci ildə şeyxülislamlığa yüksəldi.Bu illərdə onu məşhurlaşdıran ən önəmli hadisə isə I İbrahimin taxtdan endirilməsi və qətl edilməsi haqqında verdiyi fətvalar oldu. Ardından yeniçəri ağalarının və üləmaların dəstəyini alaraq dövlət idarəsinə qarışmağa başladı. Ancaq 18 iyul 1649-cu ildə sədrəzəm Qara Murad Paşanın əmrilə vəzifədən kənarlaşdırıldı və Məkkəyə göndərildi. Həcc ziyarətinin ardından Qüds qazısı olaraq təyin olundu.
Hacı Əbdürrəhim Səmədov
Hacı Əbdürrəhim Səmədov - == Həyatı == Şamaxının maarifpərvər tacirlərindən biri idi. C.Məmmədquluzadə onu "məşhur və möhtərəm tacirlərimizdən" biri kimi qiymətləndirmisdir. M.Ə.Sabir ilə "Molla Nəsrəddin" jurnalı arasındakı isgüzar əlaqələrdə müəyyən rol oynamışdır.
Mentəşzadə Əbdürrəhim Əfəndi
Mentəşzadə Əbdürrəhim Əfəndi (Bursa – 4 dekabr 1716, Ədirnə) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == Bursa məhkəməsinin katibi Qurd Mehmed Əfəndinin oğlu və Mentəşzadə Mehmed Əfəndinin kürəkənidir. Bursada dünyaya gəlmiş, burdakı təhsilinin ardından İstanbula gedərək şeyxülislam Minkarizadə Yəhya Əfəndidən dərslər almışdır. Dini təhsilini tamamladıqdan sonra İstanbulun müxtəlif mədrəsələrində müdərris olaraq xidmət göstərdi. Ardından qazılığa yüksəldi, Yenişəhər və Ədirnə qazılığına gətirildi. Çox keçmədən vəzifədən alındı və 10 ilə yaxın bütün dövlət vəzifələrindən uzaq tutuldu. Ardından Üsküdar və Misir qazısı olaraq təyin edilmiş, çox keçmədən 1705-ci ildə İstanbul qazılığına yüksəldi. 1708-ci ildə Anadolu qazəsgəri, 1711, 1713 və 1715-ci illərdə isə Rumeli qazəsgərliyinə gətirildi. Son qazəsgərliyi dönəmində 26 iyun 1715-ci ildə şeyxülislamlığa yüksəldi. 17 aya yaxın bu vəzifədə qaldıqdan sonra xəstələndi və 4 dekabr 1716-cı ildə vəfat etdi.
Mirzə Əbdürrəhim Cabiri
Mirzə Əbdürrəhim Mirzə Nəsrulla oğlu Cabiri (?-?)—xəttat. == Həyatı == Mirzə Əbdürrəhim Mirzə Nəsrulla oğlu Qaradağ vilayətinin Kəleybər mahalının Hicrandust kəndində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xəttat idi. Nəsx və nəstəliq yazmaqda çox mahir idi. Mirzə Əbdürrəhim Cabiri görkəmli ədib idi. Onun qələmindən iki kitab çıxıb. Qacarlar dövrünün sonlarında vəfat etdiyi bilinir. == Mənbə == Ənvər Çingizoğlu, Ənsarilər, Bakı, "Mütərcim", 2012. 334 səh.
Mirzə Əbdürrəhim Gərmərudi
Mirzə Əbdürrəhim Mirzə Məhəmmədsəid oğlu Gərmərudi (?-?) — şair, vali. == Həyatı == Mirzə Əbdürrəhim Mirzə Məhəmmədsəid oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Təbriz şəhərində ərəb dilini və ədəbiyyatını öyrənmişdi. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Atası Mirzə Məhəmmədsəid ibn Məhəmmədrza ibn Mirzə Süleyman ibn Mövlanə İshaq ibn Həmdulla Gərmərudun savadlı adamlarından idi. Mirzə Əbdürrəhim Gərmərudi Gərmərud mahalının və Sərab şəhərinin kələntəri olmuşdu. Abbas mirzə Qovanlı-Qacar onu bütün Cənubi Azərbaycanın vəziri təyin etmişdi. Mirzə Əbdürrəhim Gərmərudi şair idi.
Mirzə Əbdürrəhim Qarabaği
Mirzə Əbdürrəhim Molla Məhəmmədbağır oğlu Qarabaği - şair, müctəhid == Həyatı == Mirzə Əbdürrəhim Qarabaği 1794-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Onun mənsub olduğu nəslin nümayəndələri ardıcıl olaraq Şuşanın qazisi və məşhur ruhaniləri olublar. Təhsil almaq məqsədilə Nəcəfə yola düşən gənc Mirzə Əbdürrəhim Şeyx Əhməd Bəhreynidən dərs alaraq ictihad məqamına çatmışdı. Daha sonra Şuşaya qayıdaraq elmi və ictimai fəaliyyətə başlamışdı. O zaman Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Buna baxmayaraq Mirzə Əbdürrəhim Qarabağinin sayəsində burada mədrəsələr açılır, şəriət qanunları təbliğ olunur, dini elmlər üzrə tələbələr yetişdirilirdi. Onun fəaliyyətindən narahat olan bəzi qüvvələr alim barəsində şaiyə yayır və rus məmurlarına yanlış məlumatlar çatdırırdılar. Bu səbəbdən alim Tiflis canişini Vorontsovun yanına gətizdirilərək həbs olunmuşdu. Bir neçə müddətdən sonra onun barəsində verilən məlumatların yalan olduğu aydınlaşmış və o azadlığa buraxılmışdı. Həbsdən sonra Mirzə Əbdürrəhim Qarabaği Şirvana köçmüşdü.
Mirzə Əbdürrəhim Talıbov
Mirzə Əbdürrəhim Talıbov (1834, Təbriz – 11 mart 1911, Buynaksk, Dağıstan MSSR) — azərbaycanlı nasir, publisist və maarifçi. == Həyatı və təhsili == Mirzə Əbdürrəhim Əbutalib Nədcar Təbrizi oğlu Talıbov 1837-ci ildə Cənubi Azərbaycanda Təbriz şəhərinin, Sərxab məhəlləsində dülgər ailəsində anadan olmuşdur. İlk təhsilini mollaxanada aldıqdan sonra mədrəsədə təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. 16 yaşında rus dilini öyrənmək və təhsilini yüksəltmək məqsədilə Tiflisə gedərək təhsilini orada davam etdirmiş, rus, ingilis və fransız dillərini öyrənmişdir. Tiflisdə təhsil aldığı dövrdə rus sosial-demokratlarının və rus yazıçılarının fikirləri ilə tanış olub onlardan təsirlənir. == Fəaliyyəti == Tiflisdə yaşadığı dövrdə Qafqazda yolların və körpülərin tikintisindən varlanmış Məhəmməd Əli Xan Kaşanın kontorunda işləyib. Sonradan isə Temirxan-Şuraya köçərək burada şəxsi yol tikintisi kontoru açır. Qafqaz-Stavropol şose yolu çəkilməsi məhz onun kontoruna tapşırılmışdır. Özünə yeni ev almaqla yanaşı şəxsi kitabxana da tikdirir. Burada əslən Dərbənddən olan bir xanımla ailə qurur.
Mirzə Əbdürrəhim xan
Mirzə Əbdürrəhim xan Mirzə Məhəmməd xan oğlu Səidülmülk (1828-1901) — Qacarlar dövlətinin Rusiyada səfiri. == Həyatı == Mirzə Əbdürrəhim xan Səidülmülk 1873-cü ildə şah tərəfindən Sankt-Peterburq şəhərinə elçi göndərilmişdi. O, İranla Almaniya arasında müqavilə bağlamışdı. == Ailəsi == Mirzə Əbdürrəhim xanın Məhəmmədsadıq xan adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Əbdürrəhim Bəy Haqverdiyev
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (17 may 1870, Ağbulaq, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 11 dekabr 1933, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1929). Azərbaycan ədəbiyyatının klassiki hesab olunan Əbdürrəhim bəy Haqverdiyev Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, "Leyli və Məcnun" operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, "Molla Nəsrəddin" jurnalının yazarlarından biri olmuşdur. == Həyatı == Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa real məktəbində almışdır (1881–1890). Tiflis real məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri Universitetində təhsil almışdır (1891–1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan ittifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan ittifaq" (1899) Peterburqda nəşr edilmişdir. Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir.
Əbdürrəhim bəy Vəzirov
Əbdürrəhim bəy Vəzirov (1840, Şuşa – Şuşa) — çar ordusunun mayoru, məmur, zərif. == Həyatı == Əbdürrəhim bəy Zеynalabdin bəy оğlu 1840-cı ildə Şuşa şəhərində anadan оlub. Şuşa şəhər məktəbini bitirəndən sоnra çar оrdusunda xidmətə başlayıb. Оrduda mayоr rütbəsinədək yüksəlib. Əbdürrəhim bəy 1877–1878-ci illərdə Rus-Оsmanlı savaşında iştirak еtmiş, bir sıra döyüşlərdə sеçildiyinə görə "Vladimir" xaçı almışdı. Оrdudan tərxis оlunandan sоnra aldığı ödülün üstündə vеrilən 10 manatla güzəran kеçirmişdir. == Mənbə == Ənvər Çingizoğlu, Hacılılar, Bakı, "Soy" dərgisinin özəl nəşri, 2004.
Əbdürrəhim xan Baharlı
Əbdürrəhim xan Baharlı (Devanagari: अब्दुल रहीम खान-ए-खाना; 1556–1627) — Böyük Moğol dövlətinin görkəmli dövlət xadimi və sərkərdəsi. Şair və tərcüməçi. == Həyatı == Əbdürrəhim xan Bayram xan oğlu Baharlı 1557-ci ildə Lahor şəhərində anadan olmuşdu. Qaraqoyunlu oymaqlarından Baharlı türkmənlərinə mənsubdur. Sultan Əkbərin ilk vəkili Bayram xan Baharlının oğludur. Anası Camal xan Meratinin qızıdır. Dörd yaşında atası vəfat etmişdi. Atası öldürülərkən 4 yaşının içində idi. Əkbər şah onu anası ilə bərabər saraya gətirdi. Balaca Əbdürrəhimi sarayda şahanə tərbiyə etdirdi.
Əbdürrəhim yüzbaşı Hacıyev
Əbdürrəhim yüzbaşı Məşədi Əbdüləzim oğlu Hacıyev (1881-?) — Mahmudlu kənd icmasının yüzbaşısı. == Həyatı == Əbdürrəhim Məşədi Əbdüləzim oğlu 1881-ci ildə Cəbrayıl qəzasının Mahmudlu obasında anadan olmuşdu. Obalarının yüzbaşısı olmuşdu. Əbdürrəhimlə bağlı oba içində xеyli əhvalat dolaşır. Həmin əhvalatdan gülləmələr. 1922-ci ildə Ələsgərli obasının sakini Avana qoyun gətirərkən Əbdürrəhimlə sözləşmiş sonucda kеçmiş yüzbaşının gülləsindən yaralanmışdı. Bu nədənlə Mahmudlu obasının iki böyük tayfasının arasına qanlılıq düşmüşdü. Qanlılıq gеtdikcə qızışmış, tayfalar bir-birinə girişmişdilər. Bir atışmada Ələsgərlilərdən üç adam yaralanmış, aldıqları yaradan kеçinmişdilər. Hacıatalılar tərəfindən isə Əbdürrəhim dizindən yaralanmış, qardaşı Məmmədrəhim və yеznəsi Kərbəlayı Rəhim ölmüşdü.
Hacı Əbdürrəhim bəy Qulubəyov məscidi
Hacı Əbdülrəhim bəy Qulubəyov məscidi — Bakı şəhəri Yasamal rayonu, Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi) küçəsi 63 ünvanında yerləşmiş məscid. Məscid 1908-ci ildə tikilmişdir.2016-cı ilə qədər Azərbaycanda rəsmi olaraq ölkə əhəmiyyətli abidə hesab olunmuşdur.2016-cı ildə abidənin adı "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılmışdır.11 aprel 2017-ci ildə məscid dövlət tərəfindən sökülüb. == İstinadlar == == Həmçinin bax == Sovetski == Xarici keçidlər == Sosial şöbə. ""Sovetski" milli mirasın ayrılmaz tərkib hissəsidir" ( (az.)). azadliq.info. 2014-04-08. 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20. ""Sovetski"nin yeni layihəsində məscidlər yoxdur - FOTO-VİDEO" ( (az.)). islamazeri.
Əbdürrəhim bəy Haqverdiyev küçəsi (Bakı)
Əbdürrəhim bəy Haqverdiyev küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Bəxtiyar Vahabzadə və Şəhriyar küçələrinə paralel küçə. Küçə Azərbaycan yazıçısı, dramaturqu, ədəbiyyatşünası Əbdürrəhim bəy Haqverdiyevin adını daşıyır. == Haqqında == Küçənin başlanğıcı Yasamal rayon parkından (əvvəlki: Musabəyov parkı) başlayır. İki tərəfli hərəkət olmaqla geniş və təmirli küçədir. Başlanğıcdan sona doğru enişli olmaqla getdikcə kor bucaq üzrə sağa tərəfə dönür. Küçədə hər iki istiqamətdə Marşurut avtobusları hərəkət edir. Ən yaxın metrostansiyası Elmlər Akademiyasıdır. == Kəsişdiyi küçələr == Küçə Mətbuat prospekti ilə kəsişmədən başlayaraq İnşaatçılar prospektində bitir. Zahid Xəlilov küçəsi Əhməd Cəmil küçəsi Behbud Şahtaxtinski küçəsi Hüseyn Cavid prospekti Şəfayət Mehdiyev küçəsi Kazım Kazımzadə küçəsi İsmayıl bəy Qutqaşınlı küçəsi == Mühüm ünvanlar == № ? — Bank Standart № ?
Habil Əbdürrəhimli
Habil Qabil oğlu Əbdürrəhimli (26 sentyabr 1997; Sabirkənd, Şəmkir rayonu, Azərbaycan — 8 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Habil Əbdürrəhimli 1997-ci il sentyabrın 26-da Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub. 2003–2013-cü illərdə S. Rüstəmov adına Sabirkənd tam orta məktəbində təhsil alıb. 2014–2018-ci illərdə isə Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali hərbi təhsil alıb. == Hərbi xidməti == Habil Əbdürrəhimli 2018-ci ildən Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Habil Əbrürrəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Habil Əbrürrəhimli noyabrın 8-də Zəngilanın azad edilməsi zamanı Ağbənd istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2022 -ci il Sərəncamına Əsasən şəhid Əbdürrəhimli Habil Qabil oğlu “Cəbrayılın azad olunmasına görə “ medalı ilə təltif olunub.
Hüseyn Əbdürrəhimov
Hüseyn Yəhya oğlu Əbdürrəhimov (20 fevral (4 mart) 1912, Nuxa – 20 may 1966, Nuxa) — Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Əbdürrəhimov Hüseyn Yəhya oğlu 1912-ci ildə Şəki (Nuxa) şəhərində anadan olub. Hələ kiçik yaşlarından yeyim olarkən yaxın qohumlarının himayəsində, Pansion məktəbdə oxuyaraq Sovet dövləti hesabına yaşayıb. 1922-ci ildə Nuxa şəhərində "Nümunə, Zəhmət, Təcrübə" məktəbinə daxil olub, həmin məktəbi 1930-cu tədris ilində başa vurub. 1933-cü ildə "Azərbaycan kənd təsərrüfatı inistitutu"-nun "aqronom" ixtisasını bitirib və həmin ildə də, əmək fəaliyyətinə başlayıb. 1934-cü ildən Nuxa rayon torpaq şöbəsində aqronom, 1941-ci ildən 1946-cı ilədək torpaq şöbəsində baş aqronom, 1946-cı il mart ayından 1947-ci ilin mayınadək Nuxa rayon "texniki, bitkilər" şöbəsinin müdiri, 1952-ci ilədək Nuxa rayon kənd təsərrüfatı şöbəsinin müdiri, 1952-ci il fevral ayından 1957-ci ilin yanvarına kimi Nuxa rayon İcra Komitəsinin sədiri, 1957-ci il mart ayından 1963-cü il aprel ayına kimi "MTS", "RTS" və Azərmexanikanın Nuxa şöbəsinin müdiri vəzifəsində çalışmış və həmin ilin avqust ayından Nuxa tütün idarəsində vəzifəsini davam etdirmişdir. 1929-cu ildən 1946-cı ilədək UİLKGİ-nın üzvü, 1939-cu ildən Sovet İKP-nın üzvü, 1946-cı ildən Şəhər Partiya Komitəsinin üzvü, 1954-cü ildən Azərbaycan KPMK-nin üzvü namizədi olmuş, yerli sovetlərə seçicilər üzrə ıı, ııı ,ıv çağırışda rayon sovetinə deputat seçilmişdir. 1929-cu ildən Torpaq işləri Həmkarlar İttifaqının üzvü olub. Sovet ordusunda xidmət edib. Böyük vətən müharibəsi zamanı daşıdığı vəzifə ilə əlaqədar hərbi səfərvərliyə alınmayıb və məhkəməyə düşməyib.
Əbdürrəhimbəy Haqverdiyev
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (17 may 1870, Ağbulaq, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 11 dekabr 1933, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1929). Azərbaycan ədəbiyyatının klassiki hesab olunan Əbdürrəhim bəy Haqverdiyev Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, "Leyli və Məcnun" operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, "Molla Nəsrəddin" jurnalının yazarlarından biri olmuşdur. == Həyatı == Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa real məktəbində almışdır (1881–1890). Tiflis real məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri Universitetində təhsil almışdır (1891–1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan ittifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan ittifaq" (1899) Peterburqda nəşr edilmişdir. Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir.

Digər lüğətlərdə

...шёрстный внизу́ зако́ны конфликтоло́гия крутоя́рый переда́ривать переми́гиваться всхо́жесть индоссаме́нт о́чередь разноли́стый бичева жираф каблук antiauthority extinction fatuism flexitime golden saxifrage hakeem high-handedly isostatic overfish wicking сумчатые