ƏBƏD

[ər.] нареч. эхир авачир къвезмай вахт; эбеди, гьамишалух.
ƏBƏÇİLİK
ƏBƏDA
OBASTAN VİKİ
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (kitab)
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Hünər Əbədidir (1967)
Hünər əbədidir (film, 1967)
Müstəqilliyimiz əbədidir
"Müstəqilliyimiz əbədidir" — Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki fəaliyyətini əhatə edən çoxcildlik əsərləri. Kitabda çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr yer almışdır. == Birinci cild == === Nəşri === Əsərlərinin birinci cildi 1997-ci ildə "Azərnəşr"də nəşr olunmuşdur. 612 səhifədən ibarət bu kitabın buraxılışına məsul şəxslər Ramiz Mehdiyev və Hidayət Orucov idi. === Məzmunu === Bu cilddə Heydər Əliyevin 1993-cü ilin iyunundan 1994-cü ilin may ayına qədər dövrdəki çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. toplanmışdır. Bu materiallarda Azərbaycan Respublikasının həmin dövrünün ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər təhlil olunur. Böyük siyasi-tarixi və elmi-nəzəri əhəmiyyət kəsb edən kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə praktiki təcrübəsi əksini tapmış, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilmişdir. Kitabdakı ilk məqalə Heydər Əliyevin 1993-cü il 15 iyununda etdiyi "Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxışı"dır. === Texniki heyət === Kitabın hazırlanmasında iştirak edənlər Tofiq Babayev, Azər Bağırov, Qəzənfər Zalıyev, Arif Məmmədov, Müzəffər Maşayev, Kamil Muxtarov, Azər Fərzəliyev, Eyvaz Həsənov.
Qara pantera: Vakanda əbədi (film, 2022)
Qara pantera: Vakanda əbədi (ing. Black Panther: Wakanda Forever) — 2022-ci il ABŞ istehsalı superqəhrəman filmi. Marvel Kinematoqrafiya Kainatının 30-cu filmidir. == Rollarda == Lupita Nionq — Nakia Danai Qurira — Okoye Martin Friman — Everett Ross Letitia Uriqt — Şuri Uinston Duke — M'Baku Ancela Bassett — Ramonda Həmçinin Mişeli Koel hələki, açıqlanmamış rolda yer almışdır.
İgidliyin əbədidir sənin (film, 1971)
== Məzmun == Film İkinci Dünya müharibəsi illərində Ukrayna torpağında qəhrəmanlıqla vuruşub həlak olmuş döyüşçü Xanlar Babanlıya həsr olunmuşdur Filmi çəkərkən cəsur döyüşçünün portretini yaratmaq üçün müəlliflərin əlində material yox idi. Ona görə də onlar X.Babanlı və onun döyüş dostlarının vuruşduqları yerlərdən keçməli olmuşlar. Burada müəlliflər bizim qəhrəmanı yaxşı tanıyan partizan dəstəsinin komandiri və onun qardaşı, sovet kəşfiyyatçısı ilə görüşmüş, Xanlara məxsus bəzi əşyalarının saxlandığı Krivoy Roq muzeyində olmuş, Xanların Azərbaycanda yaşayan yoldaşları ilə söhbət etmişlər. Məlum olmuşdur ki, X.Babanlı müharibəyə qədər Azərbaycan Dövlət Filarmoniyasında aktyor işləmiş, müharibə illərində isə özünün düzəltdiyi saxta sənədlərlə faşistlərin arasında sərbəst gəzmiş, çoxlu əməliyyatlar həyata keçirmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Fəraməz Səfiyev Operator: Əlibala Ələkbərov Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
İçəri şəhər-əbədi nağıl (film, 1984)
== Məzmun ==
Əbədi Monako (film, 1984)
Əbədi Monako (ing. Monaco Forever) — 1984-cü ildə ildə istehsal olunmuş ABŞ filmidir. Jan-Klod Van Damm epizodik rolda çəkilmişdir. cavan mavi karateçi rolunda oynamışdır.
Əbədi Məşəl abidəsi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. == Abidənin yaradılması == Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. == Abidənin açılışı == Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
Əbədi Odlar Ölkəsi (1945)
== Məzmun == Film Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuşdur. Kinolent simfonik orkestr tərəfindən bəstəkar Tofiq Quliyevin "Əbədi odlar ölkəsi" poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözləri önündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurləngin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın, Fətəli xanın, Nizaminin, Füzulinin, Vaqifin və başqalarının portretləri gəlib keçir. Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, balıqçılıq artelləri, səhiyyə ocaqları canlanır. İkinci Dünya müharibəsində xalqımızın göstərdiyi rəşadət, əmək qəhrəmanları-neftçilərin portretləri (Baba Babazadə, Rüstəm Rüstəmov, Firudin Ağayev, Süleyman Vəzirov) filmdə öz əksini tapmışdır. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Hüseyn Seyidzadə Ssenari müəllifi: İmran Qasımov, Sabit Rəhman Baş operator: Seyfulla Bədəlov Operator: Cavanşir Məmmədov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Arif Nərimanbəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: İlya Ozerski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Əbədi Qardaşlıq (1975)
== Məzmun == Film Azərbaycanda Sovet ədəbiyyatı günlərinə həsr olunmuşdur. Qonaqpərvər Azərbaycan torpağı Rusiyanın şairlərini, yazıçılarını, ədəbiyyat xadimlərini dost kimi qarşıladı. Həmin günlərdə respublikanın bir çox şəhərlərində, kolxoz tarlalarında, sənaye obyektlərində, tələbə auditoriyalarında görüşlər, oxucu konfransları, disputlar keçirilirdi. Bütün bu tədbirlər filmdə öz əksini tapmışdır.
Əbədi Sevgi(serial)
Əbədi Sevgi (Hind dili: Beintehaa, (tərc. "sonsuz, son mərhələ")) Fortune Productions tərəfindən istehsal olunan və Colors TV tərəfindən yayımlanan dram və romantik komediya janrında bir Hindistan televiziya serialıdır. Serial 30 dekabr 2013-cü ildə başladı və 21 Noyabr 2014-də sona çatdı. 04.12.2017 tarixində serial Azərbaycan kanalı Dalğa TV-də yayımlanmağa başlamışdır. == Süjeti == Cazibədar Zeyn Abdullah(Zain Abdullah) və gözəl, mədəniyyətli Aliyə Heydər (Aaliya Haider) uşaqlıqdan bəri rəqib dayıoğlu-bibiqızıdır. Nəhayət böyüyürlər və yenidən görüşürlər, lakin bir sıra anlaşılmazlıqlar onları evlənməyə məcbur edir. Zeyn heç vaxt evlənmək istəmədiyi üçün ondan qurtulmaq istəyir. Zeynin böyük qardaşı Fahadın bir-birinə nifrət edən Nəfisə (Nafisa) və Şaziyə(Shazia) adlı iki arvadı var. Sürəyya (Suraiya) (Zeyn və Fahadın anası) bir kişi varis istəyir ancaq Nəfisənin iki qız uşağı olduqdan sonra hamilə qala bilmədiyi üçün Fahad ikinci arvadı Şaziyə ilə evləndi. Fahad Şaziyə ilə evləndikdən sonra bir oğlu oldu.
Əbədi Sülh: Fəlsəfi Eskiz
Əbədi Sülh: Fəlsəfi Eskiz ( alm. Zum ewigen Frieden. Ein philosophischer Entwurf‎ : Zum ewigen Frieden.Ein philosophischer Entwurf ) Alman filosofu İmmanuel Kant tərəfindən 1795-ci ildə esse və siyasi fəlsəfə janrında yazılmış kitabdır.
Əbədi ezamiyyət (film, 2016)
Əbədi ezamiyyət — 2016-cı ildə çəkilmiş Azərbaycan filmi. Rejissorlar Vüqar İslamzadə və Fariz Əhmədovun birgə çəkdiyi sənədli-bədii film. Film AXC xadimlərinin fəaliyyətinə həsr olunmuşdur. == Məzmun == Film 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. == Film haqqında == Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçirilib. "Əbədi ezamiyyət" filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb. “Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur. “Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur. Təqdimat mərasimində bu layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür bildirilib.
Əbədi həyat fontanı
“Əbədi həyat fontanı” (ing. Fountain of Eternal Life) həmçinin “Müharibə Memorial Fontanı” (ing. War Memorial Fountain) və “Müharibə alovları içərisindən yüksələn sülh” (ing. Peace Arising from the Flames of War) abidəsi kimi də tanınan, ABŞ-nin Ohayo ştatının Klivlend şəhərinin mərkəzində yerləşən heykəl və fontandır. 30 may 1964-cü ildə açılışı olmuş abidənin müəllifi Klivlend incəsənət İnstitutunun yetirməsi olan heykəltaraş Marşal Frederiksdir. Müharibə zamanı orduda xidmət etmiş, həlak olmuş və ya itkin elan edilmiş Böyük Klivlendlilərin şərəfinə ucaldılmış abidə Klivlend Mall parkı ərazisində yerləşən “Veterans' Memorial Plaza” binasının qarşısında ucalır. == Tarixi == Fontan “Cleveland Press” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə, müxtəlif vətəndaşlar, şirkətlər və təşkilatlardan toplanmış $250,000 hesabına ucaldılmışdır. Kompleksin mərkəzində yerləşən 11 metrlik (35 ft) bürünc insan fiquru müharibə alovunu qaçıraraq əbədi sülh üçün səmaya ucalır. Heykəlin təməlində dayanan bürünc sfera yer kürəsini təmsil edir. Coğrafi sivilizasiyaları təmsil edən dörd qranit qabartma sferanın ətrafında yerləşdirilib.
Əbədi iz (film, 1985)
== Məzmun == Film sovet xalqının alman faşizmi üzərində qələbəsinin 40 illiyinə həsr edilmişdir. Kinolent vəhdət təşkil edən dörd ayrı-ayrı epizoddan ibarətdir. Bu epizodlarda Vətən uğunda düşəmənlə ölüm-dirim mübarizəsinə qalxmış döyüşçülərimizin rəşadətindən, onların müharibədən sonra əmək cəbhəsində göstərdikləri hünərdən bəhs edilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov, Cahangir Zeynallı Ssenari müəllifi: Niyazi Bədəlov, Xanlar Rüstəmov Operator: Faiq Qasımov, Yefim Abramov, Şərif Şərifov Səs operatoru: Şamil Kərimov Məsləhətçi: Arif Ələsgərov (polkovnik) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 333.
Əbədi məşəl
Əbədi məşəl — həlak olan qəhrəmanların, azadlıq və vətənin şərəfi uğrunda döyüşənlərin xatirəsini simvolik olaraq anan, daim yanan od. Davamlı yanma, müəyyən bir yanma sahəsinə qaz verməklə əldə edilir. Adətən xatirə kompleksinin daxilində olur. Alovu saxlamaq üçün ildə 12 ton maye qaz və ya təxminən 5,5 min kubmetr təbii qaz tələb olunur.
Əbədi odlar ölkəsi (film, 1945)
== Məzmun == Film Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuşdur. Kinolent simfonik orkestr tərəfindən bəstəkar Tofiq Quliyevin "Əbədi odlar ölkəsi" poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözləri önündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurləngin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın, Fətəli xanın, Nizaminin, Füzulinin, Vaqifin və başqalarının portretləri gəlib keçir. Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, balıqçılıq artelləri, səhiyyə ocaqları canlanır. İkinci Dünya müharibəsində xalqımızın göstərdiyi rəşadət, əmək qəhrəmanları-neftçilərin portretləri (Baba Babazadə, Rüstəm Rüstəmov, Firudin Ağayev, Süleyman Vəzirov) filmdə öz əksini tapmışdır. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Hüseyn Seyidzadə Ssenari müəllifi: İmran Qasımov, Sabit Rəhman Baş operator: Seyfulla Bədəlov Operator: Cavanşir Məmmədov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Arif Nərimanbəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: İlya Ozerski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Əbədi qardaşlıq (film, 1975)
== Məzmun == Film Azərbaycanda Sovet ədəbiyyatı günlərinə həsr olunmuşdur. Qonaqpərvər Azərbaycan torpağı Rusiyanın şairlərini, yazıçılarını, ədəbiyyat xadimlərini dost kimi qarşıladı. Həmin günlərdə respublikanın bir çox şəhərlərində, kolxoz tarlalarında, sənaye obyektlərində, tələbə auditoriyalarında görüşlər, oxucu konfransları, disputlar keçirilirdi. Bütün bu tədbirlər filmdə öz əksini tapmışdır.
Əbədi qardaşıq (film, 1965)
== Məzmun == Film Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiyinə həsr olunmuşdur. Filmdə Azərbaycanın tarixi keçmişi və bu günü haqqında söhbət gedir. Kinolentdə arxiv materiallarından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Diktor mətninin müəllifi: N.Şpikovski Mahnıların mətninin müəllifi: Zeynal Cabbarzadə Operator: Əlibala Ələkbərov, Vladimir Zbudski, Vladimir Konyagin Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Şamil Kərimov Mahnıları ifa edən: Rəşid Behbudov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Əbədi sevgi (serial)
Əbədi Sevgi (Hind dili: Beintehaa, (tərc. "sonsuz, son mərhələ")) Fortune Productions tərəfindən istehsal olunan və Colors TV tərəfindən yayımlanan dram və romantik komediya janrında bir Hindistan televiziya serialıdır. Serial 30 dekabr 2013-cü ildə başladı və 21 Noyabr 2014-də sona çatdı. 04.12.2017 tarixində serial Azərbaycan kanalı Dalğa TV-də yayımlanmağa başlamışdır. == Süjeti == Cazibədar Zeyn Abdullah(Zain Abdullah) və gözəl, mədəniyyətli Aliyə Heydər (Aaliya Haider) uşaqlıqdan bəri rəqib dayıoğlu-bibiqızıdır. Nəhayət böyüyürlər və yenidən görüşürlər, lakin bir sıra anlaşılmazlıqlar onları evlənməyə məcbur edir. Zeyn heç vaxt evlənmək istəmədiyi üçün ondan qurtulmaq istəyir. Zeynin böyük qardaşı Fahadın bir-birinə nifrət edən Nəfisə (Nafisa) və Şaziyə(Shazia) adlı iki arvadı var. Sürəyya (Suraiya) (Zeyn və Fahadın anası) bir kişi varis istəyir ancaq Nəfisənin iki qız uşağı olduqdan sonra hamilə qala bilmədiyi üçün Fahad ikinci arvadı Şaziyə ilə evləndi. Fahad Şaziyə ilə evləndikdən sonra bir oğlu oldu.
Əbədi sərvət (film, 1990)
Əbədi yumruq (film, 1992)
Əbədi yumruq (ing. Eternal Fist) — 1992-ci ildə Teddi Peyc tərəfindən döyüş filmi janrında çəkilən film. == Məzmun == Bir çox müharibələrdən sonra ordusuz qalmış insanlar özləri vuruşmağa başlayırlar. Filmin qəhrəmanları cəhənnəmdən qaçaraq yeni həata başlamaq istəyirlər. Lakin bu çox çətin olacaqdır. Çünki yeni həyata başlamaq üçün yalnız vuruşmaq lazımdır...
Əbədi əjdahalar (film, 1988)
Əbədi əjdahalar (ing. Dragons Forever, kantonca: Fei lung mang jeung) — Ceki Çanın iştirakı ilə Honq Konqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında Kanton dilində çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. == Məzmun == Ceki Lunq kimyəvi şirkətini təmsil etmək üçün korporativ qanqster (Yuen Vah) tərəfindən işə götürülən cavan vəkildir. Ceki məhkəmədə narkomafiyanın tərəfini tutmağa məcbur olur. Narkomafiyaya məxsus olan zavod narkotik istehsal edir. Bundan isə heç kəsin xəbəri yoxdur. Narkotikanın hamısı gölə axıdılır və canlı aləmə ziyan vurur. Gölün sahibəsi isə Lao adında cavan qadın olur.

Digər lüğətlərdə