əcəlsiz
əcəmi
OBASTAN VİKİ
Əcəm (qrup)
Əcəm — İngiltərə fəaliyyət göstərən İran musiqi qrupu. Musiqi qrupu əsasən Azərbaycan, fars, bəluc və digər İran xalqlarının musiqisini ifa edir.
Əcəm Ocağı
Əcəm Ocağı – digər bir adı Gənc Oğlanlar Ocağı Osmanlı İmperiyasında ordu üçün əsgərləri və başqa piyada qismi olmaq üzrə qapıqulu ordusunun ehtiyac duyduğu əsgərləri öyrətmək üçün qurulmuş olan ocaqdır. Osmanlı dövlətinin öz təbəsi olan xalqların qeyri müsəlman olanların və xüsusən Balkanlardan 8–18 yaş arasında uşaq və gənclərin yığılması ilə tətbiq olunan dəyişdirmə sistemi ilə mənbəni təmin edən Əcəm Ocağında əksəriyyəti əsgər bəzən də saray üçün işçilər yetişdirilirdi. Osmanlı Dövlətinin sərhədləri içərisində olan ailələrin birdən artıq uşağı olsa uşaqlardan biri alınıb Əcəm ocağına göndərilirdi. Əgər o uşaq Xristian ailələrdən olmuş olurdusa əvvəl (bəzən Bəktaşi) bir türk ailəsinə verilirdi. Beləliklə türkcə öyrənmələri və Türk-İslam ənənələrinə görə tərbiyə edilmələri təmin olunur, ondan sonra Əcəm Ocağına göndərirdilər. Sonra Əcəm Ocağında müəyyən bir müddət ərzində uşaqların zəkaları və istedadları kəşf edilirdi. İstedadlılar Yeniçəri ocağına, zəkası üstün gələn uşaqlar isə təhsillərinə davam etmək üçün saray məktəbinə gedirdilər. Qayda-qanununa görə müharibələrdə alınan əsirlərin beşdə birinin dövlət hesabına yetişdirilməsi üçün Əcəm Ocağına verilənlərə Əcəm oğlanı deyirdilər. Burada aldıqları təhsillərinin sonunda uğurlarına görə ya Endurun və digər saraylara gedirlər, ya da başda Yeniçəri Ocağı olmaqla Qapıqulu ocaqlarına aparılırdılar və Əcəm ocağındakı şəxslərin osmanlı xalqından olması qadağan idi. Bu əsgərlər yığım sistemi ilə yaranır və bu uşaqlardan ağıllı və zəkalı olanlar masa başı işləri görər, komandanlıq edirdilər.
Əcəm məscidi
Əcəm məscidi — (tatar. Əcem məçete, Әҗе́м мәчете́); (rus. Ази́мовская мече́ть, Azimovskaya meçet) Rusiya, Tatarıstan, Kazan şəhərindəki Tatar dini memarlıq abidəsi. Tatarların məskunlaşdığı tarixi bölgə olan köhnə Tatar məhəlləsinin cənub hissəsində yerləşir və bölgədəki təxminən on məsciddən biridir. 1887–1890-cı illərdə milli-qəhrəmanlıq cərəyanın eklektizmi şəklində 1804-cü ildən bəri mövcud olan köhnə taxta məscidin yerində inşa edilmişdir. Tikintisi tacir M. M. Əzimovun maddi köməkliyi hesabına aparılmışdır. Dövrünün ənənəsinə görə, məscidin qarşısında inqilabdan əvvəl böyük şöhrət qazanmış "Əcəm Mədrəsəsi" də fəaliyyət göstərirdi. Mədrəsə binası hələ də məscidə bitişikdir. Məscidin imam və müəllimlərinin, ata oğlu Qəbdelvali və Hisametdin Qabdelqaffarovun adları ilə əlaqədar olaraq, ikinci növ "Qaffariya mədrəsəsi" kimi də tanınırdı. 1900-cü ildə mədrəsədə 2 zadəgan, 4 tacir, 10 meşan, 18 ruhani və 50 kəndli uşağı olmaqla 84 nəfər təhsil alırdı.
Əcəm türkcəsi
Orta Azərbaycanca (az-əbcəd. اورتا آزربایجانجا‎) və ya Əcəm türkcəsi — XV–XVIII əsrlərdə İran və Cənubi Qafqazda danışılan türk dili. Azərbaycan dilinin müasir forması orta Azərbaycancadan törəmişdir. Bu dil, xüsusilə onun sintaksisi ağır şəkildə farscanın təsirinə məruz qalmışdır. "Əcəm türkcəsi" termini 1684-cü ildə fransız yazıçı Kapuçin Rafael du Mans tərəfindən yazılan qrammatika kitabında istifadə edilən erkən dövr adlandırılmalarından (fr. lingua turcica agemica və ya fr. Turc Agemi) qaynaqlanır. Yerli mənbələr dili "Türki" adlandırırdılar. Orta Azərbaycanca Qədim Anadolu türkcəsi və ya qədim Azərbaycan türkcəsindən törəmişdir və oğuz dillərinin cənub-qərb qolunun bir hissəsidir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb.
Əcəm İraqı
Əcəm İraqı və ya İraq-i Əcəm (fars. عراقِ عجم‎ İraq-i Əcəm, ərəb. عراق العجم‎ İraq əl-Əcəm) — İranın qərbində tarixi bir bölgədir. Bu gün İran sərhədləri daxilində qalır. Qərbdən Zaqros dağları şərqdən Kəvir səhrası, şimaldan Əlborz dağlarına dayanır. Kirmanşah, Həmedan, İsfahan, Rey, Qəzvin və Kaşan, Qum, Təfriş bu bölgənin əsas şəhərləri olmuşdur. Əvvəlcə İslamdan əvvəlki dövrlərdə Midiya ərazisi olaraq bilinən bölgə, dağlıq yerləşməsi səbəbindən ilk İslam coğrafiyaçıları tərəfindən Cibal ("dağ, təpə") olaraq tanınmışdır. 11-12-ci əsrlərdə, Səlcuq dövründə bu ad tədricən tərk edildi və ərazini Mesopotamiyadakı İraq-i ərəbindən ("Ərəb İraqı") fərqləndiməl üçün İraq-i Əcəm ("Əcəm İraqı") adlandırıldı. Orta əsr tarixçisi və coğrafiyaşünası Yaqut əl-Həməvinin dediyinə görə, bu adlandırma Səlcuq sultanlarının həm İraqı, həm də Cibalı idarə etdiyi və bununla da "sultan əl-İraq" adlandığı zaman başlamışdır. Lakin bir müddət sonra Cibaldakı Həmədan şəhəri onların paytaxtına çevrildi və nəticədə bölgə Əcəm (keçmişdə ərəb olmayanlara, xüsusən farslara deyilirdi) İraqı kimi tanınmağa başladı.
Əcəm qızı
Əcəm qızı — repertuar sayı 1398, bölgəsi Kırşehir, mənbə adamı Çəkic Əli, tərtibçisi Osman Özdənkçidir. Sözləri və musiqisi Nəşət Ərtaşa məxsus olan mahnının müəllifinin əslində Aşık Canani və Hüseyn Tənəcioğlu olduğu ilə bağlı mübahisələr var. Hüseyn Tənəcioğlunun şeiri həm qafiyələrdəki ahəng, həm də sözlərin düzgünlüyü baxımından daha möhkəm mətndir. İrfan Canın yazdığı "Qədirli Boxçası" kitabında müsahibələrdə adı keçən Əcəm qızı türküsünün Aşık Hüseynə aid olduğu iddiası, Aşık Feymani, bu mahnını Nəşət Ərtaş oxumazdan əvvəl Ceyhanda dəfələrlə eşitmiş və dinləmiş, Nəşət Ərtaşın atasının da Ceyhandan bir çox türkü tapıb tərtib etdiyinin məlum olduğu söylənərək dəstəklənir.
Hüseynəlikəndi-i Əcəm
Hüseynəlikəndi-i Əcəm (fars. حسين علي كندي عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Tikmə əcəm (Maku)
Tikmə əcəm (fars. تيكمه عجم‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (30 ailə).
Xələc-i Əcəm
Xələc-i Əcəm (fars. خلج عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
İraq-i Əcəm
Əcəm İraqı və ya İraq-i Əcəm (fars. عراقِ عجم‎ İraq-i Əcəm, ərəb. عراق العجم‎ İraq əl-Əcəm) — İranın qərbində tarixi bir bölgədir. Bu gün İran sərhədləri daxilində qalır. Qərbdən Zaqros dağları şərqdən Kəvir səhrası, şimaldan Əlborz dağlarına dayanır. Kirmanşah, Həmedan, İsfahan, Rey, Qəzvin və Kaşan, Qum, Təfriş bu bölgənin əsas şəhərləri olmuşdur. Əvvəlcə İslamdan əvvəlki dövrlərdə Midiya ərazisi olaraq bilinən bölgə, dağlıq yerləşməsi səbəbindən ilk İslam coğrafiyaçıları tərəfindən Cibal ("dağ, təpə") olaraq tanınmışdır. 11-12-ci əsrlərdə, Səlcuq dövründə bu ad tədricən tərk edildi və ərazini Mesopotamiyadakı İraq-i ərəbindən ("Ərəb İraqı") fərqləndiməl üçün İraq-i Əcəm ("Əcəm İraqı") adlandırıldı. Orta əsr tarixçisi və coğrafiyaşünası Yaqut əl-Həməvinin dediyinə görə, bu adlandırma Səlcuq sultanlarının həm İraqı, həm də Cibalı idarə etdiyi və bununla da "sultan əl-İraq" adlandığı zaman başlamışdır. Lakin bir müddət sonra Cibaldakı Həmədan şəhəri onların paytaxtına çevrildi və nəticədə bölgə Əcəm (keçmişdə ərəb olmayanlara, xüsusən farslara deyilirdi) İraqı kimi tanınmağa başladı.
Hüseynəlikəndi-i Əcəm (Şot)
Hüseynəlikəndi-i Əcəm (fars. حسين علي كندي عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Kəhriz-i Əcəm (Sulduz)
Kəhriz-i Əcəm (fars. كهريزعجم‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 441 nəfər yaşayır (109 ailə).
Qurdöldürən-i Əcəm (Şot)
Qurdöldürən-i Əcəm (fars. قوردالدرن عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (33 ailə).
Qızıldağ-i Əcəm (Maku)
Qızıldağ-i Əcəm (fars. قزل داغ عجم‎ ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (79 ailə).
Xələc-i Əcəm (Şot)
Xələc-i Əcəm (fars. خلج عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Babur-i Əcəm
Babur-i Əcəm (fars. بابورعجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Bayançölü-i Əcəm
Bayançölü-i Əcəm (fars. بيانچلي عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Bone-yi Əcəm
Bone-yi Əcəm (fars. بنه عجم‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 25 ailədə 68 nəfəri kişilər və 64 nəfəri qadınlar olmaqla cəmi 132 nəfərdir.
Babur-i Əcəm (Şot)
Babur-i Əcəm (fars. بابورعجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Barani-i Əcəm (Sulduz)
Barani-i Əcəm (fars. باراني عجمد‎, azərb. Əcəm Baranlısı‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 331 nəfər yaşayır (67 ailə). Əhalisi Azərbaycan türkləri və şiə inanclıdır.
Bayançölü-i Əcəm (Şot)
Bayançölü-i Əcəm (fars. بيانچلي عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Cağanlı-i Əcəm (Maku)
Cağanlı-i Əcəm (fars. جگن لوي عجم‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Gevork Əcəmyan
Gevork Əcəmyan (erm. Գևորգ Աճեմյան; 18 fevral 1932, Mənbic, Hələb mühafəzəsi – 27 dekabr 1998 və ya 31 dekabr 1998, Lion) — erməni ictimai-siyasi xadimi, ASALA terror təşkilatının yaradıcılarından biri. 1932-ci ildə Suriyada anadan olmuş, gənc yaşlarında Beyruta köçmüşdür. Beyrutdakı Amerikan Universitetində təhsil almış, oradaca kitab dükanı açmışdır. 1960-cı illər erməni mühacir ədəbiyyatının tanınmış nümayəndələrindən biridir, əsərləri ermənicə və ingiliscə yazılmış, ABŞ, SSRİ və Livanda nəşr olunmuşdur. ASALA terror təşkilatının yaradılmasında böyük rolu olmuşdur. Təşkilatın siyasi xəttinin işlənib hazırlanmasında yaxından iştrak etmişdir. Əcəmyanın ən məşhur romanlarından biri Livandakı erməni gənclərindən bəhs edən "Ardqoxi jaranqordnera"dır. 1978–1989-cu illərdə "Spürk" jurnalının redaktoru olmuşdur. Jurnalda Qürgen Yanıkyanın müdafiəsinə yönəlmiş yazılarlarla, Naxçıvan və Qarabağdakı ermənləri təhrik edəcək məqalələrlə çıxış edirdi.
Memar Əcəmi
Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani (1120-ci illər, Naxçıvan – XIII əsr, Naxçıvan) — mənşəcə Azərbaycan türklərindən olan, XI–XII əsrlərdə indiki Azərbaycan ərazisində Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi. XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları. Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır.
Memar Əcəmi-2 metrostansiyası
Memar Əcəmi-2 — Bakı metrosunun Bənövşəyi xəttinin stansiyası. Memar Əcəmi-2 metrostansiyasının inşasına 2009-cu ildə başlanılmışdır. Bu stansiya Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşir və bu xətt gələcəkdə Bakıxanova kimi uzadılacaq. Stansiyanın 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, bu mümkün olmamışdır. Stansiya 2016-cı il 19 apreldə isitfadəyə verilmişdir. "Avtovağzal"–"Memar Əcəmi" mənzil tunellərinin və "Memar Əcəmi" stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilib. Tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanaşı, tunellərarası 8 təxliyə keçidi və 2 havalandırma şaxtası inşa edilib. "Memar Əcəmi" stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb.
Memar Əcəmi 2

Memar Əcəmi metrostansiyası
Memar Əcəmi metrostansiyası — Bakı metropolitenində 1985-ci ildən fəaliyyətə başlayan, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvani adına metrostansiya.
Molla Fəxrəddin Əcəmi
Molla Fəxrəddin Əcəmi (v. 1460, Ədirnə) — Osmanlı alimi, müdərris və Osmanlı şeyxülislamı. Həyatının ilk illəri haqqında dəqiq məlumat olmasa da, doğum yeri olaraq İranın mərkəzi bölgəsi qeyd olunur. İlk təhsilini Seyid Şərif əl-Cürcanidən almışdır. Osmanlı Dövlətinə gəlişi isə 1417-ci ilin əvvəllərinə təsadüf edir. Bursada özü kimi fars mənşəli olan Burhanəddin Heydər Harəvidən dərslər almış, ardından Molla Fənarinin oğlu Mehmed Şah Əfəndinin xidmətinə girmişdir. Bəzi mədrəsələrdə müdərris olaraq fəaliyyət göstərdikdən sonra 1431-ci ildə II Murad tərəfindən şeyxülislam seçildi. II Mehmed dönəmində də şeyxülislamlığa davam edən Fəxrəddin Əcəmi gənc sultana güclü təsir göstərən hürufilərin aradan qalxmasında önəmli rol oynamışdır. Fəzlullah Nəiminin kəlamlarının və tərəfdarlarının yavaş-yavaş sarayı ələ keçirməsindən təlaşa düşən sədrəzəm Vəli Mahmud Paşa şeyxülislama xəbər göndərərək onu köşkünə dəvət etmiş və bir qrup hürufi ilə müzakirəyə başlamışdır. Müzakirələrdə haqlı görülən Molla Əcəmi hürufilərin həbs olunmasını əmr etmiş, əsir alınan hürufilər II Mehmedin hüzuruna çıxarılmışdır.
Şahe Əcəmyan
Şahe Əcəmyan (erm. Շահե Աճեմյան; 24 iyul 1926, Hələb – 13 iyul 2005, İrəvan) — Erməni Həvari kilsəsinin arxiyepiskopu. O, Yerusəlimdəki kilsənin maliyyəsini idarə etmişdir. İsrailəmeylli hesab edilən Əcəmyan şəhərin meri Teddi Kolleklə yaxşı münasibət saxlamış və Yerusəlimdəki torpaqları İsrail hökumətinə satmışdır. 1986-cı ildə o, İsrail Daxili İşlər Nazirliyinin rəsmisi Rafael Levi ilə birlikdə qaçaqmalçılıq və rüşvət qalmaqalında olmuşdur. 2005-ci ildə vəfat etmişdir.
Əcəmi
Əcəmi (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əcəmi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Əcəmi-i Kəlləbuz (Miyanə)
Əcəmi-i Kəlləbuz (fars. عجمي كله بوز‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 290 nəfər yaşayır (47 ailə).
Əcəmi (Həştrud)
Əcəmi (fars. عجمي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 227 nəfər yaşayır (39 ailə).

Digər lüğətlərdə