ƏDALƏTSİZ

sif. Ədalətə, haqq və insafa riayət etməyən, ədalət hissini itirmiş, insafsız. Ədalətsiz hökmdar.
– Küçəyə atdın ədalətsiz ata, qansız ata! Məni təhrik eləmə alverə, vicdansız ata! Ə.Vahid.

// Ədalətə, haqq və insafa müğayir olan. Ədalətsiz hökm. Ədalətsiz hərəkət.
– Lakin zavallı bacısının xərcinə gəldikdə, Mahmud onun heç üzünə gülmədən taleyi tərəfindən təyin olunmuş, ədalətsiz bir vergi hesab edirdi. B.Talıblı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏDALƏTSİZ ƏDALƏTSİZ (ədalətə, haqqa və insafa riayət etməyən) [Bağır:] İkimizik də, bir Süsən, bir mən. İki adama üç otaq, ədalətsiz olardı (Anar); HAQSIZ Anası
  • ƏDALƏTSİZ insafsız — vicdansız

Antonimlər (əks mənalı sözlər)

  • ƏDALƏTSİZ ƏDALƏTSİZ – İNSAFLI Heç bir zaman hökumət ədalətsiz iş görməz (C.Cabbarlı); İnsaflı və mehriban bir adamdır (“Ulduz”)
ƏDALƏTPƏRVƏRLİK
ƏDALƏTSİZLİK
OBASTAN VİKİ
Ədalətsiz vergi rəqabəti
Ədalətsiz (zərərli) vergi rəqabəti (vergi dempinqi) (ing. The Harmful Tax Competition, fr. La concurrence fiscale dommageable) — milli və beynəlxalq tənzimləyici orqanlar tərəfindən dövlətlərin dəniz yurisdiksiyaları ilə əlaqəli vergi siyasətini xarakterizə etmək üçün istifadə olunan qanuni bir termin. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) vergidən yayınma ilə mübarizə çərçivəsində dəniz yurisdiksiyalarına qarşı kampaniyası məhz "zərərli vergi siyasəti" ittihamı ilə başladı. == İttihamların mahiyyəti == İqtisadiyyatın qloballaşması hər bir ölkənin vergi sisteminin digər ölkələrin vergi sistemlərinə təsirinin köklü şəkildə artmasına səbəb oldu. Müasir maliyyə kapitalı görünməmiş bir hərəkətlilik qazandı və bunun üçün ən əlverişli şəraitin yaradıldığı yerə asanlıqla bir ölkədən digərinə keçməyi bacardı. Nəticədə, kapital cəlb etmək üçün ölkələr arasındakı rəqabətin ən vacib amillərindən biri, orta vergi dərəcəsinin ölçüsü və vergi güzəştlərinin məbləğinə çevrilməklə vergi rəqabəti kimi bir fenomenə səbəb oldu. Dəniz ölkələrinə qarşı ədalətsiz vergi rəqabətinin ittihamları ondan ibarətdir ki, dəniz yurisdiksiyaları, özlərində yaradılan beynəlxalq (dəniz yurisdiksiyası) şirkətlər üçün çox güzəştli vergi rejimi müəyyənləşdirərək quru ölkələrindən maliyyə qaynaqlarını “aldadırlar”. Maliyyə mənbələrinin xaricə çıxması isə öz növbəsində vergi bazasının kəskin daralmasına, vergidən yayınma və nəticədə quru dövlətlərin dövlət büdcəsinə vergi gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu səbəbdən, dəniz yurisdiksiyası olan ölkələr quru dövlətlərindən "vergi bazasını oğurlamaqda" günahlandırılır.
Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik üzrə Bakı Konfransı
Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik üzrə Bakı Konfransı — oktyabr ayının 20-də Bakı şəhərində təşkil edilən konfrans nəzərdə tutulur. Konfransda rəsmi şəxslər, 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak etmişdirlər. == Təşkili == Konfrans Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə həyata keçirilmişdir. Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu ilin iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.Bundan əvvəl BTQ bu ilin sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin mənzil qərargahında “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans keçirib. Tədbirin əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması və Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması olub. == Konfransın gedişatı == Prezident İlham Əliyev Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlamışdır. Müraciətdə Fransa xüsusən tənqid edilmişdir: ...Sizi “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə salamlayıram. Müxtəlif qitələri təmsil edən 14 ölkə, habelə ədalət uğrunda mübarizə aparan ərazilərin təmsilçilərinin Bakıya toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi və onun aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır...Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyllərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır.

Digər lüğətlərdə

дра́йвер истончи́ть па́рка перепра́вка под пья́ную руку поржаве́ть присоедини́ться прому́чиваться рядко́вый сатини́ровать стоп-кра́н тестови́дно эктопарази́т валя́льный газе́тчица паранорма́льный спека́ние сновать acajou hundredal louse po'boy psalterion душещипательный крокус