ƏDƏVAT
ƏDİB
OBASTAN VİKİ
Ədhəm Qulubəyov
Ədhəm Qulubəyov (atalığının soyadı) Moskvada ali təhsil alıb (Qeyd edək ki, Əbdülxaliq Axundov Təbrizə köçərkən həyat yoldaşı onunla getməkdən imtina edərək azyaşlı oğlu Ədhəm ilə Bakıda qalıb və Qulubəyova ərə gedib. Qulubəyov repressiya zamanı sürgün olunub və bir müddət keçdikdən sonra vəfat edib). Vətən müharibəsi əlili, əmək veteranıdır. "Azərbaycanfılm" kinostudiyasında çalışıb. Bir neçə bədii və sənədli filmlərin müəllifidir. İki övladı var: Əlibəy və Eldar. == Ssenari müəllifi olduğu filimlər == Kolxoz tarlalarının qəhrəmanları (film, 1950) Azərbaycan atları (film, 1953) S. M. Kirov adına körfəzdə (film, 1954) Görüş (film, 1955) Keçmişin şahidləri (film, 1956) Təbiətin dostları (film, 1958) Azərbaycan kino sənəti (film, 1960) Pambıq tarlalarının mexanizatorları (film, 1960) Ağıllı köməkçilər (film, 1960) Möhtəşəm tikintinin adamları (film, 1962) Dağlarda zavod (film, 1962) Azərbaycanın subtropiklərində (film, 1963) Sabahın xeyir, Bakı! (film, 1964) Fitnə (film, 1970) Azərbaycan kino sənəti (film, 1971) Ustalar-qızıl əllər (film, 1976) Astara (film, 1975) Cücələrim (film, 1975) Göyçək Fatma (film, 1973) Zaman haqqında, özüm haqqında (film, 1972)Ssenari müəllifi : Georgi Asatiani, Ədhəm Qulubəyov, M. Salukvadze Qız qalası əfsanəsi (film, 1978) Ssenari müəllifi : Əbülfəz Hüseyni, Ədhəm Qulubəyov Şah və xidmətçi (film, 1976) Kirpi balası və alma (film, 1977) Redaktor: Ədhəm Qulubəyov Xeyir və Şər (film, 1980) De ki, məni sevirsən! (film, 1977) Şahzadə-qara qızıl (film, 1974) Redaktor : Ədhəm Qulubəyov Toplan və kölgəsi (film, 1977) Redaktor : Ədhəm Qulubəyov Sonrakı peşmançılıq (film, 1978) Redaktor : Ədhəm Qulubəyov Pəncə... Qulaq...
Ədhəm Sultanov
Ədhəm Fərəc bəy oğlu Sultanov (1903, Tiflis – 1946, Tbilisi) — teatr rəssamı, əməkdar incəsənət xadimi. == Həyatı == Ədhəm Sultanov 1903-cu ildə Tiflis şəhərində məmur Fərəc bəyin ailəsində dünyaya göz açmışdır. Əslən Füzuli rayonunun Saracıq kəndindəndir. O, 1931-ci ildə Gürcüstan Rəssamlıq Akademiyasını bitirmiş, bir muddət Azərbaycan, Gürcüstan və Ermənistanın muxtəlif redaksiya və nəşriyyatlarında əməkdaşlıq etmişdi. Əsasən kitab qrafikasında gücünü sınayan gənc rəssam Tiflisidəki Azərbaycan teatrının bəzi tamaşalarına da tərtibat vermişdi. Sənətşunas K.Zdaneviç tbilisili soydaşımızın faciəli ölümünü belə təsvir edir: "Sultanov faciəli bir günə çevrilən adi günlərdən birində səhər qəflətən kuçədən qışqırıq və atəş səsi eşidib eyvana çıxır. Küçədə oğrunun dalınca qaça-qaça havaya atəş açan milis nəfəri görünür. Bu vaxtı bir atəş də açılır və Sultanov eyvanın döşəməsinə sərilir… Tukənməz istedadlı rəssam və gözəl insan Ə. Sultanovun həyat işıqı belə sönmüşdur". Ədhəm Sultanov 1946-cı ildə vəfat edib. Fərəc bəy Sultanovun oğludur.
Ədhəm Tenişov
Ədhəm Rəhimoviç Tenişov (tatar. Әдһәм Тенишев; 25 aprel 1921, Penza – 11 iyul 2004, Moskva) — sovet və Rusiya linqivist-türkoloqu, monqolşünası. Filologiya elmləri doktoru, professor, SSRİ EA-nın müxbir üzvü (1984). Rusiya Elmlər Akademiyasının Ural-Altay dilləri şöbəsinin müdiri. «Sovet Türkologiyası» jurnalının baş redaktoru və çoxcildli nəşr olan «Сравнительно-историческая грамматика тюркских языков» buraxılışının redaktoru. == Həyatı == Ədhəm Rəhimoviç Tenişov 25 aprel 1921-ci ildə Penza şəhərində anadan olmuşdu. Ədhəm Tenişov 11 iyul 2004-cü ildə Moskva şəhərində vəfat edib == Ədəbiyyat == Дыбо А. В. Член-корреспондент РАН Э. Р. Тенишев // Известия РАН. Серия литературы и языка. 2001. Т. 60.
Ədhəm Yusubov
Ədhəm Süleyman oğlu Yusubov (d. 31.12.1939) — rəssam. == Bioqrafiya == 31.12.1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1963-ildə Əzim Əzim-zadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq bölməsini bitirmişdir. 1969-cu ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinin keramika bölməsini bitirmişdir. 1970-1982- illər ərzində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində ixtisas fənləri üzrə müəllim vəzifəsində çalışmışdır. 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqnın üzvü, 1976-1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin sədri və SSRİ Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsi üzrə komisiya üzvüdür. 2001-ci ildən hal-hazırkı dövrədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət kafedrasının dosenti və müdiri vəzifəsində çalışır. 1976-1982-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının VI və VII qurultaylarında «Dekorativ-tətbiqi sənət» bölmesinin sədri, idarə ve rəyasət heyətinə, respublika, ümumittifaq sərgi komissiyasına üzv seçilmişdir. Bu müddət ərzində onun dekorativ-tətbiqi sənətin səviyyəsinin yüksəlməsində xüsusi rolu olmuşdur.
Ədhəm paşa
Ədhəm paşa (d. 1851 Trabzon - ö. 1909 İstanbul) — Osmanlı İmperiyası ordusunun marşalı. == Həyatı == Ədhəm paşa 1851-ci ildə Trabzonda dünyaya gəlib. 17 yaşında əskər kimi ordu sıralarına daxil olub. Hərbi məktəbi bitirərək zabit rütbələri alıb. Daha sonra Plevne şəhəri müdafiəsində Marşal Qazi Osman paşanın müavini olub. Uzun müddət müqavimət göstərsələt də, Plevne rus ordusuna təslim edilib.
Ədhəm Şıxəlibəyli
Şıxəlibəyli Ədhəm Şahlarbəy oğlu (30 aprel 1911, Bico, Şamaxı qəzası – 1996, Bakı) — geologiya-mineralogiya elmləri doktoru (1965), professor, AMEA-nın həqiqi üzvü (1983). == Həyatı == Ədhəm Şıxəlibəyli 1911-ci ildə Şamaxı qəzasının Bico kəndində (indiki Ağsu rayonu) anadan olmuşdur. 1937-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.Ədhəm Şıxəlibəyli 1947-ci ildə "Boyük Qafqazın cənub yamacının Azərbaycan hissəsinin geoloji quruluşu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1965-ci ildə "Kiçik Qafqazın şərq hissəsinin geoloji quruluşu və tektonik inkişaf tarixi (Azərbaycan)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 1968-ci ildə Azərbaycan EA müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir. == Əmək fəaliyyəti == Ədhəm Şıxəlibəyli 1954-cü ildən etibarən Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərmişdir. Uzun müddət Geologiya və Geofizika İnstitutunun Geotektonika, stratiqrafiya və litologiya şöbəsinə rəhbərlik etmiş Ədhəm Şıxəlibəyli, həmçinin 1969–1971-ci illərdə Əlcəzairdə neft-qaz yataqlarının axtarışını aparan Sovet geoloqlar qrupuna da başçılıq etmişdir.Akademik 1992-ci ildən ömrünün sonuna qədər Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti vəzifəsində çıxış etmişdir. O, AEA-nın Yer haqqında Elmlər Bölməsinin akademik-katibinin müavini vəzifəsini icra etmişdir.Ədhəm Şıxəlibəyli SSRİ EA Geologiya, geofizika, geokimya və dağ elmləri şöbəsinin müəssisələrarası tektonik komissiyasının üzvü olmuşdur. Eyni zamanda BDU-nun Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsinin elmi-texniki şuralarının üzvü seçilmişdir. Həmçinin Azərbaycan Sovet Ensiklopediyası Redaksiya Şurasının üzvü olmuşdur. Habelə, professor Azərbaycan Milli Elmlər Akademiyasının "Xəbərlər" jurnalı Yer Elmləri seriyasının baş redaktorunun müavini vəzifəsini icra etmişdir.
Aşıq Ədhəm Ərəbov
Aşıq Ədhəm Ərəbov (tam adı: Ədhəm Aslan oğlu Ərəbov) — Azərbaycan aşığı. Aşıqların III Qurultayının iştirakçısı == Həyatı == Əlhəm Ərəbov 1912-cü ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur.
Mirzə Məhəmmədhüseyn xan Loğman Ədhəm
Mirzə Məhəmmədhüseyn xan Mirzə Zeynalabdin xan oğlu Loğman Ədhəmi (1879-1951)—Həkim, Tehran Tibb universitetinin rektoru. == Həyatı == Məhəmmədhüseyn xan Zeynalabdin xan oğlu 1879-cu ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından, orta təhsilini "Loğmaniyyə" məktəbində almışdı. Özü də bir müddət həmin məktəbdə coğrafiyadan dərs demişdi. Sonra atasının və digər ustadların yanında tibb elmini öyrənmişdi. Moin əl-Tibba ləqəbinə yiyələnmişdi. Məhəmmədəli mirzə şahlıq taxtına çıxdıqdan sonra Tehrana, saraya köçmüşdü. Azadxahlara divan və məclis topa tutulduqdan sonra sarayı tərk edib Fransaya yollanmışdı. 1908-ci ildə Paris universitetinin tibb fakültəsini bitirmişdi. O, tibb elmləri doktoru elmi ünvanı da almışdı.

Digər lüğətlərdə

вы́бленки высту́живание дебюта́нтка лопота́ние ослабе́ть оче́рчиваться персонифици́роваться пружи́нисто разруши́мость укрути́ться вздува́ть вскло́чиваться до тех пор крыжо́венный прима́щивать снима́ние плис сявронина drilling evaluator hexangular unfermented значительно руны сеноуборочный