ƏDİD
ƏDİLLƏ
OBASTAN VİKİ
Ədil Arifoğlu
Ədil Arifoğlu – jurnalist, tədqiqatçı jurnalist, AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və müharibə reportyoru Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı.Arxivində Birinci Qarabağ Müharibəsinə aid 500 saatlıq videomateriallar var. Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam və Kəlbəcər istiqamətində gedən döyüşlərin videoçəkilişlərini edib. Müharibə zamanı qarşı tərəfdən açılan snayper atəşi nəticəsində boğazından yaralanıb.
Ədil xan
Ədilxan İlisulu — XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış Gəncə və Şəki mahallarının məşhur zadəganlarından biri, Sultanovlar (V) nəslinin nümayəndəsi. == Həyatı == Ədilxan Şəki şəhərində İlisu sultanları nəslindən olan bir ailədə dünyaya gəlmişdir. İlk təhsilini əvvəlcə Şəkidə və Tiflisdə almışdır. Təhsilini Almaniyanın Leyptsik universitetində zootexnik ixtisası üzrə davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra Şəkiyə qayıdaraq burada dilboz cinsli atların yetişdırılməsi ilə məşğul olmuş və burada, Daşüz kəndində zamanına görə Qafqazda ən böyük atçılıq zavodlarından birini inşa etdirmişdir. O, dilboz cinsli at ilxıları ilə yanaşı çoxsaylı qoyun sürülərinə, Göyçay qəzası və Gəncə quberniyalarında yetmiş min desyatin torpaq sahəsinə də malik olmuşdur. Lakin,Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bütün var dövləti, mülkləri, at və qoyun sürüləri və on üc kiloqram qızılla bir yerdə rəsmi şəkildə könüllü olaraq hakimiyyət dairələrinə təhvil vermişdir.Sovet hakimiyyətinin bərqərar olması ilə əlaqədar Türkiyəyə mühacirət etsə də, bir müddət sonra qayıdaraq Tiflis Kənd Təsərrüfatı Nazirliyində atçılıq üzrə mütəxəssis kimi işləmişdir. Sonralar SSRİ Kənd təsərrüfatı Nazirliyində müavin vəzifəsini də yerinə yetirmişdir. Onun Sovet İttifaqı Marşalı, Sovet Ordusu süvari qoşunlarının komandanı və SSRİ Silahlı Qüvvələr Nazirliyi Ali Hərbi Şurasının üzvü Semyon Mixayloviç Budyonnı ilə dost olduğu məlumdur.Ədilxan 82 yaşında Gəncədə vəfat etmiş, və İmamzadə qəbiristanlığında dəfn olunmuşdur. Şəkinin Daşüz camışşılıq sovxozu Ədilxanın könüllü olaraq sovet hökumətinə təhvil verdiyi atçılıq zavodunun bazasında yaradılmışdır.Ədilxanın ilxılarından qalmış dilboz atlar həmin sovxozun bir şöbəsi kimi saxlanilmış və bir qayda olaraq yarışlarda iştirak etmişlər.
Ədil İsgəndərov
Adil İsgəndərov (tam adı: Adil Rza bəy oğlu İsgəndərov; 5 may 1910, Yelizavetpol – 18 sentyabr 1978, Bakı) — Azərbaycan-sovet teatr və kino rejissoru, aktyoru, SSRİ xalq artisti (1959), Azərbaycan SSR Ali Sovetinin 4-cü (1955–1959) və 5-ci çağırış (1959–1962) deputatı. == Həyatı == Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. "Köhnə kişilər"in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı. Adil müəllim Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. 1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar.
Mirzə Məhəmməd bəy Ədilbəyov
Ədilbəyov Mirzə Məhəmməd bəy Molla Allahverdi bəy oğlu (1808-?)-pedaqoq, ruhani == Həyatı == Məhəmməd bəy Molla Allahverdi bəy oğlu 1808-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. Ibtidai təhsilini atasından almışdı. Sоnra mədrəsədə охumuşdu. Savadlı оlduğundan dоlayı mirzə ünvanı daşayırdı. Mirzə Məhəmməd bəy Şuşa qəza məktəbində şəriətdən, türk və fars dillərindən dərs dеmişdi. Qubеrniya katibi, kоllеc assеsоru mülki çinlərini almışdı. Mirzə Məhəmməd bəy 1875-ci ildə Cümə (Ibrahimхəlilхan) məscidinin aхundu vəzifəsini icra еtmişdi. == Ailəsi == Mirzə Məhəmməd bəyin Mеhdiqulu bəy, Allahvеrdi bəy, Əli bəy, Mustafa bəy adlı оğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.
Nurəddin Ədiloğlu
Muğanlı Nurəddin Ədil oğlu (Nurəddin Ədiloğlu) (1 fevral 1958, Xırmandalı, Masallı rayonu) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001) == Həyatı == Nurəddin Ədiloğlu 1958-ci il fevralın 1-də Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun jurnalistika fakültəsini bitirib. "Tok Qafar" аdlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" qəzetində dərc olunub. Gənclər təşkilatında, Rayon İcraiyyə Komitəsində, rayon qəzetində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb. 1999-2004-cü illərdə Masallı şəhər Bələdiyyəsinin üzvü və katibi olub. 90-cı illərdə "Millət", "Avrasiya", "Hüriyyət" qəzetlərinin cənub bölgəsi üzrə müxbiri işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1995-2002-ci illərdə "Masallı" müstəqil qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qəzet 1998-ci ildə Milli Mətbuat günü "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübaruz əyalət qəzeti" mükafatına və diplomuna layiq görülüb.
Səid Ədilov
Səid Həsən oğlu Ədilov (5 noyabr 1994; Bərdə rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səid Ədilov 5 noyabr 1994-cü ildə Bərdə rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Səid Ədilov 21 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq təlimlərə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səid Ədilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səid Ədilov 2 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Bərdə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şirvani Ədilli
Şirvani Ədilli — Azərbaycanlı şair, tədqiqatçı. == Həyatı == 17 sentyabr 1978-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. == Yaradıcılığı == Orta məktəb illərindən şeir yazmağa başlayıb. Şeirlərini heca və əruz vəznlərində, həmçinin sərbəst formada yazır. İlk dəfə "Tək səbir" qəzetinin 01.11.1998. tarixlı sayında iki satirik şeiri çap olunub. Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən "Təhsil" cəmiyyətinin "Söz-sözə" ədəbi birliyinin üzvü olub. Həmin birliyin nəşr etdirdiyi "Söz çələngi-1" (Bakı, "Təhsil"-1999) və "Söz çələngi – 2" (Bakı, "Təhsil"-2001) ədəbi almanaxlarında şeirləri çap olunub. Həmçinin "Vahid" poeziya evinin şeir məclislərinin iştirakçısı olub.
Ədilə Hüseynzadə
Ədilə Hacıağa qızı Hüseynzadə (29 aprel 1916 – 20 iyul 2005) — bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1982). == Həyatı == Ədilə Hüseynzadə 29 aprel 1916-cı ildə Bakıda anadan olmuşdur. O, altı yaşından Yeddiillik musiqi məktəbində professor İ.S.Aysberqin sinfində fortepiano ilə məşğul olmağa başlamışdır. Dəqiq elmlərə marağı nəticəsində əvvəlcə 1929-1932-ci illərdə N.Nərimanov adına Sənayə Texnikumunda, sonra isə imtahansız Azərbaycan Dövlət Neft və Sənayə Universitetində təhsil almışdır. Hər iki təhsil ocağını əla qiymətlərlə başa vuran Ədilə Hüseynzadə mühəndis-texnoloq peşəsinə yiyələnmişdir. == Yaradıcılığı == Ədilə Hacıağa qızı Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəyovun təşəbbüsü ilə musiqi aləminə gəlir. O, 1942-ci ildə Üzeyir Hacıbəylinin yanına gələrək müğənnilik sənətinə yiyələnmək istədiyini bildirən Ədilə Hüseynzadə bundan sonra Bakı Musiqi Akademiyasının Vokal şöbəsinə qəbul olaraq Üzeyir bəydən dərs alır. Metsosoprana səsinə malik Hüseynzadə Ədilə vokal dərslərini SSRİ Xalq artisti Bülbülün sinfində alır. Daha sonra professor Bülbül tələbəsinin əsərlərinin ilk ifaçılarından biri olur.1945-ci ildə ekranlaşdırılmış "Arşın mal alan" filmində Asyanın vokal partiyası Üzeyir Hacıbəyli tərəfindən Ədil Hüseynzadəyə həvalə olunur və ifası Üzeyir Hacıbəyli tərəfindən müsbət qiymətləndirilir. Eyni zamanda Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Nizami Gəncəvinin qəzəllərinə 800 illik yubileyi münasibətilə tələbələri tərəfindən romanslar bəstələnir.
Ədilə Namazova
Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; 9 sentyabr 1926, Seyidli – 16 dekabr 2020, Bakı) — Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). == Həyatı == Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır. 1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür. 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
Ədilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Ədilə Əflaki
Nəzərli Ədilə Osmanqızı (1954-cü il, 4 iyul Bakı) — xanəndə,Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Ədilə Əflaki – Nəzərli 4 iyul 1954-cü ildə Bakı şəhərində, Bakının kiçik milyonçusu olan, eyni zamanda ADOBT-nın Üzeyir Hacıbəyli orkestrinin aparıcı solisti olmuş, tanınmış korifey musiqişünas Ələkbərbəy Cavad oğlu Nəzərlinin ailəsində anadan olmuşdur. Əslən Qərbi Azərbaycandandır. Ata soyadının İrəvanda, Axta rayonunun Mərmərə kəndində, ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliamlarda – soyqırım nəticəsində ata tərəfindən qətlə yetirilən baba, nənə - doğmalarının, erməni daşnakları tərəfindən ümumilikdə - 6 ailəsinin tamamilə məhv edilməsinə istinadən şəhid ailəsi varisidir.(İşgəncə ilə qətlə yetirilən doğmalarının cəsədlərini taxıl quyularına tökmüşdülər). 1941-1945-ci illər Böyük Vətən Müharibəsi əlili Osman Alı oğlunun övladıdır. Ali təhsillidir, ADMİU-ni bitirmişdir. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından səhnə fəaliyətinə başlayaraq, uzun illər Azərbaycan Dövlət Konsert Qastrol Birliyinin, sonralar Dövlət Muğam teatrının solisti olmuşdur. == Qarabağ müharibəsində iştirakı == Ədilə Əflaki I Qarabağ müharibəsinin iştirakçısıdır. 1990-cı ildən Azərbaycanın torpaq ərazi bütövlüyü uğrunda cəbhə bölgələrində, qaynar nöqtələrdə, incəsənətdən ilk könüllü olaraq, müntəzəm xidmətlərinə görə Müdafiə Nazirliyində N saylı Dövlət qeydiyyatlı hərbi arxivi qorunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şah İsmayıl Xətai,"Bir Kərə Yüksələn Bayraq Bir Daha Enməz" və bu kimi digər fəxri fərmanlarının sahibidir.

Digər lüğətlərdə

борщ во́гнуто домови́на крахма́л недоукомплекто́вываться плюга́вость продыря́вливать выпустить потроха́ масли́нные недорабо́танный архитектор каплун пастырь трень Acapulco amblyopia dight haematothermal High Church playday zero-base матрас неопасный пал погремушка