ƏDƏBİ-TƏNQİDİ

прил. литературно-критический. Ədəbi-tənqidi məkələlər литературно-критические статьи
ƏDƏBİ-MUSİQİLİ
ƏDƏBİLƏŞDİRİLMƏ
OBASTAN VİKİ
Memarlıq tənqidi
Memarlıq tənqidi və ya memarlığın tənqidi, ümumiyyətlə bir bina haqqında onun tarixi prosesdəki əhəmiyyətini tədqiq edən və ya özünəməxsusluğunu vurğulayan və ya əhəmiyyətli bir sahədə və ya məqsədlə həyata keçirilməsinə dair bir yazı və ya fikirdir. İnkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə çıxan bir çox qəzetdə, incəsənət və memarlığın işıqlandırıldığı hissələrdə memarlıq tənqidinə də yer verilir. Bu, ümumiyyətlə qəzetlərin incəsənət hissəsində olsa da, bəzi hallarda əmlak hissələrində və ya digər hissələrində də ola bilər. Ada Louise Huxtable qəzetlərdə memarlıq tənqidçisi kimi fəaliyyətə başlayan ilk şəxslərdən biri olmuşdur. 1963-cü ildən ABŞ-nin New York şəhərində çıxan beynəlxalq əhəmiyyətli bir qəzet olan New York Times üçün məqalələr yazmağa başlamışdır. 1930–1950-ci illər arasında Lewis Mumford, əsasən memarlıq tənqidi istiqamətindəki əsərlərini New Yorker jurnalında yazmışdır.
Postmodernizmin tənqidi
Postmodernizmin tənqidi bəhsi keçən fəlsəfənin əks yanaşmasıdır. Postmodernizm tənqidçiləri əsasən onun mənasız olduğu, obskurtanizmi təbliğ etdiyi və nisbilikdən istifadə etdiyi fikirlərini irəli sürürlər. Ümumilikdə, bu fəlsəfənin tənqidi postmodernlə əlaqəli müxtəlif hərəkatlara hərtərəfli hücum kimi başa düşülməməlidir. Mövzuya dair çıxışlar çox vaxt postmodern fəlsəfə, arxitektura və ədəbiyyat kimi fərqli ola biləcək xüsusi sahələrə istinad edir. Bu, həmçinin postmodernizmi post-strukturizm, mədəni relyativizm və "nəzəriyyə" kimi müəyyən tendensiyalarla məhdudlaşdıra bilər. Məsələn, bir filosof postmodern kinematoqrafiya haqda müsbət fikirdə olduğu halda Fransız postmodern düşüncəsini tənqid edə bilər. Bu sahədə məşhur tənqidçilərdən sayılan Eşbi ən yaradıcı postmodern əsərlərini geniş layihələrin bütün inventarlarına hücum etmədən tənqid edir. == Fikir ayrılıqları == Filosof Noam Çomski postmodernizmin mənasız olduğunu iddia edir və düşünür ki, o analitik və ya ampirik məlumatlara heç bir şey əlavə etməz. Həqiqətən, onların nəzəriyyələrinin prinsipləri nədir? Hansı sübutlar əsasında qurulur?
Teatr tənqidi
Teatr tənqidi — Teatrşünaslıq elminin teatrın çağdaş yaradıcılığını izləyən, onun repertuarı və ya hansısa yeni tamaşası barədə operativ tənqidi-təhlili məqalələr, resenziyalar yazan qolu. == Həmçinin bax == Teatrşünaslıq == Mənbə == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. III cild. Azərnəşr. Bakı, 2017.
Tənqidi nəzəriyyə
Tənqidi nəzəriyyə (ing. critical theory) — sosial və humanitar elmlərin biliklərinə, habelə artan transdissiplinarlığa və refleksiv siyasiləşməyə əsaslanaraq, emansipasiya məqsədləri üçün cəmiyyəti və mədəniyyəti nəzərdən keçirən və tənqid edən yanaşmalar, cərəyanlar və (nəzəri) diskurslar məcmusudur. Hərfi mənada “tənqidi nəzəriyyə” termini özündə tənqidə və biliyə və ya hər hansı bir sahədə mövcud vəziyyətə refleksiv münasibətə əsaslanan müxtəlif yanaşma və bilikləri toplayır, həmçinin “öz biliklərinin obyektlərinin meydana gəlməsini izah etməyə” çalışır. == Ədəbiyyat == Фурс В. Н. Социальная философия в непопулярном изложении. — Вильнюс: ЕГУ, 2006. — 184 с. — ISBN 9985-9878-0-2.на других языках Green M. Cultural studies // A Dictionary of Cultural and Critical Theory / Eds. M. Payne, J. R. Barbera. — Oxford, UK; Cambridge, USA: Wiley-Blackwell, 1998. — 832 p.
Tənqidi realizm
Tənqidi realizm – ədəbi cərəyan. XIX əsrin birinci yarısında Fransada romantizmlə eyni vaxtda tənqidi realizm cərəyanı da inkişaf etdi. Qısa bir vaxtda tənqidi realizmin Stendal və Onore de Balzak kimi klassikləri meydana çıxdı, Qərbi Avropada və Rusiyada realist cərəyanın inkişafına mühüm təsir göstərdi. O zaman Avropada realizmə natural məktəb də deyirdilər, əslində natura və reallıq sözləri eyni mənaya gəlirdi və bunlar sinonim terminlər idi. Realizm sözünün mənası da ilk növbədə yaradıcılığın real dünya həqiqətlərinə əsaslanması və bədii uydurmaya verilən yerin azlığı mənasını daşıyırdı. Lakin sonradan realizm termini daha artıq işlənməyə başladı. Tənqidi realizm ifadəsindəki tənqid sözü kapitalist gerçəkliyinə aid idi. Balzak kimi tənqidi realistlər insanın bədii təsvirində sentimentalizmin və romantizmin nailiyyətlərinə prinsipial bir şey əlavə etməmişdilər. Onların əsas yeniliyi burjua cəmiyyətini təhlil və tənqid etmək, insanların qüsur və problemlərini, qəddarlığını açıb göstərməklə bağlı idi. Məhz bu xüsusiyyətlər tənqidi realistlərin ədəbi tərəqqiyə verdikləri əsas töhfələr idi.
Ədəbi cərəyan
Ədəbi cərəyan - hәyatı әksetdirmә üsulları bir-birinә yaxın yazıçıların, әdәbi qrup vә mәktәblәrin yaradıcılığı üçün sәciyyәvi olan fundamental ideya-mәzmun vә estetik prinsiplәrin mәcmusunu, hәmçinin yaradıcılıq proqramının mәqsәd, mövzu, janr vә üslub uyğunluğunu ifadә edәn anlayış. Elmi әdәbiyyatda mәktәb, metod vә yaxud üslubun sinonimi mәnasında da işlәdilir. Ayrı-ayrı tarixi dövrlәrdә vә ölkәlәrdә müxtәlif klassisizm, sentimentalizm, romantizm, realizm vә s. kimi ədəbi cərəyanlar yaranmışdır. Ədəbi cərəyan müәyyәn tarixi şәraitdә meydana gәlir vә dövrün ideoloji, ictimai-siyasi mübarizәsini әks etdirir. Fransız klassisizminin qabaqcıl nümayәndәlәri Pyer Kornel, Jan Rasin vә Nikola Bualonun faciәlәrindә vәtәnpәrvәrlik vә qәhrәmanlıq başlıca motivlәr idi. Bu motivlәr monarxiyanın möhkәmlәndirilmәsi siyasәtinә kömәk mәqsәdilә ön plana çәkilirdi. XX əsrin әvvәllәrindә Azәrbaycan yazıçılarının bir qrupu realizm ədəbi cərəyanlarını(“mollanәsrәddinçilәr”) Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Məmməd Səid Ordubadi və başqaları, digәr qrupu isә romantizm ədəbi cərəyanlarını (“füyuzatçılar”) Əli bəy Hüseynzadə, Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla Şaiq, Hüseyn Cavid, Əliabbas Müznib, Əhməd Cavad, Cəfər Cabbarlı və başqaları tәmsil edirdilәr. XX әsrin ikinci yarısı vә XXI әsrin ilk onilliklәrindә yaranan әdәbiyyat klassik-әnәnәvi vә postmodernizm olmaqla iki qrupda ümumilәşdirilir. Hansı ədəbi cərəyanlarına mәnsubluğundan asılı olmayaraq, tarixәn vә müasir dövrdә dә fәrqli sәnәtkarlıq platformalarının vahid mәqsәdi tәsirli, estetik dolğunluğa malik bәdii mәtnlәrin yaradılmasından ibarәt olmuşdur.
Ədəbi dil
Ədəbi dil – daha az və ya yazılı şəkildə təsbit edilmiş normalara malik olan ümumxalq dilinin emal olunmuş hissəsi; şifahi formada ifadə edilən mədəniyyətin bütün təzahürlərinin dili. Ədəbi dil adətən elmi vә bәdii әsәrlәrdә, mәtbuatda vә idarәçilik aparatında, televiziya vә radioda, mәktәblәrdә işlәdilən dildir. Dialektlәrә, loru dilә, jarqonlara qarşı qoyulan dil kimi qəbul olunur. İki qolu mövcuddur: yazılı vә şifahi ədəbi dil. Ədəbi dilin elmi-filoloji qaydaları vә normaları var. Zәngin üslublar sisteminә malik olan, daim yenilәşsә dә, sabit әnәnәni qoruyub saxlayan "Ədəbi dil" universaldır vә cәmiyyәt hәyatının bütün sahәlәrindә geniş istifadәsi zәruri hesab olunur. Milli dil daşıyıcıları arasında yüksək sosial nüfuza malik olan milli dilin dialekt alt sistemidir. Həm yazılı, həm də danışıq formalarında fəaliyyət göstərir. Bədii ədəbiyyatın dili, yazıçıların dili, adətən eyni normalara istiqamətlənsə də, özündə çox fərdi, ümumi qəbul olunmayan dili birləşdirir. Müxtəlif tarixi dövrlərdə və müxtəlif xalqlarda ədəbi dilin və bədii ədəbiyyat dilinin yaxınlıq dərəcəsi eyni deyildir.
Ədəbi icmal
Ədəbi icmal və ya narrativ icmal — müasir dünya ədəbi tənqidinin əsas janrlarından biridir. Ədəbi prosesi nəzərdən keçirmək, təhlil etmək, qiymətləndirmək istiqamətində aparılan ümumi səpkili araşdırmadır. == Haqqında == Ədəbi icmal müəyyən bir mövzuya nəzəri və metodoloji töhfələr daxil olmaqla mövcud məlumatları ümumiləşdirən elmi-nəzəri tədqiqatdaır. Daha çox akademik yönümlü bu cür icmallar akademik dərgilərdə yayınlanır və eyni nəşrdə görünə biləcək kitab icmalları ilə qarışdırılmamalıdır. Ədəbi icmallar demək olar ki, hər akademik sahədə tədqiqat üçün əsas götürülə bilər. Yeni tədqiqat aparan, müvafiq ədəbiyyatın təməlindəki mövcud araşdırmanın vəziyyətini canlandırmağa və oxucu üçün kontekst yaratmağa xidmət edən yazının bir hissəsi kimi yarana bilər. Belə bir vəziyyətdə təhlil ümumiyyətlə işin metodologiyası və nəticələr bölmələrindən əvvəl gəlir. Ədəbi icmalı hazırlamaq, tezis, dissertasiya və ya dərgi məqaləsi hazırlamaq da daxil olmaqla, magistr və aspirant işinin bir hissəsi ola bilər. Ədəbiyyatla bağlı hər hansı bir tədqiqata başlamazdan ümumi səpkili dəyərləndirmə də ədəbi icmal hesab olunur. Ədəbi tənqidin və ədəbiyyatşünaslığın müstəqil janrı kimi ədəbi icmallar əsasən mətbuatın yaranması ilə paralel şəkidə meydana çıxmış və populyarlıq qazan-mışdır.
Ədəbi janrlar
Ədəbiyyat janrlarını — əvvəlcə ikiyə ayırmaq mümkündür. Birincisi şifahi ikincisi yazılı. Yazılımüəyyən bir ölçü və qəlib əsas alınaraq çıxarılmış ədəbiyyat əsərləridir. Ya da qısaca bütün şeir və poetik mətnlərdir. Heca vəzni kimi müəyyən bir qalıb və ölçü qayğısı əsas götürülərək yazılır. Şifahi isə sərbəst, ölçüsüz düz yazıdır. Yazılı ümumiyyətlə bütün şeir növlərini əhatə edir. Şifahi isə ədəbiyyatın şeir xaricindəki bütün formalarını.
Ədəbi məclis
Ədəbi məclis — Dünyagörüşü, yaradıcılığı, bədii zövqü, ədəbi dairəsi və s. cəhətlərdən bir-birinə yaxın olan yazıçıların birliyi, əsərindəki ideya, mövzu, təsvir üsulundan, fikir və düşüncəsinə uyğun söz və ifadədən istifadə etməsi.Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə, Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.
Ədəbi məclislər
Ədəbi məclis — Dünyagörüşü, yaradıcılığı, bədii zövqü, ədəbi dairəsi və s. cəhətlərdən bir-birinə yaxın olan yazıçıların birliyi, əsərindəki ideya, mövzu, təsvir üsulundan, fikir və düşüncəsinə uyğun söz və ifadədən istifadə etməsi.Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə, Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.
Ədəbi proses
Ədəbi proses — ədəbiyyatın istər bir dövrdə, istərsə də, xalqın, ölkənin cəmiyyətin tarixi boyunca mövcudluğu, yaşarlığı və təkamülü. Hər bir tarixi dövrdə ədəbi proses sosial, ideoloji və estetik baxımdan müxtəlif səpkili və səviyyəli bütün ədəbi-bədii nümunələri (nəsr, şeir, dramaturgiya, ədəbi tənqid və ədəbiyyatşünaslıq) ehtiva edir. Bir çox hallarda, bədii əsərlər, müxtəlif səbəblər üzündən, yarandıqları vaxtdan, yaxud ilk nəşrindən xeyli sonra ədəbi proses nəticəsinə çevrilir (məs., Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları” ilk dəfə 1924-cü ildə, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti isə 1936-cı ildə çap edilmişdir). Bədii ədəbiyyatın və incəsənətin növləri, həmçinin ideoloji və linqvistik hadisələrlə qarşılıqlı əlaqə və təsiri ədəbi prosesin mühüm cəhətlərindəndir. Dövrün ədəbi “özünüdərk”i (ədəbi yaradıcılıq proqram və manifestləri), həmçinin müxtəlif estetik cərəyanlar (məsələn, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında “mollanəsrəddinçilər”lə “füyuzatçılar”) arasında mübarizə, qarşılıqlı beynəlmiləl ədəbi əlaqələr ədəbi prosesin ayrılmaz tərkib hissələrindəndir. “Ədəbi proses” termini XX əsrin 20-30-cu illərində meydana gəlmiş, 60-cı illərdən geniş işlənməyə başlamışdır. Ədəbi prosesin küll halında, bütün bədii, ideya-estetik təzahürləri ilə dərindən təhlil edilib öyrənilməsi, ümumiləşdirilməsi ədəbiyyatın inkişaf meyillərini, perspektivlərini aydınlaşdırmaq baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycanda ədəbi prosesin sistemli şəkildə intensiv öyrənilməsinə 60-70-ci illərdən başlanılmışdır. Müasir Azərbaycan ədəbi prosesinin xüsusiyyətləri sırasına mənəvi-əxlaqi problematikaya marağın güclənməsi, insan konsepsiyasının inkişafı, tarixiliyin qüvvətlənməsi, janr-üslub sayəsində yeni axtarışlar və s. daxildir.
Ədəbi tənqid
Әdəbi tənqid — әdәbiyyatşünaslığın әsas sahәlәrindәn biri; әdәbi prosesin, bәdii әsәrlәrin izahına, tәhlilinә, qiymәtlәndirilmәsinә, hәmçinin yaradıcılıq prinsiplәrinin müәyyәnlәşdirilmәsinә vә tәsdiqinә hәsr edilәn әdәbi-bәdii yaradıcılıq növü. Ədəbi tənqidin vәzifәsi müasir әdәbi prosesi, yeni yaradılan әsәrlәri, habelә keçmiş irsi müasir ictimai vә әdәbi-estetik tәlәblәr baxımından dәyәrlәndirmәkdir. Şәrq әdәbiyyatşünaslığında bu termin müstәqim anlamında da işlәnmiş, әsasәn, bәdii әsәrin qüsurlarını ortaya çıxaran elm hesab olunmuşdur. Qәrb ölkәlәrindә Ədəbi tənqidin tarixi әdәbiyyatşünaslığın inkişafı ilә sıx bağlı olmuş, әdәbiyyatın tәnqidi müzakirәsi bәdii әsәrin meydana gәlmәsi ilә eyni vaxta tәsadüf etmişdir. == Ümumi məlumat == müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov sayılır. Әdəbiyyat tarixçisindən və nəzəriyyəçisindən fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır. Ədəbi tənqid (və ya ədəbi tədqiqatlar) ədəbiyyatın öyrənilməsi, qiymətləndirilməsi və təfsiridir. Müasir ədəbi tənqid tez-tez ədəbi nəzəriyyədən təsirlənir, bu, ədəbiyyatın məqsəd və metodlarının fəlsəfi müzakirəsidir.
Ədəbi İrəvan
Ədəbi İrəvan — almanax == Kitab haqqında == Ədəbi İrəvan (almanax) adlanan kitabı toplayıb tərtib edəni şairKamil Novruz və Əli Vəkildir. Nəşriyyat redaktoru isə Kamil Novruzdir. Kitabın cildində əməkdar rəssam Cabbar Quliyevin rəsm əsərindən istifadə olunmuşdur. == Redaksiya heyəti == Hidayət Vahid Əziz Əli Vəkil İsmayıl Öməroğlu Eldar İsmayıl Telli Pənahqızı İnqilab Vəlizadə Kamil Novruz Miraslan Bəkirli Eldar Həsənli == Kitabın seriyaları == "Ədəbi İrəvan - 2004", Bakı, "Yurd" NPB, 2005. 456 səh., 300 tiraj. "Ədəbi İrəvan - 2005", Bakı, "Nurlan", 2006. 464 səh., 300 tiraj. "Ədəbi İrəvan - 2006", Bakı, "Nurlan", 2007. 464 səh., 300 tiraj. "Ədəbi İrəvan - 2007", Bakı, "Nurlan", 2008.
Ədəbi janr
Ədəbiyyat janrlarını — əvvəlcə ikiyə ayırmaq mümkündür. Birincisi şifahi ikincisi yazılı. Yazılımüəyyən bir ölçü və qəlib əsas alınaraq çıxarılmış ədəbiyyat əsərləridir. Ya da qısaca bütün şeir və poetik mətnlərdir. Heca vəzni kimi müəyyən bir qalıb və ölçü qayğısı əsas götürülərək yazılır. Şifahi isə sərbəst, ölçüsüz düz yazıdır. Yazılı ümumiyyətlə bütün şeir növlərini əhatə edir. Şifahi isə ədəbiyyatın şeir xaricindəki bütün formalarını.
Bazgəşti-ədəbi
Bazgəşti-ədəbi (fars. بازگشت ادبی‎; hərf. "ədəbi dönüş") — XVIII əsrdə İranda meydana çıxan və fars ədəbiyyatında "səbki-Xorasani" və İraq üslublarının geri qaytarılmasını müdafiə edən ədəbi üslub və hərəkatın adı. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Əqiq, Gülnar. "QACARLAR SÜLALƏSİ DÖVRÜNDƏ POEZİYA VƏ BAZGƏŞT CƏRƏYANI" (PDF). Əlyazmalar yanmır (az.). AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. 9 (2). 2019. ISSN 2410-5600. Daadbeh, Asghar (2015).
Mühakimə qabiliyyətinin tənqidi
Mühakimənin tənqidi (alm. Kritik der Urteilskraft‎), həmçinin Mühakimə qabiliyyətinin tənqidi kimi tərcümə edilən alman filosofu İmmanuel Kantın 1790-cı ildə yazdığı kitabdır. Bəzən "üçüncü tənqid" olaraq adlandırılan Mühakimə Xalis zəkanın tənqidi (1781) və Praktik zəkanın tənqidi (1788) əsərlərindən sonra gəlir.
Praktik ağlın tənqidi
Praktik zəkanın tənqidi ( alm. Kritik der praktischen Vernunft‎ : Kritik der praktischen Vernunft ) İmmanuel Kantın 1788-ci ildə nəşr olunan üç tənqidindən ikincisidir. Bu Kantın ilk tənqidi Xalis zəkanın tənqidi ” əsərindən sonra gəlir və onun əxlaq fəlsəfəsindən bəhs edir.
Təmiz idrakın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".
Praktik zəkanın tənqidi
Praktik zəkanın tənqidi ( alm. Kritik der praktischen Vernunft‎ : Kritik der praktischen Vernunft ) İmmanuel Kantın 1788-ci ildə nəşr olunan üç tənqidindən ikincisidir. Bu Kantın ilk tənqidi Xalis zəkanın tənqidi ” əsərindən sonra gəlir və onun əxlaq fəlsəfəsindən bəhs edir.
Xalis zəkanın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".
Dram (ədəbi növ)
Drammatik əsərin başlıca xüsusiyyəti, əsərdə baş verən hadisələrin, surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır. Dramatik əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Belə əsərlərdə iki tərkib hissəsi olur: remarka və surətlərin danışığı.
Gülüstan (ədəbi məclis)
"Gülüstan" — elmi-ədəbi məclisi XIX əsrin 30-cu illərində Abbasqulu ağa Bakıxanovun rəhbəriliyi Abdulla əl-Qadari və Əmirəli Tahircanlının iştirakı ilə Qubada təşkil olunmuşdur. Məclisin təşkil olunmasında əsas məqsəd dini elmlər (xüsusən təsəvvüf) və sufi ədəbiyyatı ətrafında müzakirələr aparmaq idi. Burada klassik şairlər, sufilər mütaliə edilir, onlara nəzirələr yazılır, yaxşı şeir yazmaq məqsədilə yarışlar təşkil olunur, fəlsəfi söhbət və mübahisələr aparılırdı.
Ədəbi portretlər (kitab, 2013)
Ədəbi portretlər — marksist jurnalist-yazar Məmməd Süleymanovun ikinci kitabıdır. == Haqqında == Fransız yazıçısı Andre Moruanın (1885-1967) əsərinin adına müvafiq adlandırılan “Ədəbi portretlər” kitabında müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin bioqrafiyasının konkret dövründən və ya ayrıca götürülmüş əsərindən bəhs olunur. Kitab 19 əsr əvvəl yaşamış filosof-imperator Mark Avrelinin “Düşüncələr” əsəri ilə başlayır və müasir yazıçı Ameli Notombun “Sulfat turşusu” romanı haqqında qeydlərlə tamamlanır. Bəzi müəlliflər (Qabriele D`Annuntsio, Karl Kraus, Kurtsio Malaparte, Ernesto Kardenal və b.) barədə Azərbaycan dilində ilk dəfə bu kitabda yazılmışdır.
Ədəbi əlaqə və təsir
Ədəbi əlaqə və təsir — bir әdәbi hadisәnin başqa әdәbi hadisә ilә ideya yaradıcılıq әlaqәlәri. Ayrı-ayrı yazıçılar, yaxud әdәbi cәrәyanlar, mәktәblәr vә bütöv әdәbi dövrlәr sәviyyәsindә yaranır. Ədәbiyyatla digәr sәnәt növlәri (teatr, rәssamlıq, musiqi vә s.) arasında da әlaqә vә qarşılıqlı tәsir mövcuddur. Bir sәnәtkarın yaradıcılığında olduğu kimi, ümumi әdәbi prosesdә dә hәr şey bir-biri ilә qarşılıqlı әlaqәdә olur . == Haqqında == Ədәbi әlaqә iki aspektdә öyrәnilir: yazıçı, yaxud әdәbi mühitin tәsir altında olması vә onun özünün tәsir göstәrmәsi. Bir milli әdәbiyyat daxilindә әdәbi әlaqә bir yazıçı, yaxud yazıçılar qrupunun öz müasirlәrinә, yaxud sonrakı әdәbi nәsillәrә tәsiri, millәtlәrarası әdәbi әlaqә isә bir xalqın bәdii kәşflәri vә nailiyyәtlәrinin başqa bir xalqa tәsiridir. Başqa ədəbiyyatlarla əlaqə, qarşılıqlı mübadilə və hətta təsirlənmə milli ədəbiyyatın zəiflik əlaməti yox, dinamik inkişaf əlamətidir. Milli ədəbiyyat qapalı, yalnız öz çərçivəsində inkişaf edə bilməz, milli ədəbiyyatın gücü onun qeyri-milli ədəbiyyatlarla, inkişaf etmiş ədə-biyyatlarla yaradıcılıq ünsiyyətinin dərinliyində və çoxcəhətliliyindədir . Antik yunan әdәbiyyatı, orta әsrlәr Azәrbaycan, fars-tacik şeiri, İtaliya İntibah dövrü әdәbiyyatı, Fransa Maarifçilik әdәbiyyatı, rus realist әdәbiyyatı beynәlmilәl әhәmiyyәtә malikdir. Sәnәtin inkişafında müәyyәn nisbi müstәqilliyә baxmayaraq, bәdii şüurun inkişafında ümumi, tәkrarlanan cәhәtlәri mәhz sosial-tarixi vә ictimai-iqtisadi prosesin ümumi qanunauyğunluqları şәrtlәndirir.

Значение слова в других словарях

задеклари́рованный закономе́рно инспе́кторство наблошни́ть помечта́ть принуждённо сы́щик трибуна́льский берму́ды защепля́ться знаменова́ться сва́ливаться игра Ярило athanasia liposome planting potatoes stumpage systematizer younker заболевать изобретательство китобой лексиколог урезывать