ədəb-ərkan
ədəbiyyat
OBASTAN VİKİ
Arbi Mamakayev adına Ədəbi Memorial Muzeyi
Arbi Mamakayev adına Ədəbi Memorial Muzeyi — Tanınmış Çeçen yazıçısı Arbi Mamakayevin həyat və yaradıcılığına həsr olunmuş muzeydir. Muzey 1989-cu ildə yazıçının oğlu Eduard Mamakayev tərəfindən Nadterek rayonunda yaradılıb. == Təsviri == Muzey Arbi Mamakayevin doğulub boya-başa çatdığı XIX əsrin sonlarına aid olub, sonradan bərpa edilmiş yaşayış binasında yerləşir. Muzeyin tərkibinə respublikanın tanınmış ictimai-siyasi xadimləri, elm və mədəniyyət xadimləri tərəfindən əkilmiş ağaclardan ibarət əlavə tikililər, xatirə bağı da daxildir. Binanın qarşısında yazıçının büstü qoyulub. Muzeyin fondları 3 mindən çox eksponatdan ibarətdir. Muzey Çeçenistan Respublikası Milli Muzeyinin bir şöbəsidir.Arbi Mamakayevin evinin otaqları və iş otağı sağlığında olduğu kimi bərpa edildi. Ekspozisiyada yazıçının həyatı və yaradıcılığı ilə birbaşa əlaqəli eksponatlarla yanaşı, çeçenlərin həyatına, mədəniyyətinə və tarixi irsinə həsr olunmuş bir çox eksponatlar da var. Muzeyi hər il Çeçenistan, Rusiya və Müstəqil Dövlətlər Birliyi ölkələrindən minlərlə ziyarətçi ziyarət edir.Muzey əməkdaşlarının səyi nəticəsində muzey nəinki öz işini bir gün belə dayandırmadı, hətta mövcudluğunun ən çətin illərində belə fəaliyyətini uğurla davam etdirdi. Birinci və İkinci Çeçen müharibələri illərində muzeyi federal qoşunların əsgərləri və yaxınlıqda xidmət edən Daxili İşlər Nazirliyinin əməkdaşları ziyarət edirdilər.
Ədəbi cərəyan
Ədəbi cərəyan - hәyatı әksetdirmә üsulları bir-birinә yaxın yazıçıların, әdәbi qrup vә mәktәblәrin yaradıcılığı üçün sәciyyәvi olan fundamental ideya-mәzmun vә estetik prinsiplәrin mәcmusunu, hәmçinin yaradıcılıq proqramının mәqsәd, mövzu, janr vә üslub uyğunluğunu ifadә edәn anlayış. Elmi әdәbiyyatda mәktәb, metod vә yaxud üslubun sinonimi mәnasında da işlәdilir. Ayrı-ayrı tarixi dövrlәrdә vә ölkәlәrdә müxtәlif klassisizm, sentimentalizm, romantizm, realizm vә s. kimi ədəbi cərəyanlar yaranmışdır. Ədəbi cərəyan müәyyәn tarixi şәraitdә meydana gәlir vә dövrün ideoloji, ictimai-siyasi mübarizәsini әks etdirir. Fransız klassisizminin qabaqcıl nümayәndәlәri Pyer Kornel, Jan Rasin vә Nikola Bualonun faciәlәrindә vәtәnpәrvәrlik vә qәhrәmanlıq başlıca motivlәr idi. Bu motivlәr monarxiyanın möhkәmlәndirilmәsi siyasәtinә kömәk mәqsәdilә ön plana çәkilirdi. XX əsrin әvvәllәrindә Azәrbaycan yazıçılarının bir qrupu realizm ədəbi cərəyanlarını(“mollanәsrәddinçilәr”) Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Məmməd Səid Ordubadi və başqaları, digәr qrupu isә romantizm ədəbi cərəyanlarını (“füyuzatçılar”) Əli bəy Hüseynzadə, Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla Şaiq, Hüseyn Cavid, Əliabbas Müznib, Əhməd Cavad, Cəfər Cabbarlı və başqaları tәmsil edirdilәr. XX әsrin ikinci yarısı vә XXI әsrin ilk onilliklәrindә yaranan әdәbiyyat klassik-әnәnәvi vә postmodernizm olmaqla iki qrupda ümumilәşdirilir. Hansı ədəbi cərəyanlarına mәnsubluğundan asılı olmayaraq, tarixәn vә müasir dövrdә dә fәrqli sәnәtkarlıq platformalarının vahid mәqsәdi tәsirli, estetik dolğunluğa malik bәdii mәtnlәrin yaradılmasından ibarәt olmuşdur.
Ədəbi dil
Ədəbi dil – daha az və ya yazılı şəkildə təsbit edilmiş normalara malik olan ümumxalq dilinin emal olunmuş hissəsi; şifahi formada ifadə edilən mədəniyyətin bütün təzahürlərinin dili. Ədəbi dil adətən elmi vә bәdii әsәrlәrdә, mәtbuatda vә idarәçilik aparatında, televiziya vә radioda, mәktәblәrdә işlәdilən dildir. Dialektlәrә, loru dilә, jarqonlara qarşı qoyulan dil kimi qəbul olunur. İki qolu mövcuddur: yazılı vә şifahi ədəbi dil. Ədəbi dilin elmi-filoloji qaydaları vә normaları var. Zәngin üslublar sisteminә malik olan, daim yenilәşsә dә, sabit әnәnәni qoruyub saxlayan "Ədəbi dil" universaldır vә cәmiyyәt hәyatının bütün sahәlәrindә geniş istifadәsi zәruri hesab olunur. Milli dil daşıyıcıları arasında yüksək sosial nüfuza malik olan milli dilin dialekt alt sistemidir. Həm yazılı, həm də danışıq formalarında fəaliyyət göstərir. Bədii ədəbiyyatın dili, yazıçıların dili, adətən eyni normalara istiqamətlənsə də, özündə çox fərdi, ümumi qəbul olunmayan dili birləşdirir. Müxtəlif tarixi dövrlərdə və müxtəlif xalqlarda ədəbi dilin və bədii ədəbiyyat dilinin yaxınlıq dərəcəsi eyni deyildir.
Ədəbi icmal
Ədəbi icmal və ya narrativ icmal — müasir dünya ədəbi tənqidinin əsas janrlarından biridir. Ədəbi prosesi nəzərdən keçirmək, təhlil etmək, qiymətləndirmək istiqamətində aparılan ümumi səpkili araşdırmadır. == Haqqında == Ədəbi icmal müəyyən bir mövzuya nəzəri və metodoloji töhfələr daxil olmaqla mövcud məlumatları ümumiləşdirən elmi-nəzəri tədqiqatdaır. Daha çox akademik yönümlü bu cür icmallar akademik dərgilərdə yayınlanır və eyni nəşrdə görünə biləcək kitab icmalları ilə qarışdırılmamalıdır. Ədəbi icmallar demək olar ki, hər akademik sahədə tədqiqat üçün əsas götürülə bilər. Yeni tədqiqat aparan, müvafiq ədəbiyyatın təməlindəki mövcud araşdırmanın vəziyyətini canlandırmağa və oxucu üçün kontekst yaratmağa xidmət edən yazının bir hissəsi kimi yarana bilər. Belə bir vəziyyətdə təhlil ümumiyyətlə işin metodologiyası və nəticələr bölmələrindən əvvəl gəlir. Ədəbi icmalı hazırlamaq, tezis, dissertasiya və ya dərgi məqaləsi hazırlamaq da daxil olmaqla, magistr və aspirant işinin bir hissəsi ola bilər. Ədəbiyyatla bağlı hər hansı bir tədqiqata başlamazdan ümumi səpkili dəyərləndirmə də ədəbi icmal hesab olunur. Ədəbi tənqidin və ədəbiyyatşünaslığın müstəqil janrı kimi ədəbi icmallar əsasən mətbuatın yaranması ilə paralel şəkidə meydana çıxmış və populyarlıq qazan-mışdır.
Ədəbi janrlar
Ədəbiyyat janrlarını — əvvəlcə ikiyə ayırmaq mümkündür. Birincisi şifahi ikincisi yazılı. Yazılımüəyyən bir ölçü və qəlib əsas alınaraq çıxarılmış ədəbiyyat əsərləridir. Ya da qısaca bütün şeir və poetik mətnlərdir. Heca vəzni kimi müəyyən bir qalıb və ölçü qayğısı əsas götürülərək yazılır. Şifahi isə sərbəst, ölçüsüz düz yazıdır. Yazılı ümumiyyətlə bütün şeir növlərini əhatə edir. Şifahi isə ədəbiyyatın şeir xaricindəki bütün formalarını.
Ədəbi məclis
Ədəbi məclis — Dünyagörüşü, yaradıcılığı, bədii zövqü, ədəbi dairəsi və s. cəhətlərdən bir-birinə yaxın olan yazıçıların birliyi, əsərindəki ideya, mövzu, təsvir üsulundan, fikir və düşüncəsinə uyğun söz və ifadədən istifadə etməsi.Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə, Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.
Ədəbi məclislər
Ədəbi məclis — Dünyagörüşü, yaradıcılığı, bədii zövqü, ədəbi dairəsi və s. cəhətlərdən bir-birinə yaxın olan yazıçıların birliyi, əsərindəki ideya, mövzu, təsvir üsulundan, fikir və düşüncəsinə uyğun söz və ifadədən istifadə etməsi.Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə, Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.
Ədəbi proses
Ədəbi proses — ədəbiyyatın istər bir dövrdə, istərsə də, xalqın, ölkənin cəmiyyətin tarixi boyunca mövcudluğu, yaşarlığı və təkamülü. Hər bir tarixi dövrdə ədəbi proses sosial, ideoloji və estetik baxımdan müxtəlif səpkili və səviyyəli bütün ədəbi-bədii nümunələri (nəsr, şeir, dramaturgiya, ədəbi tənqid və ədəbiyyatşünaslıq) ehtiva edir. Bir çox hallarda, bədii əsərlər, müxtəlif səbəblər üzündən, yarandıqları vaxtdan, yaxud ilk nəşrindən xeyli sonra ədəbi proses nəticəsinə çevrilir (məs., Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları” ilk dəfə 1924-cü ildə, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti isə 1936-cı ildə çap edilmişdir). Bədii ədəbiyyatın və incəsənətin növləri, həmçinin ideoloji və linqvistik hadisələrlə qarşılıqlı əlaqə və təsiri ədəbi prosesin mühüm cəhətlərindəndir. Dövrün ədəbi “özünüdərk”i (ədəbi yaradıcılıq proqram və manifestləri), həmçinin müxtəlif estetik cərəyanlar (məsələn, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında “mollanəsrəddinçilər”lə “füyuzatçılar”) arasında mübarizə, qarşılıqlı beynəlmiləl ədəbi əlaqələr ədəbi prosesin ayrılmaz tərkib hissələrindəndir. “Ədəbi proses” termini XX əsrin 20-30-cu illərində meydana gəlmiş, 60-cı illərdən geniş işlənməyə başlamışdır. Ədəbi prosesin küll halında, bütün bədii, ideya-estetik təzahürləri ilə dərindən təhlil edilib öyrənilməsi, ümumiləşdirilməsi ədəbiyyatın inkişaf meyillərini, perspektivlərini aydınlaşdırmaq baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycanda ədəbi prosesin sistemli şəkildə intensiv öyrənilməsinə 60-70-ci illərdən başlanılmışdır. Müasir Azərbaycan ədəbi prosesinin xüsusiyyətləri sırasına mənəvi-əxlaqi problematikaya marağın güclənməsi, insan konsepsiyasının inkişafı, tarixiliyin qüvvətlənməsi, janr-üslub sayəsində yeni axtarışlar və s. daxildir.
Ədəbi tənqid
Әdəbi tənqid — әdәbiyyatşünaslığın әsas sahәlәrindәn biri; әdәbi prosesin, bәdii әsәrlәrin izahına, tәhlilinә, qiymәtlәndirilmәsinә, hәmçinin yaradıcılıq prinsiplәrinin müәyyәnlәşdirilmәsinә vә tәsdiqinә hәsr edilәn әdәbi-bәdii yaradıcılıq növü. Ədəbi tənqidin vәzifәsi müasir әdәbi prosesi, yeni yaradılan әsәrlәri, habelә keçmiş irsi müasir ictimai vә әdәbi-estetik tәlәblәr baxımından dәyәrlәndirmәkdir. Şәrq әdәbiyyatşünaslığında bu termin müstәqim anlamında da işlәnmiş, әsasәn, bәdii әsәrin qüsurlarını ortaya çıxaran elm hesab olunmuşdur. Qәrb ölkәlәrindә Ədəbi tənqidin tarixi әdәbiyyatşünaslığın inkişafı ilә sıx bağlı olmuş, әdәbiyyatın tәnqidi müzakirәsi bәdii әsәrin meydana gәlmәsi ilә eyni vaxta tәsadüf etmişdir. == Ümumi məlumat == müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov sayılır. Әdəbiyyat tarixçisindən və nəzəriyyəçisindən fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır. Ədəbi tənqid (və ya ədəbi tədqiqatlar) ədəbiyyatın öyrənilməsi, qiymətləndirilməsi və təfsiridir. Müasir ədəbi tənqid tez-tez ədəbi nəzəriyyədən təsirlənir, bu, ədəbiyyatın məqsəd və metodlarının fəlsəfi müzakirəsidir.
Ədəbi İrəvan
Ədəbi İrəvan — almanax == Kitab haqqında == Ədəbi İrəvan (almanax) adlanan kitabı toplayıb tərtib edəni şairKamil Novruz və Əli Vəkildir. Nəşriyyat redaktoru isə Kamil Novruzdir. Kitabın cildində əməkdar rəssam Cabbar Quliyevin rəsm əsərindən istifadə olunmuşdur. == Redaksiya heyəti == Hidayət Vahid Əziz Əli Vəkil İsmayıl Öməroğlu Eldar İsmayıl Telli Pənahqızı İnqilab Vəlizadə Kamil Novruz Miraslan Bəkirli Eldar Həsənli == Kitabın seriyaları == "Ədəbi İrəvan - 2004", Bakı, "Yurd" NPB, 2005. 456 səh., 300 tiraj. "Ədəbi İrəvan - 2005", Bakı, "Nurlan", 2006. 464 səh., 300 tiraj. "Ədəbi İrəvan - 2006", Bakı, "Nurlan", 2007. 464 səh., 300 tiraj. "Ədəbi İrəvan - 2007", Bakı, "Nurlan", 2008.
Ədəbi janr
Ədəbiyyat janrlarını — əvvəlcə ikiyə ayırmaq mümkündür. Birincisi şifahi ikincisi yazılı. Yazılımüəyyən bir ölçü və qəlib əsas alınaraq çıxarılmış ədəbiyyat əsərləridir. Ya da qısaca bütün şeir və poetik mətnlərdir. Heca vəzni kimi müəyyən bir qalıb və ölçü qayğısı əsas götürülərək yazılır. Şifahi isə sərbəst, ölçüsüz düz yazıdır. Yazılı ümumiyyətlə bütün şeir növlərini əhatə edir. Şifahi isə ədəbiyyatın şeir xaricindəki bütün formalarını.
Bazgəşti-ədəbi
Bazgəşti-ədəbi (fars. بازگشت ادبی‎; hərf. "ədəbi dönüş") — XVIII əsrdə İranda meydana çıxan və fars ədəbiyyatında "səbki-Xorasani" və İraq üslublarının geri qaytarılmasını müdafiə edən ədəbi üslub və hərəkatın adı. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Əqiq, Gülnar. "QACARLAR SÜLALƏSİ DÖVRÜNDƏ POEZİYA VƏ BAZGƏŞT CƏRƏYANI" (PDF). Əlyazmalar yanmır (az.). AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. 9 (2). 2019. ISSN 2410-5600. Daadbeh, Asghar (2015).
Dram (ədəbi növ)
Drammatik əsərin başlıca xüsusiyyəti, əsərdə baş verən hadisələrin, surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır. Dramatik əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Belə əsərlərdə iki tərkib hissəsi olur: remarka və surətlərin danışığı.
Gülüstan (ədəbi məclis)
"Gülüstan" — elmi-ədəbi məclisi XIX əsrin 30-cu illərində Abbasqulu ağa Bakıxanovun rəhbəriliyi Abdulla əl-Qadari və Əmirəli Tahircanlının iştirakı ilə Qubada təşkil olunmuşdur. Məclisin təşkil olunmasında əsas məqsəd dini elmlər (xüsusən təsəvvüf) və sufi ədəbiyyatı ətrafında müzakirələr aparmaq idi. Burada klassik şairlər, sufilər mütaliə edilir, onlara nəzirələr yazılır, yaxşı şeir yazmaq məqsədilə yarışlar təşkil olunur, fəlsəfi söhbət və mübahisələr aparılırdı.
Ədəbi portretlər (kitab, 2013)
Ədəbi portretlər — marksist jurnalist-yazar Məmməd Süleymanovun ikinci kitabıdır. == Haqqında == Fransız yazıçısı Andre Moruanın (1885-1967) əsərinin adına müvafiq adlandırılan “Ədəbi portretlər” kitabında müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin bioqrafiyasının konkret dövründən və ya ayrıca götürülmüş əsərindən bəhs olunur. Kitab 19 əsr əvvəl yaşamış filosof-imperator Mark Avrelinin “Düşüncələr” əsəri ilə başlayır və müasir yazıçı Ameli Notombun “Sulfat turşusu” romanı haqqında qeydlərlə tamamlanır. Bəzi müəlliflər (Qabriele D`Annuntsio, Karl Kraus, Kurtsio Malaparte, Ernesto Kardenal və b.) barədə Azərbaycan dilində ilk dəfə bu kitabda yazılmışdır.
Ədəbi əlaqə və təsir
Ədəbi əlaqə və təsir — bir әdәbi hadisәnin başqa әdәbi hadisә ilә ideya yaradıcılıq әlaqәlәri. Ayrı-ayrı yazıçılar, yaxud әdәbi cәrәyanlar, mәktәblәr vә bütöv әdәbi dövrlәr sәviyyәsindә yaranır. Ədәbiyyatla digәr sәnәt növlәri (teatr, rәssamlıq, musiqi vә s.) arasında da әlaqә vә qarşılıqlı tәsir mövcuddur. Bir sәnәtkarın yaradıcılığında olduğu kimi, ümumi әdәbi prosesdә dә hәr şey bir-biri ilә qarşılıqlı әlaqәdә olur . == Haqqında == Ədәbi әlaqә iki aspektdә öyrәnilir: yazıçı, yaxud әdәbi mühitin tәsir altında olması vә onun özünün tәsir göstәrmәsi. Bir milli әdәbiyyat daxilindә әdәbi әlaqә bir yazıçı, yaxud yazıçılar qrupunun öz müasirlәrinә, yaxud sonrakı әdәbi nәsillәrә tәsiri, millәtlәrarası әdәbi әlaqә isә bir xalqın bәdii kәşflәri vә nailiyyәtlәrinin başqa bir xalqa tәsiridir. Başqa ədəbiyyatlarla əlaqə, qarşılıqlı mübadilə və hətta təsirlənmə milli ədəbiyyatın zəiflik əlaməti yox, dinamik inkişaf əlamətidir. Milli ədəbiyyat qapalı, yalnız öz çərçivəsində inkişaf edə bilməz, milli ədəbiyyatın gücü onun qeyri-milli ədəbiyyatlarla, inkişaf etmiş ədə-biyyatlarla yaradıcılıq ünsiyyətinin dərinliyində və çoxcəhətliliyindədir . Antik yunan әdәbiyyatı, orta әsrlәr Azәrbaycan, fars-tacik şeiri, İtaliya İntibah dövrü әdәbiyyatı, Fransa Maarifçilik әdәbiyyatı, rus realist әdәbiyyatı beynәlmilәl әhәmiyyәtә malikdir. Sәnәtin inkişafında müәyyәn nisbi müstәqilliyә baxmayaraq, bәdii şüurun inkişafında ümumi, tәkrarlanan cәhәtlәri mәhz sosial-tarixi vә ictimai-iqtisadi prosesin ümumi qanunauyğunluqları şәrtlәndirir.
Azərbaycan–Çağatay ədəbi əlaqələri
Azərbaycan-Çağatay ədəbi əlaqələri (az.-əbcəd آزربایجان–چاغاتای ادبی الاقلری‎) — Azərbaycan və Çağatay (qədim özbəkçə) dilləri və ədəbiyyatlarının bir-biri ilə əlaqəsi və bir-birinə təsiri. == Dil == Azərbaycan və Çağatay dilləri arasındakı şivə yaxınlıqları Təbriz, Şirvan və digər Azərbaycan mədəniyyət mərkəzləri ilə, başda Herat olmaq üzərə Orta Asiya mədəniyyət mərkəzləri arasında cərəyan edən təmaslar nəticəsində yaranmışdır. Azərbaycan türkcəsi vasitəsilə Çağatay yazı dilinə bir çox qərb oğuz türkcəsi ünsürünün daxil olduğunun tədqiqatlarla sübut olunması mümkündür.Teymuri dövrü şairi Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına təsirini göstərən ən vacib xüsusiyyət Çağatay dili lüğətləridir. Tarixdə mövcud olan Çağatay dili lüğətlərinin çoxu İran və Azərbaycanda yazılmışdır. Bunlardan biri olan "Bədayi'u'l-Lüğət"də çağatayca ilə birlikdə Azərbaycan və İraq türkçəsi haqqında da qısaca məlumat verilir. Sənglah lüğəti isə Füzuli dilindən nümunələr verir. XIX əsrdə yazılmış Fətəli Qacar lüğəti Azərbaycan və Çağatay dillərini müqayisə etmiş, bəzi qrammatik nəticələr çıxartmış, Azərbaycan dilinin onda birinin çağatayca ilə bir olduğu qənaətinə gəlmişdir. == Ədəbiyyat == XVI əsrə qədər Azərbaycan, Çağatay və Osmanlı ədəbiyyatları coğrafi olaraq bağlı olduğu ərazidə qalmır, bu ədəbiyyatları sevənlər də ancaq ədəbiyyatın ortaya çıxdığı bölgədən olmurdu. Klassik türk ədəbiyyatına məxsus olan tuyuq adlı dördlüklərin meydana gəlməsi də başlanğıcda Azəri ərazisində xalq ədəbiyyatının təsiri altında olmuş və sonradan Çağatay və Osmanlı ədəbiyyatlarına keçmişdir.XV əsrdə Azərbaycanda böyük inkişaf yolu keçən ədəbiyyatın nümayəndələrinin bir qismi Orta Asiyada Əlişir Nəvai çağatay məktəbinin şagirdləri olmuşdur. Səfəvilər dövləti qurulandan sonra Təbriz Azərbaycanın mədəniyyət mərkəzinə çevriləndə, onlar öz ölkələrinə qayıtmış və Nəvainin təsiri altında, təhsil gördükləri məktəbin dil və üslubuna sadiq qalaraq ədəbi fəaliyyətlərini davam etdirmişlər.
Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi
Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi — Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi Nazirlər Kabinetinin 1989-cu il 6 mart tarixli qərarı ilə yaradılıb. == Tarixi == Mərkəzin ilk sədri tanınmış türkoloq alim Aydın Məmmədov olub. 1991–2014-cü illərdə Mərkəzə yazıçı Afaq Məsud rəhbərlik edib və 1989–2014-cü illərdə onun baş redaktorluğu ilə Mərkəzin rüblük nəşri olan "Xəzər" jurnalı işıq üzü görüb. 2014-cü ildən 2021-ci ilədək Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə şair, tərcüməçi, esseist Səlim Babullaoğlu rəhbərlik edib . Mərkəz 1991–2007-ci illər ərzində 70-ə yaxın tərcümə əsərini ayrıca kitab kimi çap edib. 2014-cü ildən "Dünya ədəbiyyatı" Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri kimi dərc edilib. 2021-ci ilin iyul ayından Bədii Tərcümə və Ədəbi Əlaqlər Mərkəzinin sədri tərcüməçi, dramaturq Vaqif Əlixanlıdır. Dərginin qurucusu və ilk baş redaktoru Səlim Babullaoğlu, hazırkı baş redaktoru ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlidir. Dərginin 2014–2017-ci illər ərzində Ukrayna, Rusiya, Oman, İran, İngiltərə ədəbiyyatları xüsusi sayı, "Dünya dramaturgiyası xüsusi buraxılışı" işıq üzü görüb. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi 2014–2017-ci illərdə Ukraynanın "Vsesvti" jurnalı, Omanın Mədəniyyət Assosiasiyası, İranın Mədəniyyət Mərkəzi, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi, Serbiya və Moldova Yazıçılar İttifaqları, başqa təşkilatlarla əməkdaşlıq barədə Memorandum imzalayıb.
"İncəsənət və Ədəbiyyat" ordeni (Fransa)
"İncəsənət və ədəbiyyat" ordeni (fr. L'Ordre des Arts et des Lettres) — Fransa mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisə mükafatı.Tez-tez mükafatın adının tərcüməsi İncəsənət və (zərif) ədəbiyyat ordeni kimi istifadə olunur. == Ədəbiyyat == André Souyris-Rolland. Guide des ordres civils français et étrangers, des médailles d’honneur, des médailles de sociétés. — Paris: Préal — Supcam, 1979. — 148 p. Jacques Demougin. Les décorations françaises. — Paris: Trésor du patrimoine, 2003. — 95 p.
"İncəsənət və ədəbiyyat" ordeni
"İncəsənət və ədəbiyyat" ordeni (fr. L'Ordre des Arts et des Lettres) — Fransa mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisə mükafatı.Tez-tez mükafatın adının tərcüməsi İncəsənət və (zərif) ədəbiyyat ordeni kimi istifadə olunur. == Ədəbiyyat == André Souyris-Rolland. Guide des ordres civils français et étrangers, des médailles d’honneur, des médailles de sociétés. — Paris: Préal — Supcam, 1979. — 148 p. Jacques Demougin. Les décorations françaises. — Paris: Trésor du patrimoine, 2003. — 95 p.
"Ədəbiyyat və incəsənət" qəzeti
"Ədəbiyyat qəzeti" — Həftəlik ədəbi-bədii qəzet. Azərbaycan Yazıçılar Birliyinin orqanı. «Ədəbiyyat qəzeti» həftədə bir dəfə, şənbə günü, 32 səhifə həcmində çıxır. Tirajı 1700 nüsxədir. == Tarixi == 1934-cü ildə nəşrə başlayıb. "Ədəbiyyat qəzeti"nin ilk sayı 1 yanvar 1934-cü ildə çapdan çıxıb. 1934 -1953-cü illərdə (aprelə qədər) "Ədəbiyyat qəzeti", 1959-cu ilin aprelindən "Ədəbiyyat və incəsənət" (Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı), 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi yenidən "Ədəbiyyat qəzeti" adı ilə nəşr edilib. 24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə qəzetin dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır. Ədəbiyyat qəzetinin saytı "edebiyyatqazeti.az" isə 2017-ci il mayın 26-dan fəaliyyətə başlayıb. Sayt “Ədəbiyyat qəzeti”nin materiallarını elektron mediaya daşıyır.
ABŞ ədəbiyyatı
ABŞ ədəbiyyatı (ing. literature of United States America) — ABŞ-də ədəbiyyat. XVIII əsr və XIX əsrin əvvəllərində Amerika incəsənəti və ədəbiyyatı öz mənşəyini böyük hissəsini Avropadan aldı. Nataniel Hotorn, Edqar Allan Po və Henri Devid Toro kimi yazıçılar XIX əsrin ortalarına qədər səciyyəvi Amerikan ədəbi növünü yaratdılar. Mark Tven və şair Volt Vitmen əsrin ikinci yarısında başlıca simalar idi; həyatı boyu demək olar ki, heç tanınmayan Emili Dikinson indi əsas amerikalı şair kimi tanınır. German Melvillin Mobi Dik (1851-ci il), Tvenin Heklberri Finnin macəraları (1885-ci il), Frensis Skott Fitsceraldın Böyük Getsbi (1925-ci il) və Harper Linin Bülbülü öldürmək (1960-cı il) kimi milli təcrübə və xarakterin əsas aspektlərinin əsası kimi görülən işlər "Böyük Amerika romanı" adlandırıla bilər. On iki ABŞ vətəndaşı Ədəbiyyat üzrə Nobel mükafatı alıb, ən sonuncusunu isə 2016-cı ildə Bob Dilan qazanıb. Vilyam Folkner, Ernest Heminquey və Con Steynbek XX əsrin ən nüfuzlu yazıçıları arasında sayılırlar. ABŞ-də Vestern uydurması və hardboiled cinayət uydurması kimi məşhur ədəbi janrlar inkişaf etmişdir. Con Bart, Tomas Pinçon, Giannina Braschi, David Foster Wallace və Don DeLillo kimi postmodernist yazıçıların daxil olduğu bit cərəyanı yazıçıları yeni ədəbi yanaşmalar açdılar.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. "Nizami Gənvəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi" Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin tarixi == Muzeyin binası 1860-cı illərdə ikimərtəbəli karvansara kimi tikilmişdi. Binanın memarı Qasım bəy Hacıbababəyov idi. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920–1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi. Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı.
AMEA Ədəbiyyat İnstitutu
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu şərəfli tarixi, böyük elmi ənənələri, adlı-sanlı alimləri olan mühüm elmi mərkəzlərdən biridir. Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır, bundan sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsində 22 mart 1933-cü ildə Ədəbiyyat Sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi həmin Ədəbiyyat Sektorunun təşkili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi qeyd oluna bilər. 25 oktyabr 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı təşkil olunduqdan sonra bu akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. Bu qurum 1939-cu ildən sonra Tarix, Dil və Ədəbiyyat İnstitutu kimi fəaliyyət göstərmişdir. SSRİ EA Azərbaycan Filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə Tarix, Dil və Ədəbiyyat İnstitutunun bazasında iki elmi müəssisə təşkil olunmuşdur: Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu; Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu. Dil və Ədəbiyyat İnstitutuna 8 sentyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 4925 saylı qərarı ilə Nizami Gəncəvinin adı verilmişdir. == Direktorları == Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər: Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889–1938) – 27 fevral 1936 – 1 iyun 1937-ci il Əhməd Əli oğlu Əhmədov (1903–1937) – 1 iyun 1937 – 11 iyul 1937-ci il İdris Zaman oğlu Həsənov (1897–1950) – 19 iyul 1937 – 17 fevral 1938-ci il Aleksey Alekseyeviç Klimov (1894-?) – 17 fevral 1938 – 31 dekabr 1938-ci il Heydər Hüseynov (1908–1950) – 1 yanvar 1939 – 25 sentyabr 1939-cu il Yakov Dmitriyeviç Kozin (1896–1973) – direktor vəzifəsini icra edən: 20 iyun 1939 – 1 avqust 1939-cu il Fəzləddin Babayev – (1903–1939) 1 avqust 1939 – 1 oktyabr 1939-cu il Məmməd Arif Dadaşzadə (1904 –1975) – 25 sentyabr 1939 – 27 iyul 1950-ci il.
Abbas Zamanov (ədəbiyyatşünas)
Zamanov Abbas Fəttah oğlu (10 oktyabr 1911, Maxta, Şərur-Dərələyəz qəzası – 1 aprel 1993, Bakı) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1968), professor (1971), Azərbaycanın Əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988). == Həyatı == Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır (1921–1927). Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmışdır (1929–1937), iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir (1933–1934). Sonra "Ədəbiyyat qəzeti"ndə məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir (1937–1939) olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirmiş və oraya müəllimliyə dəvət edilmişdir. Opera Teatrının və Filarmoniyanın direktoru (1940–1941) olmuşdur. M. F. Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik etmişdir (1941). İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948–1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960–1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968–1971), ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1971–1979) vəzifələrində çalışmış, daha sonra kafedranın professoru (1979–1993) kimi fəaliyyət göstərmişdir.
Abxaz ədəbiyyatı
Abxaz ədəbiyyatı — abxaz dilində ədəbiyyat. == Tarixi == Abxazların zəngin şifahi ədəbiyyatı var. Yazılı abxaz ədəbiyyatı isə gəncdir. İlk abxaz əlifba kitabı 1865-ci ildə nəşr olunmuşdur. 1892-ci ildə K. Maçavariani və Dmitri Qulianın "Abxaz əlifbası" çap edilmişdir. Bədii ədəbiyyat, əsasən, SSRİ hakimiyyəti illərində inkişafa başlamışdı. Abxaz sovet ədəbiyyatının banisi xalq şairi Dmitri Quliadır. Milli dramaturgiyanın yaranması Samson Çanbanın (1886–1937) adı ilə bağlıdır. Şairlərdən İ. Koqonia (!903-1928), K. Kvisinia, K. Aqumaa (1915–1950), L. Labaxua (1911–1938), Ş. Svijba, B. Şinkuba, nasirlərdən İ. Papaskiri, M. Lakerbay (1901–1965), V. Arqba (1921–1937), M. Xaşba, G. Qulia və başqalarının şeir, poema, povest və romanları abxaz ədəbiyyatında sosialist realizminin inkişafında rol oynamışdır. "Abxaz nağılları" (1960), D. Qulia və başqa abxaz yazıçılarının bir sıra əsəri Azərbaycan dilində nəşr edilmişdir.
Adıgey ədəbiyyatı
Adıgey ədəbiyyatı — adıge dilində yaradılmış ədəbi əsərlər kompleksi. == Tarixi == Adıgelərin xalq poeziyası (Nart dastanları, qəhrəmanlıq, əmək və mərasim nəğmələri) zəngindir. Adıge əlifbası Oktyabr inqilabından sonra yaranmışdır. Yazılı ədəbiyyat sovet dövründə inkişaf etmişdir. Adıge ədəbiyyatının banisi xalq şairi Suq Teuçej olmuşdur. Bədii nəsr Tembot Keraşevin adı ilə bağlıdır. Əhməd Xatkov, Sovet İttifaqı Qəhrəmanı Hüseyn Andruxayev və Murad Paranukun şeirlərində, Dmitri Kostanov, Əsgər Yevtıx, Yusif Tlusten və başqalarının hekayə, povest və romanlarında sosializm quruculuğu, xalqlar dostluğu mövzuları əsas yer tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ж. Ф. Бовикина, Дмитрий Кэстан, Адыгейский научно-исследовательский институт экономики, языка, литературы и истории. Вопросы истории адыгейской советской литературы. — Адыгейский науч.-иссл.
Akif Hüseynov (ədəbiyyatşünas)
Hüseynov Akif Məmməd oğlu (26 may 1941, Tbilisi) — ədəbiyyatşünas, tənqidçi, 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1989). == Həyatı == Akif Hüseynov 1941-ci il mayın 26-da Gürcüstanın Tbilisi şəhərində doğulmuşdur. Burada 31 saylı şəhər məktəbində, sonra Bakıda 132 saylı orta məktəbdə oxumuşdur (1948-1958). ADU-nun filologiya fakültəsini bitirmişdir (1964). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır (1965-1968). "Azərbaycan" jurnalı redaksiyasında tənqid ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1967-1971), Ulduz jurnalının baş redaktoru (1971-1973), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi (1973-1976), orada müasir ədəbi proses şöbəsində böyük elmi işçi (1976-1992) olmuşdur. Hazırda institutda şöbə müdiri vəzifəsində çalışır (1992-ci ildən). Ədəbi fəaliyyətə 1966-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Ədəbiyyatda milli xüsusiyyətlər" məqaləsi ilə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. == Əsərləri == Nəsr və zaman.
Albaniya ədəbiyyatı
Albaniya ədəbiyyatı — müasir Albaniya ərazisində və onun sərhədlərindən kənarda formalaşmış ədəbiyyat. Alban xalq ədəbiyyatı epik qəhrəmanlıq dastanları, tarixi və lirik nəğmələr, mərasim nəğmələri, atalar sözü və s. ilə zəngindir. == Tarixi == Alban dilində dövrümüzədək gəlib çatan ilk yazılı abidə – “Xaç suyuna salınmanın formulu” (1462), ilk kitab – “Meşari” (Q.Buzuku tərəfindən tərcümə olunmuş dini mətnlər – “Dua kitabı”, 1555) hesab edilir. XVI–XVII əsrlərdə P.Budi, M.Barleti, F.Barde, P.Boqdani tarixi, dini-didaktik və epistolyar janrda əsərlər yazmışlar. XVIII əsrdə alban ədəbiyyatında Yaxın Şərq mədəniyyətinin təsiri ilə satirik, mənəvi və məişət məzmunlu improvizasiyalı beyteji janrı yaranmışdır. Şairlərdən İ.Frakula, H.Z. Kamberi, M.Çami, S.Naibinin yaradıcılığı Şərq, xüsusən türk və fars poeziyası ilə sıx bağlı ol muşdur. Onların əsərlərində məhəbbət və təbiətin tərənnümü ilə yanaşı, ictimai motivlər də müəyyən yer tutur. XVI əsrdən İtaliyada yaşayan albanlar (arbereşlər) arasında da ədəbiyyat inkişaf etmişdi. XIX əsrdə arbereşlərdən İ.De Rada, Q.Dara (kiçik), Z.Serembe və b.-nın şeir və poemaları yayılmışdı.XX əsrin əvvəllərində alban ədəbiyyatında yeni janrlar meydana gəlmiş (poeziyada – ballada, elegiya, sonet, lirik-epik poema; nəsrdə – epik dram, məişət komediyaları), F.S.Noli, X.Stermilı, M.Kuteli və b.-nın yaradıcılığında realizm ənənələri güclü olmuşdur.
Alman ədəbiyyatı
Alman ədəbiyyatı Mərkəzi Avropada yaşayan almanca danışan xalqların ədəbiyyatıdır. Almaniya, Avstraliya, İsveçrə və bunların yanındakı xalqların işlərini əhatə edir. Digər Avropa ədəbiyyatı ilə qarşılaşdırıldığında Alman ədəbiyyatı digərlərinə nisbətən daha çox fərqlilik göstərir. Bunun səbəblərindən biri 1800-cü illərdə Berlinin ortaya çıxmasına qədər Almanca danışan xalqların Fransanın Parisi ya da İngiltərənin London kimi bir paytaxtının olmaması idi. Daha doğrusu Almaniya uzun müddət ayrılıqlar və bölünmələr yaşamışdır. Bu tip bölünmələr 1600-cü illərdəki din döyüşləri boyunca 1900-cü illərin ortasından başlayan Soyuq müharibələr vaxtı sıx yaşanmış idi. Almaniya Reformasiya deyilən dini hərəkatın mərkəzi olması səbəbi ilə 1500-cü illərdə Protestanlıq ortaya çıxdığı yerdir. Reformasiya adamın daxili ruhani azadlığını vurğulayırdı. Alman ədəbiyyatı şəkilləndirən daxili və fəlsəfi yanaşma da ruhani bir tipə sahibdir. == Erkən Alman ədəbiyyatı == 1000-ci illərdə Alman qəbilələri indiki Almaniyaya Şimali Avropa üzərindən köç etmişdilər.
Almaniya ədəbiyyatı
Alman ədəbiyyatı Mərkəzi Avropada yaşayan almanca danışan xalqların ədəbiyyatıdır. Almaniya, Avstraliya, İsveçrə və bunların yanındakı xalqların işlərini əhatə edir. Digər Avropa ədəbiyyatı ilə qarşılaşdırıldığında Alman ədəbiyyatı digərlərinə nisbətən daha çox fərqlilik göstərir. Bunun səbəblərindən biri 1800-cü illərdə Berlinin ortaya çıxmasına qədər Almanca danışan xalqların Fransanın Parisi ya da İngiltərənin London kimi bir paytaxtının olmaması idi. Daha doğrusu Almaniya uzun müddət ayrılıqlar və bölünmələr yaşamışdır. Bu tip bölünmələr 1600-cü illərdəki din döyüşləri boyunca 1900-cü illərin ortasından başlayan Soyuq müharibələr vaxtı sıx yaşanmış idi. Almaniya Reformasiya deyilən dini hərəkatın mərkəzi olması səbəbi ilə 1500-cü illərdə Protestanlıq ortaya çıxdığı yerdir. Reformasiya adamın daxili ruhani azadlığını vurğulayırdı. Alman ədəbiyyatı şəkilləndirən daxili və fəlsəfi yanaşma da ruhani bir tipə sahibdir. == Erkən Alman ədəbiyyatı == 1000-ci illərdə Alman qəbilələri indiki Almaniyaya Şimali Avropa üzərindən köç etmişdilər.
Anatoli Abramov (ədəbiyyatşünas)
Anatoli Mixayloviç Abramov (rus. Анатолий Михайлович Абрамов; 5 dekabr 1917, Kaçalinskaya[d] – 17 fevral 2005, Voronej) — SSRİ və Rusiya ədəbiyyatşünası. O, 1970-ci ildən filologiya elmləri doktoru, 1991-ci ildən professor olmuşdur. Abramov Rusiya Federasiyasının əməkdar elm xadimi, Rusiya Yazıçılar İttifaqının üzvü, "Podyom" jurnalının redaksiya heyətinin üzvü, Paris şəhərində yerləşən Beynəlxalq Ədəbiyyat Tənqidçiləri Assosiasiyasının üzvü idi. Əsas maraq dairəsi sovet dövrünün rus ədəbiyyatıdır. == Əsərləri == Абрамов А. М. «И я вступаю в диалог». Сборник стихотворений. — 2001. — ??? с.
Atom bombası ədəbiyyatı
Atom bombası ədəbiyyatı (原爆文学, Qenbaku bunqaku) – Hiroşima və Naqasakinin atom bombardmanı haqqında yazıları əhatə edən yapon ədəbi janrı. Termin 1960-cı illərdə ortaya çıxmışdır. Postmüharibə dövrünün ilk illərində istifadə olunan hibakuşa ədəbiyyatı (被爆者文学, hibakuşa bunqaku) termini isə atom bombası qurbanları haqqında yazıları əhatə edən yapon ədəbi janrıdır. == Tarixi == Atom bombası ədəbiyyatının ilk ədəbi nümunələri əsasən avtobioqrafik xüsusiyyətlər daşıyırdı və gündəlik, jurnalist hesabatı, esse, tarixi sənəd kimi formaları özündə birləşdirirdi. Janrın ilk ədəbi nümayəndələri şəhərə daxil olduqdan sonra şahid olduqlarını oxuculara çatdırmaq istəyirdilər. 1953-cü ildə Yamaşiro Tomoe tərəfindən yazılmış "Atom bombasından sağ qurtulmaq: Atom bombası qurbanlarının memuarları" əsəri 23 qurbanın hekayəsini birləşdirirdi. Oxşar tərzdə tərtib olunmuş "Naqasaki şahidliyi" əsəri isə 1969–1978-ci illərdə nəşr olunmuşdur. Birinci şəxsin təkindən nəql olunan esse və hekayələr isə əvvəl yazıçı olmayan hibakuşalar tərəfindən yazılırdı. Kyoko Hayaşi, Tamiki Hara, Yoko Ota və Sadako Kurihara kimi hibakuşaların əsərləri ilk belə əsərlərə nümunədir.Hibakuşa şairləri isə hayku, çoka, vaka formalarının kiçik strukturlarından istifadə edərək atom bombası poeziyasına töhfələr vermişdilər. Ənənəvi şairlər onların bu üslubunu qınamışdırlar.
Avstraliya ədəbiyyatı
Avstraliya ədəbiyyatı — Avstraliya İttifaqı və onun əvvəlki müstəmləkələrində və orada yaşayan insanlar tərəfindən yaradılmış yazılı və ya ədəbi əsərlər. Qərb tarixinin əvvəlində Avstraliya Britaniyaya bağlı müstəmləkələr toplusu idi. Beləliklə, Avstraliyanın ədəbi ənənəsi daha geniş ingilis ədəbiyyat ənənəsi ilə başlayır və onunla bağlıdır. 1788-ci ildən Avstraliya yazıçılarının povest sənəti ədəbiyyata yeni qitənin xarakterini daxil etmişdir. Burada aboriginallıq, yoldaşlıq, bərabərlik, demokratiya, milli kimlik, miqrasiya, Avstraliyanın özünəməxsus yeri və coğrafiyası, şəhər həyatının mürəkkəbliyi, Avstraliya təbiətindəki həyatın "gözəlliyi və dəhşəti" kimi mövzulara toxunulur. == Tarixi == Avstraliya İttifaqının ədəbiyyatı ingilis dilindədir. 1820-ci illərdə yaranmış ilk nümunələri ingilis ədəbiyyatının təsiri altında idi. Milli realist-demokratik ədəbiyyat 1890-cı illərdə inkişafa başlamışdır. Onun baniləri T. Kollinz, B. O'Daud, H. Louson və başqaları əsərlərində xalqın acınacaqlı həyatını, ictimai ədalətsizliyə qarşı etirazını əks etdirmişlər. Rusiyada Oktyabr inqilabı demokratik ədəbiyyatın inkişafına qüvvətli təsir göstərmişdir.
Avstriya ədəbiyyatı
Avstriya ədəbiyyatı — Avstriyalı şair və yazıçıların Avstriya mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. == Tarixi == Avstriya ədəbiyyatının tarixini iki əsas dövrə ayırmaq olar: Biri XX əsrə qədər olan dövr; digəri isə ondan sonrakı dövr, hansı ki, həmin vaxt artıq Avstriya-Macarıstan və Almaniya imperiyaları artıq süqut etmişdir. Nəticədə Avstriya Avropanın böyük dövlətindən kiçik bir dövlətə çevrilmişdir. Bundan əlavə Avstriya ədəbiyyatına bir çox ədəbi nümunələr də aid edilir ki, hansı ki, onlar bu ölkənin ərazisində yazılmamışdır. == Tanınmışlar == Rəssamlar torpağı statusuna malik olsa da, Avstriya hər zaman böyük yazıçılar, şairlər və novellaçıların vətəni olmuşdur. Avstriya Artur Şniçler, Stefan Sveyq, Tomas Bernxard, Robert Müzil, Georg Trakl, Frans Verfel, Frans Qrillpartser, Rayner Mariya Rilke, Adalbert Ştifter kimi yazıçılar və şairlər, həmçinin məşhur müasir dramaturq və yazıçılardan olan Elfrida Elinek və Peter Handkenin vətənidir. == Mühacir ədəbiyyatı == Avstriya mühacir ədəbiyyatının əsas simalarına misal olaraq, E. Vays, F. Verfel və Ş. Tsveyqin adlarını çəkmək olar.
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi
Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi (tam adı: S.Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, qısaca: ARDƏİA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə ədəbiyyat və incəsənət əsərlərinin saxlanılır. Bakıda yerləşir. == Tarixi == Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli qərarı ilə yaradılmış, 1966-cı ilin yanvar ayından fəaliyyət göstərir. İlk adı Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli Sərəncamı ilə arxivə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini nəzərə alaraq görkəmli ədəbiyyatşünas Salman Mümtazın adı verilmişdir. == Arxivin fondu == Arxivdə 19 əsrin sonları — 2005-ci illərə aid 717 fond üzrə 98215 iş saxlanılır. Arxiv Azərbaycan ədəbiyyatı və incəsənəti tarixinə aid sənədlərin aşkar edilməsi, toplanması, elmi-texniki cəhətdən işlənilib qaydaya salınması, hərtərəfli mühafizəsi və istifadəsinin təşkili istiqamətində fəaliyyət göstərir. Arxivdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan SSR Xalq Komissarları (Nazirlər) Soveti İncəsənət İşləri İdarəsinin, Azərbaycan SSR D"vlət Kinematoqrafıya Komitəsinin, Cəfər Cabbarlı adına " Azərbaycanfılm" kinostudiyasının, mədəniyyət sahəsindəki ali və orta ixtisas təhsili məktəblərinin, yaıadıcılıq ittifaqlarının, teatr və musiqi təşkilatlarınm qəzet və jurnal redaksiyalarının və digər yaradıcılıq təşkilatlarının 50-dən artıq fondu mühafizə olunur. Arxivdə 660-a yaxın görkəmli ədəbiyyat, incəsənət xadiminin, o cümlədən, ədabiyyat sahəsində (Hüseyn Cavid, Əliağa Vahid, Abdulla Şaiq, Mir Cəlal Paşayev, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Əziz Şərif, Abbas Zamanov və b.), teatr sahəsində (Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Mirzağa Əliyev, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Fatma Qədri, Mehdi Məmmədov, Aleksandr Tuqanov, Şəmsi Bədəlbəyli, Əli Zeynalov, Bəşir Səfəroğlu, Rza Əfqanlı və b.), musiqi sahəsində (Müslüm Maqomayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Nazim Rzayev, Qənbər Hüseynli, Fatma Muxtarova, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova və b.), memarlıq və təsviri sənət sahəsində (Mikayıl Hüseynov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Kazım Kazımzadə, Fuad Əbdürrəhmanov, Maral Rəhmanzadə, Bədurə Əfqanlı və b.), kino sahəsində (Rza Təhmasib, Ağarza Quliyev, Hüseyn Seyidzadə, Lətif Səfərov, Həsən Seyidbəyli və b.) çalışan xadimlərin şəxsi fondkırı mühafizə olunur.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu şərəfli tarixi, böyük elmi ənənələri, adlı-sanlı alimləri olan mühüm elmi mərkəzlərdən biridir. Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır, bundan sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsində 22 mart 1933-cü ildə Ədəbiyyat Sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi həmin Ədəbiyyat Sektorunun təşkili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi qeyd oluna bilər. 25 oktyabr 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı təşkil olunduqdan sonra bu akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. Bu qurum 1939-cu ildən sonra Tarix, Dil və Ədəbiyyat İnstitutu kimi fəaliyyət göstərmişdir. SSRİ EA Azərbaycan Filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə Tarix, Dil və Ədəbiyyat İnstitutunun bazasında iki elmi müəssisə təşkil olunmuşdur: Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu; Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu. Dil və Ədəbiyyat İnstitutuna 8 sentyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 4925 saylı qərarı ilə Nizami Gəncəvinin adı verilmişdir. == Direktorları == Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər: Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889–1938) – 27 fevral 1936 – 1 iyun 1937-ci il Əhməd Əli oğlu Əhmədov (1903–1937) – 1 iyun 1937 – 11 iyul 1937-ci il İdris Zaman oğlu Həsənov (1897–1950) – 19 iyul 1937 – 17 fevral 1938-ci il Aleksey Alekseyeviç Klimov (1894-?) – 17 fevral 1938 – 31 dekabr 1938-ci il Heydər Hüseynov (1908–1950) – 1 yanvar 1939 – 25 sentyabr 1939-cu il Yakov Dmitriyeviç Kozin (1896–1973) – direktor vəzifəsini icra edən: 20 iyun 1939 – 1 avqust 1939-cu il Fəzləddin Babayev – (1903–1939) 1 avqust 1939 – 1 oktyabr 1939-cu il Məmməd Arif Dadaşzadə (1904 –1975) – 25 sentyabr 1939 – 27 iyul 1950-ci il.
Azərbaycan mühacirət ədəbiyyatı
Azərbaycan mühacirət ədəbiyyatı Şimali Azərbaycanın mühacirət ədəbiyyatı - Azərbaycanın söz sənətinin mühüm qollarından biri. Azərbaycanın mühacirət ədəbiyyatı qədim tarixə malikdir. == Tarixi == Böyük filoloq alim Xətib Təbrizi (1030-1109) indiki İraqa mühacirət etmiş, ömrünün sonunadək Bağdadda yaşayıb-yaratmışdır. XII yüzilin görkəmli Azərbaycan filosofu, şairi və nasiri Şihabəddin Sührəverdi (1154-92) bir çox qürbət elləri gəzib dolaşmış, ömrünün son illərini Hələbdə yaşamışdır. İmadəddin Nəsiminin (1369-1417) də faciəli ömrü Hələbdə bitmişdir. XVI yüzildə Azərbaycan şairlərindən Şahi, Süruri, Tüfeyli, Həbibi, Xəlili, Matəmi, Qasımi, Gülşəni, Bidari, Sahibi, Pənahi, Xəlifə, Xəzani (Əsiri), Bəsiri və başqaları Osmanlı imperatorluğunun müxtəlif bölgələrinə köç etmişlər. XVII yüzil şairlərindən Məsihi (1575-1655), Saib Təbrizi (1601-79), İbrahim Ordubadi bir müddət Hindistanda yaşayıb-yaratmışlar. Əslən Qarabağdan olan XIX əsrin məşhur təriqət şairi Seyid Nigari (1795-1886) həyat və yaradıcılığının mühüm bir dövrünü Anadoluda keçirmişdir. Sonrakı dövrün sənətkarları içərisində də mühacirətdə yaşayanlar az olmamışdır. Lakin Azərbaycan mühacirət ədəbiyyatı məfhumu XX yüzilin siyasi mühacirətinin doğurduğu və formalaşdırdığı ədəbi-estetik anlayışı ifadə edir.
Azərbaycan Şifahi Xalq Ədəbiyyatı
Azərbaycan folkloru — kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbiyyatdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir. Zəngin Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq Azərbaycan ədəbiyyatının da əsasını qoyub. Azərbaycanlıların zəngin bir şifahi ədəbiyyatı var. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin — folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır. Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan ağıza keçərək yaşamış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücün parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir.
Baba Babazadə (ədəbiyyatşünas)
Babazadə Baba Hüseynəli oğlu — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor == Həyatı == Baba Babazadə 1955-ci il martın 17-də Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. 1972-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU ) davam etdirmişdir. 1984-87-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspirantı olmuşdur. 1988-ci ildə "XX əsrin satirik nəsrində tipikləşdirmə" mövzusunda dissertasiya müdafiə etmiş, fılologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. "Bədii ədəbiyyatda tipiklik" (1992) adlı ilk kitabı ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunmuş və kütləvi tirajla nəşr edilmişdir. Dövri mətbuatda Azərbaycan ədəbiyyatının aktual problemlərinə dair məqalələri dərc olunmuşdur. "XX əsrin Azərbaycan ədəbiyyatında bədii tip problemi" mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. 1995-ci ildə BDU-nun Azərbaycan Ədəbiyyatı kafedrasının dosenti seçilmişdir. Baba H.Babazadə dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarında çıxış etmiş,18 kitabın və 150-yə qədər respublika və xarici mətbuatda dərc olunmuş elmi məqalələrin müəllifi olmuşdur. Həmçinin B.Babazadə BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasında bakalavr və magistratura pillələrində ixtisas fənnləri üzrə mühazirə oxumaq və məşğələlər aparmaqla yanaşı,eləcə də magistr dissertasiyaları və buraxılış işlərinə rəhbərlik etmişdir.
Başqırdıstan ədəbiyyatı
Başqırdıstan ədəbiyyatı — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında başqırd şair və yazıçıların Başqırdıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. == Tarixi == 1917-ci ilə qədər başqırd ədəbiyyatı tatar, daha sonra başqırd dillərində yaradılmış, folklor əsasında və regionun ümumtürk yazılı ədəbiyyatının təsiri ilə formalaşmışdır. Başqırd xalq ədəbiyyatı qəhrəmanlıq dastanları (kobayır), məişət mahnıları, nağıl və əfsanələrlə zəngindir. XIV əsrdən XX əsrin əvvəllərinə qədər şifahi poeziyanı sesenlər adlanan xalq şair və müğənniləri təmsil edirdilər. XVIII əsr başqırd seseni Salavat Yulayev öz yaradıcılığında folklorla yazılı ədəbiyyatın ənənələrini birləşdirmişdir. XIX əsr başqırd ədəbiyyatına həm sufizmin, həm də Avropa maarifçilik ideyalarının təsiri olmuşdur ki, bunun əsas aparıcıları M. Akmulla, M. Ümetbayev, Ş. Zəki idi. XX əsrin birinci rübündə başqırd və tatar ədəbiyyatının görkəmli nümayəndəsi M. Qafuri vətənpərvərlik poeziyasının əsasını qoymuşdur. Bu illərdə başqırd nəsri inkişaf etmiş, roman janrı formalaşmış (Xayri Qaynan, “Dönüş”, 1928; İ. Nasıri, “Kudey”, 1936), povest və hekayələr (M. Qafurinin sosial-psixoloji "Ləkələnmişlər" povesti, 1926; S. Agişin satirik povestləri, A. Vali, Q. Qumər, X. Dövlətşina və b.-nın əsərləri) yazılmışdır. İkinci dünya müharibəsi illərində poeziya daha çox inkişaf etmişdir. B. Bikbay (1909–68), H. Kərim, R. Niqməti (1909–59), S. Kulibay (1910–76), Q. Əmiri (d.
Benqal ədəbiyyatı
Benqal ədəbiyyatı - benqal dilində ədəbiyyat. Cənubi Asyia ədəbiyyatlarından biri. Benqal ədəbiyyatının ən qədim abidələrindən “Çaryagiti” (“Doğru yol nəğmələri”) buddist (tantrik) məzmunlu mənzum mətnlərdir (X–XII əsrlər). Müsəlman fəthindən (XIII–XIV əsrlər) sonrakı ilk dövrlərdə yazılı abidələr demək olar ki, saxlanılmamışdır. XV–XVIII əsrlərdə benqal dilində geniş ədəbiyyat yaranmışdır. Lakin bu ədəbiyyat sanskrit, ərəb və fars dillərində olan ədəbiyyatlarla müqayisədə hind mədəniyyətindən asılı idi. == Tarixi == XIX əsrə qədər benqal dilində nəsr olmamışdır. Poeziya ənənəvi estetik kanonlar çərçivəsində kifayət qədər məhdud mövzular və süjetlər ətrafında yaranmışdı. “Mahabharata”, “Ramayana”, Puranlar dəfələrlə benqal dilinə uyğunlaşdırılmışdır. “Ramayana”nın uyğunlaşdırılmış ən erkən və geniş yayılmış varinatını Krittibaş Ocha yaratmış (XV əsr), Mahabharatanın isə ən məşhur uyğunlaşdırılması Kaşi ram Daşa aid edilir (XVI əsr).
Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası
Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası — müәlliflik hüquqları sahәsindә beynәlxalq saziş; əqli mülkiyyətin qorunması sahəsində qəbul edilmiş ən qədim hüquqi sənədlərdən biridir. == Tarixi == Bern Konvensiyası müqaviləsinin ilk versiyası 9 sentyabr 1886-cı ildə Belçika, Fransa, Almaniya, Böyük Britaniya, Haiti, İtaliya, Liberiya, İspaniya, İsveçrə və Tunis tərəfindən Berndә (İsveçrә) imzalanmışdır. 5 sentyabr 1887-ci ildə qüvvәyә minmişdir. 1886-cı ildə qəbul olunan, sonralar əlavələr edilən və müasirləşdirilən Konvensiyaya hazırda dünyanın əksər ölkələri qoşulub. Amerika Birləşmiş Ştatları 16 noyabr 1988-ci ildə konvensiyaya qoşuldu və konvensiya 1 mart 1989-cu ildə ABŞ üçün qüvvəyə mindi. Əvvəllər Birləşmiş Ştatlar Konvensiyaya üzv olmaqdan imtina edirdi, çünki bu, müəllif hüququ qanununda, xüsusən mənəvi hüquqlar, müəllif hüququ əsərlərinin qeydiyyatı üçün ümumi tələbin aradan qaldırılması və məcburi müəllif hüququ bildirişinin ləğvi ilə bağlı məsələlərdə ciddi dəyişikliklər tələb edirdi. Bütün bunlar əvvəlcə ABŞ-nin 1910-cu ildə Buenos Ayres Konvensiyasını (BAC), daha sonra 1952-ci ildə digər ölkələrin istəklərini nəzərə alaraq Ümumdünya Müəlliflik Konvensiyasını (UCC) təsdiqləməsinə gətirib çıxardı. ÜƏMT-nin Paris 1971-ci il tarixli Berne revizyonu ilə bir çox başqa ölkələr, 1975-ci il Braziliya federal qanunu ilə ifadə edildiyi kimi müqaviləyə qoşuldu. Azərbaycan 1998-ci ildə Konvensiyaya qoşulmuşdur. Konvensiya iştirakçı dövlәtlәrin vәtәndaşlarının öz әrazilәrindә ilk dәfә çap edilmiş әsәrlәrinә müәlliflik hüquqlarını tәminetmә üzrә vәzifәlәrini müәyyәnlәşdirir.

Значение слова в других словарях

африка́нский бесчи́нник замётывание оття́жка промочи́ться растопы́ркой ра́унд рейв тура́нговый восходя́щий конь не валя́лся корона́рный прошата́ться сесте́рций скола́чивать шенге́н deep-mouthed depletory nuclear power patchboard sanguinary undershirt бесчестность надбровный уплыть