ƏDƏBİYYATBAZ
ƏDƏD
OBASTAN VİKİ
Ədəbiyyatşünas
Ədəbiyyatşünaslıq — bədii ədəbiyyatı öyrənən elmdir. Ən qədim elmlərdən biridir. Bu elmin qədim və dövrümüzə qədər gəlib çıxmış klassik nümunəsi – Aristotelin "Poetika" əsəri bizim eradan əvvəl IV əsrdə Yunanıstanda meydana çıxmışdır. == Elmin müxtəsər təsviri == Ədəbiyyatşünaslıq 3 şöbənin vəhdətindən yaranır: ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi tənqid.Ədəbiyyat nəzəriyyəsi bədii ədəbiyyatın özünəməxsusluğunu, bədii inikas qanunlarını şərh edir.Ədəbiyyat tarixi ədəbiyyatı tarixi inkişafına görə sistemə salır, onun keçdiyi mərhələləri müəyyənləşdirir, inkişafına təsir etmiş ictimai-siyasi, ədəbi və mədəni amilləri göstərir, ədiblərin həyatını, mühitini, qarşılıqlı əlaqələrini öyrənir.Ədəbi tənqid daha çox çağdaş ədəbi proseslə məşğul olur. Ədəbi tənqidin başlıca vəzifəsi təzəcə qələmə alınan əsərin uğurlu və qüsurlu cəhətlərini, müəllifin yaradıcılığında, eləcə də ədəbiyyat tarixində tutduğu yeri, cəmiyyət üçün faydasını və s. ətraflı araşdırmaqdır.
Abbas Zamanov (ədəbiyyatşünas)
Zamanov Abbas Fəttah oğlu (10 oktyabr 1911, Maxta, Şərur-Dərələyəz qəzası – 1 aprel 1993, Bakı) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1968), professor (1971), Azərbaycanın Əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988). == Həyatı == Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır (1921–1927). Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmışdır (1929–1937), iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir (1933–1934). Sonra "Ədəbiyyat qəzeti"ndə məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir (1937–1939) olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirmiş və oraya müəllimliyə dəvət edilmişdir. Opera Teatrının və Filarmoniyanın direktoru (1940–1941) olmuşdur. M. F. Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik etmişdir (1941). İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948–1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960–1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968–1971), ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1971–1979) vəzifələrində çalışmış, daha sonra kafedranın professoru (1979–1993) kimi fəaliyyət göstərmişdir.
Akif Hüseynov (ədəbiyyatşünas)
Hüseynov Akif Məmməd oğlu (26 may 1941, Tbilisi) — ədəbiyyatşünas, tənqidçi, 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1989). == Həyatı == Akif Hüseynov 1941-ci il mayın 26-da Gürcüstanın Tbilisi şəhərində doğulmuşdur. Burada 31 saylı şəhər məktəbində, sonra Bakıda 132 saylı orta məktəbdə oxumuşdur (1948-1958). ADU-nun filologiya fakültəsini bitirmişdir (1964). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır (1965-1968). "Azərbaycan" jurnalı redaksiyasında tənqid ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1967-1971), Ulduz jurnalının baş redaktoru (1971-1973), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi (1973-1976), orada müasir ədəbi proses şöbəsində böyük elmi işçi (1976-1992) olmuşdur. Hazırda institutda şöbə müdiri vəzifəsində çalışır (1992-ci ildən). Ədəbi fəaliyyətə 1966-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Ədəbiyyatda milli xüsusiyyətlər" məqaləsi ilə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. == Əsərləri == Nəsr və zaman.
Anatoli Abramov (ədəbiyyatşünas)
Anatoli Mixayloviç Abramov (rus. Анатолий Михайлович Абрамов; 5 dekabr 1917, Kaçalinskaya[d] – 17 fevral 2005, Voronej) — SSRİ və Rusiya ədəbiyyatşünası. O, 1970-ci ildən filologiya elmləri doktoru, 1991-ci ildən professor olmuşdur. Abramov Rusiya Federasiyasının əməkdar elm xadimi, Rusiya Yazıçılar İttifaqının üzvü, "Podyom" jurnalının redaksiya heyətinin üzvü, Paris şəhərində yerləşən Beynəlxalq Ədəbiyyat Tənqidçiləri Assosiasiyasının üzvü idi. Əsas maraq dairəsi sovet dövrünün rus ədəbiyyatıdır. == Əsərləri == Абрамов А. М. «И я вступаю в диалог». Сборник стихотворений. — 2001. — ??? с.
Baba Babazadə (ədəbiyyatşünas)
Babazadə Baba Hüseynəli oğlu — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor == Həyatı == Baba Babazadə 1955-ci il martın 17-də Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. 1972-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU ) davam etdirmişdir. 1984-87-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspirantı olmuşdur. 1988-ci ildə "XX əsrin satirik nəsrində tipikləşdirmə" mövzusunda dissertasiya müdafiə etmiş, fılologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. "Bədii ədəbiyyatda tipiklik" (1992) adlı ilk kitabı ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunmuş və kütləvi tirajla nəşr edilmişdir. Dövri mətbuatda Azərbaycan ədəbiyyatının aktual problemlərinə dair məqalələri dərc olunmuşdur. "XX əsrin Azərbaycan ədəbiyyatında bədii tip problemi" mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. 1995-ci ildə BDU-nun Azərbaycan Ədəbiyyatı kafedrasının dosenti seçilmişdir. Baba H.Babazadə dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarında çıxış etmiş,18 kitabın və 150-yə qədər respublika və xarici mətbuatda dərc olunmuş elmi məqalələrin müəllifi olmuşdur. Həmçinin B.Babazadə BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasında bakalavr və magistratura pillələrində ixtisas fənnləri üzrə mühazirə oxumaq və məşğələlər aparmaqla yanaşı,eləcə də magistr dissertasiyaları və buraxılış işlərinə rəhbərlik etmişdir.
Dilarə Əliyeva (ədəbiyyatşünas)
Əliyeva Dilarə Ələkbər qızı (14 dekabr 1929, Tbilisi, Gürcüstan SSR – 19 aprel 1991, Balakən, Azərbaycan SSR) — ədəbiyyatşünas, tərcüməçi, 1960-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan SSR əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci ildən Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı (1990). == Həyatı == Dilarə Əliyeva 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub. Tbilisidəki azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır. Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan SSR EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilmişdir. Burada rus dilində "Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası" mövzusunda namizədlik dissertasiyasını işləmiş, 1954-cü ildə müdafiə etmişdir. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olmuş, eyni zamanda bölmə müdiri kimi çalışmışdır. 1984-cü ildə rus dilində "Nizami və gürcü ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.1988-ci ildə Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olmuş, AXC İdarə Heyətinin üzvü seçilmişdir. 1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Aydın Məmmədov ilə birgə). Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir. Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olmuşdur.
Firidun Hüseynov (ədəbiyyatşünas)
Hüseynov Firidun Cəlal oğlu (1933–1986) — görkəmli Azərbaycanlı ədəbiyyatşünas alim, pedaqoq, filologiya üzrə elmlər doktoru (1978), professor (1979). == Həyatı == Hüseynov Firidun Cəlal oğlu 1933-cü ildə anadan olmuşdur. O, Naxçıvan Dövlət İkiillik Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini (1959) bitirmişdir. ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor, filologiya fakultəsində dekan işləmişdir. "Molla Nəsrəddin" satirik ədəbi məktəbi F.Hüseynovun araşdırmalarının əsas obyekti olmuşdur. Firidun Hüseynov "Əli Nəzminin həyatı və yaradıcılığı" mövzusunda namizədlik (1964), "Cəlil Məmmədquluzadə nəsrində əsas problemlər" (1978) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. F.Hüseynov "Əli Nəzmi" (1970), "Adi əhvalatlarda böyük həqiqətlər" (1977), "Satirik gülüşün qüdrəti" (1982), "Molla Nəsrəddin" və mollanəsrəddinçilər" (1986) monoqrafiyalarının və məqalə toplularının, "Molla Nəsrəddin jurnalı", "İdeya-bədii körpü", "C.Məmmədquluzadənin bədii nəsrində ziyalı surətləri", "C.Məmmədquluzadə L.N.Tolstoy haqqında", "Aydınlara doğru", "İntibah carçısı" və s. məqalələrin müəllifidir. O, mollanəsrəddinçi şair Əli Nəzminin "Seçilmiş əsərləri"ni (1979) nəşr etdirmişdir. Görkəmli alim mollanəsrəddinçilərin əsas yer tutduğu "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin (professor Mir Cəlala birlikdə) müəllifidir.
Həsən Quliyev (ədəbiyyatşünas)
Həsən Quliyev (azərb. Həsənağa Məmmədağa oğlu Quliyev‎; 1 aprel 1935-ci il, Bakı şəhəri) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1976), Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü (1998), filologiya elmləri doktoru (1982), professor (1984). == Həyatı == Həsən Quliyev 1935-ci il aprelin 1-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1951-1953-cü illərdə dülgər işləmiş, daha sonra 1953-1957-ci illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyat İnstitutunda təhsil almışdır. == Fəaliyyəti == Həsən Quliyev M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda laborant, 1957-1966-cı illərdə Bakının Yasamal rayonundakı 20 saylı fəhlə-gənclər məktəbində müəllim işləmişdir. Eyni zamanda M.F.Axundov adına APİ-də müəllim, 1963-1978-ci illərdə dosent, sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dosent olmuşdur. 1980-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi işlədiyi müddətdə müdafiə edib doktorluq elmi dərəcəsi almışdır. Həsən Quliyev 1984-1987-ci illərdə M.A.Əliyev adına Dövlət İncəsənət Universitetinin rus dili və ədəbiyyatı kafedrasında professor, 1987-1993-cü illərdə ədəbiyyat və rus dili kafedrasının müdiri olmuşdur. Quliyev 1993-cü ildən həmin kafedranın professorudur. Həsən Quliyevin 5 fevral 1964-cü ildə Kristofer Marlonun anadan olmasının 400 illiyinə həsr etdiyi məqalə "Baku" qəzetində dərc olunmuşdur.
Kərim Həsənov (ədəbiyyatşünas)
Həsənov Kərim Hüseyn oğlu (10 aprel 1935, Danzik, Naxçıvan MSSR – 26 aprel 1996, Bakı) — ədəbiyyatşünas, filologiya elmləri doktoru (1988), professor (1992). == Həyatı == Kərim Həsənov Azərbaycan Dövlət Universiteti (indiki BDU) kitabxanaçılıq fakültəsini bitirmişdir (1961). Universitetin Əsaslı kitabxanasının, nəşriyyatının direktoru olmuşdur. 1963-cü ildən BDU-da pedaqoji fəaliyyət göstərmiş, müəllim, baş müəllim, dosent işləmişdir. 1992-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi. Çağdaş Azərbaycan ədəbiyyatına dair monoqrafik tədqiqatların, məlumat-biblioqrafiya vəsaitinin, 100-dən çox elmi məqalənin müəllifidir. == Mənbə == AMEA, Naxçıvan Ensklopediyası. Bakı-2002.
Məmməd Məmmədov (ədəbiyyatşünas)
Məmməd Məmmədov (azərb. Məmmədov Məmməd Mahmud oğlu‎; 1 yanvar 1930, Birinci Şıxlı – 2006, Bakı) — Azərbaycan alimi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Məmməd Mahmud oğlu Məmmədov 1930-cu ildə Qazax rayononun Birinci Şıxlı kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almış, Azərbaycan Dövlət Universitetinin (hazırda BDU ) filologiya fakültəsini 1952-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1952–1955-ci illərdə aspiranturada oxumuş, 1958-ci ildə "Cəlil Məmmədquluzadənin bədii nəsri" mövzusunda namizədlik, 1969-cu ildə isə "M.Ə.Sabir və Azərbaycan demokratik mətbuatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Məmməd Məmmədov 1956–1970-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil Institutunda kiçik elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır. 1970-ci ilin fevral ayından taleyini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlayan M.Məmmədov burada dosent, professor, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1976–1982), sonra Pedaqogika və Psixologiya fakültəsinin dekanı (1989–1997) vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Bundan başqa o, Naxçıvan və Təfəkkür Universitetlərində Azərbaycan ədəbiyyatı və tənqid tarixi fənnlərindən mühazirələr oxumuşdur. Professor Məmməd Məmmədov C.Məmmədquluzadə və M.Ə.Sabir kimi ədəbi zirvələrinin bədii irslərinin ən mötəbər tədqiqatçılarından biri kimi tanınır. Cəlil Məmmədquluzadənin "Dram və nəsr əsərləri"nin (Bakı, 1958) və M.Ə.Sabirin "Hophopnamə"sinin akademik elmi nəşrləri (üç cilddə Bakı, 1962 və 1965; iki cilddə Bakı, 2005) Məmməd Məmmədovun səmərəli və səriştəli ədəbiyyatşünas və mətnşünas alim əməyinin nəticəsidir.
Nazim Axundov (ədəbiyyatşünas)
Nazim Axundov (tam adı: Nazim Fərrux oğlu Axundov; d. 20 iyun 1924, Şuşa, Azərbaycan SSR, SSRİ - ö. 10 mart 1994, Bakı, Azərbaycan) — biblioqraf, ədəbiyyatşünas, 1953-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Filologiya elmlər doktoru (1967), professor (1970). == Həyatı == Nazim Fərrux oğlu Axundov 1924-cü il iyun ayının 20-də Şuşa şəhərində müəllim və həkim ailəsində anadan olmuşdur. İbtidai təhsilini Tərtər rayonunun Qazax kəndində aldıqdan sonra 1937-ci ildə Bakı Pedaqoji Məktəbinin Filologiya fakültəsinə daxil olan N.Axundov 1940-cı ildə oranı bitirir. N.Axundov 1940-1944-cü illərdə kənd məktəblərində müəllimlik etməklə yanaşı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində təhsilini davam etdirir. 1945-ci ildə isə həmin institutun Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturasına daxil olur. 1948-ci ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin elmi şurasında N.Axundov "Molla Nəsrəddin jurnalının nəşri tarixinə aid tədqiqlər" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmlər namizədi adını alır. N.Axundov 1966-cı ildə "Azərbaycan satira jurnalları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1994-cü il martın 10-da Bakıda vəfat etmişdir.
Vaqif Vəliyev (ədəbiyyatşünas)
Vəliyev Vaqif Əli oğlu (31 dekabr 1924, Pirili – 19 sentyabr 1998, Bakı) — ədəbiyyatşünas, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1972), professor (1976). Ülviyyə Hacıbəyovanın (Vəliyeva) atası, Soltan Hacıbəyovun qudası, İsmayıl Hacıbəyovun qaynatasıdır. Pirili kəndindəndir, Qazax rayonununda anadan olub. == Həyatı == Vaqif Vəliyev 1924-cü il dekabrın 31-də Qazax qəzasının Pirili kəndində doğulmuşdur. Qazax şəhər 1 saylı orta məktəbində təhsil almışdır (1932-1941). Əmək fəaliyyətinə Azərbaycan KP MK Qazax rayon Partiya Komitəsində texniki katib kimi başlamışdır (1941). Sovet Ordusu sıralarında xidmət etmişdir (1943-1949), ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1949-1954). Orada aspiranturaya daxil olmuş, "Səməd Vurğunun poemaları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş (1957), Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir (1958-ci ildən). "Azərbaycan folkloru janrları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (1972), 1976-cı ildən həmin kafedranın professoru kimi fəaliyyət göstərmişdir. Dövri mətbuatda şifahi xalq ədəbiyyatı problemlərinə dair vaxtaşırı məqalələri çıxmışdır.
Ədəbiyyatşünaslıq
Ədəbiyyatşünaslıq — bədii ədəbiyyatı öyrənən elmdir. Ən qədim elmlərdən biridir. Bu elmin qədim və dövrümüzə qədər gəlib çıxmış klassik nümunəsi – Aristotelin "Poetika" əsəri bizim eradan əvvəl IV əsrdə Yunanıstanda meydana çıxmışdır. == Elmin müxtəsər təsviri == Ədəbiyyatşünaslıq 3 şöbənin vəhdətindən yaranır: ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi tənqid.Ədəbiyyat nəzəriyyəsi bədii ədəbiyyatın özünəməxsusluğunu, bədii inikas qanunlarını şərh edir.Ədəbiyyat tarixi ədəbiyyatı tarixi inkişafına görə sistemə salır, onun keçdiyi mərhələləri müəyyənləşdirir, inkişafına təsir etmiş ictimai-siyasi, ədəbi və mədəni amilləri göstərir, ədiblərin həyatını, mühitini, qarşılıqlı əlaqələrini öyrənir.Ədəbi tənqid daha çox çağdaş ədəbi proseslə məşğul olur. Ədəbi tənqidin başlıca vəzifəsi təzəcə qələmə alınan əsərin uğurlu və qüsurlu cəhətlərini, müəllifin yaradıcılığında, eləcə də ədəbiyyat tarixində tutduğu yeri, cəmiyyət üçün faydasını və s. ətraflı araşdırmaqdır.
Müqayisəli ədəbiyyatşünaslıq (jurnal)
Müqayisəli ədəbiyyatşünaslıq — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı. == Jurnalın nəşri == Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı 2004-cü ildən 2018-ci ilə qədər "Ədəbi əlaqələr" adı ilə nəşr olunub. Əvvəl toplu kimi çap olunmuş, 2014-cü ildən isə jurnal kimi qeydiyyatdan keçmişdir. Jurnal 19 fevral 2019-cu ildə "Müqayisəli ədəbiyyatşünaslıq" adı ilə yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Jurnal ildə iki dəfə həm çap, həm də onlayn versiyada nəşr olunur. == Haqqında == AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalında dünya, o cümlədən türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı müqayisəli təhlili istiqamətində elmi məqalələr çap olunur. Jurnalda Azərbaycan dili ilə yanaşı türk, rus, ingilis dillərində yerli və xarici müəlliflərin məqalələri yayımlanır. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir. == Abstraktlaşdırma və indeksləşdirmə == "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalı beynəlxalq indeksləmə sistemlərinə daxildir: Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Index Copernicus CiteFactor İdealonline == Redaksiya qrupu == Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Cənubi Koreya, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Polşa və digər ölkələrin alimləri daxildir === Baş redaktor === İsa Həbibbəyli – AMEA-nın həqiqi üzvü === İcraçı redaktor === Mehman Həsənli − filologiya üzrə fəlsəfə doktoru, dosent === Redaksiya heyəti === Almaz Ülvi Binnətova – filologiya elmləri doktoru (Azərbaycan) Bədirxan Əhmədov - professor (Azərbaycan) Bəsirə Əzizəliyeva - filologiya elmləri doktoru (Azərbaycan) Qəzənfər Paşayev – professor (Azərbaycan) Gülər ​​Abdullabəyova - professor (Azərbaycan) Məmməd Əliyev - professor (Azərbaycan) Yaşar Qasımbəyli – filologiya elmləri doktoru (Azərbaycan) === Beynəlxalq məsləhətçilər === Orhan Söyləməz – professor(Türkiyə) Kazbek Sultanov – professor (Rusiya) Huang Zhonghiang – professor (Çin) Şuxrat Surojiddinov – professor (Özbəkistan) Elka Traikova – professor (Bolqarıstan) Abdildazhan Akmataliev – professor (Qırğızıstan) Maria Kennes – dosent (Macarıstan) İvan Meznik – professor (Çexiya) Əlfis Qayazov – professor (Başqırdıstan) Kim Minnullin – professor (Tatarıstan) Oh Eunkyung – professor (Cənubi Koreya) Serik Piraliev – professor (Qazaxıstan) Davut Orazsahadov – dosent (Türkmənistan) Vaskiv Mikola Stepanoviç – professor (Ukrayna) Yaroslav Lavski – professor (Polşa) === Məsul redaktorlar === Maral Poladova (Azərbaycan) Pərvanə Kərimova (Azərbaycan) Aida Tağıyeva (Azərbaycan) == Həmçinin bax == https://science.gov.az/az/news/open/24081 https://www.medeniyyet.az/page/news/49506/Muqayiseli-edebiyyatsunasliq.html https://science.gov.az/az/news/open/15590 == Mənbə == İsa Həbibbəyli. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.
Azərbaycan ədəbiyyatşünaslığı (jurnal)
Azərbaycan ədəbiyyatşünaslığı— Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı. == Jurnalın nəşri == Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı 1946-cı ildən 2019-cu ilə qədər "Ədəbiyyat məcmuəsi" adı ilə nəşr olunub. Jurnal yeni ad ilə 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. "Azərbaycan ədəbiyyatşünaslığı" jurnalı ildə iki dəfə dərc olunur. == Haqqında == "Azərbaycan ədəbiyyatşünaslığı" Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri jurnaldır. Jurnalda məqalələr Azərbaycan, türk, ingilis və rus dillərində dərc edilir. Jurnalda konfrans və simpozium materialları da dərc edilir, həmçinin jurnalın Nizami Gəncəviyə, Xaqani Şirvaniyə və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarına həsr etmiş olduğu xüsusi buraxılışları çap olunmuşdur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir. == Jurnalın bölmələri == "Azərbaycan ədəbiyyatşünaslığının"nın bölmələri, rubrikaları ədəbiyyatşünaslıq elminin təsnifatı haqqında elmi təsəvvürlərin formalaşdırılmasında mühüm rol oynayır . Jurnal aşağıdakı rubrikalardan ibarətdir: Azərbaycan ədəbiyyatı Mətbuat tarixi Folklorşünaslıq Mətnşünaslıq Resenziyalar Yubileylər Xronika.

Digər lüğətlərdə

бы́вший избало́вывать крепостни́к ознакоми́тельный парохо́дик поблёкший ре́йдер султа́нство ублажа́ть хрястание дешифрова́ть метровокза́л надо́рванно подгреба́ться сиротли́вость тала́н air pirate gaw lactary meddlesome midrange minicomputer numerical высевки хлопотать